KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   32   33   34   35   36   37   38   39   40

107 
 
Xəzərin  göy  sinəsinə  projektor  təkin  uzun...  gümüşü  bir  zolaq  salıb.  Küncinin 
“Dnepr üzərində gecə” tablosu yadınızdadırmı? 
−Yadımdadır... lap yaxşı... 
−Bax, eləcə. O şəklə bir də Bakının işıqlarını əlavə edin... 
−Çox sağ olun!.. İnanın ki, sizin sözlə çəkdiyiniz mənzərə mənə o rəssamın 
təsvirindən də xoş gəldi! 
“Gipgirdə  ay...  Xəzərin göy  sularında uzun, gümüşü  bir  zolaq...  və  uzaqda 
Bakının  işıqları...”  Fəridə  sanki  bir  anlığa  öz  gözlərini  ona  verdi.  Əkrəm  baxdı, 
gördü... Təbiətin canlı bir lövhəsi beynində həkk olundu. 
“Eh!..  Doğrudan  da,  nə  gözəl,  nəcib  insanlar  varmış  dünyada!”  –  deyə 
qəlbinin ən dərinliklərində pıçıltı titrədi. Şahinin cingiltili səsi onu xəyaldan ayırdı: 
−Çatdıq! Çatdıq! 
Səltənət qalxıb, nəvəsinin əlindən yapışdı. 
Gəmi körfəzə yan alırdı. Fəridə Əkrəmin qolundan tutdu: 
−Tələsməyək,  qoy  camaat  düşsün,  biz  lap  axırda  çıxarıq,  −  deyə  cocuğu 
ehtiyatlı olmağa çağıran bir ana nəvazişi ilə Əkrəmə eşitdirdi. 
...Saat  onu  keçmişdi.  Dəniz  körpüsünün  taxta  pillələrini  encək,  Fəridə 
hamılığa müraciətlə soruşdu: 
−Evə tələsmirsiniz? 
−Mən yox! – deyə birinci Şahin dilləndi. 
Əkrəm güldü: 
−Onda,  mən  də  yox.  –  Sonra  Fəridəyə  sarı  döndü.  –  Bəlkə,  ananız  gedib, 
dincəlmək istəyir? 
Səltənət Şahini qucaqladı: 
−Evin  kişisi  gəzmək  istəyəndən  sonra,  mən  nəkarəyəm,  −  dedi  və  uşağın 
yanağından öpərək xəbər aldı. – Noğul balam, yuxun yoxdu ki? 
Şahin başını silkələdi. 
...Axşamdan keçmiş geri döndülər. Əkrəmi küçə qapılarına kimi ötürdülər. 
−Düzü,  mən  öz  minnətdarlığımı  bildirməyə  söz  tapmıram,  −  deyə  o, 
ayrılanda dönə-dönə razılıq etdi. – Gecəniz xeyrə qalsın... 
Əkrəm Səltənətin, Şahinin, axırda da Fəridənin əlini sıxdı. 
− Xeyrə qarşı. Darıxmayın... 
Getdilər. 
O,  yenə  yalqızladı,  əvvəlki  tənhalıq  bərpa  oldu.  Ancaq  bu  dəfə  Əkrəmin 
qəlbinə rahatlıq və təsəlliverici xoş duyğular axdı. “Xeyrə qarşı! Darıxmayın...” Bu 
kəlmələr Fəridənin dilindən qopmuşdu... 
Ürək,  insan  aləminin  hökmdarı  deyilmi?!  Onun  qəsdinə  durmaq, 
sərəncamından qaçmaq çətindir. Bunu Əkrəm də bacarmadı... 
Son  günlərini  o,  Fəridəsiz,  Fəridə  ilə  keçirirdi.  Lakin  bu  qiyabi  varlığın 
üzüntüsü  əyani  yoxluğun  təəssüfündən  ağır  idi.  Onsuz  da  sirrini  pünhan  saxlaya 
bilməyəcəkdi, gec-tez hər şey açılacaqdı. 
downloaded from KitabYurdu.org


108 
 
Bir yol yenə dördlükdə gəzişirdilər. Şahinin şıltaqlıq elədiyini görən Səltənət 
qızına dedi: 
− Yəqin uşaq acıb. Evdən çıxanda heç nə yemədi. Bir az tələssək yaxşıdır. 
Fəridənin əvəzinə Əkrəm dilləndi: 
− Xala, əziyyət olmazsa, onu siz aparın. Yarım saata biz də qayıdarıq. 
− Çox yubanmayın, başınıza dönüm. Anası gəlməyincə bu saqqalı ağarmışı 
yatırmaq müsibətdir... 
Qarı nəvəsini “pişim-pişim”lə dilə tutub, tramvay dayanacağına yönəldi. 
Bulvarın  daş  hasarı  üstdə,  arxası  dənizə  tərəf  oturmuş  Fəridə  mat-məəttəl 
Əkrəmə  baxdı.  Onun  geniş  alnına  tökülən  çal  saçlarına,  xırda,  göy  ləkələrlə 
örtülmüş məyus sifətini, çapıq qaşını, qara çeşməyi altda tez-tez kirpik çalan, giləsi 
puç  gözlərini,  sanki  bu  dəqiqə  danışmağa  hazırlaşan  qalın  dodaqlarını  lap 
yaxından,  diqqətlə  süzdü.  Çoxdan  tanıdığı  bu  insana  qarşı  qəlbində  olan  hörmət, 
mərhəmət  bir  anlığa  gizli  məhəbbətə  çevrildi.  Fəridənin  qarşısında  dayanmış 
Əkrəm papirosunu sümürərək fikirləşir, bəlkə də deyəcəyi sözləri ölçüb-biçirdi. 
−  Keçən  dəfə  mən  sizinlə  dəniz  havasında  gəzəndən  sonra  elə  möhkəm 
yatdım  ki...  Səhərisi  anam  oyatmasaydı,  işə  gecikəcəkdim,  −  deyə  qadının  səsi 
araya çökən uzun sükutu qırdı. 
Əkrəm papirosunu suya tulladı: 
− Mən əksinə − o gecə heç yatmadım... 
− Niyə? 
− Özüm də bilmirəm... sübhün gözü açılana kimi elə hey düşündüm... 
− Nə barədə düşünürdünüz? 
Qadının sorğusuna Əkrəm qeyri-müəyyən cavab verdi: 
− Soruşmayın... 
Söhbət mətləbin kənarında fırlanıb, bununla da bitdi. Evə sarı döndülər. 
−  Siz  bu  axşam  sözlü  adama  oxşayırsınız.  Ancaq...  nədənsə  ürəyinizi 
məndən gizlədirsiniz. 
− Doğrudur, Fəridə. Sizi yubandırmaqda məqsədim vardı. Fikrimi dəyişdim. 
− Niyə? 
− O qənaətə gəldim ki, elə... bir dost kimi qalsaq yaxşıdır. 
− Bəs siz nə istəyirdiniz?.. 
Əkrəm iri bir söyüdün çətiri altında ayaq saxladı: 
−  Şübhəsiz,  hər  istəyin  də  bir  ölçüsü,  hüdudu  olmalıdır.  O  həddi  keçməyə 
mənim cəsarətim çatmadı. 
Fəridə qolundan tutub, onu yaxındakı skamyaya tərəf çəkdi: 
− Əyləşin. 
Oturdular. 
− Danışın. 
Əkrəm ehtiyat elədi: 
− Ətrafımızda adam yoxdur ki? 
− Varsa da, bizdən uzaqdadır. 
downloaded from KitabYurdu.org


109 
 
Xeyli  intizardan  sonra  nəfəsini  dərib,  tələsmədən,  xüsusi  bir  məntiqlə  sözə 
başladı Əkrəm: 
− Həyat çox mürəkkəbdir, Fəridə! Yolları kələ-kötür, daş-kəsəklidir... Mən 
bu yaşımda az bərkdən-boşdan çıxmamışam. İstiyə, soyuğa düşmüşəm; acını, şirini 
dadmışam. Adamların yaxşısını da görmüşəm, pisini də. – O, dizlərinə dirsəklənib, 
yumruqlarını  yanaqlarına  dirədi.  –  İndi  həyata  kor  baxıram.  Ancaq...  insanların 
səsi,  nəfəsi,  sualı,  cavabı  mənə  hər  şeyi  anladır.  Sevinci  kədərdən,  məhəbbəti 
nifrətdən  ayırıram.  Mən  sizi  də  həmin  instinktlə  tanımışam.  Son  zamanlar 
aramızda  yaranan  ünsiyyət,  sizin  münasibətiniz,  rəftarınız  məni  çox  düşündürür. 
Bilmirəm,  bəlkə  də  səhv  edirəm...  İstəyirəm...  əlbəttə,  əgər  bu  vəziyyətim  sizi 
zinhara  gətirməyəcəksə...  elə  həmişə  mənimlə  bir  yerdə  olasınız...  Bizim  evdə. 
Yaşayaq ömrümüzün axırına kimi, bir-birimizin başına dolanaq. Sizin gələcəyiniz 
üçün, Şahinin xoşbəxtliyi üçün nə lazımsa, mən əlimdən gələni əsirgəməyəcəyəm. 
Ancaq fikirləşin. Bunu, məbadə, mərhəmət xatirinə edəsiniz!.. Mən öz rahatlığımı 
başqasının əzab-əziyyəti hesabına qurmağa  əsla razı deyiləm... – Əkrəm yenə bir 
papiros yandırdı. – Sizə deyəcəyim bunlar idi... 
Fəridə gözlərini üfüqlərlə birləşən Xəzərin nəhayətsiz ənginliklərinə zillədi. 
Bədirlənmiş ay dənizin qaranlıq köksünə gümüşü zolaq salmışdı. 
− Mən sizə inanıram, Əkrəm! – dedi. Və onun əlindən papirosu alıb, ayaqları 
altına  atdı,  tapdaladı.  –  Daha  çəkməyin  bunu!..  Bəzən  insanın  taleyini  həyat  özü 
müəyyən edir... 
Bakılıların  Abşeron  bağlarına,  yaylaqlarına  köçmək  mövsümü  başlanmışdı. 
Havalar gündən-günə qızırdı. 
“  –  Elə  bilirəm,  bu  yayı  biz  də  bir  yana  getməliyik,  −  deyə,  keçən  həftə 
Əkrəm  Fəridə  ilə  məsləhətləşmişdi.  –  Şahini  iyul,  avqust  aylarının  bürküsündə 
şəhərdə saxlamaq olmaz”. 
İndi  həmin  vaxt  yetişmişdi;  yola  hazırlaşırdılar.  Fəridə  çamadanları 
qablaşdırırdı. Səltənət qarı mətbəxdə Əkrəmin xalası ilə dərdləşirdi: 
−  O  bircə  nəvəmin  əziz-xələf  canıyçün,  bu  xəbəri  ki,  qızımın  dilindən 
eşitdim, sevindiyimdən gözlərim yaşardı. Dedim, təki xoşbəxt yaşayasınız, ay bala. 
İkiniz də cavansınız, qədrinizi bilin... 
Müsahibi onun sözünü təsdiqlədi: 
−  Fəridə  bu  evə  ayaq  basandan  Əkrəmin  eyni  açılıb.  Şahini  bir  hovur 
yanından buraxmır. Odur, bax, bayaqdan oturub eyvanda, uşağa şahmat öyrədir... 
Sağ olsun qızın, yaxşı cüvanəzəndir. Elə mənə də çox mehribandır, pərvanə kimi 
başıma  fırlanır.  Srağagün  ikisi  də  ha  illah  elədi  ki,  sən  də  yığış  bizimlə  gedək, 
razılaşmadım... 
−  Mənim  də  saqqızımı  oğurlamaq  istədilər.  Dedim,  bu  dəfə  yox,  yengidə, 
inşallah, hamılıqla gedərik. 
Eyvandan eşidilən Əkrəmin şən qəhqəhəsi arvadların söhbətini kəsdi. Fəridə 
bir anlığa işdən ayrılıb, sevincək xəbər aldı: 
− Nə olub ki, orada?! Niyə gülürsən?.. 
Əkrəm uğuna-uğuna qadına tərəf döndü: 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə