Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 
54 
 
Qədim və müasir Azərbaycan, o cümlədən türk ədəbiyyatı Zabit müəllimin ruhuna 
hopmuşdu,  aşıq  poeziyasının  vurğunu  idi.  Bu  mənada  onun  “Klassik  aşıq 
poeziyasının  leksik-semantik  xüsusiyyətləri”  adlı  monoqrafiyasını  təsadüfi  hesab 
etmək olmaz; 
O,  ADPU-da  ən  çox  dostu  olan  müəllimlərdən  biri,  hətta  birincisi  statusunu 
qazanmışdı. Burada onun bir avtoqrafını xatırlatmaq yerinə düşür: “...gözəl insan, 
əziz dostum Əzizxan müəllimə ən səmimi arzularla. 22.02.07”. 
Zabit Məmmədovun adı yaxınlarının, dostlarının və tələbələrinin qəlbində yaşayır. 
Ruhu şad olsun!!! 
Fərahim Sadıqov 
pedaqoji elmlər doktoru, professor 
Zabit müəllimi xatırlayarkən 
Mən Zabit müəllimi hələ Zabit Məmmədov olmamışdan çox-çox əvvəllər 
tanımışam.  Biz  1965-ci  ildə  birinci  kursda  oxuyanda  Zabit  Məmmədov 
dördüncü  kurs  tələbəsi  idi.  O  zaman  V.İ.Lenin  adına  APİ  yeganə  pedaqoji 
təmayüllü institut idi. İnstitutun isə ən şöhrətli fakültəsi filoloji fakultəsi idi. Bu 
fakültədə  Əbdüləzəl  Dəmirçizadə,  Zeynal  Tağızadə,  Feyzulla  Qasımzadə,  Paşa 
Əfəndiyev  kimi  görkəmli  professorlar,  İsmayıl  Şıxlı,  Xəlil  Rza  kimi  ədiblər, 
Əhəd  Əhmədov,  Kamal  Qəhrəmanov,  özü  demişkən  Mirzə  Əlli  Əkbər  Sabir 
oğlu,  Məhəmməd  Səlim  Tahirli  kimi  alimlər  bizə  dərs  deyirdilər.  O  zaman 
bizim yataqxana ADPU-nun indiki A.Bakıxanov küçəsində yerləşən korpusunda 
idi. Zabit Məmmədov da yataqxanada qalırdı. Mən yaxşı qarmon çalırdım. Ona 
görə məni tez-tez ad günlərinə dəvət edirdilər. Bir dəfə Zabit məni həmyerlisi, 
yəni  İsmayıllı  rayonunun  Diyallı  kəndindən  olan  və  bizimlə  eyni  birləşmədə 
oxuyan  Rima  adlı  bir  qızın  ad  gününə  dəvət  etdi.  Mən  qarmonumla  onları 
yaxşıca şənləndirdim, yubilyarın şərəfinə yaxşı poetik nümunələr söylədim. Bir 
sözlə,  məclisi  əla  apardım.  Çox  razı  qaldılar.  Zabit  mənim  istedadımı  xüsusi 
qiymətləndirdi  və  həmişə  təqdir  edəcəyinə  söz  verdi.  Bir  dəfə  institutun  akt 
zalında  bayram  konserti  idi.  Filarmoniyadan  xalq  artisti  Xan  Şuşinskini  dəvət 
etmişdilər. Konsertdə bizim İnstitutun özfəaliyyət kollektivinin üzvlərindən bir 
neçə tələbə də çıxış etdi. Onlardan biri də mən oldum. O zamanlar üçün dəbdə 
olan və məşhur qarmonçalan Teyyub Dəmirovun repertuarından olan "Solmazı" 
rəqsini  ifa  etdim.  Məni  çox  alqışladılar.  Konsertdən  sonra  məni  ilk  təbrik 
edənlərdən  biri  Zabit  oldu.  Zabit  o  qədər  təəssübkeş  idi  ki,  onu  sözlə  ifadə 
etmək  belə  mümkün  deyil.  Təsəvvür  edin  ki,  həm  Zabitin  oxuduğu  fakültədə 
oxuduğum və onun yaşadığı yataqxananın sakini olduğum üçün mənim uğuruma 
hamıdan  çox  sevinirdi.  Mənə  ünvanlanan  alqışlardan  qürur  duyurdu.  Beləcə 
mənimlə çox mehriban dostluq əlaqələri yaratdı. İki ildən sonra Zabit İnstitutu 
bitirdi  və  onu  İnstitutda  saxladılar.  Əvvəlcə  İnstitut  komsomol  komitəsinin 
katibi  oldu.  Zabit  komsomol  komitəsinin  katibi  olmasına  baxmayaraq  bizdən 
ayrılmadı.  Yəni  yataqxanada  bizimlə  yanaşı  yaşamağa  davam  etdi.  Zabitin 
təşəbbüsü ilə fakültə ansamblı yarandı və çox məşhur bir kollektiv oldu. Hətta 
1967-ci  ildə  ansamblımız  Ukrainanın  Berdyansk  şəhərində  keçirilən 
"Tələbələrin VII ümumittifaq festivalı"nın iştirakçısı oldu. Özü də bizi festivala 


 
55 
 
Zabit  Məmmədovun  rəhbərliyilə  göndərdilər.  Nümayəndə  heyətimizin  sədri 
Zabit  Məmmədov  olduğu  üçün  biz  çox  fəxr  edirdik.  Təsəvvür  edin  ki,  Zabitin 
hesabına  bütün  festivalın  örnəklərinə  çevrildik.  Ona  görə  ki,  plenar  iclasında 
Zabit  çox  uğurlu  bir  çıxış  elədi.  O,  qısa  və  yığcam  çıxışının  əvvəlində  "Sizə 
günəşli  Azərbaycandan,  Bakının  füsunkar  İçəri  şəhərindən,  Xəzər  dənizindən, 
Qız  qalasından  Salam  gətirmişik",  sonunda  isə  "Sizi  Göy-Gölə,  Maral-Gölə 
qonaq  dəvət  edirik"  dedi.  İnanın  ki,  Zabiti  bütün  zal  sürəkli  alqışladı.  Bu 
çıxışdan  sonra  bizi  hamı  necə  deyərlər  barmaqla  göstərirdilər.  Ona  görə 
ansambılımızın bütün çıxışları anşlaq olaraq keçirdi. Bunun nəticəsi idi ki, biz 
də  festivalın  qaliblərindən  biri  kimi  Vətənə  döndük.  Ansamblımızın  isə  çox 
istedadlı  üzvləri  diplomlar  və  mükafatlar  qazandılar.  Ansamblımızın 
konsertmeysteri III kurs tələbəsi Məcid Mahmudov idi. Göyçaydan olan Məcid 
həm də Asəf Zeynallı adına musiqi texnikumunun vokal söbəsini bitirmişdi. O, 
həm  də  böyük  bəstəkarımız  Tofıq  Quliyevin  mahnılarını,  həm  Azərbaycan 
dilində,  həm  də  Rus  dilində  oxuyurdu.  İkinci  müğənnimiz  filologiya 
fakültəsinin II kurs tələbəsi Ərəstun Əliyev (Ərəstun sonralar aspirantura bitirdi 
və  filologiya  elmləri  namizədi  alimlik  dərəcəsi  aldı.)  idi.Əsərtun  Şirvan 
bölgəsinin  böyük  sənətkarı  Kalvalı  Əlinin  nəvəsi  idi.  Ərəstun  türk  mahnısı 
"Bana-bana gəl, qaçma gözəl"i oxuyurdu. Bu mahnımız da böyük uğur qazandı. 
II  kurs  tələbəsi  Tamara  Mirzəyevanın  ifa  etdiyi  ukraina  və  rus  mahnıları  isə 
bütün  festival  iştirakçılarını  valeh  etdi.  Bizim  festivalda  uğurlu  çıxışlarımıza 
görə  Zabit  Məmmədov  UİLKGİ-nin  fəxri  fərmanını  verdilər.  Həmin  fəxri 
fərman isə bizi səfər zamanı demək olar ki, xilas etdi. Yoxsa bütün uğurlarımız 
alt-üst olacaqdı. Bəzən Zabiti məhz həmin xatirəyə görə daha tez-tez yad etməli 
oluram. Hadisə belə olmuşdu: 
Biz  festivalm  qalibi  kimi  çox  bövük  hörmət  və  ehtiramla  Berdyanski 
şəhərindən  Kiyevə  yola  salındıq.  Avtobusda  olanlar  bizimlə  fəxr  edirdilər. 
Yolda  onların  xahişiylə  çalıb-oxuyurduq.  Kimi  bizə  hədiyyələr,  kimi  mer-
meyvə,  kimi  öz  ünvanını  verirdi.  Nəhayət  gəlib  Kiyevdə  düşdük.  Bütün 
sərnişinlər demək olar ki, bizdən ayrılmaq istəmirdilər. Nəhayət onlardan ayrılıb 
dəmiryolu  vağzalına  gəldik.  Çamadanlarımızı  saxlama  kamerasına  verdik  və 
Bakıya bilet almağa getdik. Qayıdanda bizi o zamanki milislər həbs etdilər. Hər 
birimizi ayrı-ayrı kameralara salıb istintaqa başladılar. Heç nə başa düşmür, heç 
nə  anlamırdıq.  Guya  biz  kiminsə  çamadanını  oğurlamışıq.  Əgər  Zabitin 
ümumittifaq  komsomol  komitəsindəki  tanışları  olmasaydı  bizi  həbsxanaya 
salacaqdılar.  Bəs,  səbəb  nə  imiş?  Sən  demə  rəhmətlik  Ərəstun  Əliyevin 
çamadanına  oxşar  (özü  də  olduğu  kimi  çox  oxşar)  bir  çamadan  bizim 
çamadanlara qatışaraq gəlib. Kimsə onu Ərəstunun çamadanı bilərək götürüb və 
həmin  çamadan  bizim  əşyalara  qatışıb.  Çamadanın  sahibi  elə  başa  düşüb  ki, 
bizlərdən kimsə  onun  çamadanını oğurlayıb.  Ona görə şikayət edib.  Bizim  hər 
birimizə ayrı-ayrılıqda çamadanları göstərib soruşanda ki, bunlardan hansı sizin 
Ərəstun  Əliyevin  çamadanıdır.  Biz  də  ayıra  bilmədik.  Hətta  çamadan  yiyəsi 
hirsli-hirsli  gəlsə  də  öz  çamadanını  düzgün  seçməkdə  çətinlik  çəkdi.  Sonra 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə