KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

95 
 
−  Səndən  qəribə  həkim  olar!  –  deyə  Yeganə  ona  sataşdı.  –  Başı  ağrıyan 
xəstəyə  qarın  ağrısı  dərmanı  verərsən!..  Mənim  ayaqlarım  donub,  sən  əllərimi 
ovuşdurursan... Ha!.. Ha!.. Ha!.. 
Qapı döyüldü. 
− Hə, gəl görüm! 
Kayuta,  içərisi  şampan  butulkası,  konfet  və  meyvə  ilə  dolu  padnos,  sonra 
köhnə qara kostyumlu, ağ köynəyinin nişastalı yaxasına kəpənək boyda qara bant 
vurmuş dazbaşlı, ködərək kosa bir kişi girdi. Yeganə, heç özü də bilmədi, nə üçün, 
hansı əlamətlərinə görə onu çopur dəllala oxşatdı. Ürəyi yerindən oynadı. 
Kosa, burnunda “Dəli ceyran” mahnısını mızıldaya-mızıldaya, gətirdiklərini 
stola düzəndə, Zakir xəbər aldı: 
− Bəs şokolad? 
− Üzüm ülüm unnan yuxdur! – Kosa, boş xurcuna oxşayan sallaq yanağını 
şappıldatdı. – Ulsə, sənnən artuğ uğlana verəcəkəm?.. 
− Yaxşı, götür padnosu, get! Buranı da səhər gəlib yığışdırarsan. 
− Bes şampanskini pardatmiyim?.. 
Zakir qımışdı: 
− Ay tülkü!.. Əməlindən qalmırsan. Partlat! 
− Undə, dalə çekülün, güzvüzə degər. 
Kosa,  stolüstü  lampanı  özünə  tərəf  çevirib,  qapının  qabağında  durdu. 
Butulkanın qurğuşun kağızını soydu; boğazına dolanmış məftil qurşağı açdı. Arada 
Zakirin  üzünə  baxıb,  şit-şit  hırıldayanda  sifətini  saysız-hesabsız  dərin  qırışlar 
bürüdü. Sonra tum gözlərini qıydı, butulkanın ağzını lampaya tuşlayıb, nişan aldı. 
Yeganə  qulaqlarını  tutaraq  küncə  qısıldı.  Kosanın  kələyini  bilən  Zakir  də 
divara tərəf çevrildi. 
Birdən,  sanki  dalbadal  iki  tapança  açıldı:  “Part!  Part!”  Butulkadan  çıxan 
tıxac  zərblə  lampaya  dəyərək  onu  da  partlatdı.  Qaranlıq  kayutu  kosanın  iblisvari 
qəhqəhəsi  bürüdü.  Zakir  əlini  qapının  çərçivəsinə  uzadıb  tavandakı  gecə  işığını 
yandırdı.  Restoran  xidmətçisinin  bu  hoqqabazlığı  Yeganəni  də  əyləndirdi, 
güldürdü. Kosa, şampan şərabının köpüklü şırnağını fujerlərdən birinə yönəltdi. 
−Tez ol, uzatma! – deyə Zakir onun cibinə bir yüzlük basdı. – Kürün bayıra! 
Sən burada yubansan, çox hoqqa çıxardacaqsan... 
Kosa, icazə istəmədən, doldurduğu fujeri qaldırıb, sağlıq dedi: 
−Bunu içirəm, süzün gürüşüvüz udaçni ulsun! 
O,  şərabı  axır  damlasına  kimi  sümürdükdən  sonra,  dodaqlarını  marçıldatdı 
və padnosunu götürüb “Dəli ceyran” mahnısını mızıldaya-mızıldaya getdi. 
downloaded from KitabYurdu.org


96 
 
−Sən ölməyəsən hərə bir fırıldaqla başını  dolandırmır?! – deyə Zakir onun 
dalınca kəsib-doğradı. – Bu qocanın ilikləri də bicliklə doludur. 
Göy lampanın ziyasında elə bil kayutda hər şey lilə boyanmışdı. Yeganənin 
də  görkəmi  dəyişmişdi.  Qaranlıq  vitrində  qoyulmuş  manikenə  oxşayırdı.  Zakir 
pərdəni  araladı.  Bayır,  kayutdan  işıq  idi.  Hələ  bədirlənməmiş  ay  qayıq  təkin 
səmada  üzürdü.  Çiçək-çiçək  ulduzlu  lacivərd  göylərin  əksi  və  sahilin  çıraqban 
mənzərəsi titrək sularda yuyunurdu. Xırda dalğalar sakit,  əsrarlı idi. Ləpədöyəndə 
qaralan  yöndəmsiz  daşların  arasında  bir  su  pərisi  də  görünsəydi,  Xəzər  bu  həqiqi 
füsunkarlığı ilə nağıla, əfsanəyə çevrilərdi. 
Ani  sakitlikdən  darıxan  Yeganə,  fujerlərə  şampan  süzdü,  özününkünü 
götürüb dodaqları bərabərinə qaldırdı: 
−Bir yaxşı söz de, içək! 
Zakir,  alnına  tökülmüş  saçlarını  hamarlayaraq,  stola  dirsəkləndi.  Nəyəsə 
heyfsilənirmiş kimi köks ötürdü və fujerindən yapışıb irəli uzatdı: 
−Sənin sağlığına! 
Yeganə, Zakirin söz xəsisliyindən razı qalmadı: 
−Elə bu? Bəs sonra? 
Oğlan əlavə etdi: 
−Sən ərindən ayrılan günü mənim olacaqsan! 
 
 
ON ÜÇÜNCÜ NOVELLA 
 
 
Əkrəmin  telefon  danışığından  əhvalatın  nə  yerdə  olduğunu  Fəridə 
təxmin  etcək,  tez  çıxıb  getmişdi.  Ayrı  yol  tapmamışdı.  Yubansaydı,  çətin 
vəziyyətdə  qalacaqdı.  Əkrəm,  adını  ilk  dəfə  eşitdiyi  doktor  Aslanın  barəsində 
ondan  yəqin  ki, soruşacaqdı. Fəridə  isə başqasının  ailə işinə  qarışmaq, dibinə  xılt 
yığılmış suyu bulandırmaq istəmirdi. 
O  gün  Əkrəm  klubda  şahmat  dərnəyinin  növbəti  məşğələsini  aparmalı  idi. 
Ancaq evdən çıxmaq həvəsində deyildi. Beynində, dolaşıq düşmüş kələf kimi, üç 
fikir  bir-birinə  qarışmışdı:  “Görəsən,  Yeganəyə  nə  olub?!  Axı,  doktor  Aslan 
kimdir?! Fəridə qəfildən niyə getdi?!” 
Təskinlik üçün özü bu suallara cavab arayırdı: “Yeganə boyludur. Bəlkə də 
dünən gecəki yuxusuzluqdan, əsəbilikdən sonra halı xarablaşıb, həkimə gedib...”. 
“Məni,  səsimdən  özgə  adama  –  doktor  Aslan  deyilən  birisinə  oxşadıblar. 
Burada  nə  var  ki?!  Qısqanmaq  neyçün?  Bir  də  axı...  teatrda  məni  tanımırlar, 
Yeganənin əri olduğuma inanmaya da bilərlər...” 
downloaded from KitabYurdu.org


97 
 
“Çox  güman  mən  içəri  otaqda  telefonla  danışanda  Fəridəni  çağırıblar. 
Yoxsa, elə xəbərsiz getməzdi...” 
Əkrəm, çəliyini qar basmış pilləkənin sürahisinə döyəcləyə-döyəcləyə aşağı 
enəndə,  bir  daha  Yeganəni  xatırladı.  Nigarançılığı  artdı.  Dayanıb,  fikrində  nəsə 
götür-qoy elədi və yenə evə qayıtdı. 
Tualet  stolunun  siyirməsinin  birindən  balaca  karandaş,  digərindən  dörd 
qatlanmış  kağız  tapdı.  İş  yerinin  telefon  nömrəsini  yazdı  ki,  Yeganə  gələn  kimi 
zəng  çalsın.  Kağızı  aparıb  aynabənddə  göz  qabağına  –  radioqəbuledicinin  üstünə 
qoydu. 
Qapıdan  çıxmağa  hazırlaşanda  küçədəki  xəndək  yadına  düşdü.  Qar 
yağmışdı,  ora  sürüşkən  olacaqdı.  Köməksiz  keçə  bilməyəcəkdi.  Pəncərəni  açıb, 
aşağıdan qonşunun oğlunu səslədi: 
− Bəli, Əkrəm əmi! – deyə uşaq həyətə atıldı. – Nə buyurursunuz? 
− Qəşəng bala, gedək məni klubun tininə qədər ötür, qayıt. Yaxşımı? 
− Bu dəqiqə! 
−  Ay  bərəkallah!  Varam  belə  dostluğa!  Yolda  sənə  əntiqə  şeylər 
danışacağam... 
Uşağın evə cumduğu ilə, geyinib bayıra sıçradığı bir oldu. 
−  Mən  hazır,  əmi!  –  deyə  o,  köhnə  paltosunun  yaxasını  düymələyə-
düymələyə  aynabəndə  girəndə,  qapıdan  içəri  dolan  yel,  pərdələri  əsdirdi, 
radioqəbuledicinin üstündəki kağızı yerə saldı. 
− Gedəkmi? 
− Gedək! 
Oğlan,  tükləri  tökülmüş  xəz  papağının  qulaqlarını  endirib,  Əkrəmin 
biləyindən yapışdı. 
Telefon cingildədi. 
− Dayan, görüm kimdir? 
− Ey!.. Qoymazlar ki! – deyə uşaq yubandıqları üçün gileyləndi. 
Danışan klubun müdiri idi: 
“ – Zəhmət çəkib gəlməyin, küçələr sürüşkəndir... Məşğələni təxirə saldıq...” 
Əkrəm aynabəndə qayıtdı. 
− Gedəsi olmadıq, dostum... 
Oğlan  kədərləndi.  Baxışlarından  narazılıq  yağdı;  könülsüz  halda  papağının 
qulaqlarını qaldırdı. Əllərini cibinə qoyub divara söykəndi. Birdən gözü bayaq yerə 
düşən kağıza sataşdı... Əyilib, götürdü. 
− Əkrəm əmi... 
− Nə var, bala? 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə