Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

 
20 
 
 
 
 
 
O,  mənim  üçün  ən  böyük  varlıq    və  ən  əziz,  yaxın  ,səmimi,  mehriban, 
dərdlərimin  çarəsi  olan  dostum  idi.O,  tək  mənim  yox  bütün  onu  tanıyanların 
məsləkdaşı,yol  göstərəni idi. 
Şahməmmədov  Möhübbət 
Əlibaba  oğlu    (bacısı 
oğlu) 
 
 
 
 
Elm уə qələm sahiblərinin insana, həyata dünyaya baxışı məhz sözdən gəlib 
keçir.  Əmim  Zabiti  sözü  duyan,  sözlə  insan  kimi  rəftar  edən,sözə  məhəbbətlə 
yanaşan, sözdə öz  istəyini  tapa bilən  bir insan kimi tanımışam. Çünki Zabit əmim 
duyub  düşündüklərini,  özünə  yaxın  və  doğma  olan  sözə  çevirməyi  bacarırdı. 
Məncə, belə xöşbəxt alimlər arasında ədəbiyyata və sənətə öz qanı, canı ilə xidmət 
göstərənlərdən biri elə Zabit müəllim idi. 
Qardaşı oğlu - Alik Məmmədov 
  
 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Respublika Gənc Turistlər və Diyarşünaslıq 
Mərkəzinin direktoru 
 
 
 
 
 
Yazarkən fikirləşirəm!!! Görəsən belə ikinci şəxs ola bilər? O, qızıl kimi bir 
insan  idi.  Onu  heç  vaxt,  heç  bir  an  olsa  belə  unutmaq  olmaz!  Çalışacağam  ki, 
babama  bənzəyim!  Ancaq  çox  yəqinki  nə  qədər  də  çalışsam  onun  kimi  ola 
bilmərəm!  Allah  sənə  rəhmət  eləsin  babacan!  Bu  kiçik  dünyanın  böyük 
şəxsiyyətlərindən  biri  də  sənsən!  Babacan  sən  dünyanı  dəyişəndən  sonra  bir  şeir 
yazdım! O şeirində bir bəndi məhz budur: 
Hamı ağlaş qurub, hamı yas qurub, 
Hamı səni sevib, səni qoruyub. 
Axar çaylar durub, sellər quruyub. 
Dağ kimi dağlar da əriyib gedib
Baba açılmamış qönçələr belə, 
Sənin yoxluğunda solub gediblər! 
Nəvəsi Almaz Teymur qızı. 


 
21 
 
Əmim  mənim  üçün  təkcə  yaxın  qohum  deyildi,  həm  də  atamla  yanaşı 
tutduğum,bərabər  hörmət  etdiyim,hətta  Allahın  yaratdığı  ən  gözəl  qəlbli 
insanlardan biri idi.  Əmim bizim üçün pərəstiş ediləcək bir insan idi. 
Ramiz 
Cavad 
oğlu 
Məmmədov -Qardaşı oğlu          
 
 
 
Zabit  müəllim  zahiri    görünüşcə    çox    ciddi    görünməsinə    baxmayaraq,  
daxilən    çox  mehriban,  səmimi,  tələbələri  öz  doğma  balası  kimi  sevən  xeyirxah  
insan idi.  
           Nuriyeva  Esmira 
                                                   Pedaqoji fakültənin  II kurs, 203- cü qrup  
                                                               tələbəsi, eyni zamanda qrup nümayəndəsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
22 
 
 
Zabit gözəl ailə baĢçısı idi. 
 
Təbiət  ondan  heç  nəyi  əsirgəməmişdi.  Ağılı,  kamalı,  səxavəti,  mehriban, 
həlim  xasiyyəti  və  bütün  bunlarla  yanaşı  gözəl  xarici  görünüşü  var  idi  Zabit 
müəllimin. Üzündən heç zaman əskik olmayan təbəssümü, şirin danışığı,ölçülüb-
biçilmiş davranışı sanki taleyin ona bəxşeyişi idi. Bu keyfiyyətlərə malik olan bir 
gəncin  ətrafında  həmişə  qızlar  dolaşardı,  hər  biri  onun  diqqətini  cəlb  etməyə 
çalışar, onun sevgilisi  olmağı arzulayardı. 
O  zaman  institutda  yenicə  müəllim  işləməyə  başlamış  Zabit  də  artıq  evlənmək 
haqqında  düşünürdü.  Günlərin  bir  günündə  o,  öz  seçimini  də  edir.  Tələbələrinin 
içindən Xədicə adlı bir qıza könül verir. 
 
1969-cu  ildə  İsmayıllıda  iki  gün,  iki  gecə  davam  edən  çox  gözəl  bir  toy 
məclisi qurulur.  
Zabitin  yaxın  dostu  olan,  məşhur  tarzən  Firudin  Ələkbərov  o  vaxtlar  çox 
sevilən xanəndələri Əbülfət Əliyevi və Baba Mirzəyevi (Baba Mahmudoğlu) toyu 
idarə  etməyə  dəvət  edir.  Toyun  birinci  günü  Ə.Əliyev,  ikinci  günündə  isə  Baba 
Mirzəyev çalıb oxuyur. Bəlkə də Diyallı kəndi indiyə qədər belə bir toya şahidlik 
etməmişdi. Bəlkə də elə bu toyda Zabit gözə gəldi... 
Çox  keçmir  Xədicə  xanım  Zabitə  iki  gözəl  oğul  bəxş  edir.  Zabit  birinci 
oğluna  üzünü  görmədiyi  atası  Teymurun  adını  verir,  ikinci  oğlunu  Seymur 
adlandırır.  Günlər  keçir  Zabitin  uşaqları  böyüyür.  Lakin  bu  xoşbəxtlik  uzun 
sürmür.  Xədicə  müalicəsi  mümkün  olmayan xəstəliyə  düçar olur.  Zabit  Xədicəni 
aparmadığı yer, göstərmədiyi kəkim qalmır, bütün cəhdləri boşa keçir. 
1987-ci ilin yayında Xədicə xanım Zabiti həmişəlik tərk edir. O, uşaqlarına 
həm ata, həm də ana olur. Anası Əminə xanım, qardaş və bacıları nə qədər təkid 
etsələr də evlənmir. 
Lakin günlərin birində tale onu Qeysər xanımla qarşılaşdırır. Bu təsadüf həm 
Zabitin, həm də Qeysər xanımın taleyini dəyişdirir. 
Öz karyerası ilə məşğul olduğundan Qeysər xanım indiyə qədər ailə qurmaq 
haqqında fikirləşmirdi. Bəlkə də bu təsadüf Qeysər Zabit ittifaqının təməli üçün bir 
zəruriyyət idi. 
Sən demə yenidən sevmək olarmış! Bu sevginin nəticəsi olaraq 1991-ci ildə 
Zabit  müəllim  Qeysər  xanımla  ailə  həyatı  qurur.  Bu  izdivac  Zabit  müəllimin 
həyatını tamamilə dəyişdirir. 
Daxili aləmi də xarici görünüşü qədər gözəl olan Qeysər xanım Zabitə təkcə 
həyat yoldaşı, ömür gün yoldaşı olmur, Zabitin öz sözləri ilə desək “Qeysər onun 
ən  yaxın  dostu,  məsləhətçisi,  sirr  yoldaşı  və  uşaqlarının  anası”  olur.  Zabit,  öz 
həqiqi “yarısını” məhz Qeysər xanımda tapır, bütövləşir. 
Qeysər xanım da həm Zabitin, həm də onun uşaqlarının qoruyucu mələyinə 
çevrilir. Zabitin qardaşı Cavad müəllim “Kaş Qeysər Zabitə bir 20il bundan əvvəl 
rast  gələydi”  sözlərini  boş  yerə  deməmişdi.  Qeysər  Zabitin  təkcə  həyatını 
dəyişdirmir,  onun  elmi  işlərini  davam  etdirməsinə  şərait  yaratmaqla  yanaşı, 
qohumlar,  dostlar  arasında  körpü  yaradır  və  bu  körpünün  möhkəm,  davamlı 
olmasını təmin edirdi. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə