KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

80 
 
Əkrəm gəlib vağzala çatdı. Çəliyini mərmər döşəməyə döyəcləyə-döyəcləyə 
perrona  keçdi.  Soruşub  öyrəndi:  bəridəki  qatar  indicə  yola  düşəcəkdi.  O,  lap 
daldakı  vaqona  mindi.  İçəri  girmədi,  elə  qapı  ağzında  küncə  qısılıb  dayandı.  Bir 
azdan paravoz dərindən nəfəsini dərib, fısıldadı. Qatar yerindən tərpəndi, tədricən 
sürətini  artırdı.  Təkərlər  Əkrəmin  ayağının  altında  çaqqıldayırdı.  Elə  bil  onlar  da 
Yeganənin  sözlərini  hecalara  bölüb,  dönə-dönə  təkrar  edirdi:  “A-ta-sı  sən  de-yil-
sən!.. A-ta-sı sən de-yil-sən!..” 
−Ay  yoldaş,  biletiniz?!  –  deyə  müşayiətçi  arvadın  səsi  Əkrəmi  xəyaldan 
ayırdı. 
−Mənim biletim yoxdur, bacı. Düşəcəyəm... 
−Siz də qəribə danışırsınız? Guya başqa sərnişinlər düşməyəcəklər? 
−Düşəcəklər... Ancaq mən onlar kimi qatar dayananda yox... bax... – Əkrəm 
açıq  qapıya  yan  aldı.  –  Bax...  Mən  belə...  sürətlə  gedə-gedə  atılacağam...  –  O, 
özünü  qaranlığa  tulladı.  Arxadan  müşayiətçi  arvadın  vahiməli  bağırtısı  eşidildi: 
“Vay!!!” Əkrəm bir müddət fəzada, çəliyi əlində çapalaya-çapalaya uçdu... sonra 
quyu  kimi  dərin,  soyuq  yarğanın  daşlı-kəsəkli  dibinə  yıxıldı...  Qatar  fit  verib, 
uzaqlaşdı... 
...Dan yeri söküləndə ətraf azacıq işıqlandı. Quşların civiltisi eşidildi. Əkrəm 
əzilib,  parçalanmış  sifətində,  bədənində  sərin,  yumşaq  bir  əlin  gəzdiyini  duydu, 
kirpiklərini ağır-ağır qaldırdı. Yanında yenə ülvi görkəmli, ağ xalatlı o gənc qadını 
gördü.  Hərəkətsiz...  dinməz.  Xəfifcə  gülümsəyirdi.  Üzündən  şəfqət  yağırdı... 
gözlərindən səadət. 
−Fəridə?! – Əkrəm həkimi tanıyınca dikəldi. 
−Bəli.  Mənəm...  Təzədən  tutulmuş  bəbəklərinizə,  bədəninizin  zədələnmiş 
yerlərinə  məlhəm  qoydum.  Əlim  yüngüldür,  tez  sağalacaqsınız.  Mən  o  məlhəmi 
müharibədə  yaralanan  döyüşçülərin  qanına  bulaşmış  ən  zərif  güllərin,  çiçəklərin 
ləçəklərindən... 
Qadın  sözünü  qurtarmamış  qeybə  çəkildi.  “Fəridə!!  Fəridə!!  Fəridə!!  Məni 
burada tək qoyub, hara gedirsiniz?..” 
Əkrəm  öz  səsinə  hövlnak  yuxudan  oyananda,  təpədən-dırnağa  qədər  tər 
içində idi... 
 
 
ON BİRİNCİ NOVELLA 
 
 
Dörd divar  arasında tək-tənha, sükuta qulaq  asmaqdan bezən  Əkrəm, 
nəhayət,  özünə  münasib  iş  tapmışdı.  Məhəllədən  çox  da  uzaqda  olmayan  korlar 
klubunda həftədə üç dəfə şahmat dərnəyinin məşğələlərini aparırdı. 
downloaded from KitabYurdu.org


81 
 
Lakin  onu,  indi  başqa  şeylər  karıxdırırdı.  Yeganənin  evdə  gündən-günə 
dəyişən  münasibəti,  dözülməz  rəftarı  Əkrəmi  ciddi  düşünməyə  məcbur  edirdi.  O, 
qadının hikkəsi, ərköyünlüyü müqabilində yumşaqlıq göstərdikcə, əvəzində sərtlik, 
qəddarlıq görürdü. Yenə təkcə bunlar olsaydı, dərd yarı idi. Təzəliklə, Yeganənin 
haqqında qulağına xoşagəlməz söhbətlər dəyirdi. 
Günün  ikinci  yarısı  idi.  Kimsəsizlik  Əkrəmi  darıxdırdı.  Keçib 
radioqəbuledicini  qurdu.  Dalğatutan  əqrəbi  miqyas  xətlərinin  üstündə  sağa-sola 
gəzdirdi. Otağa gur sədalar doldu. Qahirədən caz musiqisi verilirdi... 
İstambulda diktor sakit, aydın bir tələffüzlə ədəbi parça oxuyurdu: “...Letif, 
yanında oturanların işitecekinden korkuyormuş kibi, gizin kulağına ekildi.  O, hiç 
bir  vakit  şimdiki  kadar  şev  kete  yakinlaşmamişti.  Kiz  onun  siqan  kefesini 
yanaqinde  hiss  edince  bütün  vücudu  titredi.  Fakat,  geri  çekilmedi.  Kalb 
çirpintisiyle  Letif  hep  yeni  bir  haber  bekledigi  halde,  oğlanın  ateş  kibi  siçak 
dodaklari kizin yanağına dokundu...” 
Tehranda tar-qaval çalırdılar. Fars xanəndəsi zəngulə vururdu: 
 
 
 
“Rəftarı canan xub əst, 
 
 
 
Göftari canan xub əst...” 
Əkrəm  Bakını  tutdu.  Studiyadan  kolxozçu  qadın  danışırdı.  Qurulmuş 
qrammofon kimi birnəfəsə deyirdi: 
“...Bizim  briqada  keçən  ayın  planını  artıqlaması  ilə  yerinə  yetirmişdir. 
Bundan əlavə öhdəçilik hesabına...” 
Axıradək  qulaq  asmadı.  Radionu  söndürdü.  Bu  yeknəsəqlik  onu  çoxdan 
bezikdirmişdi.  Nəcib  bir  insanla  üz-üzə  oturub  dərdləşmək  üçün  qəlbində  dərin 
ehtiyac  duydu.  Nə  vaxt  papiros  yandırdı,  haçan  aynabəndə  gəldi,  bilmədi. 
Qəfəsdəki  bülbül  oxuyurdu.  Onun,  ahəngdən-ahəngə  keçərək,  necə  şövqlə, 
şaqraqlıqla cəh-cəh vurduğuna valeh olan Əkrəm, arada pilləkəni kiminsə çıxdığını 
da  eşitdi.  Addımlarından  ayırd  etdi:  “Gələn  qadındır.  Özü  də  yastıdaban 
çəkmələrdədir. Nə üçünsə çox ehtiyatla qalxır... Görünür, yad adamdır...” 
Ayaq  səsləri  yaxınlaşdı... Axırıncı  pilləyə  yetişəndə bir  an  yubandı... Sonra 
astanaya adlayıb, dayandı. 
− İcazə olar? 
− Buyurun. 
− Salaməleyküm. Qonaq istəmirsiniz? 
Əkrəmin yanaqları dartındı, sifəti güldü. 
− Əleykəssalam. Bağışlayın, kimdir? Tanımadım... 
− Səltənətin qızıyam. 
− Buyurun... Ancaq özü evdə yoxdur. 
downloaded from KitabYurdu.org


82 
 
− Hara gedib? 
−  İşdən  zəng  vurmuşdu.  Tapşırdı,  qızım  gəlsə,  ona  de,  bir-iki  saat 
yubanacağam, fabrikdə iclasımız var. 
− Sağ olun. 
Bu  səs  Əkrəmə  tamam  başqa  bir  qadını  elə  xatırlatdı  ki!..  Lakin  kimi? 
Bilmədi. Səltənətin qızı, çıxmağa hazırlaşanda, geri qayıdıb xahiş elədi: 
−  Zəhmət  olmasa,  anama  deyərsiniz  nigaran  qalmasın.  Uşaq  indi  babatdır. 
Qızdırması enib. 
− Baş üstə. Xəstə sizinkidir? 
− Bəli, oğlumdur. Bağçada möhkəm soyuqlamışdı. 
− Öyrətmək olmasın, sizə bir məsləhət verim. Moruq mürəbbəsini isti çaya 
tökün, ona içirin. Çox yaxşı kömək eləyir... Yadımdadır, uşaq vaxtı soyuqlayanda, 
anam məni elə sağaldardı. 
Səltənətin qızı gülümsədi: 
−  Mən  həkiməm.  O  müalicəni  də  bilirəm.  Qorxuram  mürəbbəyə  dadanar, 
sonra lap tez-tez xəstələnər. 
Qadının zarafatyana cavabını eşidən, Əkrəmi yenə fikir götürdü. “Mən bunu 
tanıyıram! Deyəsən, odur! Bu saat özündən xəbər alacağam!..” 
O, ayağa durdu, qarşısındakı stolun qırağından tutub, dayandı. 
− Bağışlayın... Ürəyinizə ayrı şey gəlməsin. Sizdən bir söz soruşacağam. 
Səltənətin qızı məsələni duymuşdu: 
−Buyurun... 
Əkrəm qımışdı: 
−Ancaq gizlətməyin... Adınız Fəridə deyil? 
−... 
−Niyə dinmirsiniz? 
−Bəli. Düz tapmısınız... 
−Demək, onda vağzaldan bura qədər məni faytonla gətirən siz idiniz? 
−Mən idim. 
Əkrəm uşaq kimi sevindi; nə deyəcəyini bilmədi. 
−Bəs o vaxt niyə tanışlıq vermədiniz?.. 
Fəridə qısıldı: 
−Özüm istəmədim... Bəlkə siz də mənim yerimdə olsaydınız, elə edərdiniz. 
−Hər  halda,  burada  nə  isə  var,  gizlədirsiniz...  O  gündən  sonra  mən  sizin 
barənizdə çox düşünmüşəm... Hətta bir yol yuxuda gözlərimi də açmısınız!.. 
−Nə danışırsınız? Mən? 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə