KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   32   33   34   35   36   37   38   39   40

101 
 
−  Bəs,  adamdan  soruşmazlar  ki,  teatrda  işin  ertədən  qurtarıb,  indi  saat 
ondur...  Haradasan?  Ölmüşdün?..  Qalmışdın?..  –  deyə  qadın  onu  qabaqlamağa 
çalışdı. 
Əkrəm bozardı: 
− Sus! Ləyaqətsiz! Bir şeyi ki, bilirəm, niyə soruşum?! 
− Nə?! 
...  Yarımçıq  qalan  söhbət  səhərisi  tamamlandı.  Həm  də  qadının  başqa  bir 
hiyləsinin üstü açıldı. 
Əkrəm sübh erkən durub aynabənddə oturmuşdu. Bülbülün şərqisinə qulaq 
asırdı. Qabağında, boğma stəkanda çay vardı. 
Yeganə  isə  yatağından  gec  qalxdı.  Heç  geyinməmişdən  patefonu  işə  salıb, 
xoşladığı qaraçı mahnısını oxutdurdu. 
Əkrəm  zahirən  özünü  laqeyd  göstərdi,  əslində  çox  dalğın  idi.  Aslanın 
məktubu,  hələ  dünənə  qədər  bütün  günahlarına  göz  yumaraq,  məhəbbətini 
ürəyindən silə bilmədiyi Yeganəni onun nəzərində, varlığına nifrət edilməli iyrənc, 
rəzil bir xilqətə çevirmişdi. 
Qaraçı  müğənnisinin  səsi  otaqları,  aynabəndi  başına  götürmüşdü.  Beş  il 
əvvəl də, ilk dəfə Əkrəm bu evə qədəm basanda, həmin mahnını eşitmişdi. Onda 
da xarabalıqda bayquş ulamasını xatırlamışdı, indi də... 
Qadın,  hamamxanada  əl-üzünü  yuyub,  ətirləndi.  Böyük  otağa  keçəndə, 
patefonu  dayandırdı;  telefonda  harasa  zəng  vurdu.  Maraq,  Əkrəmi  bürüdü.  O, 
disqin  arı  vızıltısına  oxşar  qırıq-qırıq  səslərlə  irəli-geri  hərlənməsindən  rəqəmləri 
asanlıqla müəyyən etdi: ...-91-42. 
Yeganə kiminləsə üstüörtülü danışırdı: 
“ – Alo?.. Sənsən?.. Mənəm. Quzunun kefi? Yaxşıdır... Deyəsən, gözlədiyin 
gün yaxınlaşıb... Başa düşdün? Ayağın yüngül imiş... Ha!.. Ha!.. Ha!..”. 
Qadın qaqqıldaya-qaqqıldaya qapını kip çəkdi. Əkrəm daha heç nə eşitmədi. 
Və “...91-42” – deyə bayaqkı nömrəni beynində dolandırdı. 
Yeganə,  paltosunu  çiyninə  atıb,  aynabəndə  çıxdı.  Onun  getməyə 
hazırlaşdığını bilən Əkrəm dindi: 
− Tez qayıdacaqsan?.. Yoxsa, gəlişin yenə gecəyə çəkəcək?.. 
Qadın  astanaya  çatanda,  ayaq  saxladı.  Dönüb  çiyninin  üstündən  kinli 
baxışlarla ərini süzdü: 
− Necə?!. Vacib işin vardı mənimlə?!. 
− Bəli! 
− Maqazinə düşürəm. Çörək almağa. Sənin üçün papiros almağa... 
− Mənə heç nə lazım deyil! 
downloaded from KitabYurdu.org


102 
 
− Lazım olar... Belə baxıram, bu gün dünənkindən də çox çəkəcəksən!.. 
Yeganə, bazar çantasını biləyindən asdı və fısıldaya-fısıldaya həyətə enəndə 
telefon  cingildədi.  Əkrəm,  bu  zəngin  ona  aid  olmadığını  bilsə  də,  gedib  dəstəyi 
qaldırdı. Telefonda: “Alo?..” – deyən şəxs “Bəli!” cavabını eşitcək, səsini kəsdi. 
Əkrəm  məsələni  başa  düşmüşdü.  Tez  “...-91-42”-ni  yığdı.  Səbrlə  gözlədi. 
Bayaqkı səs, bayaqkı “Alo?..” qulaqlarında təkrarlandı. Səhv etməmişdi: bu, həmin 
adam idi. Əkrəm təmkinini pozmadan dedi: 
−  Bağışlayın...  indicə  niyə  otboy  verdiniz?..  Siz  ki,  elə  istədiyiniz  yerə 
düşmüşdünüz... 
Zakir heyrətləndi: 
−Bura haradır?.. 
−Yeganənin evi. 
−Mənimlə danışan kimdir? 
−Tamamilə təsadüfi, kənar bir şəxs. 
−Başa düşmürəm... Yad adamın onunla nə əlaqəsi? 
−Bu sualı eyni ilə mən də sizə verə bilərəm... 
−... 
−Gələndə Yeganəyə nə deyim? 
−Heç nə! 
−Onda qulaq asın: mənim sizə iki kəlmə tövsiyəm var. 
Zakir kişiləndi: 
−Buyurun! 
−Mən  sizi  tanımıram.  Adınızı  da  eşitməmişəm.  Evlisiniz,  subaysınız, 
əyyaşsınız  bilmirəm.  Bunlar  məni  əsla  maraqlandırmır.  Məqsədim,  ancaq  sizi 
qandırmaqdır. 
−Mən qazdan ayığam. Mətləbə keçin... 
−Dediyim odur ki, ərini başqalarına dəyişən bir qadın, sizin təki namərdə də 
sədaqətli olmayacaq. Aldanmayın!.. 
Zakirin, bu dəfə də dəstəyi asmaqdan savayı əlacı qalmadı. 
...Yeganə  qapıdan  girəndə,  Əkrəmin  sifətini  dəhşət  bürümüşdü.  Sanki 
içərisində ağır bir yara sızlayır, ona dözülməz əzab, işgəncə verirdi. 
−Sənə  nə  olub  yenə?  –  deyə  qadın  dilucu  xəbər  aldı.  –  Zəhmindən  adam 
qorxur... 
−Rica edirəm, cəfəng danışıqlarınla məni hövsələdən çıxarma! Avadanlığımı 
çamadanıma yığ, gedirəm! 
Əkrəmin  bu  sərt  cavabı  Yeganənin  yeddi  qatından  keçdi.  Ancaq  səbrini 
toplayıb, haldan çıxmadı. 
downloaded from KitabYurdu.org


103 
 
−Hara gedirsən? 
−Haradan gəlmişdim, ora! 
Qadın, paltosunu çiynindən sürüşdürüb, mıxdan asdı. 
−Sən dünəndən xoflusan. Bilmirəm nə eşitmisən... 
−Mən təkcə dünən  yox, ordudan  qayıdan  gündən sənin  barəndə  çox sözlər 
eşitmişəm! Əbəs yerə deyilənlərə inanmırdım! İndi mənə hər şey əyandır!.. 
Yeganə  qeyzləndi;  yataq  otağından  çamadanı  götürüb,  aynabəndin  ortasına 
fırlatdı. 
−Qaranlıq quyuya daş atmaq sənin köhnə şakərindir! 
−Qaranlıq quyu sənin qəlbindir ki, dibi hiylə-fəsadla doludur! 
−Mən aktrisayam, haqqımda çox şayiə çıxararlar... Soyuqqanlı ər hər dedi-
qoduya uymamalıdır. 
Əkrəm acı-acı güldü: 
−Aktrisa!..  Bəli...  Sən,  həqiqətən,  həyatda  pozğun  qadın  rolunu  məharətlə 
oynayan dublyorsuz bir aktrisasan. 
Yeganə, təpiyini yerə vurub, hikkə ilə çığırdı: 
−Sus!.. Məni təhqir eləmə! Bu ixtiyarı sənə kim verib?! 
−Sənin  ləyaqətsizliyin!  –  deyə  Əkrəm,  cibindən  Aslanın  məktubunu 
çıxararaq onun üzünə çırpdı. – İfritə! 
Döşəməyə düşən kağızı, qadın xəttindən tanıyınca etirafdan başqa çıxış yolu 
qalmadı: 
−Belə,  əcəb  eləmişəm!  Gizlətmirəm:  sən  burada  olmayanda  birisi  ilə 
gəzmişəm. Sonra nə sözün?! 
−İndi də boynunda uşaq, o biri dəyyusla görüşürsən! – Əkrəm əlini telefona 
tərəf uzatdı. 
Yeganə, paltosunun cibindən siqaret çıxarıb, yandırdı. Kibrit qutusunu hirslə 
stolun üstünə tulladı. Tüstüdən gözlərini qıyaraq, nifrət qarışıq bir istehza ilə ərini 
süzdü. 
−Gec ayılmısan! – dedi və çırtma ilə siqaretin külünü yerə tökdü. – Qədrimi 
bilmədin!.. 
−Axı, sən nə istəyirsən? 
Qadın,  elə  bu  suala  bənd  imiş  kimi,  özündən  çıxdı,  əl-qol  ata-ata  səsini 
qaldırdı: 
−Mən  həyatın  bütün  nemətlərini  dadmaq,  firavan  yaşamaq,  gəzmək, 
dolanmaq  istəyirəm!  Mən  istəyirəm  hər  günüm,  hər  saatım  xoş  əyləncələrdə, 
şənliklərdə  keçsin...  Deyim...  gülüm...  şadlanım!..  Başa  düşürsənmi?!  İstəyirəm 
məni  oxşayıb,  əzizləsinlər...  tərifləsinlər...  Anlayırsanmı?!  Bu  nəvazişləri  sən 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə