67
Zabit müəllim tələbələrlə də səmimi idi. Pedoqoji fakultənin qiyabi
şöbəsinin tələbələri ona təkcə şöbənin rəhbəri kimi deyil, həm də qayğikeş bir
müəllim və mənəvi valideyinləri kimi hörmət göstərirdilər. Fakültədə Azərbaycan
dili fənninin tədrisi keyfiyyətinin yüksəldilməsində Zabit müəllim əvəzsiz rol
oynamışdır.. Q. Azərbaycan dili fənninin ibtidai siniflərdə əsas yer tutduğunu
nəzərə alaraq fakültənin qiyabi şöbəsinin tədris planında Azərbaycan dili fənnin
tədrisinə çox böyük yer ayrılmasına çalışırdı. Zabit müəllim ixtisasına dərindən
yiyələnmiş səriştəli Azərbaycan dili müəllimi və bu sahənin daimi araşdırıcısı və
mütəxəssisi idi. O, Azərbaycan dilinin bir çox sahələrinə dair, o cümlədən
frazeologiya, üslubiyyat, nitq mədəniyyəti və s. tədqiqatlar aparmışdır. O
Azərbaycan dilinə dair bir çox dərs vəsaitinin, proqram və metodik göstərişlərin,
elmi, elmi-metodik maqalələrin müəllifi idi. Universitet rəhbərliyi bütün dövrlərdə
Zabit müəllimin əməyini yüksək qiymətləndirmiş, onun adı hər yerdə hörmətlə
çəkilmişdir. Zabit müəllimin vaxtsız vəfafı universitetimimiz və kafedramiz üçün
ağız itki olmuşdur. Kafedranın və pedoqoji fakultənin bütün tədbirlərində onun
yeri görünür. Hamı ağıllı təmkinli, həssas, qayğıkeş Zabit müəllimi dərin hörmət
hissi ilə xatırlayır. Ruhun şad, yerin cənnətlik olsun, mənim əziz həmkarım Zabit
müəllim.
68
şair Oktay Rza
“Tor”
Bir gündə həm İsmayıllıda, həm də Bakının Yasamal rayonunda toyda rəqs
və çıxış etmiş dosent Zabit Məmmədli təmənnasız xeyirxahlıqdan zövq alır.
Əlvan xəritəyə köçüb sərhədlər
Qlobus-günəşli, buludlu dünya.
Bölüb planeti xəyalı xətlər,
Tor köynək geyinib sanki bu dünya.
Söz də üyüdülüb keçir ələkdən
Axı “tor” kök atıb nə vaxtdan bəri?
Torla ayırırıq unu kəpəkdən
Tor-balıq tutanın ümid telləri.
Dağa da dağ çəkir bəzən ovçular,
Kaş meşə danışıb, çəmən dinəydi!
Tor qurub bərəni kəsən ovçular
Cüyür öldürəndə daşa dönəydi.
Hörümçək firavan yaşamaq üçün
Tor qurub cücünün alır canını;
İmzasız yazanın peşəsi hər gün
Tora ilişdirmək “qəhrəmanını”.
Yaxşılıq yerini verməyə pisə,
Xəbislik qurd kimi izə düşməsin;
Toru buraxasan çaya, dənizə,
Tor həyat işıqlı gözə düşməsin!
“Adlı ünvanlı misralar” kitabının 224-cü səhifəsi, 1999-cu il, Azərbaycan
Dövlət nəşriyyatı.
şair Oktay Rza
Babam Zabit deyir ki...
Almaz! Qəşəng, sevimli ilk nəvəmiz!
Xeyli şadıq ad günündə yenə biz.
Bağımızda özün gülsən, sözün bal,
Aydan-aya, ildən-ilə körpü sal.
İşıqlansın getdiyin yol həmişə,
Atalı ol, analı ol həmişə.
Qənd, noğulsan səndən doyan deyiləm,
69
Bildin niyə “şəkər balam” deyirəm?
Xoşdur hərdən kövrəlməyin, gülməyin,
“Şəkər baban, şəkər baban” deməyin.
Şəkər balam! Həyat bizi çağırır,
Qara saçım yavaş-yavaş ağarır.
Amma səndə körpəliyim görünür
Soykökümüz Almazla da öyünür.
Atan Teymur mənim böyük balamdır,
Sən birinci övladısan Teymurun,
Əlaçı ol biliklərə yiyələn
Qoy yayılsın öz şəfəqin, öz nurun.
Doğma diyar, doğma ellər sevinsin
Baban Zabit, Nənən Qeysər sevinsin.
27.07.2004 “Adlı ünvanlı misralar” kitabının 192-ci səhifəsi, 2005-ci il,
Azpoliqraf nəşriyyatı, II kitab.
70
Füzuli Əsgərli
filologiya üzrə fəlsəfə
doktoru, dosent
QƏLBLƏRƏ TOXUNMAYAN, QƏLBLƏRDƏ ƏBƏDĠ
YAġAYAN ĠNSAN
Dünyaya göz açan insanların hər biri öz genetik təbiətində yetişdirdiyi və
daha sonra isə dünyasını dəyişən məqamda özüniin xatirələrdə, duyğularda
yaşayacaq bir xarakterin əvəzsiz sahibi olur. Bəzən bu meyarla uzlaşmayan,
xasiyyətini heç cür qəbul edə bilmədiyimiz insanlarla da qarşılaşırıq. Müasir
maddi dünyamızda bu da təbii görünür. Lakin həyatda elə insanlar da olur ki,
doğulduğu gündən ömrünün sonuna kimi öz davranışı, mənəvi dəyərləri və
həyatda qoyduğu əvəzsiz izlərlə başqalarına bir örnək olur, özüniin mənəvi-
əxlaqi dünyası ilə seçilir, ətrafı ilə təmas yaratmağı, ətrafına öz təbiətinə uyğun
sadiq dostlar toplamağı bacarır, bir bəşər övladı olaraq heç kimin qəlbinə
toxunmaq istəmir, hər zaman insani keyfiyyətlərini biruzə verməyə çalışır. Belə
insanlardan biri də, iş prosesində həmişə təmasda olduğum, buna görə də
xasiyyətinə yaxından bələd olduğum, dostum Zabit müəllim idi!
Onunla eyni coğrafi məkanda yaşamasam da, özünün söhbəti əsnasında
mənə məlum olub ki, İsmayıllı rayonunun Diyallı adlı ecazkar təbiətli dağ
kəndində dünyaya göz açmış Zabit müəllimin uşaqlıq illəıi heç də xoş
keçməmişdir. Özünün dediyinə görə, heç vaxt doğma atasının üziinü
görməmişdir, çünki o, hələ anasının bətnində olarkən atası cəbhəyə yola
düşmüş, az sonra həlak olması barəsində qara kağızı gəlmiş, ata dünyadan
xəbəri olmayan korpə Zabitinin üzünü görə bilməmişdi. Müharibənin qanlı-
qadalı illərində, aclığın insanları imtahana çəkdiyi bir vaxtda ata qayğısı
görməyən, çətin anlar yaşayan anası Əminə xanımın yuxusuz gecələri sayəsində
boya-başa çatmış Zabit öz fərasəti və hafizəsi ilə seçilmişdir. Kitaba daha çox
meyl salan Zabit orta məktəb illərində seçilən şagirdlərdən biri olmuşdur.
Arzusu da bu olmuşdur ki, ali pedaqoji təhsil alsın, həmişə xəyallarında
yaşatdığı müəllim peşəsinə yiyələnsin.
Zabitin bu arzusu da çin olur, uğurla qəbul imtahanı verərək Pedaqoji
İnstitutun filologiya fakültəsinə daxil olur. Tələbə ikən institutun və oxuduğu
f
ilologiya fakültəsinin bütün ictimai işlərində fəallıq göstərən, öz müəllimlərinin
təmənnasız nüfuzunu qazanan bu gənc əla qiymətlərlə ali təhsilini başa vurur.
Onun daha bir arzusu yerinə yetir. Gözəl hafizəyə, tədqiq etmə məharətinə
mali
k olduğuna görə bir müəllim kimi institutda saxlanılır, az bir müddət
içərisində namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsinə sahib
olur.
Dostları ilə paylaş: |