Kərimov Erkin İnqilab oğlu Kommersiya banklarında veksel əməliyyatları



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix08.09.2018
ölçüsü1,65 Mb.
#66888
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

48 

 

olunmasından  bir  ay  müddətə  girov  predmetinin  bir  hissəsini  özündə  saxlamağa  



qərar  verməzsə,müqavilə  qüvvədən  düĢmüĢ  hesab  olunur.Bundan  baĢqa  müqavilədə 

fors-major halların baĢ verə biləcəyi zaman tərəflərin məsələni hansı hal və struktur 

ilə həll edilməsilə bağlı bənd də öz əksini tapmalıdır. 

     Repo əməliyyatları qısa müddət ərzində aparılır (5-90 gün).Pulun yoxluğu və 

vekselin satmaq istənilməməsi ilə həmin vekseli geri almaq Ģərti ilə kiməsə verib 

əvəzində pul vəsaiti cəlb etmək bu məsələnin qayəsidir.Məsələn,fima vekselə 

sahibdir və hələ ki onun realizasiyasını istəmir.BaĢqa sözlə o veksel ödəniĢi bitənə 

qədər vekseli bazarda realizasiya etmək fikrində deyil.Həmçinin Ģirkət görülmüĢ iĢə 

görə 1 ay sonra gəlir gözləyir lakin pul ona indi digər görülmüĢ iĢdərin xərcini 

ödəməyə lazımdır.Bu halda Ģirkət bank ilə möhkəmləndirilmiĢ tarixlə Repo 

müqaviləsi bağlayır.Bu müqavilə özündə onu əxz etdirir ki,borclu Ģəklində çıxıĢ edən 

tərəf əvvəlcədən müəyyən edilmiĢ tarixə vekseli geri almağa məcburdur.  

     Əgər firma partnyorlarından ona gələcək gəlirin dəqiq vaxtını bilmirsə bu zaman 

Repo müqaviləsi açıq tarixlə bağlanır.Bu halda firma öz veksellərini istənilən vaxt 

geri ala bilər. 

     Əlbəttə Repo müqaviləsi yerinə eyni vekselin alınıb satılması ilə bağlı 2 

müqavilədə bağlamaq olar.Onda bütün müddəalar alqı-satqı müqaviləsinin tələblərinə 

uyğun olmalıdı. 

     Bank öz portfelində olan qiymətli kağızlarla da Repo əməliyyatları həyata keçirə 

bilər.Bank burda əldə etdiyi gəliri maliyyə bazarının digər seqmentlərində istifadə 

edə bilər.Məsən banklararası kredit faizi artıbsa yaxud valyuta almaq sərf edirsə və 

s.Bu hal onunla əlaqədardır ki,ayın axırında banklararası kredit bazarında faiz yüksək 

olur.Bu onunla əlaqədardır ki, müəssisə ayın sonuda vergiləri ödəyir və beləliklə 

banklararası kredit bazarında manat defiçiti yaranır.Buna görə əgər bankın 

portfelində kifayət qədər veksel varsa o Repo əməliyyatları həyata keçirə bilər. 

     Repo əməliyyatlarının aparlması zamanı girov veksellə olan əməliyyatların təkrarı 

aparılır  ki,bunlara  da  veksellərin  qəbulu,yoxlanılması,saxlanılması  və  verilməsi 

aiddir. 



49 

 

     Kreditin  digər  formaları  ilə  müqayisədə  Repo  əməliyyatları  kreditor  üçün  daha 



əlveriĢlidir,çünki  bu  halda  o,girov  təminanatında  götürülmüĢ  kreditdən  fərqli 

olaraq,təminata  verilmiĢ  əmlak  üzərində  mülkiyyət  hüququnu  dərhal  alır.Kredit 

müddəti ərzində isə bu əmlak kreditorun ixtiyarinda olur. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


50 

 

FƏSIL 3. Müasir dövrdə kommersiya banklarının qiymətli 



kağızlarla əməliyyatların təkmilləşdirilməsi. 

3.1 Azərbaycanda Qiymətli kağızlar bazarının formalaşması 

istiqamətləri. 

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra daxili və xarici siyasət 

istiqamətlərini  sərbəst  müəyyən  edərək  bazar  iqtisadiyyatı  yolunu  tutmuĢdur.  Bu 

baxımdan  ölkədə  maliyyə  bazarının,  eləcə  də  onun  tərkib  hissəsi  olan  qiymətli 

kağızlar bazarının formalaĢması yalnız iqtisadi və hüquqi islahatların aparılması yolu 

ilə  mümkün  idi.  Bu  məqsədlə  maliyyə-kredit  sahəsində  həyağa  keçirilən  islahatlar 

daha  çox  önəm  daĢıyırdı.  Bu  sahədə  aparılan  islahatlar  sayəsində  yerli  və  xarici 

investisiyaları, müasir texnologiyaları cəlb etmək və müasir idarəetmə təcrübəsindən 

istifadə  etməklə  rəqabətədavamlı  məhsul  istehsal  edən  müəssisələrin  yenidən 

qurulmasına,  yeni  iĢ  yerlərinin  yaradılmasına  və  nəticə  etibarilə  Azərbaycanın 

iqtisadi qüdrətinin artırılmasına yönəldilmiĢdir.  

Azərbaycanda  qiymətli  kağızlar  bazarının  yaranması  XX  əsrin  əvvəllərinə 

təsadüf  edir.  Ölkəmizdə  ilk  səhmlər  1913-cü  ildə  Bakı  Tacir  Bankı  tərəfindən 

buraxılmıĢdır.  Bu  bankın  əsas  səhmdarları  Azərbaycanın  tanınmıĢ  sahibkarları  - 

Ģuranın  sədri  H.Z.Tağıev,  üzvləri  M.ġ.Əsədullayev,  M.Nağıyev,  M.Muxtarov  və 

baĢqaları olmuĢlar. XX əsrin ilk iki onilliyində Bakıda bir sıra səhmdar cəmiyyətləri 

fəaliyyət göstərmiĢdir. Bu cəmiyyətlərin əksəriyyəti neft istehsalı, emalı və ticarəti ilə 

məĢğul  olurdu.  Onlardan  "Neft  məhsulları  səhmdar  cəmiyyəti",  "Bül-Bülə  neft  və 

ticarət  səhmdar  cəmiyyəti",  "Balaxanı-Zabrat  neft  istehsalı  səhmdar  cəmiyyəti"  və 

digərlərini qeyd etmək olar. Yeni-Bakı neft emalı zavodunun, “Bakı Tacir Bankı”nın 

və baĢqa iri Ģirkətlərin səhmləri Moskvanın, Sankt-Peterburqun və Rusiyanın digər iri 

Ģəhərlərinin  fond  birjalarında  satıĢa  çıxarılırdı.  Həmin  dövrdə  Bakı  Tacir  Bankı  və 

Bakıda  fəaliyyət  göstərən  digər  banklar  tərəfindən  veksellər  və  faiz  kağızları 

buraxılmıĢdır.  Veksellərdən  ödəniĢ  prosesində  və  borc  münasibətlərinin 



51 

 

formalaĢmasında  geniĢ  istifadə  olunmuĢdur.  Veksel  bazarı  Azərbaycan  Demokratik 



Respublikası  dövründə  də  inkiĢaf  etmiĢ,  lakin  Sovet  hakimiyyəti  dövründə 

məhdudlaĢdırılmıĢdır.  Sovet  Azərbaycanında  bütün  MDB  məkanında  olduğu  kimi 

dövriyyəda olan əsas qiymətli kağız uduĢlu dövlət istiqrazları olmuĢdur.

 16


[29] 

Ümumiyyətlə,  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkiĢafını  3 

mərhələyə bölmək olar: 

1)

 



I mərhələ, yaranma (1992 – 1995-ci illər); 

2)

 



II mərhələ, formalaĢma (1995 – 2000-ci illər); 

3)

 



III mərhələ, inkiĢaf (2000-ci ildən indiki dövrə kimi). 

Ġlkin  mərhələdə  əsasən  qiymətli  kağızlar  bazarının  fəaliyyətinin  normativ 

hüquqi  bazası  formalaĢdırılmıĢ  və  dövlət  tərəfindən  bu  bazarın  normal  fəaliyyət 

göstərməsi üçün bir sıra tədbirlər görülmüĢdür. 

XX  əsrin  90-cı  illərindən  baĢlayaraq  Azərbaycanda  qiymətli  kağızlarla 

fəaliyyət  sahəsinə  diqqət  xeyli  artmıĢdır.  Bu  dövrədək  köhnə  qanunvericilik  aktları 

günün tələbinə cavab vermirdi və bir çox iqtisadi islahatları tələb olunan səviyyədə 

aparmaq  mümkün  deyildi.  Bu  səbəbdən  qanunvericiliyi  təkmilləĢdirmək  tələb 

olunurdu. 

Azərbaycanda  qiymətli  kağızlar  bazarının  yaranmasının  hüquqi  bünövrəsini 

1992-ci ildə qəbul edilmiĢ «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının 

Qanunu  təĢkil  edir.  Lakin  qiymətli  kağızlar  bazarının  real  inkiĢafı  1996-cı  ildən 

baĢlandı.

 

 



1991-ci  ildə  təĢkil  olunan  BAKI  Qiymətli  Kağızlar  Birjası  Azərbaycan 

Respublikasının  yeni  yaranan  qiymətli  kağızlar bazarında  ilk birja oldu.  Bir neçə il 

sonra  21  iyun  1993-cü  ildə  qapalı  tipli  səhmdar  cəmiyyəti  olan  Bakı  Banklararası 

Valyuta  Birjası  Azərbaycan  Respublikasının  beĢ  ən  iri  bankı  tərəfindən  təsis 

                                                           

16-


 

Azərbaycan Dövlət Statistika Komitəsi ”Azərbaycan rəqəmlərdə”  

 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə