Kərimov Erkin İnqilab oğlu Kommersiya banklarında veksel əməliyyatları



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix08.09.2018
ölçüsü1,65 Mb.
#66888
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

52 

 

edilmiĢdir. Bu banklar – Azərbaycan Respublikası Milli Bankı, Sənaye – Ġnvestisiya 



Səhmdar  Kommersiya  Bankı,  Aqrar-Sənaye  Səhmdar  Kommersiya  Bankı, 

Azərbaycan  Respublikası  Beynəlxalq  Bankı  və  Səhmdar-Kommersiya  Banklarıdır. 

Qeyd  etmək  lazımdır  ki,  2000-ci  ilə  kimi,  yəni  BFB  yaranana  kimi  qiymətli 

kağızlarla əqdlər məhz Bakı Banklararası Valyuta Birjasının Fond ġöbəsində həyata 

keçirilirdi.  

12  iyun  1994-cü  ildə  Azərbaycan  Respublikası  ərazisində  səhmdar 

cəmiyyətlərinin  yaradılmasını  və  fəaliyyətini  tənzimlənmək,  onların  fəaliyyətinə 

hüquqi  təminat  verilməsini  təmin  etmək  məqsədilə  «Səhmdar  cəmiyyəti  haqqında» 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edildi.  Bu  qanuna  görə  səhmdar 

cəmiyyəti  qapalı,  yaxud  açıq  tipli  səhmdar  cəmiyyəti  formasında  yaradıla  bilər. 

Səhmləri yalnız təsisçilər arasında bölüĢdürülən və təsisçilərin əksəriyyətinin razılığı 

ilə  özgəninkiləĢdirilə  bilən  cəmiyyət  isə  açıq  tipli  səhmdar  cəmiyyəti  hesab  edilir. 

Qanunda səhmdarların vəzifə və hüquqları, cəmiyyətin fondları və əmlakı, idarəetmə 

orqanları haqqında maddələr daxil edilmiĢdir.

 17

[43] 


II  mərhələ  (1995-2000-ci  illər)  Azərbaycanda  qiymətli  kağızlar  bazarının 

inkiĢafının  əsas  mərhələsi  hesab  olunmalıdır.  Belə  ki,  bu  mərhələdə  özəlləĢdirmə 

prosesi  baĢlamıĢ,  Maliyyə  Nazirliyinin  Dövlət  Qısamüddətli  Ġstiqrazları  emissiya 

etməsilə qiymətli kağızlar bazarı real olaraq fəaliyyət göstərməyə baĢlamıĢ, qiymətli 

kağızlar  bazarının  qanunvericilik  bazası  təkmilləĢdirilmiĢ,  «Qiymətli  kağızlar 

haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  dövrün  tələblərinə  uyğun  yeni 

redaksiyada  qəbul  edilmiĢ,  qiymətli  kağızlar  bazarında  dövlət  tənzimlənməsi  orqanı 

olan  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsi  (QKDK)  yaradılmıĢ  və  nəhayət  müasir  tələblərə  cavab  verən  fond  birjası 

fəaliyyətə baĢlamıĢdır. 

Qiymətli  kağızlar  bazarının  formalaĢdırılması  sahəsində  daha  bir  mühüm 

addım  14  iyul  1998-ci  il  tarixdə  qəbul  edilmiĢ  «Qiymətli  kağızlar  haqqında» 

                                                           

17-


 

www.wikipedia.org  

 



53 

 

Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi hesab oluna bilər. Bu Qanun 



Azərbaycan  Respublikasında  qiymətli  kağızların  buraxılıĢı  və  tədavülü  qaydalarını 

müəyyən edir, qiymətli kağızlar bazarı iĢtirakçılarının fəaliyyətini tənzimləyir.  

Bu  sahədə  qəbul  edilmiĢ  daha  bir  normativ  sənəd  24  sentyabr  1996-cı  ildə 

«Açıq  tipli  səhmdar  cəmiyyətinə  çevrilən  dövlət  müəssisələrinin  səhmlərinin  əmək 

kollektivinə  güzəĢtli  satıĢı  haqqında»  Əsasnamə  Azərbaycan  Respublikasının 

Prezidenti tərəfindən təsdiq edildi. 

Qısa  müddət  sonra  29  noyabr  1996-cı  il  tarixdə  Azərbaycan  Respublikasının 

Prezidenti  tərəfindən  «Dövlət  müəssisələrinin  səhmdar  cəmiyyətinə  çevrilməsi 

qaydaları  haqqında»  Əsasnamə  təsdiq  edildi.  Əsasnamə  dövlət  mülkiyyətinin 

özəlləĢdirilməsinin  Dövlət  Proqramının  həyata  keçirilməsini  məqsədini  daĢıyır  və 

həmin  Proqramda  özəlləĢdirilməsi  nəzərdə  tutulan  müvafiq  dövlət  müəssisələrinin 

səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edirdi. 

14 may 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Dövlət 

özəlləĢdirmə  opsionları  haqqında»,  «ĠxtisaslaĢdırılmıĢ  çek  investisiya  fondları 

haqqında»,  «Milli  Depozit  sistemi  haqqında»  və  «Dövlət  müəssisələrinin  səhmdar 

cəmiyyətlərinin  və  ixtisaslaĢdırılmıĢ  çek  investisiya  fondlarının  səhmdarlarının 

reyestrinin  aparılması  qaydaları  haqqında»  Əsasnamələrin  təsdiq  edilməsi  barədə 

Fərmanlar,  16  may  1997-ci  ildə  isə  «ÖzəlləĢdirmə  prosesində  ixtisaslaĢdırılmıĢ  çek 

investisiya  fondlarının  formalaĢdırılmasına  yönəldilməli  olan dövlət  müəssisələrinin 

çevrilməsi  nəticəsində  yaradılan  səhmdar  cəmiyyətlərinin  səhmləri  barədə»  Fərman 

imzalandı. 

Qiymətli  kağızlar  bazarının  fəaliyyəti  inkiĢaf  etdikcə,  onun  dövlət  tərəfindən 

tənzimlənməsi  məsələsi  meydana  çıxdı.  Bu  vəzifəni  bu  vaxta  kimi  xüsusi  dövlət 

tənzimlənməsi  orqanının  olmadığı  üçün  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı 

həyata keçirirdi. Məhz buna görə də ölkə baĢçısı tərəfindən 1999-cu ilin dekabrında 

iməsələsi meydan verdiyi Fərman dünya maliyyə təĢkilatları, xarici sərmayədalar və 

Ģirkətlər  tərəfindən  yüksək  dəyərləndirilmiĢdir.  26  iyul  1999-cu  il  tarixində 



54 

 

«Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət 



Komitəsinin  (QKDK)  fəaliyyətinin  təmin  edilməsi  haqqında»  Azərbaycan 

Respublikası  Prezidentinin  Fərmanının  imzalanması  ilə  ölkədə  mütəĢəkkil  qiymətli 

kağızlar bazarının formalaĢmasında çox mühüm rol oynamıĢdır. 

Yaxın  gələcəkdə  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  əsas  inkiĢaf 

prespektivləri aĢağıdakılar olacaqdır: 

 



Kapitalın təmərküzləĢməsi və mərkəzləĢməsi; 

 



Bazarın beynəlmiləlləĢməsi və qloballaĢması; 

 



Ticarət arxitekturası infrastrukturunun təkmilləĢdirilməsinə; 

 



Qiymətli  kağızlar  bazarında  qiymətli  kağızlara  olan  tələbin  artırılması,  eləcə 

də təklifin stimullaĢdırılması; 

 

Beynəlxalq,  eləcə  də  bütün  tələblərə  cavab  verən  milli  maliyyə  hesabatlılığı 



standartlarının  birgə  istifadə  edilməsini  özündə  əks  etdirən  korporativ  idarə 

etmə standartlarının inkiĢaf etdirilməsi

 

Maliyyə  vasitəçilərinin  institutsional  baxımından  təkmilləĢdirilməsi  və 



potensialının artırılması; 

 



Qabaqcadan  xəbərdarlıq  sistemi  infrastrukturunu  yaratmaq  məqsədilə 

tənzimləyici orqanın potensialının təkmilləĢdirilməsi və inkiĢaf etdirilməsi; 

 

Treyninqlər və məlumatlandırma fəaliyyətinin geniĢləndirilməsi; 



 

Digər kapital bazarları ilə qarĢılıqlı əlaqə. 



2014-cü  ilərzində  qiymətli  kağızlar  bazarının  artım  tempi  ölkə  iqtisadiyyatının 

inkiĢaf  dinamikasını  bir  neçə  dəfə  üstələyən  tendensiya  nümayiĢ  etdirmiĢ,  bazarda 

pozitiv  kəmiyyət  göstəriciləri  ilə  yanaĢı  önəmli  keyfiyyət  dəyiĢiklikləri  müĢahidə 

olunmuĢdur.  Belə  ki,  qiymətli  kağızlar  bazarındaəməliyyatların  həcmi  2014-cü  il 

ərzində ötən il illə müqayisədə 50 faiz artaraq 13,2 milyard manat təĢkil etmiĢdir ki, 

bu  da  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  formalaĢdığı  dövrdən  bəri  qeydə 

alınan  ən  yüksək  göstəricidir.Həmçinin,  hesabat  dövrü  ərzində  bazarın  korporativ 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə