Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 
28 
 
Oğlu Seymur. 
XoĢbəxtəm ki Zabitin oğluyam. 
Atam  haqqında  mən  çox  şey  deyə  bilərəm  amma  məncə  deyilənlər  bəs 
etməz. Ən  birincisi   o ailəsini sevən bir  ata olub və onun yoxluğunu sözlə ifadə 
edə  bilmirəm.  Həmişə  mənə  və  qardaşıma  düzgün  olmağı  tövsiyə  edərdi. 
Yadımdadı  mən  məktəbdə  aşağı  siniflərdə  oxuyarkən,biza  atalar  sözləri  yazmaq 
üçün  ev  tapşırığı  verilmişdi.  Hərə  mənə  bir  atalar  sözü  deyirdi  ,  amma    atamın 
mənə  dediyi  atalar  sözü  heç  yadımdan  çıxmır.  Hər  zaman  xatırlıyıram:”Ac  ol  , 
amma kişi ol!”  Indiyənə kimi o səhnə gözümün önündədi.Mən böyükkən də onun 
yadına salardım bu səhnəni. 
Atam  bizim  kəndi  çox  sevərdi  və  mən    kiçikkən  hər  yay  biz  kəndə 
gedərdik,həyətdə    böyük  tut  ağacı  var  idi.  Onun  altında  oturmağı  xoşlardı.  Zabit 
Müəllim 
“yeyib-içməyi” 
sevərdi,hamını 
başına 
yığar 
Lahıca,Garanohura,Badoya,Əmrəkiya 
və 
başqa-başqa 
yerlərə 
aparardı.Gülümsünərək  deyərdi:  “Bizə    qalan  elə  bu  olacaq.”Hamişə  mənə  öz 
uşaqlığından danışardı,qışda ayağıyalın məktəbə getməyindən,odun daşımağından 
və  yadima gəlir mənə deyirdi ki,mən tələbə ikən yay ayaqqabısı ilə bütün fəsilləri 
keçirirdim.Uşaq  ikən  çox  əziyyət  görmüşdü,ona  görə  də  bizi  əziyyət  çəkməyə 
qoymamışdı. 
   Işlədiyi  universitetə    tez-  tez  gedərdim  və  şahidi  olduğum  bir  şey  də  yadıma 
düşdü, həmişə kasıb tələbələrə kömək edədi,deyərdi onları görəndə öz tələbəliyim 
yadıma düşür. 
   Çox  diqqətli,  ailə  və  qohum  sevən  bir  insan  idi.Hamının  ad  günlərini  yadda 
saxlar  və  təbrik  edərdi.  Bayramlarda  istərdi  hamı  yanında  olsun.  Mən  Ərəb 
əmirliklərində  yaşarkən  əgər  hər  həftə  zəngləşməsəydik    özü  zəng  vurardı  və 
zarafatla  deyərdi:-  konturun  yoxdusa  de  yükləyim.Əlbətdəki    söhbət  puldan 
getmirdi.Bir  şeydə  yadıma  düşdü,mən  hər  dəfə  Azərbaycana  gələndə  atama 
deyərdim :-Ata, mənə bir az pul ver. O isə zarafatla məni yüngül söyərək deyərdi:- 
Pulun yoxdu? Mən isə:- Var amma, sənin verdiyin pul şirin olur -deyərdim. O bizə 
həm  ata  ,  həm  də  analıq  etmişdir.Biz  kiçik  ikən    anamız  rəhmətə  getdiyindən    o 
bizə  hər  seydə  dayaq  olmuşdur.Atam  mənə  bir  az  böyüdükdən  və  həyati  bir  az 
genis anladıqdan sonra  hər şeyi anlayan yaxın  bir dost olmuşdur. 
O Azərbaycanı çox sevərdi,harasa  gedən də tez geri dönmək istərdi.Bir dəfə 
atamgili 
Ərəb 
Əmirliklərinə 
qonaq 
çağırdım,bir 
yerdə 
ailəliklə 
gəzdik,dincəldik.Mən  onun  yanıma  daha  çox  gəlməyini  istəyirdim,  amma  o 
deyərdi  ki,  mən  burda  darıxıram,  Azərbaycana  geri  dönmək  istəyirəm,on  gün 
nəvələrini  gördükdən  sonra  geri  dönmək  istədi.  Atam  mənim  üçün  bir  nümunə 
olub  və  olacaqdır,  mən  hər  bir  seydə  onun  kimi  olmağa  çalişacağam.  Çox  sey 
demək  olar  onun  haqqında,  nəinki oğlu onu tanıyan hər bir  şəxs   onun haqqında 
ancaq gözəl sözlər deyir. Mən xoşbəxtəm ki mən Zabitin oğluyam və bununla fəxr 
edirəm. 
ATA, ALLAH SƏNƏ RƏHMƏT ELƏSIN!!!!!!!!!!! 
 
 
 
 
 
      
 
 


 
29 
 
Gəlini Məmmədova Mehparə 
O, səmimi və mehriban qayınata idi. 
Zabit  müəllim  haqqında  xatirə  yazmaq  mənim  üçün  çox  çətin  oldu.  Dönə-
dönə  fikirləşməli,  götür-qoy  etməli  oluram.  Necə  etməliyəm  ki,  dediklərim, 
yazdıqlarım bu nəcib insanın əməllərinə, xarakterinə uyğun olsun, onun ürəklərdə 
yuva salmış parlaq obrazına azacıq da olsa yeni cizgilər, strixlər əlavə etsin. 
 
Zabit  müəllimi  ADPU-ində  oxuduğum  illərdən  tanıyırdım.  Mən  onun 
rəhbərlik etdiyi fakültədə təhsil alırdım. O bütün tələbələrin sevimlisi idi. Çünki o 
bütün tələbələri öz doğma övladları kimi sevər, hamıya eyni qayğı və məhəbbətlə 
yanaşardı. Tələbələrin bütün dərdlərinə şərik olur, problemləri ilə maraqlanardı. 
 
Müəllimlik dünyada ən çətin, lakin həm də ən şərəfli gözəl peşədir. Müəllim 
öz  xalqı,  vətəni,  millətinin  gələcəyi  üçün  qəlbini  məşəl  kimi  yandıran,  varını, 
dövlətini  on  minlərlə  tələbənin  yetişməsində  görən  bu  yolda  şəxsi 
məhrumiyyətlərinə  dözən  fədakar  insan  olmalıdır.  Müəllim  zəkalarda,  qəlblərdə 
müqəddəslik  toxumu  səpən  bir  qüvvə  olmalıdır.  Zabit  müəllim  məhz  belə 
ziyalılardan idi. 
 
Dərin  təəssüf  və  ürək  ağrısı  ilə  də  olsa  demək  lazımdır  ki,  bu  gün 
cəmiyyətimizdə  Zabit  müəllim  kimi  şəxsi  mənafedən  uzaq,  insanlara  təmənnasız 
xidmət  edən,  fəaliyyətləri,  xeyirxah  əməlləri  insanlar  üçün  nümunə,  örnək  olan 
ziyalıların, işıqlı şəxsiyyətlərin sayı olduqca azalıb. 
 
Universiteti  bitirdikdən  sonra  onun  onun  başçılıq  etdiyi  ailənin  bir  üzvünə 
çevrildim  və  Zabit  müəllimi  daha  dərindən  tanıdım.  Onun  səmimi,  gözəl  ailə 
başçısı, qayğıkeş ata, mehriban, gülərüz baba, qohum-əqrəbaya qarşı çox diqqətli 
bir  insan  olduğunun  şahidi  oldum.  O,  ailəyə,  ocağa  bağlı  bir  insan  idi.  Ailə 
üzvlərinə  qarşı  çox  səmimi  və  mehriban  idi.  O  mənə  ata  qayğısı  ilə  yanaşı, 
övladlarından seçməzdi. 
 
Zabit  müəllimin  simasını,  xarakterini  müəyyənləşdirən  əsas  ali 
keyfiyyətlərdən  biri,  bəlkədə  birincisi  onun  sadəliyi  idi.  Kimliyindən,  yaşından, 
tutduğu  vəzifəsindən  asılı  olmayaraq  hamı  ilə  olduqca  səmimi,  mehriban  rəftar 
edərdi. 
 
Zabit  müəllim  gözəl,  qayğıkeş  baba  idi.  Nəvələrini  sevər,  onlarla  söhbət 
etməkdən yorulmazdı. Onların arzu və istəklərini  yerinə yetirməyə çalışardı. 
 
O daim nəcib, ülvi arzularla yaşayırdı. Arzularının böyük hissəsi nəvələrinin 
elmli, savadlı  olması, onun sənətini davam etdirməsi ilə bağlı idi. 
 
Özünü  amalı  uğrunda  şam  kimi  yandıran,  başqasının  yoluna  işıq  saçmaq 
üçün özü nura dönən adamlar heç vaxt unudulmur. İllər keçsə də Zabit müəllimin 
əziz  xatirəsi  unudulmayacaq,  yaxınlarının,  əzizlərinin,  dərs  dediyi  tələbələrin 
qəlbində daim yaşayacaq! 
 
 
 
 
 
 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə