Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 
52 
 
 
 
 
 
 
 
 
 
 
Əzizxan TANRIVERDİ 
filologiya elmləri doktoru, professor 
                                             ƏSL DOST ĠDĠ 
Zabit  müəllimin  ölüm  xəbəri  ADPU  kollektivini,  xüsusən  də  Azərbaycan 
dili  və  onun  tədrisi  metodikası  kafedrasının  əməkdaşlarını  sarsıtdı,  texniki 
işçilərdən tutmuş universitet rəhbərliyinə qədər  hamı kədərləndi, yas içində oldu, o 
anlarda Zabit müəllimi tanıyanlardan kiminsə sevindiyini görmədim. Heç şübhəsiz 
ki, Zabit müəllim bu məhəbbəti asanlıqla qazanmayıb: ağrılı-acılı günlər yaşayıb, 
yüksək  əxlaqi  keyfiyyətlər  nümayiş  etdirib,  obyektivliyini,  insanlığını  qoruyub, 
mənəvi dünyasını daim zənginləşdirməyə çalışıb... 
Atasını  uşaq  ikən  itirən  Zabit  müəllim  həmişə  anası  Əminə  xanımdan 
danışar, onun   dediklərini xatırlayardı.  Anasının  onun üçün  dediyi  evimin dirəyi, 
gözümün işığı kimi ifadələr yaddaşına əbədi həkk olunmuşdu. Ondakı şən əhvali-
ruhiyyə, üzündən əskik olmayan təbəssüm, gözlərindəki sevinc mənəvi gücünü bu 
ifadələrdən  alırdı,  onun    yaşamaq,  yaratmaq    uğrunda  mübarizəsi,  həyat  eşqi  də 
məhz  bu  ifadələrə  söykənirdi.  Atasız  böyüyən  Zabit  müəllim  nisgilini,  kədərini 
gizlətməyi bacarırdı. Yalnız yaxın dostları bilirdi ki, o, atasının dilindən “belimin 
tutarı, qüvvəti” kimi ifadələri eşitməyib, ata məhəbbəti görməyib. Yeri gəlmişkən, 
bu  boşluq    anası  Əminə  xanım  və  onun  elmi  rəhbəri  olmuş  professor  Afad 
Qurbanov tərəfindən qismən aradan qaldırılmışdı.  
Zabit müəllim filologiya üzrə fəlsəfə doktoru (filologiya elmləri namizədi), 
dosent  idi,  uzun  müddət  pedaqoji  fakültənin  dekan  müavini  kimi  fəaliyyət 
göstərmişdi.  Onunla  ilk  tanışlığım    1977-ci  ilə  təsadüf  edir.  Zabit  müəllim 
filologiya fakültəsi həmkarlar təşkilatının sədri idi. Mən isə filologiya fakültəsində 
I kursda oxuyurdum, APİ-nin (ADPU-nun) komsomol komitəsinin büro üzvü idim. 
1980-ci  ildə  filologiya  fakültəsi  komsomol  komitəsinin  katibi  seçildim.  Məni  ilk 
təbrik edənlərdən biri də Zabit müəllim oldu, tanışlığımızın dostluğa çevrilməsi də 
elə o anlardan başladı. Bir kitabı şərikli, daha dəqiqi, İsmayıl İsmayılov və İlham 
Abbasovla  birlikdə  çap  etdirdik  (Azərbaycan  dili  və  ədəbiyyatdan  testlər.  Bakı, 
1995).  Zabit  Məmmədov  150-dən  artıq  məqalənin,  bir  neçə  proqram  və  metodik 
göstərişin,  10-dan  artıq  dərs  vəsaiti  və  monoqrafiyanın  müəllifiidir.  Azərbaycan 
dilçiliyinin  müxtəlif  problemlərinin  tədqiqi  ilə  məşğul  olmuş  Z.Məmmədovun 
yaradıcılığına  nəinki  bələdəm,  hətta  onun  kitablarına  rəy  vermişəm,  redaktorluq 
etmişəm.  Konkret  desəm,  prof.  Nadir  Abdullayevlə  birlikdə  çap  etdirdiyi  “Nitq 
mədəniyyətinin  əsasları”  (2008)  dərs  vəsaitinin  redaktoru,  “Klassik  aşıq 


 
53 
 
poeziyasının  leksik-semantik  xüsusiyyətləri”  (2000)  monoqrafiyasının  rəyçisi 
olmuşam.  Z.Məmmədovun  “Nitq  mədəniyyətinin  əsasları”  kitabında  nitq 
mədəniyyəti  probleminin  tədqiqi  tarixi,    nitq  mədəniyyətinə  yiyələnməyin 
əhəmiyyəti,  nitqə  verilən  tələblər,  nitqin  etiket  normaları  kimi  məsələlər  sistemli 
şəkildə  izah  olunur.  Müəllifin  ən  çox  maraqlandığı  sahə  isə  klassik  aşıq 
poeziyasının  dili  idi. Bu mənada onun “Klassik aşıq poeziyasının leksik-semantik 
xüsusiyyətləri”  adlı  monoqrafiyası  dilçiliyimiz,  folklorşünaslığımız,  etnoqrafi-
yamız, ümumən mədəniyyət tariximiz baxımından dəyərlidir. Monoqrafiyada aşıq 
poeziyasının  klassik  dövrü  (XVI-XIX  əsrlər,  Qurbanidən  Aşıq  Ələsgərə  qədər) 
nümayəndələrinin  şeir  dili,  ilk  növbədə  onun  leksik,  semantik,  onomastik  və 
frazeoloji  qrupları  tarixi-linqvistik  müstəvidə  tədqiq  edilmişdir.  Burada  bir 
məsələni  xüsusilə  vurğulamaq  lazım  gəlir:  Zabit  Məmmədova  təkcə  bu 
monoqrafiyasına görə filologiya elmləri doktoru alimlik dərəcəsi vermək olardı. O 
isə  işin  texniki  tərəflərini  –  sənədləşmə  işlərini  həll  etmədiyi  üçün  bu  adı  ala 
bilmədi.  Necə  ki,  dostları  İsmayıl  İsmayılov  və  Mətləb  Nağı  dosent  elmi  adını 
almadan  dünyadan  köçdülər.  Amma  bu  da  var  ki,  həmin  elmi  ad  və  dərəcələr 
onların mənəvi dünyasının zənginliiyi ilə müqayisədə çox kiçik görünür... Ruhları 
şad olsun! 
Hər  ikimiz  Azərbaycan dili və  onun  tədrisi  metodikası kafedrasının  müdiri 
olmaq üçün müsabiqədə iştirak edirdik. 30.IX.2011-ci ildə bu vəzifəyə məni təyin 
etdilər. Həmin  günlərdə Zabit müəllim Türkiyədə müalicə olunurdu. Amma yenə 
də məni ilk təbrik edənlərdən oldu, qəlbən sevindi, uğurlar dilədi. Açığını deyim 
ki, onun böyüklüyü bu cür müstəvilərdə daha aydın görünür. 
Zabit müəllimi səciyyələndirən bəzi cəhətləri ümumiləşdirmək lazım gəlir: 
O,  mənəvi qidasını  anasından,  çoxəsrlik ədəbiyyatımızdan,  bir də dünyalar  qədər 
sevdiyi  İsmayıllının  əsrarəngiz  təbiətindən  –  buz  bulaqlarından,  qalın 
meşələrindən, yovşan ətirli çöllərindən alırdı;  
Adi vəziyyətlərdə  gülərüz,  həddindən  artıq  sadə  görünürdüsə, iş prosesində ciddi 
bir  görkəm  alırdı,  sanki  adının  məna  yükünə  uyğun  hərəkət  edirdi,  tələbkar, 
zabitəli görünürdü; 
Atasız  böyüyən  Zabit  müəllim  iki  oğul  böyütdü,  onları  maddi  sıxıntılar 
içərisində  çapalamağa  qoymadı,  ən  əsası  isə  onlara  həyatda  yaxşı  yaşamağın 
yollarını öyrətdi. Deməli, o, atalıq borcunu tam ödəyib. Bu isə onun “Dədə Qorqud 
kitabı”ndakı “Oğul dəxi neyləsin, ata ölüb mal qalmasa”, “Ata malından nə fayda, 
başda  ağıl  olmas”  kimi  atalar  sözlərinin  məna  yükünə  söykənərək  yaşadığını 
təsdiqləyir; 
Zabit  müəllim  vicdanlı,  namuslu,  sözü  bütöv  kişilərdən  idi.  Çətin  məqamlarda 
təmkinli, qürurlu olmağı bacarırdı; 
Z.Məmmədov  Azərbaycan  dilçiliyinin  bir  sıra  problemlərini  tədqiq  etmişdir.  Bu 
mənada o, öz üslubu olan dilçilərimizdən idi; Bir sıra dilçilərimiz sanballı dərslik 
və  monoqrafiyalar  müəllifi  olsalar  da,  Azərbaycan  dilini  normal  səviyədə  tədris 
edə  bilmir,  çətinlik  çəkirlər.  Zabit  müəllimdə  isə  alimliklə  müəllimlik  qovuşuq 
vəziyyətdə  idi.  Belə  ki,  Azərbaycan  dilini  yaxşı  tədqiq  və  tədris  edən  alimlər 
sırasında onun da adı çəkilirdi; 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə