KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   32   33   34   35   36   37   38   39   40

113 
 
−Neynəyim, ay bala? Tiyatırda çox eybəcər idi... Sən allah tapşır, bir də o 
əfsiyant  cildinə  girməsin,  camaatı  bizə  güldürməsin...  Elə  birdəfəlik  ərtistlikdən 
çıxıb, evdə otursa, lap yaxşıdır. 
−Baş üstə! Sən də paxanla danış, bala-bala hərəkətə gəlsin. 
O  gecə  arvad  ərini  yatmağa  qoymadı.  Səhərə  qədər  oğlunun  gözaltısını 
tərifləməkdən yorulmadı. 
Zakir, Yeganə  ilə valideynlərinin  razılığı olmadan  da  evlənə  bilərdi. Ancaq 
anasının “gəlin üçün”  məxsusi sifarişlə çoxdan düzəltdirib saxladığı brilyant qaşlı 
üzüyü, sırğanı, medalyonu, bilərziyi əldən buraxmaq istəmirdi. İndi ayağı möhkəm 
yer  tutmuşdu.  Bir  azdan  subaylıqla  vidalaşsa  da,  güzəranını  rahat,  zəhmətsiz 
keçirməkdə  davam  edəcəkdi.  Yeganənin  var-dövləti,  ev-eşiyi,  həmxanalardan 
toplayacağı  kirayə  pulları...  üstəlik,  öz  anasının  verəcəyi  qaş-daşlı  qızıl  şeylər 
hamısı,  hamısı  onun  ixtiyarında  olacaqdı.  Sonrasına  isə...  Zakirin  başqa  planları 
vardı. Yeganədən ayrılmaq çətin deyildi... 
Bakıda  havalar  qızmışdı.  Belə  bir  vaxtda  kurort  şəhərlərinin  parklarından, 
restoranlarından, plyajlarından kənarda qalmaq Zakirin fikrincə axmaqlıq idi. Hər 
ötən gün ömürdən gedirdi. 
−  Ana,  paxana  pıçılda,  Tiflisə  xarici  mallar  gəlib.  Yeganəyə  pal-paltar 
lazımsa,  özümü  verim  ora,  −  deyə  Zakir,  atasından  pul  qoparmaq  məqsədi  ilə 
söhbət saldı. 
Arvad  taxça-boxçada  gizlətdiyi  naftalinli  əskinasları  gətirib  ona  verəndə, 
“evlərini soyan oğruların” dalınca bəlkə yüzüncü kərə qarğıdı. Sonra üzünü oğluna 
tutaraq alacağı şeyləri sadaladı, dükan-bazara girəndə ehtiyatlı olmasını tapşırdı. 
Yeganə  qonşulardan  Əkrəmin  Fəridə  ilə  evləndiyini  eşidəndə  şən  bir 
qəhqəhə  çəkib  gülmüşdü:  “Nə  deyirəm  ki!  Təki  xoşbəxt  olsunlar!..”.  Əslində, 
ürəyinə  dolan  paxıllıq  onu  qəzəbləndirmişdi.  Aslanın  məktubundan  sonra  bu, 
Yeganəyə  vurulan  ikinci  zərbə  idi.  Birinci  kərə  rəqibindən  intiqam  almağa  cəhd 
etsə  də,  bacarmamışdı.  İndi  isə  o,  Əkrəmdən  daha  çox  Səltənətə,  Fəridəyə  dağ 
çəkməyə fürsət axtarırdı. Lakin necə? Hansı yolla? Bilmirdi. 
Yeganəyə  görə,  Zakiri  –  Aslanın,  Əkrəmin  nifrətlə  xatırladığı  bir  şəxsi  ələ 
gətirmək onlara ən yaxşı cavab olacaqdı. Bir halda ki, bu sevdada özünün də böyük 
təmənnası  vardı.  O,  teatrda  parlamamış  sönən  bir  “ulduz”  kimi  səhnədən 
sıxışdırılıb çıxacağına əmin idi. Bunu ona yaxın qayğı göstərən rejissorlar indidən 
üzünə  vururdular.  “Sən  “Tarantello”dan  sonra  neçə  ildir  xərçəng  kimi  geri 
gedirsən! Sənətə məhəbbətin gündən-günə azalır...” 
Bəli,  Yeganə  bu  sahədə  öz  taleyini  şərəfsiz  və  acınacaqlı  görürdü...  Uzağı 
iki-üç  ilədək  çopur  dəllaldan  qalan  beş-on  qızıl  da  xırdalanıb,  xərclənəcək  və 
onda... ehtiyac qapısını döyəcəkdi... Yeganə isə başqaları kimi yaşamaq istəmirdi. 
Zakirin  atasına  arxalanmaq,  şan-şöhrətdən  əlavə,  həm  də  gələcək  qayğılarla 
biryolluq  vidalaşmaq  deməkdi...  Ancaq  onu  bilmirdi  ki,  müflisləşmiş  “xozeyin 
zərgər”in təkcə quru adı qalmışdır. 
Kislovodska getməyə hazırlaşan Zakir, biletini alıb, cibinə qoyduqdan sonra 
Yeganə ilə görüşdü. 
downloaded from KitabYurdu.org


114 
 
− Sabah Tiflisə yola düşürəm, − dedi. 
− Xeyir ola? 
−  Əlbəttə,  xeyirdir...  Evdən  bazarlığa  göndərirlər.  Anam  tapşırdı  ki,  bir 
səndən də soruşum, daha nə istəyirsən... 
Yeganə minnətdarlıq elədi: 
−  Mənə  sənin  sağlığından  başqa  heç  nə  lazım  deyil.  Çalış,  tez  gəl...  Ayın 
axırına kimi burada ol... Mən də təkəm... 
− Uşaqsan?! Uzağı bir həftəyə, on günə Bakıdayam! 
Lakin  Zakirin  məhz  indi,  Yeganənin  doğum  evinə  yatmağa  gedəcəyi  bir 
vaxtda şəhərdən çıxması əbəs deyildi. 
− Gərək bağışlayasan... Səni ötürməyə vağzala gələ bilməyəcəyəm... 
− Heç mən bu vəziyyətdə razı olarammı?.. 
Axşam,  qatarın  tərpənməsinə  azacıq  qalmış  Yeganə  hövlnak  vağzala  girdi, 
perronda Zakiri tapıb, bir qırağa çəkdi; Fəridənin ünvanına hazırladığı teleqramın 
surətini ona verdi: 
− Tiflisə çatan kimi vurarsan! – dedi və boyalı dodaqları ilə oğlanı öpdü. – 
Mən o evə bir çaxnaşma salım ki, tamaşasına aləm yığışsın!.. Yaxşı yol. 
− Salamat qal. 
Parovoz fısıldadı, dartındı... vaqonlar bir-birinə dəyərək, taqqıldadı. 
Zakir kupeyə keçdi. Stolüstü lampanı yandırıb, teleqramın sözlərini oxudu: 
 
“Canım-ciyərim, gözlərimin işığı Fəridə! 
 
Yəqin məni çoxdan ölmüş bilirsiniz. Uzun illərin əziyyətindən sonra  
 
əsirlikdən buraxıldım. Səni, Səltənəti, Şahini görməyə Bakıya 
tələsirəm. 
 
 
 
 
 
 
 
 
 
Əşrəf ”. 
 
 
Doğum evində eyni gündə iki Soltanova hamiləlikdən azad olmuşdu  – biri 
Günəş,  biri  Yeganə.  Məhəbbətin  ilk  nübarını  görən  Günəşin  sevincdən  köksü 
qabardı;  dünyaya  təzəcə  göz  açan  oğlunu  istidən-soyuqdan  qorumaq,  böyütmək, 
yaşatmaq  haqqında  düşünürdü.  Ana  bu  balanı  tapınca  neçə-neçə  üzüntülü  ilin 
möhnətinə  dözmüş,  nə  qədər  əziyyətə  qatlaşmışdı.  Nəhayət,  sədaqətli  ərinin  – 
Fikrətin ürəyindəki nisgilə son qoyulmuşdu. Günəş təsəvvürünə bundan da böyük 
xoşbəxtlik gətirə bilərdimi? 
 
Övlad  doğulmuşdu!  Ailəyə  oğul  gəlmişdi!  Sabahın,  bəlkə  də,  gərəkli  bir 
insanı  Günəşin  bətnində  yaranmışdı,  onun  damarlarından  qidalanmışdı.  Xeyr! 
Günəş təsəvvürünə bundan da böyük xoşbəxtlik gətirə bilməzdi! 
 
Yeganə  isə... öz  gələcəyi, rahatlığı  naminə  zəruri  sandığı  xəbis  bir  niyyətin 
çirkabında boğulurdu. Hər dəfə körpəni əmizdirəndə ürəyindən qara qanlar axırdı. 
Qız sifətinin cizgilərindən, burnundan, qaşlarından eynən Əkrəmə oxşayırdı. 
 
Palatada yatan qadınlara  ərlərindən təbrik məktubları, hədiyyələr, gül-çiçək 
dəstələri gəlirdi. Cavan atalardan bəziləri həyətə açılan pəncərələrdən boylanaraq, 
dayələrə  laldili  yalvarır,  uşağı  göstərməsini  xahiş  edirdi.  Təkcə  Yeganə  bu 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə