Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

 
32 
 
Qardaşı Cavad müəllim. 
O mənim dostum və sirdaĢım idi.  
 
Zabitin doğulduğu və uşaqlıq illəri ağır müharibə illərinə təsadüf edib. Atam 
müharibədə  olduğundan  ailə  vəziyyətimiz  çox  ağır  idi.  Ailəmizin  bütün  ağırlığı 
həmin  illərdə  fermada  işləyən  anamızın  üzərinə  düşürdü.  Çətinliklərimizə 
baxmayaraq  anam  Zabitin  dərslərinə  dərslərinə  davam  etməsini  təmin  edirdi.  O 
yaxşı oxuyurdu, hətta məktəbin ictimai işlərində də fəal iştirak edirdi. Hətta onun 
təşəbbüsü ilə məktəbdə voleybol komandası da yaradılmışdı. 
 
Zabit  ədəbiyyatı  çox  sevirdi.  Onda  ədəbiyyata  marağı  o  vaxt  məktəbin 
direktoru olan Balaməmməd Ağayev yaratmışdı. Həm də ədəbiyyat müəllimi olan 
B.Ağayev qonşu kənddən idi. Zabit hər yay rayona gələndə mütləq gedib onunla 
görüşərdi və bu görüşü özünə borc bilirdi. 
Yadımdadı 1947-1948-ci illər idi. Zabitlə mən dəri xəstəliyinə tutulmuşduq. Bizim 
rayonda dəri həkimi yox idi, başqa rayona həkimə getmək də bizim ailənin imkanı 
xaricində  idi.  Yaxşı  oxuduğumuzu  nəzərə  alıb  məktəb  direktoru  bizi  Göyçaya 
müalicəyə  göndərdi.  Xəstəxananın  Qəzənfər  adında  bir  gözətçisi  var  idi.  Övladı 
yox  idi, Zabitə  yaman  meylini  salmışdı. O  hər gün  evindən  Zabitə  ayrıca  yemək-
içmək  gətirir,  onun  başına  dolanırdı.  Bir  gün  də  Zabiti  övladlığa  götürmək 
istədiyini mənə dedi, çox xahiş etdi, lakin mən razı olmadım. 
Zabit hələ uşaqlıqdan ailəcanlı idi, anamızın əziyyətini görürdü, ona hər cür kömək 
edirdi. Hətta məktəbi bitirdikdən sonra birbaşa ali məktəbə getmədi. Bakı Statistika 
texnikumuna  qəbul  oldu  və  oxuya-oxuya  kolxozda  mühasib  köməkçisi  işləyərək 
ailəmizə kömək etməyə başladı. 
Sonra o APİ-yə daxil oldu və yaxşı oxuduğuna görə institutda saxladılar. 
1969-cu  ildə  Zabit  ailə  qurdu.  İsmayıllıda,  kəndimizdə  2  gün,  2  gecə  çox 
möhtəşəm  toy  mərasimi  təşkil  edildi.  Zabitin  toyunu  o  vaxtlar  çox  məşhur  olan 
müğənnilər Əbülfət Əliyev və Baba Mahmudoğlu idarə etmişdilər. 
Lakin  bir  müddət  sonra  Zabitin  yoldaşı  xərçəng  xəstəliyinə  tutuldu  Zabit  onu 
dəfələrlə Moskva şəhərinə müalicəyə aparsa da dərdinə çarə tapa bilmədi. Zabitə 
iki oğul bəxş edən Xədicə xanım 1987-ci ilin yayında vəfat etdi. Bir neçə il subay 
gəzdikdən sonra Qeysər xanımla ailə qurdu. Qeysər xanım çox mehriban, Zabitin 
hər arzusunu gözündən oxuyan bir həyat yoldaşı, bir xanım idi. 
Zabit  Lahıcı  çox  sevirdi.  Orada  Ağa  adlı  bir  dostu  var  idi.  Bir  çox  görkəmli 
şəxslərlə, o cümlədən İsmət Qayıbov, Məhəmməd Əsədov, Nəbi Allahverdiyev və 
başqaları ilə dostluq edən Ağa Zabiti də çox mehribanlıqla qarşılayırdı. 
Zabit  özü  də  çox  qonaqpərvər  idi.  Onun  Moskvada,  Macarıstanda  və  başqa 
yerlərdə  çoxlu  dostları  var  idi  və  onları  tez-tez  İsmayıllıda  Zabitin  qonaqları 
olurdu. Bir dəfə Moskvadan bir dostu ailəsi ilə Zabitə qonaq gəlmişdi. Zabit onları 
Lahıca  aparmışdı.  Girdman  çayının  sahilində  Zabit  maşını  saxlayır.  Zabitin 
uşaqları  qonaq  uşağı  da  götürüb  çayın  sahilinə  oynamağa  gedirlər.  Qonaq  uşaq 
çayın  sahilindən  103  manat  pul  tapır,  sevinə-sevinə  gəlib  pulu  anasına  verir. 
Uşağın anası pulu alıb Zabitə deyir “Zabit müəllim bu sizin qonaqpərvərliyinizin 
rəmzidir, uşaq gələn kimi pul da tapıb”. Həqiqətən Azərbaycan xalqı da onun bir 
nümayəndəsi olan Zabit müəllim çox qonaqpərvər insan idi. 


 
33 
 
Bu  xatirələri  yazarkən  Zabit  gözüm  önündə  canlanır.  Onun  yoxluğuna  heç  cür 
inana bilmirəm. Zabit mənim həm qardaşım, həm yaxın dostum, sirdaşım idi. 
Ruhun şad olsun əziz qardaşım. 
 
 
 
             
 
                         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   
 


 
34 
 
 Qardaşı 
oğlu 
Ramiz 
Cavad 
oğlu 
Məmmədov 
O bizə ata əvəzi idi 
Əmim  mənim  üçün  təkcə  yaxın  qohum  deyildi,  həm  də  atamla  yanaşı 
tutduğum,bərabər  hörmət  etdiyim,hətta  Allahın  yaratdığı  ən  gözəl  qəlbli 
insanlardan biri idi. Əmim bizim üçün sanki pərəstiş ediləcək bir insan olmuşdu. 
O, bizə ata əvəzi idi.Mənim bir köməyə ehtiyacım olduqda atam ilə anam uzaqda 
olduğu üçün  köməyimə  yetən və  ürəklə mənim  üçün  bir  iş görən  mənim  əziz və 
doğma əmim olub. 
           Əmim  əsil  insana  xas  olan  gözəl,  nəcib  sifətlərdən  biri  sadə  və  təvazökar 
insan  idi.Sadə  və  təvazökar  adam  kimi  hamı  onu  sevir  və  ona  hörmət  edirdi.O, 
özünü heç vaxt başqalarından üstün tutmur, uğur və müvəffəqiyyətləri , qazandığı 
nailiyyətləri artdıqca o, daha  sadə bir insana çevrilirdi.Əmim hamı ilə mehriban, 
səmimi rəftar edir,heç kimin xətrinə dəymirdi. 
            Mənim  orta  məktəbdə  oxuduğum  illərdə  əmim  kəndimizə  -  daha  doğrusu 
onun  ən  çox sevdiyi  öz  doğma  kəndinə    tez-tez  gələrdi və  onun  hər gəlişi bizlər 
üçün bayram idi.Çünki o, kəndə gələndə biz uşaqları da götürüb İsmayıllının gözəl, 
səfalı  yerlərinə  gəzintiyə  aparardı.Əmim  bizə  hər  zaman  böyük  sevgi  və  qayğı 
göstərərdi.O, öz vaxtını bizlərə sərf edərdi. 
           İndi  də  mən  Lahıcın  qayalıqlarına,  Baskalın  soyuq,  buz  kimi  bulaqlarına, 
Topçu meşəsinə, Yeddi gözəl şəlaləsinə və başqa gözəl Azərbaycan guşələrinə baş 
çəkəndə  əmimlə  keçirdiyim    o  xöşbəxt  günləri  –onun  maraqlı  söhbətlərini, 
qayğıkeşliyini,  gözəl  rəftarını  xatırlayıram.Hətta  o,  bəzən    bizimlə  bərabər 
uşaqlaşardı.Bizimlə birlikdə nərd, domino, voleyboll oynayardı. 
        Əmim  ilin  bütün  fəsillərində  kəndə  gəlməyi  xoşlayardı.O,  təbiəti  çox 
sevərdi.İstərdi  ki,hər  fəslin  gözəlliyini  kənddə  yaşasın,duysun.Daha  çox  yay 
aylarında gələrdi doğma və əziz kəndinə. Çünki, bu aylarda həm onun məzuniyyəti 
olardı,  həm  də  bizim  kəndimizdə  bu  aylarda  havalar  sərin  olardı.Evimizin 
yaxınlığından  bir  çay  axır.Bu  çayın  adı  Həzrə  çayıdır.Əmim  bu  çayın  kənarında 
özünə bir yer seçmişdir.Burada axşamlar xəfif meh əsirdi.O, həmişə burada oturub 
mənimlə  uşaqlıq  xatirələrindən  danışardı.Bu  çayın  suyu,  daşları  ona  çox  doğma 
idi.İndi mən kəndə gedəndə mütləq həmən yerdə əmimsiz oturub onu xatırlayıram.   
          Onun  kəndə  gəlişi  hamı  tərəfindən  böyük  sevinclə  qarşılanardı.Böyüklü-
kiçikli  hamı  onun  yanına  görüşə  gələr,  ondan  məsləhət  alardı.Əmim  də  əlindən 
gələn  köməyi  kimsədən  əsirgəməzdi.Bacardığı  qədər  insanların  əlindən  tutar 
yardıma ehtiyacı olanı geri çevirməzdi. 
          Əmim    nəslimizin  ən  kiçiyi  olmasına  baxmayaraq  hamı  ona  böyük  kimi 
yanaşar, ondan məsləhət alardı.Çətinliyimiz olan kimi ona müraciət edər, ondan bir 
kömək  istərdik.Təbii  ki,  əmim  ona  uzadılan  bu  əlləri  hər  zaman  tutar  və  bizə  öz 
köməyini göstərərdi. 
        Tələbə  olduğum  illərdə  də  əmim  hər  zaman  mənimlə  maraqlanar,  mənə  öz 
doğma  balası  kimi  qayğı  göstərərdi.Əmim  mənim  üçün  çətin  günlərimdə  həm 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə