KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə34/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

98 
 
− Bu səninkidir? 
− Oğlum, görmürəm axı, o nədir? 
Uşaq, bənövşəyi mürəkkəblə yazılmış kağızı nəzərdən keçirdi. 
− Məktubdur, − dedi. – Ancaq... burada bir telefon nömrəsi də var... 
Əkrəmin canından ürpərti, beynindən gizilti keçdi. Gicgahları sancdı. 
− Mək-tub-dur?! Kimdəndir?! 
Oğlan, vərəqin o biri üzünü çevirib, aşağısındakı imzaya baxdı. 
− Aslandan. 
− Necə?! As-lan-dan?! 
Gipnoz edilmiş kimi, əlini qabağa uzadıb, sakitcə bir ayaq-bir ayaq irəliləyən 
Əkrəm,  stolun  tininə  toxunduğunun  fərqinə  varmadan,  öz-özü  ilə  danışmağa 
başladı: 
− Aydındır... Demək, məni bu evdə onunla nahaqdan səhv salmırlar... 
“Doktor Aslan, sizsiniz? Səsinizdən tanımadım...” 
“Xeyr. Mən Aslan deyiləm!..” 
“Yox?! Soruşmaq ayıb olmasın, bəs siz Yeganənin nəyisiniz?..” 
“Yoldaşıyam... Əri...” 
“Necə yəni əri?!” 
Telefon söhbəti Əkrəmin qulaqlarında təkrarlandı. 
− Yaxın gəl, oğlum. Oxu görək, Aslan əmi nə yazır... 
Uşaq  pəncərə  önünə  keçdi.  Müəllimi  qarşısında  dərsini  söyləyən  əksər 
şagirdlərə məxsus yeknəsəq bir tələffüzlə məktubu ucadan oxudu: 
 
“Yeganə! 
Bilirəm,  uzun  müddət  nəvaziş,  mehribanlıq  gördüyün  bir  adamdan  tikanlı, 
acı  sözlər  eşidəcəyinə  heyrətlənəcəksən.  Bəlkə  də  bir  başqası  səndən  soyuyub 
ayrıldıqdan  sonra,  daha  köhnə  əhvalatları  ortaya  çəkməzdi.  Ancaq  mən, 
ürəyimdəkiləri mütləq, tam çılpaqlığı ilə açıb deyəcəyəm! 
Doğrudan da insanları – xüsusən qadınları tanımağa bəzən bir ömür də azlıq 
edir...” 
Əkrəm  ətrafındakı  bütün  varlığı  unutmuşdu.  Diqqəti,  həssaslığı,  şüuru 
qulaqlarında  mərkəzləşmişdi.  Qonşu uşağın  dilindən  qopan  hər  kəlmə  sivri,  paslı 
mərmi təkin ürəyinin bu tərəfindən girib, o biri tərəfindən çıxırdı. 
“...Əvvəllər mən səni o qədər sevirdim ki... 
Köksüm  məhəbbətlə  dolu  idi.  Həm  də  bu  sevdaya  məni  sən  özün  sövq 
etmişdin... Arada bir para hərəkətlərini xoşlamasam da, üzünə vurmurdum; onları 
gəncliyin  gəldi-gedər  şıltaqlığı  sanırdım.  Həyatımı,  varlığımı  sənsiz  təsəvvürə 
downloaded from KitabYurdu.org


99 
 
gətirmirdim.  Sevincim  otağıma  sığmırdı.  Hətta  “müharibədən  qabaq  Əkrəm  adlı 
bir  oğlanın  səni  aldadıb  yoldan  çıxardığını”  öz  dilindən  eşitsəm  də,  fikrimdən 
dönmürdüm  –  evlənmək  istəyirdim.  Ayrı  məqsədim  yox  idi.  Lakin  sonralar 
məndən  asılı  olmayaraq  hər  şey  dəyişdi...  Sən  ürəyimdəki  o  saf  məhəbbəti, 
içərisində  ətirli,  tər  çiçəklər  bəslənilən  büllur  vaza  kimi  qaldırıb,  gülə-gülə  yerə 
vurdun,  parçaladın.  Heç  heyfsilənmədin  də...  O  gündən  elə  bildim  yatmışdım, 
ayıldım – səni ikinci bir Yeganə təki tanıdım... Anladım ki, xislətin tamam başqa 
imiş!..  Mən  öz  eşqimdə  aldanmışam.  Əlaqəni  pozmaq  istədim,  qoymadın. 
Müqavimətsiz təslim oldun... Ancaq mən haradan biləydim ki, sən ərli qadınsan?! 
Cəbhələrdə vuruşan bir əsgərin əmanətisən – bunu məndən gizlədirsən. İnan ki, bu 
həqiqəti  o  zaman  eşitsəydim,  səni  qapımdan  qovardım.  Artıq  gecdir...  Sənin 
xəyanətin qarşısında mən özümü də cinayətkar sayıram. Mənə indi çatır ki, o vədə 
evlənməyimizi niyə ləngidirdin. Yəqin iki gözünü itirmiş ərinin qayıtmasını, ondan 
ayrılıb  mənə  getməyi  düşünürdün.  Yanılırmışsan!  O,  mənim  üçün  ən  azı  rəzalət, 
alçaqlıq  olardı!  Elə  bu  əməlinə  görə  səni  hər  gün  nifrətlə  xatırlayıram! 
Tanımadığım  bir  şəxsin  yanında  ömrüm  boyu  məni  günahkar  elədin.  Ərini 
görsəydim,  ərklə  ona  deyərdim,  uzaqlaş  qadınından,  o  sənin  namusunu 
tapdalamışdır.  Ləyaqətsizdir!  Sən  orada  odun-alovun  içində  vuruşarkən,  Yeganə 
burada  qucaqdan-qucağa  atılmışdır.  O,  təkcə  səhnədə  deyil,  həyatda  da  rola 
girmişdir.  Aldanma  onun  zahiri  gözəlliyinə!  Sən  hər  kimsənsə,  mənən  eləsindən 
qat-qat yüksəkdə durursan!.. Yeganə, sən hegemonluq iddiası ilə yaşasan da, əslən 
qadınlıq adına qara bir ləkəsən! 
Bu qədər! 
Səni görməyi heç vaxt arzulamayan Aslan”. 
 
Oğlan məktubu sona yetircək, marağını gizlədə bilmədi. 
− Bu hansı Yeganədir? – deyə ifrat sadəlövhlüklə xəbər aldı. Əkrəm, ürəyini 
tutdu, başını qapının haşiyəsinə dirədi. 
− Sən tanımazsan, bala... Başqasıdır... Onun da  əri mənim kimi iki gözdən 
kordur... 
Uşaq ani olaraq susdu və birdən yadına nə düşdüsə, yenə dilləndi: 
−  Sən  davada  olanda,  bu  Yeganə  xalanın  da  yanına  bir  həkim  gəlirdi.  Adı 
Aslan  idi...  Nənəm  deyirdi:  heyf  o  oğlandan  bu  nanəcib  üçün!..  Nanəcib  nədir, 
əmi? 
Əkrəm oğlanın axırıncı sözlərini eşitmədi. 
 
Evlərinə çatmağa iki küçə qalmış Yeganə Zakirlə xudahafizləşdi: 
downloaded from KitabYurdu.org


100 
 
−  Hələlik!..  –  dedi.  Ancaq  ayrılmadı.  Ətrafı  xəlvət  görüb,  yanağını  onun 
dodaqlarına sürtdü. – Bu gün sən mənim yaman xoşuma gəldin. 
− Nə barədən? 
− Elə hər barədən. Yaxşılığa doğru çox dəyişmisən. Ağıllanmısan. 
− Sən də əvvəlki Yeganə deyilsən. 
− Ola bilər... – Qadın yuxuda sayıqlayırmış kimi gözlərini yumub pıçıldadı. 
– Onu da yadından çıxarma ki, mən ərimdən qabaq səni sevmişəm. O vaxt məni 
atıb, başqalarını tutdun... İnsafsız!.. Elə niyə elədin?.. 
Qarşı səkidən adam keçirdi. Zakir çevrildi, üzünü divara tutdu. 
− Yaxşı, get, dincəl, quzum... Gecdir. 
−  Sağ  ol.  –  Yeganə,  bir  addım  dala  çəkildi.  Dodaqlarını  qabağa  uzadıb, 
havanı öpdü. – Gecən xeyrə qalsın. Sabah zəngləşərik... 
− Mütləq! 
Zakir  geri  qayıtdı;  özündən  məmnun  halda,  astadan  fıştırıq  çala-çala 
uzaqlaşdı. 
Yeganə evə girəndə Əkrəmi paltarını soyunmadan çarpayıda uzanmış gördü. 
İşığı  da  söndürməmişdi.  Dolabçanın  üstündəki  külqabı  papiros  kötükləri  ilə 
dolmuşdu. Qapı aralı qaldığından otaq soyumuşdu. 
Qadın deyindi: 
− Bu nə cür yatmaqdır, bilmirəm! 
− ... 
O, çantasını acıqla divana tulladı, paltosunu çıxarıb  şkafdan asdı; yaylığını 
açıb stulun başına atdı. 
−  Mən,  elə  bil,  bu  evin  qulluqçusuyam!..  Sil,  süpür,  səliqə-səhmana  sal... 
İşdən yorğun gələndə də bir dincliyin olmasın?!. Xaraba, buzxanaya dönüb!.. 
Əkrəm  oyaq  idi,  eşidirdi.  Nəfəsindən  şərab  qoxumasın  deyə,  Yeganə, 
çantasında gəzdirdiyi “sen-sen”dən bir-ikisini götürüb dilinin altına qoydu. Sonra 
aynanın  qabağında  fırlanaraq  özünə  baxdı.  Yanaqları  azacıq  pörtmüşdü.  Gözləri 
qızarmışdı.  Amma  çox  təravətli  görünürdü.  Zakirin  sözündə  həqiqət  vardı. 
Doğrudan da qəşəngləşmişdi. 
Çarpayı  cırıldadı.  Əkrəm  o  biri  böyrü  üstə  çevrildi.  Qadın  geri  qanrıldı. 
İkrahla ərini süzdü: 
− Bayaqdan niyə dinmirsən?! Mən daş-divarla danışıram?! 
− Dincəyin, nə deyim?! 
Yeganə,  Əkrəmin  səsindəki  qəzəbi,  kini  apaşkar  hiss  elədi.  “Yenə  buna  nə 
olub?” – düşündü. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə