Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   23   24   25   26   27   28   29   30   31

 
84 
 
böyük nemət yaxşı ad qoyub getməkdir ki, bu ad da yaxşı əməllərin müqabilində 
əldə olunur. Bu məntiqə əsaslanıb cəsarətlə demək olar ki, Zabit müəllim dünyada 
ən böyük nemətə sahib olan xoşbəxt insanlardandır. 
 
Zabit  müəllim  ömrü  boyu  yüksək  qayələr  naminə  fəaliyyət  göstərmiş,  heç 
kimin  qarşısında  gözü  kölgəli  olmamış,  əksinə  özü  gölgə  salmış,  köməyini  heç 
kimdən əsirgəməmişdir. 
 
Filosoflar  insan  ömrünün  ayrı  –  ayrı  mərhələlərini  –  uşaqlıq,  gənclik, 
kamillik  dövrünü  və  qocalığı  ilin  müvafiq  fəsilləri  ilə  müqaysə  etmişlər.  Onların 
fikrincə, yazı ümidverən, yayı bəhərli, payızı bol məhsullu və qışı rahat olan ömür 
xoşbəxt ömürdür. Zabit müəllimin uşaqlıq illəri ümidverici, gənclik illəri bəhərli, 
kamillik  illəri  bol  məhsullu  olsa  da,  qocalıq  çağlarını  yaşaya  bilmədi.  Biz 
təsəllimizi  həmişə  özünün  alicənablığı,  zəhmətsevərliyi,  insanpərvərliyi,  nəcibliyi 
ilə  seçilən  Zabit  müəllimin  xatirəsinin  minlərlə  insanın  qəlbində  yaşamasında 
tapırıq və ona xitabən deyirik: ruhun şad olsun, məzarın nurla dolsun.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dekanlığın əməkdaşı 
Tamella İbrahimova. 
Pedaqoji fakültənin ata əvəzi Zabit müəllim  
haqqında xatirələrim. 
 
Hamının sevimlisi olan Zabit müəllim haqqında danışmaqla, onu xatırlayıb 
yada salmaqla özümüzə təskinlik veririk. 
 
Onun    hər  bir  sözü,  davranışı  yada  düşdükcə  nurlu  çöhrəsi  gözlərimiz 
önündə canlanır. 


 
85 
 
 
Zabit  müəllim  çox  həyatsevən  insan  idi.  O,  adi  bir  çiçəkdə,  güldə,  sözdə, 
əməldə, insanlarda gözəllik axtarırdı və onu tapırdı. Onda yaşamaq eşqi çox güclü 
idi, ölümü heç yada salmazdı. 
 
Sentyabrın əvvəlində sonuncu dəfə işə gəldi. Türkiyəyə  yenidən müalicəyə 
gedəcəkdi,  bizimlə  görüşməyə  gəlmişdi.  Birdən  nə  fikirləşdisə  dekanlıqda  olan 
bütün  qızların  hamısını  yığıb  onlarla  şəkil  çəkdirdi  ki,  dünyanın  işini  bilmək 
olmaz,  hər  şey  ola  bilər.  Biz  onun  bu  sözündən  çox  təsirlənsək  də  göz  yaşımızı 
gizli  silib  onun  arzusu  ilə  şəkil  çəkdirdik.  Bu  onun  qədəri  idi.  Belə  qədərə  nə 
deyəsən?! 
 
Tez-tez zəngləşib  onunla xəbər tuturduq. Sonucu dəfə  mənə  ölümündən  iki 
gün  qabaq  gecə  saat  11
00
–da  zəng  etmişdi.  Onun  gəlişi  münasibəti  ilə  mənə 
görəcəyim işlər barədə tapşırıq verdi. Dedi: “Toma mən ayın 18-də işdə olacağam. 
Istiyirəm  orada  yaxşı  yemək-içmək  olsun.  Xahiş  edirəm  mənim  çox  sevdiyim 
göbələk  qovurması  hazırlayasan”.  Bu  Zabit  müəllimin  son  istəyi  oldu.  Lakin  biz 
onun özünü yox, cansız cəsədini qarşılayası olduq. 
 
Zabit  müəllim,  o  gözəl  insan  hər  birimizin  qəlbində  yaşayır  və  yaşayacaq. 
Allah onu rəhmət eləsin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ziyarət xanım 
Xəstəliyinin  nəticəsini  bilər-bilməz  onunla  mübarizəyə  qalxdı  Zabit 
müəllim!  O  bu  mübarizədə  məğlub  olmadı,  əksinə  ətrafındakı  insanlarayaşamaq 
adlı bir nemətin nə qədər dəyərli olduğunu öyrətdi... 
Bilirsiniz,  bu  həyatda  insan  yaradılmaq  çox  gözəl  bir  nemətdir,  bu  hissi 
anlayıb  yaşamaq,  dəyərləndirmək  isə  xoşbəxtliyin  kvadratıdır.  Məncə,  Zabit 
müəllim, yaşadığı illər ərzində bu hissi çox gözəl anladı və dəyərləndirdi. Yadıma 
nədənsə, Musa Yaqubun bu misraları düşdü! 


 
86 
 
 
Tərtəmiz ürəklə, dumduru gözlə, 
 
Dünyaya baxnda dünya nə gözəl! 
 
Həyat nə işıqlı görünür, Allah!!! 
 
Tikan da çiçəyə bürünür, Allah!!! 
Həqiqətən  bu  şeirdə  deyildiyi  kimi  Zabit  müəllim  bu  həyatda  hər  bir 
hadisənin  yaxşı  tərəflərini  görməyə  çalışırdı,  onunla  işlədiyim  illər  ərzində  mən 
dəfələrlə onun müəllim və tələbələrə göstərdiyi qayğı və hörmətin şahidi olmuşam. 
Çox zarafatcıl biriydi, tələbələrlə, iş yoldaşları ilə yerində zarafat etməyi bacarırdı. 
Universitetin  qapısından  girəndən  ta  dördüncü  mərtəbəyə  qalxanadək  kimi 
görərdisə  onunla  Salamlaşar,  kefini  xəbər  alardı,  həmin  an  ondan  kimsə  kömək 
istərdisə  o  buna  laqeyid  yanaşmaz,  insanların  xeyir-şərində  iştirak  etməkdən  heç 
vaxt geri qalmazdı.  
Adi bir şeyi heç unuda bilmirəm iş yerimdə olan bütün dibçəkdəki gülləri o 
əkdirmişdi,  güllər  çiçəkləyəndə  uşaq  sadəlövlüyü  ilə  çox  sevinər,  hər  gün  onlara 
sevinclə baxardı. Deyirlər ki, çiçəklər onlara göstərilən qayğını, sevgini hiss edir. 
Qulluq  edilməyinə  baxmayaraq,  onun  əkdirdiyi  güllər  indi  nədənsə  öz 
təravətliliyini  itirməyə  başlayır  sanki,  onlar  belə  Zabit  müəllimin  yoxluğunu  hiss 
edirlər... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dostu Qəzənfər 
ġəxsiyyətinə hörmət etdiyim iĢgüzar, mehriban dost Zabit müəllimə. 
 
Zabit  müəllim  həmişə  mənim  qəlbimdə  səmimi,  xeyirxah  bir  insan  kimi 
yaşayacaqdır.  Zabit  müəllimlə  mənim  tanışlığım  belə  olub:  Günlərin  birində 
Bilgəhdə yerləşən kardioloji sanatoriyada istirahət edirdim. Birdən qapı döyüldü və 
otağa tanımadığım ancaq mehriban çöhrəli bir nəfər daxil oldu. Özünü təqdim edib 
dedi,  mənim  adım  Zabit  müəllimdir,  mən  də  bura  istirahətə  gəlmişəm.  Qəbul 
otağında mənə yaxşı bir insanla qonşu olmağı xahiş etdim. Dedilər III mərtəbədə 


 
87 
 
317-ci  otaqda  bir  ailə  istirahət  edir.  Ancaq  onların  yanında  hələlik  yer  yoxdur. 
Mənə  316-cı  otağı  verdilər.  Gəldim  sizinlə  tanış  olum.  Mən  və  həyat  yoldaşım 
məmuniyyətlə Zabit müəllim və onun xanımı Qeysər xanımla tanış olduq.  
Biz  orada  xatirimizdən  heç  vaxt  silinməyən  gözəl  günlər  yaşadıq.  Zabit 
müəllimin  duzlu,  məzəli  söhbətləri  insana  ruh  verirdi.  Bir  gün  nahardan  sonra 
xanımlarla  zarafat  etməyi  qərarlaşdırdıq.  Zabit  müəllim  həyat  yoldaşı  Qeysər 
xanıma  sənin  sözün xətrimə  dəydi  və  dönüb  mənə  müraciətlə  Qəzənfər  müəllim, 
dur gedək özümüzü dənizə ataq dedi. Dedim mən də o fikirdəyəm dur gedək. Gülə-
gülə dəniz kənarına düşdük. Burada hündür bir qaya vardı. Çətinliklə o qayanın lap 
yüksəkliyinə  qalxdıq.  Zabit  müəllimlə  deyib  gülürdük.  Bir  də  gördük  xanımlar 
ikisi də bizə tərəf gəlirlər. Biz bir-birimizdən yapışdıq ki, özümüzü dənizə atırıq. 
Xanımlar  çox  qorxdular.  Çox  gülməli  və  xatirələrdə  qalan  bir  səhnə  yarandı. 
Sonralar  biz  ora  tez-tez  gəzməyə  gedirdik.  Xanımlar  həmin  qayanı  “Zabit-
Qəzənfər” qayası adlandırmışdılar.  
Sonralar boş vaxtlarımızda tez-tez görüşürdük. Bir yay günü Zabit müəllim 
bizi  İsmayıllı  rayonuna  dəvət  etdi.  Məmuniyyətlə  bu  təklifi  qəbul  etdik. 
Ismayıllının bulaqlarını, meşələrini gəzə-gəzə gəlib Lahıc kəndinə qalxdıq. Geniş 
olmayan  dağ  yolları,  maşınların  çətin  hərəkəti,  sıldırım  qayalıqlar  insana  gözəl 
xatirələr yaşadırdı. Gecəni Zabit müəllimin qonağı olduq. Çox gözəl ay doğmuşdu. 
Zabit müəllim təklif etdi ki, səhərə kimi yatmıyaq. Səhər durub kəndi gəzdik. Daş 
döşəmələrlə düzəldilmiş dar küçələr, qədim mağaralar insanı valeh edirdi.  
Zabit  müəllimlə  əlaqədar  xatirələrim  çoxdur.  Əfsuslar  olsun  ki,  bu  gün  Zabit 
müəllim  bizim  aramızda  yoxdur.  Dünya  fanidir.    Hamımız  bir  gün  bu  fani 
dünyadan köçəcəyik. 
Əziz  dostum  sənin  yoxluğun  mənim  üçün  və  səni  sevən  bütün  dostlar  üçün  çox 
ağırdır. Ruhun şad olsun, qəbrin nurla dolsun. 
      
 
 
 
  
 
 
 
 
 
 
Tələbə Elxan İsgəndərov  
Sevimli müəllimim haqqında xatirə. 
İnsan  dünyaya  gələndə  ovucu  -  əlləri  sıxılmış  olur:  sanki  baxın,  yer-göy 
əlimin içindədir - deyir. Elə ki, alın yazısını, qismət payını başa vurur, onda əlləri 
açıq qalır. Elə bil deyir: baxın, özümlə heç nə aparmıram. Bu və ya digər cəhətlərə 
görə insanları da iki duyuma  - sevgiyə, etinasızlığa uyğun gətirmək mümkündür. 
İnsan  var,  yaşayır.  Boylu-buxunlu  duruşu,  görünüşü  ilə  sayılıb-seçilir.  Amma 
dəyəri, xidməti, qeyrəti, vicdanı, şərəfi yadda qalmır. İnsan da var, əcəli çatanda, 


 
88 
 
vaxt  yetişəndə,  haqq  dünyasına  qovuşanda  onun  ölməz,  unudulmaz  xatirələri 
canlıymış  kimi  hər  zaman  göz  önündə  canlanır.  Zabit  müəllim  də  bax  belə 
insanlardan idi. Universitetdə təhsil aldığım ilk gündən Zabit müəllimin ətrafındakı 
insanlara qarşı münasibəti insanda çox gözəl hisslər yaradırdı. Elə mənim bir gənc 
olaraq  fəallığımın  əsas  səbəbkarı  məhz  Zabit  müəllim  olmuşdur.  O  nəinki  mənə, 
mənim  kimi  bir  çox  gənclərə  həmişə  öz  dəstəyini  öz  sevgisini  əsirgəmirdi.  Hələ 
sağlığında  Zabit  müəllim  haqqında  söhbətlərində  istər  müəllim  istərsə  də  gənc 
tələbələr həmişə xoş fikirlər səsləndirirdilər. Onun adı çəkiləndə onunla bağlı xoş 
sözlər deməmək mümkün deyildi. Artıq adını çəkdiyimiz bu gözəl insan aramızda 
yoxdu. Ondan bizə qalan isə xoş xatirələr, bizlərə etdiyi yaxşılıqlar, yüksək insani 
keyfiyyətləri  ilə  daima  yaddaşlarımızda  qalacağını  əminliklə  deyə  bilərik. 
Həqiqətən  cəmiyyətimizin  belə  insanlara  ehdiyacı  var.  Allahdan  Zabit  müəllimə 
rəhmət diləyirik. Yeri cənnətlik olsun. . . 
 
 
                                             
Unudulmaz insan. 
        Biz əslində
 çoxdan bu yazını yazmalı idik,amma heç cürə ürək edib yaza 
bilmirdik.Sözün düzü,əslində necə və haradan başlayacağımızıda bilmirdik. 
Zabit müəllimin dediyi o gözəl sözlər,lazımlı məsləhətləti və şirin zarafatları hər 
birimizin ağlımızdadır.Onun haqqında biz keçmiş zamanda danışa bilmirik,çünki 
biz onun varlığını hər an hiss edirik.O müdrik insan,gözəl bir ağsaqqal idi.Biz hər 
hansı bir iş görməzdən əvvəl mütləq onunla məsləhətləşirdik. 
         Zabit müəllim bizim hər birimizə həmişə bir ata kimi yanaşıb.Heç vaxt 
yadımdan çıxmaz,mənim atam rəhmətə gedəndə Zabit müəllim heç nə demədən 
məni bərk qucaqlayıb,saçımdan öpdü.O an elə bildim ki,atam ölməyib,hələdə 
sağdır.Zabit müəllimin simasında mənim bir atam var idi.Zabit müəllimin qəfil 
ölümü mənə hədsiz pis təsir elədi,sanki atamı yenidən itirdim.Zabit müəllim 
zarafatın da ciddiyyətində yerini bilirdi.Onun bizə zarafatla,tez-tez dediyi və bizim 
heç zaman unutmayacağımız bir sözü vardı:”Könlün ağrayır,bala?” 
Onun rəhmətə getdiyi günü heç birimiz yaddan çıxarda bilmirik,həmin gün 
fakültə,dekanlıq yasa bürünmüşdü,hər kəs danışmadan,için-için ağlayırdı.Üstündən 


 
89 
 
bir il keçsə belə biz hələ ürək eləyib onun otağına girə bilməmişik,hətta otağının 
yanından belə keçə bilmirik,onuin ölümünə hələdə inanmırıq.Əsrlər keçsə belə 
onun kimi insan yer üzünə bir daha gəlməyəcək. 
          Zabit müəllim artıq dünyasını dəyişib,amma bizim ürəklərimizdə o daima 
yaşayacaq! 
  Allah ona qəni-qəni rəhmət eləsin,qəbri nurla dolsun! 
                                                                            Gülnaz Quliyeva,Səməngül  
                                                                             Kərimova  
                                                                           Dekanlığın işçiləri                  
     


 
90 
 
Nuriyeva  Esmira
 
                                               Pedaqoji fakültənin  II kurs, 203- cü qrup  
                                               tələbəsi, eyni zamanda qrup nümayəndəsi 
Unudulmaz Ġnsan 
Mən Nuriyeva Esmira  Şamil qızı 2010- cu ildə  Yardımlı rayon  Anzov kənd 
orta məktəbini  bitirərək  Azərbaycan Dövlət  Pedaqoji  Universitetinin  Pedaqo-
gika    fakültəsinə    qəbul  olmuşam.    Bu  fakültəyə    daxil  olmağıma    baxmayaraq  
qəlbimdə az da  olsa  fakültəmə  qarşı  narazılığım  var idi.  Ancaq Zabit  müəllimi  
tanıyana kimi...  
Mən  əvvəlcə  101-  ci  qrupda    oxuyurdum.  Bir  gün    Zabit    müəllim    bizim  
qrupa  dəlib 103- cü qrupa qrup nümayəndəsi  seçmək istədiyini  bildirdi.  Onunla  
ilk  tanışlığım elə o gün oldu.  
Məni  yanına  çağırıb:  “Sən  qrup  nümayəndəsi  ola  bilərsən,  sənin    gözlərin  
iridi,  ona  görə  də    hər  şeyi  tez  görərsən“  deyib,  məni  103-cü  qrupa    qrup 
nümayəndəsi təyin etdi.  
Zabit Məmmədov bizim  dekan  müavinimiz idi.  Zahiri  görünüşcə  çox  cid-
di  görünməsinə  baxmayaraq,  daxilən  çox mehriban, səmimi, zarafatcıl  insan idi.  
O, eyni  zamanda  həm də  filoloq  idi. Çox xoşbəxtəm  ki,  Zabit müəllim  
mühazirəsini  dinləmək  mənə  qismət  olub.  Mühazirəni çox səlis, anlaşıqlı tərzdə 
deyirdi.    Orta  məktəbdə  oxuduğum  vaxtdan  məni  maraqlandıran    qaranlıq 
məqamları soruşurdum və çox  sadə yolla məni  başa salırdı. Ondan öyrənəcəyim 
çox şey var idi. Hamısını bir vərəqə yazmışdım ki, bu smestrdə  Zabit müəllimdən  
soruşacağam.  
Bir  gün  mən  rayonda  olanda  mənə    zəng  vurub  Bakıya  tez  gəlməyini  dedi.  
Yenə  həmişəki  kimi  zarafatla:  “  Esmira,  axırda  bir  gün  Yardımlı  dağlarında  itib 
qalacaqsan” dedi.  
Mən Bakıya gələndə artıq Zabit müəllim həyatda yox idi. Universitetə onunla  
görüşməyə gələndə  onun otağının qarşısında “ Səni unutmayacağıq “ kəlmələrini 
oxudum.  Sanki yuxudaydım.  Mən hələ də Zabit Məmmədovun  ölümünə inana 
bilmirəm. O, mənə çox əziz idi, çox yaxın idi.  
Mən  Sizi  həmişə  qəlbimdə  yaşadacağam.  Mənə  olan  etimadlarınızı 
doğruldacağam.    


 
91 
 
Allah  sizə  qəni  –  qəni  rəhmət  eləsin,  qəbriniz  nurla  dolsun  əziz,  Zabit 
müəllimim!...  
                                               
 
 
 
 
 
                                                                  
                                                    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
       
 
   
 
 
 


 
92 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Zabit müəllim və mətbuat 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
93 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
94 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
95 
 
 
 
 
 
 


 
96 
 
 
 
 
 


 
97 
 
 
 


 
98 
 
 
 


 
99 
 
 


 
100 
 
 


 
101 
 
 


 
102 
 
 
 
 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə