Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

 
64 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fəxrəddin Yusifov,  
ədəbiyyat  və  onun  tədrisi 
metodikası kafedrasının dosenti,  
pedaqogika üzrə fəlsəfə doktoru 
 
O BELƏ ĠNSAN ĠDĠ.. 
Mən  onu  əvvəllər  tanımırdım.  Pedaqoji    universitetə  aspirant  kimi  daxil 
olmuşdum.  Filologiya  fakültəsində  ədəbiyyatın  tədrisi  metodikası  kafedrasında 
istehsalatdan ayrılmaqla təhsil alırdım. Gəncədə təhsil aldığım üçün buradakı abı-
hava,  mühit  mənə  tamamilə  yeni  idi.  Bəzən    doğma  divarlarımız  üçün  də 
darıxırdım.    
Belə bir mühitdə mənə dəstək olan insanlar da var idi. Həmin dövrlərdə laborant 
kimi fəaliyyət göstərən Mamed müəllim(ona fars Məmməd də deyirdilər, fars dili 
mütəxəssisi  idi),  Təyyar  müəllim(kabinet  müdiri  idi),  İsmayıl  İsmayılov(laborant 
kimi  çalışırdı),  dispetçer  Cəfər,  Əziz  Əmrahov  və  davranışı,  sadəliyi  ilə  seçilən 
Zabit Məmmədov (allah onların hamısına  rəhmət eləsin) bu cür insanlardan idilər. 
O vaxtlar müəllimlər laborantlara çox da qayğı göstərmir, onlarla maraqlanmır, adi 
bir  işçi  kimi  qəbul  edirdilər.  Bu    vəziyyət  laborantlar  arasında  tez-tez  müzakirə 
mövzusu    olurdu.  Mən  boş  vaxtlarımda  Zabit  müəllimin  yanında  olurdum.  Zabit 
müəllim  o  müəllimlərdən  tamamən  fərqli  xasiyyətə  malik  idi.  O  tez-tez  bizimlə 
görüşür, yarızarafat, yarıciddi hərəyə bir söz atırdı, öyüd-nəsihət edirdi. Mən onu 
bu yoldaşlarla necə ünsiyyət qurmasından, onlara necə diqqət yetirməsindən sonra 
tanımağa  başladım.  Sonralar  bildim  ki,  Zabit  müəllim  fakültəmizin  həmkarlar 
təşkilatının sədridir. Bu vəzifə ona necə layiq idi... O, sözün əsl mənasında, həmkar 
idi.  
Onun hərəkət və davranışları, sadəliyi, xeyirxahlığı, ehtiyacı olan insanlara, 
laborantlara əl tutması  bir an da olsa nəzərimdən silinə bilməz. O, hamıya eyni cür 
səmimi münasibət bəsləyər, bir adamı başqasından fərqləndirməzdi.  Nitqində  çox 
işlətdiyi  sözlərdən  biri      "İsi(İsmaıyla  belə  deyərdi)  bala,  necəsən",  "Fəxi(mənə 
belə deyərdi) bala, işlərin necədir?" olardı. 
Adi  bir  sıxıntımızın  səbəbini  bilər,  təbii  ki  bu  sıxıntımız  daha  çox  maddi 
cəhətdən  olurdu,    çox  həssaslıqla  duyar,  bizə  xəlvəti  yardımlar  edər  və  onu  heç 
kəsə   hiss də etdirməzdi. Laborantları bir yerdə görəndə   onlardan birinə bir əllilik 
və ya yüzlük bəxş edər,  "bütün günü kitabın arxasında qalmışınız, gedin bir gəzin, 
görün, həyatda nə var, nə yoxdur" deyərdi. 
Zabit  müəllim  hərənin  yaddaşında  bir  cür  qalıb.  Mənim  yaddaşımda  isə  o 
daha  çox  "sadə",  "yetim-yesirə  çörək  verən",  səmimi  və  qayğıkeş  bir  insan  kimi 
qalmışdır.  Insanlara  qayğı  ilə  yanaşmaq,  sadəlik  və  səmimilik  Zabit  müəllimdə 
yüksək  səviyyədə  idi  və  onun  həyat  amalına  çevrilmişdi.  Onun  bu  nəcibliyi  və 
xeyirxahlığına  görə  təsadüfi  deyildi  ki,    mətbuat  səhifələrində  60  illik  yubileyi 
münasibəti ilə ən səmimi sözlərimi  ifadə etmişdim.  


 
65 
 
Zabit müəllimi səciyyələndirən cəhətlərdən biri də məhz onun hər kəslə öz 
dilində danışmaq bacarığı idi. O bu sahədə də öz həmkarlarından xeyli irəlidə idi. 
Nitq  mədəniyyəti  sahəsindəki  yazıları,  aşıq  poeziyasının  dili,  sənətkarlıq 
xüsusiyyətləri ilə bağlı apardığı araşdırmalar onun bir alim kimi nə qədər səriştəyə 
malik  olmağından  xəbər  verirdi.  Çap  olunmuş  kitablarında,  məqalələrində  bir 
sanbal,  çəki  var  idi.  Onun  elmi  yaradıcılığı  ilə  tanış  olanlar    Zabit  müəllimin  nə 
qədər  güclü  intuisiyaya,  təhliletmə,  ümumiləşdirmə,  proqnozvermə,  polemika 
açma  qabiliyyətinə  malik  olduğunu      aydın  görürdülər.  O  bu  cəhətdən  də  gənc 
tədqiqatçılar, aspirantlar üçün bir örnək  təsiri bağışlayırdı. 
Universitetimizin  kollektivi  onun  simasında  gözəl  bir  alimi  və  yaxşı  bir 
insanı  itirmişdir.  Zabit  müəllimi  onu  tanıyanların  xatirində  məhz  beləcə  də 
qalacaqdır.  Ona  allahdan  rəhmət  diləyir,  ailəsinə  -  övladlarına  isə  xoşbəxtlik  və 
səadət arzulayıram.   
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
66 
 
 
 
 
Allahverdi Hacıyev 
 ADPU-nun Azərbaycan dili və onun tədrisi                           
                                                    
 metodikası kafedrasının  dosenti   
MƏNIM SEVIMLI HƏMKARIM 
Mən  Zabit  müəllimi  1967-ci  ildən  ADPU-nun  filologiya  fakültəsinə  daxil 
olandan tanıyırdım. O həmin dövrdə institut  Komsomol Komitəsinin  Katibi idi. 
Zahirən çox sağlam, arıq cüssəli, həssas və təmkinli görünərdi. Həmişə tələblərin 
içərisində olardı. Onların gündəlik tələbə həyatı ilə çox yaxından maraqlanardı. Bu 
dediklərim onun haqqında ilk təssüratım idi. Yaxından, şəxsi əlaqəm yox idi. Tale 
elə gətirdi ki, mən 1975-ci ildə ADPU-ya işə qəbul olandan sonra  Zabit müəllimlə 
daha yaxından tanış oldum. Demək olar ki, onunla gündəlik ünsiyyətimiz bizi daha 
da yaxınlaşdırdı. O zaman mən institutun “Elmi  əsərlərinin nəşri” ilə məşgul idim. 
Mərhum professor Əli Fərəcov elmi əsərlərin məsul katibi idi. O, Zabit müəlimin 
də xətrini çox istəyirdi. O mənə tapşırırdı ki, Zabit müəllim yaxşı insandır. Onun 
verdiyi məqalələrin nəşrinə diqqət yetir. Bu minvalla mənim Zabit müəllimlə çox 
yaxın  münasibətlərimiz  yaranmışdır.  Bizi  biri-birimizə    yaxınlaşdıran  həm  də 
gənclik dostum, hal-hazırda İsmayıllı rayonunda yaşayan fotoqraf Ənvər olmuşdur. 
Onunla  rastlaşdıqda  həmişə  məndən  Zabit  müəllimi  soruşardı.  Zabit  müəllim  də 
Ənvəri soruşardı. Onlar biri-birilə həmyerli, həm də Ənvərin qayınlarının kirvəsidi. 
Mən 2001-ci ildən Pedoqoqika və Psixologiya fakültəsinin dekanı vəzifəsinə 
təyin olunanda ən çox sevinənlərdən biri Zabit müəllim olmuşdur. O da Pedoqoji 
fakültəsinin  qiyabi  şöbəsi  üzrə  dekan  müavini  işləyirdi..  Hər  ikimiz  işə  tezdən 
gələrdik. Həmişə o məni Universitetin 2 saylə korpusunun qabağında səhər tezdən 
qarşılayırdı.  Dərs  başlayana  kimi  söhbətləşirdik.  Söhbətlərimiz  də  çox  şirin 
keçərdi. Dunyagörüşlərimizdə, həyata, insanlara münasibətlərimizdə bir uyğunluq 
var idi. O işinə, vəzifəsinə qarşı çox məsuliyyətli idi. Mənə də elə olmağı tövsiyyə 
edirdi.  Onun  həyat  amalı  az  danışıb,  faydalı  iş  görmək,  insanların  yaxşı 
keyfiyyətlərini düzgün qiymətləndirmək, insanlara həmişə xeyirxaqlıq göstərmək, 
sözü üzə demək, başqasının dalınça danışmamaq və s.idi. 
Zabit  müəllimlə  məni  birləşdirən  bir  amil  də  hər  ikimizin  ADPU-nun 
Azərbaycan  dill  və  onun  tədris  metodikası  kafedranın  üzvü  olmağımız  idi. 
Kafedranın  keçmiş  müdiri  mərhum  professor    Hsəsn  Balıyev  hər  ikimizi  görəndə 
deyərdi  ki,  vəzifənizdə  məsuluyytəli  olun,  işlədyiniz  dekanlaqların  işini  daima 
qabağa aparın, amma bununla belə kafedranın işini də unutmayın. Zabit müəllimlə 
Həsən  müəllim  arasında  bir  ata-oğul  münasibəti  vardı.  Yay  tətili  vaxtı  Zabit 
müəllim  Həsən  Balıyevi  İsmayıllının  Diyallı  kəndinə  qonaq  aparardı.  Oradan 
gələndən sonra Həsən müəllim bir müddət Zabit müəllimin qonağlığından, ona çox 
böyük hörmət və diqqət göstərməyindən danışardı. İsmayıllının bənzərsiz təbiəti, o 
zonanın  qonaqpərvəliyi,  insanlarının  saf,  təmiz  mehriban  olmağıHəsən  müəllimə 
ləzzət  verirdi.  O  həmiºə  deyirdi  ki  İsmayıllını  mənə  sevdirən  Zabit  müəllim 
olmuşdur. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə