Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 
26 
 
Mən  onu  addım  səslərindən  tanıyırdım.  Və  zəngi  çalmamış  qapını  onun  üzünə 
açırdım. O evdə olduğu günləri ən gözəl istirahət hesab edirdi. 
 
Zabit müəllim mənə ailələrindən, çətin keçən uşaqlıq illərindən, anası Əminə 
xanımın  onları  necə  əziyyətlə  saxladığından  danışardı.  O  anasını  həddindən  çox 
sevirdi. Və deyirdi yəqin ki heç zaman anamın əziyyətini, bounu qaytara bilmərəm. 
Anası  sağ  olan  zamanlar  hər  həftənin  sonunda  kəndə  gedirdik.  Maşın  kəndə 
yaxınlaşanda  onun  uşaq  kimi  necə  sevindiyini,  anasıın  yanına  necə  tələsdiyini 
görürdüm. Zabit müəllim  bacı və qardaşlarını da çox sevirdi. Həmişə onlara baş 
çəkir, daima bacı və qardaşlarının ailələrinin qayğısına qalırdı. Ailənin son beşiyi 
olmasına  baxmayaraq  bacı  və  qardaşlarının  məclisinin  başında  oturardı.  Bütün 
qohumlar onu özülərinə ağsaqqal seçmişdilər. Bacı və qardaşlarının uşaqlarını tez-
tez  evimizə  dəvət  edər,  onları  bir  yerə  toplayar,  bir-birinizə  həmişə  dayaq  olun 
deyə  məsləhət  verərdi.  Zabit  müəllim  Məhəbbətlə,  qardaşı  oğlanları  Alik  və 
Ramizlə fəxr edər, hər bir işdə onlarla məsləhətləşərdi. Onun qohumlarla əlaqələrə 
xüsusi münasibəti var idi. Bu münasibətin mənim qohumlarıma olan rəftarında da 
görürüdüm.  Zabit  müəllimin  mənim  ailəmə  də  hörməti  var  idi,  mənim 
qardaşlarımala möhkəm dostluq edirdi. Atam üçünsə həmişə “mən ata görməsəm 
də  Süleyman  müəllim  mənim  nəzərimdə  ən  nümunəvi  atadır”  deyirdi.  Zabit 
müəllim qohum-əqrabanın bütün cavanları ilə çox səmimi münasibət yaratmışıdı. 
Zabitin qəfil ölümü bu cavanların hər birini sarsıtmışdı.  
 
Zabit  müəllim  ailəcanlı  insan  idi.  O  övladlarını,  nəvələrini  hədsiz  çox 
sevirdi. Teymur və Seymurun toylarını edəndə onun necə sevindiyini gözlərindən 
oxuyurdum. Zabit müəllim kiçik oğlu Seymurla həmişə dost kimi danışırdı. Zabitin 
xəstəliyi  ilə  əlaqədar  birinci  dəfə  Ankarada  olanda  Seymurun  Dubaydan  bizim 
yanımıza  gəlişi  onu  çox  sevindirmişdi.  O  mənə  “Qeysər  sən  indi  dincəl,  daha 
həkimlərin  dalınca  Seymur  qaçar”  dedi.  Xəstaxanadan  mehmanxanaya  qayıdan 
kimi  Seymura  kompyuteri  aç  Xədicə  ilə  İslamla  daışım  deirdi.  Biz  Dubayda 
Seymurgildə  olanda  da  bütün  vaxtını  Zabit  nəvələri  Xədicə  və  İslamla  keçirirdi. 
Yorulana  qədər  onlarla  uşaq  kimi  oynayırdı.  Zabit  ilk  nəvəsi  Teymurun  qızı 
Almazı çox sevir onunla fəxr edirdi. Almazın bütün ad günlərini təbiətin qoynunda 
keçirər,  onunla  böyük  qız  kimi  söhbət  edərdi.  Hansı  gün  telefonla  danışmasa 
“Almaz  babanı  yaddan  çıxarmısan?”  deyirdi.  Zabit  Almazın  gələcəkdə  onun 
davamçışı  olmasını  arzulayıdı  və  deyirdi  “Almaz  sən  mənim  yolumu  davam 
etdirsən kitabxanamı sənə verəcəm”. Zabit müəllim gəlinləri Mehparə və Naidəni 
doğma  qızı  kimi  sevirdi.  Onlarla  söhbəti,  müraciəti  çox  doğma  və  səmimi  idi. 
Teyurun və Seymurun ailələri demək olar ki, çox tez-tez birlikdə bizdə olardılar. 
Həmin gün Zabit örünün ən sevincli günlərini yaşayırdı.  
 
Zabit  doğulduğu  torpağa  bağlı  bir  insan  idi.  Hər  il  məzuniyyətinin  bir 
hissəsini mütləq kənddə qardaşı Cavad müəllimin yanında keçirirdi. Onda yaşamaq 
eşqi  çox  güclü  idi.  Kəndə  gedəndə  evdə  az  oturar,  vaxtının  çoxunu  meşələrdə, 
bulaq  başında  təbiətin  qoynunda  keçirərdi.  O  qədər  şən,  mehriban  insan  idi  ki, 
hamı onunla gəzməyə  getməyi sevirdi. Və gəzməyə gedəndə bizi bütöv bir ordu, 
başda  qardaşı  Cavad  müəllim,  onun  həyat  yoldaşı  Fərqiyyə  xanım  olmaqla  evdə 
kim vardısa müşayət edirdi.  


 
27 
 
 
O  dostları  ilə  də  tez-tez  doğulduğu  Diyallı  kəndinə  gəzməyə  gedərdi. 
Yadımdadır Teymurun toyunda rəhmətlik prafessor Həsən Balıyev çox gözəl çıxış 
etdi  və  dedi  Zabit  bizim  üçün  o  qədər  doğma,  o  qədər  əzizdir  ki,  hətta  onun 
doğulduğu İsmayıllı rayonunu rayonumuz hesab edirik. Və zarafatla əlavə etdi ki, 
inistitutn çox müəllimləri özünü İsmayıllı rayonundan hesab edir.  
Mən də Zabitin 70 yaşını təbiətin qoynunda keçirməyi arzu etmişdim. Çox heyif o 
70 yaşına çatmadı. 
 
Zabit  müəllimin  gözəl  insani  keyfiyyətlərinin  nəticəsi  idid  ki.  Tükiyənin 
Ankara  şəhərində  istər  yaşadığı  mehmanxananın  rəhbərlik  və  işçiləri  tərəfindən, 
istərsə də müalicə olunduğu Hacettepe xəstəxanasının həkimləri tərəfindən xüsusi 
qayğı  ilə  əhtə  olunmuşdu.  Mehmanxana  işçiləri  onun  necə  bi  əfəndi  insan 
olduğunu söyləyirdilər və bəziləri onu özlərinə mənəvi ata götürmüşdülər.  
 
Bizim  ailə  həyatımızda  az  da  olsa  inciklik  olmamışdı.  Bunun  səbəbi  bir-
birimizi  tam  başa  düşməyimiz,  aramızda  olan  hörmət  və  istək  olmuşdu.  Zabit 
həmişə  mənə  deyərdi  Qeysər  sən  mənim  gözəl  həyat  yoldaşım  olmaqla  bərabər 
həm də həyatda ən etibarlı dostumsan. Zabit müəllim mənim üçün əziz adam idi. 
Ailə qurduğumuz vaxtdan örünün sonuna qədər bir gün də ayrı yaşamamışdıq. O 
həyatının  ən  çətin  anlarında  mənimlə  məsləhətləşərdi.  Zabit  müəllim  özünün 
yüksək  mədəniyyəti və intellektual səviyyəsi  ilə  mənim  iş  kollektivimin  arasında 
böyük hörmətə malik idi. Onun xəstələndiyini eşidəndə bütün qohumların və onun 
iş  yoldaşlarının  nə  qədər  narahat  olduğunu  və  ona  necə  qayğı  ilə  yanaşdıqlarını 
gördüm. Göstərdikləri qayğı və ehtirama görə universitet rəhbərliyinə, onun yaxın 
dostlarına  xüsusən  Nəsrəddin  müəllimə,  Soltan  müəllimə,  Fərrux  müəllimə, 
qohumlardan  Ramizə,  Ədalətə,  Alikə,  Ülviyə,  Məhəbbətə  minnətdarlığımı 
bildirirəm.  Teymura  Semura  sağ  ol  deyirəm.  Atasına  göstərdiyi  qayğıya  görə 
Seymura  ayrıca  sağ  ol  deyirəm.  Mən  pedaqoji  fakültənin  kollektivinə  dərin 
minnətdarlığımı bildirirəm. Onlar 40 gün evimizdə yas mərasimində iştirk etməklə 
bərabər,  hər  cümə  axşamı  günü  universitetdə  Zabit  müəllimə  anım  günü 
keçirmişlər. 
 
Zabit mənim həyatımın mənası idi. Mən ömrümün sonuna qədər ona qayğı 
göstərməyə hazır idim, təki o məni həyatda tək qoymasın. Amma neynəmək olar 
İlahinin işidir. O məni Hacettepe xəstəxanasında tək tənha qoydu və əbədi olaraq 
gözlərini  yumdu.  Mən  Ankarada  möcüzə,  batmaqda  olan  günəşin  doğmasını 
gözləyirdim.  Hələ  də  gözlərim  qapıya  dikilib.  Onun  addım  səslərini,  qapıya 
çatanda gəlişini xəbər verən “siqnalını”, öskürək səsini eşitmək istəyirəm. Amma o 
addım  səsləri.  O  “siqnal”  artıq  xəyala  çevrilib.  Hər  gün  qəbrini  ziyarət  edirəm, 
xəyalı ilə söhbət edib dərdləşirəm. Hər dəfə onu ziyarət edəndə qulağıma sanki bir 
səs deyir mən həmişə səninləyəm. 
 
Zabit müəllim haqqında xatirə kitabı hazırlayan  Pəri xanıma, onun haqqında 
dəyərli  sözlər  yazan  qohumlara.  Ziyalılara,  universitetin  prafessor-müəllim 
heyyətinə,  pedaqoji  fakültənin  əməkdaşlarına  ailəmiz  adında  dərin  minnətdarlıq 
bildirir,  Zabit  müəllimlə  bərabər  onların  da  dünyasını  dəyişənlərinə    Allahdan 
rəhmət diləyirəm. 
         
 
 
 
 
 
 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə