Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

 
41 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Zabit müəllim dostlarının xatirələrində 
 
 
 
 
Əzizim axar gedər 
Su gələr axar gedər. 
Dünya bir pəncərədir  
Hər gələn baxar gedər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
O, olduğu kimi görünərdi 
 
Mən  onu  az  bir  müddət  ərzində  tanımışdım.  Bu  universitetə  rektor  təyin 
olunanda fakültə dekanları və kafedra müdirləri ilə tez-tez görüşməli olduğumdan  
Zabit müəllimlə də  əlaqədə olurdum. Onun haqqında digər yoldaşların də rəylərini  
soruşurdum.  Əksər  yoldaşlar    onun  barəsində  olduqca  yüksək  fikir  söyləyir, 
səmimi bir insan,  bacarıqlı təşkilatçı və gözəl bir ziyalı olduğunu vurğulayırdılar.  


 
42 
 
Sonra iş prosesində mən onun həqiqətən də belə bir keyfiyyətlərə malik olduğunun 
şahidi  oldum.  Və  pedaqoji  fakültədə  dekan  müavini  kimi    öz  işini  davam 
etdirməsini  arzuladım.  Aradan  keçən  müddət  ərzində  bu  fikrimdə  yanılmadığımı 
gördüm. Çünki pedaqoji fakültə tələbələrinin yüksək nailiyyət qazanmasında onun 
da xüsusi payı var idi.  Bunu yəqin etdim ki, Zabit müəllim ona tapşırılan hər bir 
işin məsuliyyətini dərk edir və onu layiqincə  yerinə yetirirdi.  
Heyif ki həyat vəfasızdır. Biz Zabit Məmmədovu tez itirdik.   
Dos.  Zabit  Məmmədov    mənim  nəzərimdə  bir  alim,  ziyalı,  səmimi    və 
olduğu kimi görünən  bir insan  olaraq qalacaqdır. Allahdan ona rəhmət diləyirik. 
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü 
professor Yusif Məmmədov 
 
 
 
 
 
 
 
 
ADPU-nun  tədris  işləri  üzrə 
prorektoru:   prof.M.S.Cəbrayıl-
ov 
Hamıya dost olan insan 
Zabit  müəllim  ilə  tanışlığımız  tələbəlik  illərindən  olub.  Mən  institut 
komsomol  komitəsinin  katib  müavini,  o  isə  “Komsomol  projektoru”  qəzetinin 
redaktoru idi. Xoş  münasibətimiz var idi. Novbəti seçkidə mənim katib seçilmək 
məsələm  yuxarı  komsomol  orqanlarında  razılaşdırıldıqdan  sonra  məndən  kiminlə 
işləmək  istədiyimi  soruşdular.  Bir  neçə  namizəd  var  idi.  Mən  Zabiti  seçdim.  O 
gündən 3 il birgə işlədik. Bu illərdə yaranan dostluq son günədək davam etdi. O, 
çox səmimi, həyatsevər, mərd dost idi. Demək olar ki, bir-birimizdən sirrimiz yox 
idi. Yəqin hər ikimiz sadə kənd ailəsindən çıxdığımız üçün həyata baxışımız çox 
məsələlərdə üst-üstə düşürdü. 
Təbii ki, gənclik illəri birgə işlədiyimizdən çox xatirələrimiz var. Dəfələrlə 
birgə  səfərlərimiz  olub.  Bir  dəfə  Gədəbəydən  toydan  gəlirdik.  Ağdaşda  onun 
qohumlarıgildə qonaq olduq. Nahardan sonra yola çıxdıq. Şamaxıda Muğanlı kəndi 
yaxınlığında  bir  “Bənövşə”  deyilən  restoran  var  idi.  Ora  çatanda  maşını  saxladı. 
Dedi burda oturaq.   Dedim axı təzəcə süfrədən durmuşuq. Dedi ki, mən tələbəlik 
illərində burada istirahət edənlərə çox baxmışam, pulum olmayıb. Bu gün əvəzini 
çıxmalıyam. 
Diyallı kəndində evlərində olmuşam. Anası Əminə xala çox mehriban insan 
idi.  Həmişə  bizi  mehribanlıqla  qarşılayardı.  Kənddə  yaşayan  qardaşı  Cavad 
müəllim də çox səmimi, mehriban bir insandı. 


 
43 
 
Zabitin  böyük  qardaşı  Mamed  Bakıda  NZS  qəsəbəsində  yaşıyırdı.  Çox 
süfrəsi  açıq  bir  insandi.  Onun  evində  ad  günlərində  iştirak  etmişik.  Ailə  Zabitin 
dostlarına qarşı çox mehriban idi. 
Bir dəfə böyük akt zalında Ana dilindən yazılı imtahan gedirdi. Rektorumuz 
Şövqü  müəllim  Zabitə  tapşırd  ki,  müəllimlərdən  kim  zala  tərəf  keçsə  ona  xəbər 
versin.  Zabit  dedi  mən  satqınlıq  edə  bilmərəm.  Yaxşısı  budur  ciddi  növbətçilər 
qoyaq heç kəsi buraxmasın. 
Sonralar  Zabit  müəllim  fakültə  müəllim  həmkarlar  təşkilatının  sədri, 
Pedaqoji fakültənin dekan müavini vəzifələrində işləyərkən də öz xarakterinə sadiq 
qaldı. İşinə məsliyyətlə yanaşar, özü intizamlı olmaqla başqalarından da bunu tələb 
edərdi. 
Mən  təsəvvür  edə  bilmirəm  ki,  Universitetdə  elə  insan  olsun  ki,  o,  Zabit 
müəllimin  ölümünə  heyfslənməsin.  O,  hamıya  qarşı  diqqətli  və  mehriban  idi. 
Ölümündən bir neçə ay keçsə də mən inana bilmirəm ki, Zabit dünyasını dəyişib. 
Allah Sənə rəhmət eləsin qardaş. Qəbrin nurla dolsun... 
 
 
 
 
 
Nizami 
Xudiyev  
filolologiya  elmləri  doktoru, 
professor, Əməkdar elm xadimi 
Unuda bilmədiyim səmimi dost 
Uzun  illər  dostluq  etdiyim,  bu  gün  hələ  də  həyatda  olmadığma 
inanmadığım,  dostluğa  sadiq,  dodaqlarında  həmişə  təbəssüm  gördüyüm,  hal-
əhval  duruldan  zarafatlarından  qalmayan,  olduqca  səmimi  insan  olan,  mənəvi 
dünyasına  qibtə  etdiyim  Zabit  müəllim  haqqında  sonuncu  dəfə  söz  demək 
mənim üçün olduqca ağır və çətindir. İnsafsız ölüm çox vaxt ən yaxşı insanları 
aramızdan  aparır,  bizim  qəlbimizi  göynədir,  biz  isə  son  məqamda  onlar 
haqqmda yalnız xatirə yazmalı oluruq. Amma Zabitin dünyasını dəyişməsini heç 
cür qəbul edə bilmirəm. Bir qədər arıq cüssəli olsa da mənim nəzərimdə fıziki 
cəhətdən həmişə sağlam görünərdi. Necə deyərlər, əməlli-başlı «buz baltasıydı». 
Xəstəlikdən  şikayət  etdiyini  heç  vaxt  eşitməmişdim.  Amma  bir  gün 
gözlənilmədən, məzəli, şirin zarafatları ilə hamının ürəyini ələ almağı bacaran, 
ömründə  heç  kimin  qəlbinə  toxunası  bir  söz  deməyən  bu  mələk  xislətli, 
xoşqılıqlı  insan,  fövqəlbəşər  Yaradanın  əsl  sevimli  bəndəsi  birdən-birə 
dünyasını  dəyişib  öz  dostlarına  və  uzun  illər  işlədiyi  Pedaqoji  Universitetin 
çoxsaylı kollektivinə ağır anlar yaşatdı. Lakin onun yaxınlarından, dostlarından 
heç kim bu tikansız, xoş  xasiyyətli insanın vaxtsız ölümünə inanmaq istəmədi. 
Axı,  necə  də  inanaydılar?!  Hər  gün  evdən  çıxıb  işə  gedirdi,  yorulmadan 
çalışırdı, həmkarları ilə təmasda olurdu, dərs dediyi tələbələrlə işləməkdən zövq 
alırdı. Lakin bir gün... 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə