Kərimov Erkin İnqilab oğlu Kommersiya banklarında veksel əməliyyatları



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix08.09.2018
ölçüsü1,65 Mb.
#66888
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

32 

 

asılıdır.Nəticədə komission tutlmalrın hər iki tərəf üçün münasib olmasına dair zəmin 



yaranmıĢ  olur.Reklam  yalnız  bir  məqsəd  daĢıyır  ki,  o  da  satıcıların  ödəniĢ  vasitəsi 

kimi vekseli qəbul etməsi ilə bağlıdır. 

     Aydındır  ki,  yalnız  bank  müĢtərinin  kredit  ödəmə  qabiliyyəti  haqda  daha  yəqin 

fikirə  malikdir.Yeri  gəlmiĢkən  burdada  ingilis  təcrübəsi  də  ola  bilər.Ġngilis  bankları 

qədimdən  müĢtərilərinin  öz  dar  əhatəsi  çərçivəsində  maliyyələĢdirilməsini  üstün 

tutublar.Sərbəst vəsaitləri isə  onlar brokerlərə  və  hesablama  kontorlarına  yönəldirlər 

onlar  isə  veksel  sahiblərin  kredit  ödəmə  qabiliyyətini  ciddi-cəhdlə  təhlil 

edirdilər.Onların əsas funksiyası bunlardan ibarətdir.Bu halda demək olar ki, bank öz 

kredit bölməsinin iĢ strukturunu təkmilləĢdirmiĢ olur.Optimal vergitutma baxımından 

müəssisə ilə bankın qarĢılıqlı əlaqəsi mövcuddur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 


33 

 

FƏSIL 2. Kommersiya banklarının veksellə əməliyyatları. 



2.1 Kommersiya banklarının veksellə əməliyyatların təsnifatı. 

     Veksel hesabı. Bu, xüsusi bank əməliyyatıdır. Veksel saxlayan ödəniĢ müddətinə 

kimi  vekselləri  indossament  üzrə  banka  verir  və  bu  veksel  məbləğinə  görə 

hesablanmıĢ  müəyyən  faiz  alır.  Bu  faiz  diskont  adlandırılır.Ancaq  mal  və 

kommersiya  sövdələĢmələrinə  əsaslanan  veksellər  hesaba  alınır.  Tunc,  dostluq, 

qarĢılıqlı veksellər hesaba qəbul olunmur. Nəzərdə tutulan veksellərdə ən azı iki imza 

olmalıdır.  Keçirici  qeydlərin  sayı  veksellərin  etibarlılığını  təsdiq  edir.  Veksellərin 

müddətinə  gəldikdə  isə  müĢtərinin  iqtisadi  vəziyyətinin  və  ümumi  bazar 

konyukturasının dəyiĢməsindən asılı olaraq qısamüddətli veksellərə üstünlük verilir. 

TəĢkilatlar  və  Ģəxslər  tərəfindən  verilmiĢ,  müəyyən  müddətə  kimi  buraxılmıĢ 

veksellər hesaba alınmır. 

     Diskontun  faizi  hesablanan  zaman  əvvəlcə  vekselin  ödənilmə  müddətinə  kimi 

günlərin  sayını onun  məbləğinə  vurmaqla  və  100-ə  bölməklə hesablanan  faiz  ədədi 

müəyyən  olunur.  Müxtəlif  veksellər  üzrə  müəyyən  günlərdə  hesablanaraq  alınmıĢ 

faiz  ədədi  cəmlənir  və  məbləğ  hesab  faizi  ilə  360-a  bölünür.  Diskont  hesabı  üçün 

düstur belədir: 

C = P * T * Y: 360 

Burada: C – diskontun məbləği, 

T – ödəniĢə qədər müddət, 

P – vekselin məbləği, 

Y – faiz hesabı. 

Belə  ki,  500  manat  məbləğində,  30  gün  ödəniĢ  müddətli  veksel  üzrə  diskontun 

məbləği 20 faiz hesabı ilə: 

(500x30x20): 360 = 8, 33 manat təĢkil edir. 

     Banklar  müəssisələr  üçün  xüsusi  ssuda  hesabları  aça  və  təminat  qismində 

vekselləri  qəbul  etməklə  həmin  hesablarla  kreditlər  verə  bilər.  Ssudalar  müddət 

müəyyən edilmədən və təminat qismində qəbul edilmiĢ vekselin ödəmə müddəti baĢa 




34 

 

çatan  kimi  rəsmiləĢdirilir.  Veksellər  xüsusi  ssuda  hesabının  təminatı  qismində  tam 



dəyərində deyil, adətən konkret bank tərəfindən müəyyən edilmiĢ ölçüdən, həmçinin 

vekseli təqdim edən müĢtərinin kredit qabiliyyətindən asılı olaraq məbləğin 60-90% 

dəyərində qəbul edilir.

 8 


[24] 

     Vekselli  hesab  üzrə  kreditin  ödənilməsi  adətən  kredit  verən  müəssisə  ilə  həyata 

keçirilir,  sonra  ona  vekselin  təminatı  qismində  borca  görə  ödənilmiĢ  məbləğ  geri 

qaytarılır.  Əgər  müĢtəridən  xüsusi  hesab  üzrə  borcun  ödənilməsi  üçün  vəsait  daxil 

olmursa, onda o, vekselin ödəniĢinə daxil olmuĢ məbləğə yönəldilir. 

     Sadə  veksel  dedikdə  müəyyən  müddət  ərzində  müəyyənləĢdirilmiĢ  yerdə  veksel 

verənin  müvafiq  pul  məbləğini  veksel  saxlayana  ödəmə  öhdəliyinin  və  ya  onun 

əmrinin göstərilmədiyi adi qiymətli kağızdır. Adi vekselin iki iĢtirakçısı var: verilmiĢ 

veksel  üzrə  ödəniĢ  etməli  olan  ilk  vekseli  əldə  edən  və  həmin  veksel  üzrə  ödəniĢi 

qəbuletmə hüququna malik olan Ģəxs. 

     Sadə  veksel  təminatı  olmayan  abstrakt  pul  sənədidir.  Onun  fərqləndirici 

xüsusiyyətlərinə aiddir: 

 ötürülmə imkanlarının olması; 

 dövriyyəsiz yazıları həyata keçirmiĢ Ģəxslərdən baĢqa, 

orada iĢtirak edən Ģəxslərin birgə məsuliyyəti; 

 yazıların notarial təsdiqi zəruriyyətinin mövcud olmaması; 

  müəyyən  olunmuĢ  müddətə  vekselə  görə  ödəniĢ  edilmədikdə  notarial  qaydada 

etiraz. 


     ÖdəniĢ müddəti göstərilməyən sadə veksel tələb üzrə ödənilməli olan veksel hesab 

olunur. Vekselin tərtibat yeri barədə xüsusi göstəriĢin olmaması ödəniĢ yeri və veksel 

verənin yaĢayıĢ yeri kimi hesab olunur. Tərtibedilmə yeri göstərilməyən sadə veksel 

veksel verənin adının yaxınlığında göstərilən yerdə imzalanmıĢ hesab olunur. 

     Sadə  vekselə  indossament,  ödəniĢ  müddəti,  ödəniĢ  qaydası,  qeyri-aksept  və  ya 

ödəniĢ  olunmadığına  iddia,  vasitəçilik  qaydasında  ödəniĢ,  surətçıxarma,  formanın 

dəyiĢdirilməsi,  iddia  vaxtının  tarixi,  köçürmə  vekselə  aid  edilən  aval  haqqında 

                                                           

8-

 

Лаутс Е. Б. Рынок банковских услу    2008 




35 

 

müddəalar tətbiq edilir. Sadə veksel üzrə veksel verən köçürmə veksel üzrə akseptant 



kimi  eyni  vəzifələrə  malikdir.  Sadə  veksel  borc  barədə  qeyddir  (qəbzdir).  Sadə 

vekseldə iki nəfər iĢtirak edir. 

     Aksept  üçün  ödəyiciyə  sadə  vekselin  təqdim  edilməsi,qəbul  edilmədiyi  təqdirdə 

etirazın  tərtib  edilməsi  tələb  olunmur.Çünki  qabaqcadan  vekselin  yaranmasında 

birbaĢa borclu vardır. 

     Veksellərlə  hesablaĢma  zamanı  vəsaitlərin  dövriyyə  qabiliyyətini  sürətləndirmək 

üçün  banklar  onları  diskont  edə,vekselin  təminatı  qismində  ssudalar  verə  bilər, 

müĢtərilərə  vekselə  görə  ödəniĢin  əldə  edilməsi  və  borcların  ödənilməsi  üzrə 

xidmətlər göstərə bilərlər. 

     Veksel  malların  satıĢının  yaxĢılaĢdırılmasına  və  dövriyyə  vəsaitlərinin  dövriyyə 

sürətinin  artırılmasına  kömək  edir,  bu  da  müəssisənin  borc  kapitala  və  ümumilikdə 

pul vəsaitlərinə ehtiyacının azalmasına səbəb olur. Bu növbəti hallarda baĢ verir: 

vekselin  müddəti  malların  satıĢ  müddəti  ilə  uyğun  gəlir;  mal  sövdələĢmələri 

veksellərlə rəsmiləĢdirilir. 

     Bəzən  vekseli  birindən  digərinə  yazmaq  üsulu  ilə  –dostcasına  veksellə  və  ya 

veksellərin  qeyri-Ģəxslərə  yazılması  ilə–  tunc  veksellə  üçüncü  Ģəxsdən  «ucuz» 

kreditin götürülməsinə nail olurlar.

 9 


[25] 

     Ġndossamentin  köməyi  ilə  vekselin  verilmə  mümkünlüyü  vekselin  dövriyyə 

qabiliyyətini  artırır  və  onun  yerinə  yetirdiyi  hesablaĢma  vasitələri  funksiyasına 

qarĢılıqlı  borc  öhdəliklərinin  ödənilmə  vasitələri  funksiyasını  əlavə  edir.  Vekselin 

köməyi ilə öhdəliklərin icrası pula olan tələbatı azaldır. 

     Köçürmə vekseli indossamentin vasitəsilə üçüncü Ģəxsə verilə bilər. Ġndossament 

üzrə veksel verən Ģəxs indossant,indossament üzrə vekseli alan Ģəxs isə indossat (və 

ya indossator) adlanır. Əgər veksel verən vekseldə «əmrsiz» və ya digər oxĢar ifadəni 

göstəribsə, onda sənəd ancaq adi sessiya forması ilə verilə bilər. Sessiya digər Ģəxs 

qarĢısında öhdəliyə görə tələbin güzəĢti, hər hansı bir öz hüququnun verilməsidir. Öz 

                                                           

9-

 



Братко А. Г. Банковское право  2008 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə