73
Nəsrəddin Musayev
Azərbaycan Dövlət Pedaqoji Universtetinin
Baş mühasibi
Zəmanənin qədrini bilmədiyi insan
İnsan həyatdakı əməlləri, cəmiyyət içərisində tutduqları mövqe və əsl insani
keyfiyyətləri ilə fərqlənir.
Zabit müəllim işlədiyi kollktiv, münasibəti olan insanlara, dostlarına sonsuz
diqqətiylə digər insanlardan fərqlənirdi.
Təsadüfi deyilki Pedaqoji Universitetin çoxsaylı kollektivinin və el oba
ağsaqqalı, sağlam fikirli düz əqidə sahibi mərhum prof. H. Balıyev həmişə
söhbət əsnasında deyirdi. Zabit müəllim sağlam insandır.
Zabit müəllimlə ilk tanışlığımız 1973-cü ilin sentyabr ayında oldu. İndiki
kimi yadımdadır . O mənim iş otağıma gəldi. Özünü təqdim edərək gəldim səninlə
tanış oldum. Daha sonra qısa da olsa keçdiyi çətin həyat yolundan danışdı.
Böyük Vətən müharibəsi illərində dünyaya gəldiyini, atasını vaxtsız
itirdiyini, ana himayəsində keçirdiyi çətin günlərdən danışdıı. O danışdıqca sanki
mənim həyatımın çətin günlərini və mənim tale yollarımdan danışırdı.
Aylar, illər keçdi, bəlkə də hər ikimizin tale yollarımızın eyniliyi bizi
səmimi dostlara çevirdi. Çətin günlərin alovundan bizi bu günə çatdıran “ruhları
şad olsun” analarla və ailə üzvlərilə tam isti səmimi münasibət yarandı
Zabit müəllimin digər dostlarından fərqli cəhətləri olduqca çoxdur.
Yaşından, vəzifəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq
onun insanlarla münasibəti səmimi, etibarlı və ələxsus ikiüzlülük və dostluğa
xəyanət ona tamam yad idi.
Bu sözləri onun haqqında demək tam yerinə düşərdi.
Dostunun sirrini çox möhkəm saxla
Yazım ünvanına etibar könül.
Batində
zahirdə daim bir sifət
Olma sən iküzlü riyakar könül!
Onun vaxtsız həyatdan getməsi mənim və onu sevən dostların qəlbində
böyük bir boşluq yaratmış, mən hər dəfə onu düşünəndə yaxın dostumu itirdiyimi
hiss edirəm. Elə buna görə də fikrimi cəmləyib dünyasını dəyişmiş dostum
haqqında
yazmağa çətinlik çəkirəm
Söz xatirinə demirəm Zabit müəllimi ətraflı tanıyan dostları, və 43 il əmək
fəaliyyəti dövrü ünsiyyətdə olduğu professor-müəllim və çoxsaylı tələbə
kollektivinin xatirində yaxşı bir insan kimi qalacaqdır.
Bbir neçə kəlmə də onun həyat yoldaşı Qeysər xanım haqqında ;