KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə30/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

86 
 
idi.  Haradansa  Sərdar  yadına  düşdü.  “Gərək,  indi  də  məni  görəydi!”  –  deyə  ani 
olaraq fikrindən keçirdi. Sahildən xeyli uzaqlaşmışdı. Arxası üstə çevrildi, sifətini 
azacıq bayıra çıxardı. Bir daha dərindən nəfəsini dərdi və yenə aşağı endi. Yolun 
çoxu hələ qabaqda qalmışdı. Ardınca dartıb apardığı kabel yavaş-yavaş ona ağırlıq 
edirdi.  Əkrəm  arxayın  idi;  snayper  gülləsinin  hədəfinə  çevrilməsəydi,  üzəcəkdi. 
Gözü yolda qalan döyüşçülərə yemək, patron, maxorka da çatdıracaqdı. “Görəsən, 
obaşdannan  o  taya  göndərdiyim  əsgərlər  sağ-salamatdırlarmı?  Başlarına  bir  qəza 
gəlməyib ki? Zirək oğlanlardı... Ancaq belə yerdə zirəkliyin də o qədər əhəmiyyəti 
yoxdur.  Ehtiyatla  hərəkət  etmək  lazımdır. Yəqin  ata-babalarımız  belə  sınaqlardan 
çox çıxıblar. “Ehtiyat igidin yaraşığıdır” – nahaq deməyiblər...” Qarşı sahildə yerin 
bağrını  dəlib,  parçalayan  top  gülləsi  onun  fikirlərini  dağıtdı.  Sonra  lap  yanında 
suya  dalbadal  bir  neçə  qəlpə  töküldü.  “Yaxşı  ki,  kabelləri  kəsib-doğramadı. 
Zəhmətim hədər gedəcəkdi...” Əkrəm başını çıxarıb irəli baxdı. Çoxunu getmişdi, 
azı qalmışdı. İndi çayın dərin yerində idi. Artıq, kabelləri arxasınca çəkmək ondan 
böyük  qüvvə  tələb  edirdi.  Həm  də  aşağıya,  suyun  dibinə  dartılırdı.  Üzmək 
bacarmayan  ağır  bir  adamı  çiyninə  alıb  aparmaq  bundan  asan  olardı.  Yaxşı  ki, 
papirosu tərgitmişdi. Yoxsa, təngiyərdi, bu təzyiqə ciyərləri tab gətirməzdi. 
...Əkrəm  quruya  ayaq  basanda  elə  bildi  ki,  bu  dəqiqə  köks  qəfəsi 
partlayacaq, ürəyi qopub yerə düşəcək, sudan çıxarılmış balıq kimi çapalayacaqdı. 
O,  tövşüyə-tövşüyə  kolların  arasına  yıxıldı.  Qolları,  qıçları  özününkü 
deyildi.  Əzalarına  sanki  min-min  iynə  batırdı  –  gizildəyirdi.  Kabel  bədənini 
kəsmişdi.  Lakin  Əkrəm  heç  nəyin  fərqinə  varmadı;  daşlı-kəsəkli  tikanlı  torpağa 
sərələndi.  Necə  yorulduğunu,  ancaq  indi  hiss  etdi.  Yer  ahənrüba  kimi  bütün 
ağrılarını, sızıltılarını çəkib canından çıxarırdı. 
Çox  yubanmaq  olmazdı.  O,  kabellərin  ucunu  sahildəki  kiçik  bir  ağacın 
kötüyünə düyünlədi. Sonra düşmənin gözündən yayınmaq üçün kollardan qırıb öz 
üstünü örtdü və... bu vəziyyətdə asta-asta təpədəki evlərə tərəf sürünməyə başladı... 
Əkrəm  bu  taya  göndərdiyi  əsgərləri  tapcaq,  onlardan  birinin  paltarını 
soyundurub,  əyninə  geydi  və  tələsik  qərargaha  yollandı.  Vəziyyəti  danışdı... 
Komandanlığın yeni göstərişini aldı. Ehtiyat ərzaqla, sursatla yüklənmiş araba geri 
qayıtdı.  Bu  dəfə  o,  tək  deyildi;  ağır  yeşikləri,  dolu  kisələri,  konserv  qutularını 
kənddən çayın qırağına daşımaq üçün iki döyüşçü də köməyə gəlmişdi. 
Sonrakı əməliyyat təhlükə altında aparılsa da, buna çox vaxt sərf olunmadı... 
Əkrəm, düşmənin zənnini azdırmaq məqsədi ilə, əvvəlcə sahildə böyrü üstdə 
atılmış  qayıqlardan  birini  dikəldib,  boş-boşuna  suya  buraxdı.  Çaydakı  qaraltı 
almanların  gözündən  yayınmadı,  tez  onu  gülləbaran  elədilər.  Lakin  adamsız 
qayığın  hərcayı  üzdüyünü  görcək,  bir  qədərdən  sonra  atışmanı  kəsdilər.  Artıq, 
downloaded from KitabYurdu.org


87 
 
gözləməyin  mənası  yox  idi.  Vəziyyət  dəyişə  bilərdi.  İkinci  −  əsas  qayığın  “reysə 
çıxmağının” məqamı yetişmişdi. 
Əkrəmin  tapşırığı  ilə  əsgərlərdən  biri  təpəyə  qalxıb,  göyə  yaşıl  fişəng 
buraxdı. Araya gərgin intizar çökdü. İki... Üç... Beş... On saniyə ötdü... 
Burnundakı halqadan kabellərə bağlanıb, suya salınmış kiçik qayıq ağır-ağır 
yerindən tərpəndi və çayın məcrasına maili tərzdə o biri sahilə istiqamət aldı... 
Düşmən bu dəfə daha etinasız tərpəndi; bir neçə güllə atmaqla kifayətlənib 
susdu. Onlar da qayığa yox, suya dəydi. Fərəhdən vzvod komandirinin ürəyi dağa 
döndü... Lakin... Sevinc faciə ilə nəticələndi! 
Əkrəm,  axşamadək  döyüşçülərlə  birlikdə  kimsəsiz  kənddə  yubanmağı, 
qaranlıq düşəndə imkan tapıb, o taya keçməyi qət etmişdi. Ayrı sayaq da mümkün 
deyildi.  Ona  görə  də  bayaqkı  ərzaqdan  özləri  üçün  ayırıb  qoyduqlarını  götürərək 
kəndə çəkildilər. Üçlükdə süfrə açıb yeməyə təzəcə başlamışdılar ki... 
Göydə qulaqbatırıcı gurultu qopdu. 
−Alman  təyyarələridir!  –  deyə  pəncərədən  boylanıb  baxan  döyüşçü  onlara 
xəbərdarlıq  etdi.  Cəld  bayıra  qaçdılar.  Ətrafı  uğultu  qarışıq  fışqırıq,  sonra  isə 
dəhşətli  gurultu  bürüdü...  Yer,  sanki  mehvərindən  ayrılıb  silkələndi...  Torpaq 
lərzəyə  gəldi...  Evlər  uçdu...  Ağaclar  kötüyündən  qopdu...  Bomba,  dolu  kimi 
yağırdı... Əkrəm sıçrayıb yaxındakı xəndəyə tullanmaq istəyəndə... qəfildən sifətini 
od  bürüdü,  gözlərindən  qığılcım  çıxdı.  Əlləri  ilə  üzünü  qapadı,  müvazinətini 
saxlaya bilmədi, yıxıldı. 
Düşmən  təyyarələri  kəndi  darmadağın  edib,  dağıtmışdı.  Hər  tərəf  yenə 
əvvəlki dinməz sükuta qərq oldu... 
Əkrəm barmaqlarının arasından isti bir şeyin sızdığını duydu. Gözlərini açıb 
baxmaq istədi, heyhat – heç nə, heç nə görmədi! Dünyaya zülmət çökmüşdü... 
Müsahibinin çox düşündüyündən darıxan Fəridə təvəqqe elədi: 
−Mən sizi gözləyirəm, danışın... 
Əkrəm  evə  gəldiyi  müddət  ərzində  bu  xahişi  Yeganənin  dilindən 
eşitməmişdi.  O,  öz  ərinin  hansı  vəziyyətlərə  düşdüyünü  xəbər  almamışdı,  nədən 
kor olduğu ilə maraqlanmamışdı. İndi yad bir qadın mütəəssir oturub, onun halına 
acıyırdı. 
−Mayın beşi idi... – deyə Əkrəm kədərlə udqunub sözə başlamaq istəyəndə, 
telefonun zəngi eşidildi. 
−Bircə dəqiqə... 
−Buyurun. 
downloaded from KitabYurdu.org


88 
 
İçəri  keçəndə,  Fəridə  qalxıb  qolundan  tutdu,  onu  astanaya  qədər  müşayiət 
etdi.  Əkrəm  otağın  küncündə  dayandı;  aparatı  axtardı.  Dəstəyi  qaldırıb,  qulağına 
yaxınlaşdırdı: 
−Eşidirəm. 
−Yeganəgilin evidir bura? 
−Bəli, nə buyururdunuz? 
−Necədir, indi vəziyyəti? 
Əkrəm gözlərini döydü: 
−Yeganəyə nə olub?! Hardandır? Kimdir danışan? 
−Teatrdandır,  rejissorlardan  biridir.  Nigaran  qalmayın...  Yəqin  həkimə 
gedib. Bayaq məşqdə özünü yaxşı hiss etmirdi. İcazə istədi, evə buraxdım. Dedim, 
bir öyrənim, görüm nə təhərdir... Doktor Aslan, sizsiniz? Səsinizdən tanımadım... 
−Xeyr. Mən Aslan deyiləm! 
−Yox?! Soruşmaq ayıb olmasın, bəs siz Yeganənin nəyisiniz? 
−Yoldaşıyam... Əri. 
−Necə yəni − əri?! 
−Bilmirəm nə cür izah edim? Evlisiniz? 
−Evliyəm... 
−Demək, siz arvadınızın ərisiniz?! Başa düşdünüz? 
−Özümkünü başa düşdüm, sizinkini yox! 
Dəstək asıldı. “Dud!.. Dud!.. Dud!..” 
Əkrəm  donub  qaldı.  “Bu  adi  telefon  zarafatlarından  idimi?  Yoxsa... 
doğrudan da Yeganəyə bir şey olmuşdu?! Görəsən teatrdan haçan çıxmışdır? Bəs, 
Aslan  kimdir?..  Bu  evlə  nə  əlaqəsi?”  Birdən,  Fəridənin  onu  gözlədiyi  yadına 
düşdü, aynabəndə çıxdı. 
−Fəridə! – deyə dilağız elədi. – Bağışlayın, sizi çox yubatdım... 
Cavab gəlmədi. 
−Fəridə! 
Fəridə getmişdi... 
 
 
ON İKİNCİ NOVELLA 
 
 
“Xozeyin  zərgər”in  oğlu  Zakirin  yaşı  otuzu  keçmişdi.  O,  məktəbin 
hələ  səkkizinci  sinfindən  oxumağın  daşını  atmış,  uzun  zaman  avara-sərgərdan 
gəzdikdən  sonra  atasının  köməyi  ilə  saatsaz  dükanında  işə  düzəlmişdi.  Bir  yerdə 
oturmağa alışmayan Zakir, oradan çıxıb istiqraz alverinə girişdiyindən tutulmuş və 
müharibə illərini top, güllə səslərindən uzaqlarda keçirmişdi. Anası, gözünün ağı-
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə