Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 
30 
 
 
 
 
 
 
 
 
 
Nəvəsi Almaz Teymur qızı. 
O ən mehriban baba idi. 
 
İnsan dünyaya bir dəfə gəlir. Bu ömrünü də layiqincə yaşamağı hər bir kəs 
bacarmalıdır.  Bunun  üçün  insan  dürüst,  səmimi,  mehriban,  qayğıkeş,  həyatsevər 
olmalıdır. Belə insanlara çox az rast gəlinir. Ancaq mən belə  insan tanıyıram. O, 
mənim  babam  Zabit  Məmmədov  Teymur  oğludur.  Onu  sizə  Zabit  Məmmədov 
kimi təqdim etməkdə məqsədim hamının onu belə tanımasıdır. Çox təəssüf olsun 
ki, biz onu bir neçə ay öncə itirdik. Amma o, ölməyib. Dünyasını dəyişib. Daima 
bizim ürəyimizdə yaşayır. Onunla bağlı xatirələr toplusu yaşayır ürəyimizdə. Onu 
bir  neçə  saat  belə  unutmaq  olmur.  Hər  sözün  əvvəli  belə  çox  vaxt  onunla  bağlı 
olur.  Biz  onu  hər  ay  yad  edirik.  Artıq  ayın  “13”-ü  bizim  təqvimimizdə  qara 
hərflərlə yazılıb. 
 
Babam  haqqında  o  qədər  yazılmalı  hadisələr  var  ki,  bilmirəm  haradan 
başlayım. Babam ailəmizin böyüyü olmaqla yanaşı həm də qoruyucu qüvvəsi idi. 
Biz  hamımız  onu  sevirik.  Hamımız  ona  hörmət  edirdik,  edirik,  edəcəyikdə. 
Babamın  ürəyi  çox  təmiz  idi.  Onun  ürəyində  kin  yox  idi.  O,  mənim,  digər 
nəvələrinin həmçinin tanıdıqlarının daima yaxşılığını arzulayan şəxs olub. Babam 
telefonla  danışmağı  çox  da  sevmezdi.  Ancaq  onunla  kim  danışsa  dərdi  olsa 
təskinlik  tapar,  əhval-ruhiyyəsi  daha  da  artardı.  Onu  tanıyanlar,  iş  yoldaşları 
deyirlər  ki,  babam  işdə  də  daima  məndən  söz  açardı.  Mən  bunu  eşidəndə  çox 
sevinirəm.  Babam  mənə  bəzən  dərslərimdə  də  kömək  edərdi.  O,  az  miqdarda  da 
olsa uğurlarıma sevinərdi. Lakin mən sonuncu uğurumu onunla paylaşa bilmədim. 
Axşam  telefonla  danışdıq.  Fikirləşdim,  amma  demədim.  Düşündüm  geri  qayıdar, 
dönər  vətənimizə  onda  deyərəm.  Sevindirər,  əhval-ruhiyyəsini  qaldıraram.  Lakin 
əcəl  buna  izn  vermədi.  Babam  Türkiyədə  olan  dövrdə  mən  bir  müsabiqəyə 
qatıldim. 1 oktyabr tarixində 38 məktəbin iştirak etdiyi “Müstəqilliyimizin XX il” 
dönümünə  həsr  olunmuş  Azərbaycan  Dövlət  Himninin  sözlərinə  aid  şeir 
müsabiqəsinə.  Bu  müsabiqədə  6  məktəb  öz  şagirdləri  ilə  bərabər  qalib  oldu.  O 
şagirdlərdən  biri  də  mən  idim.  Əlimdə  gül  və  diplom  ilə  qayıdarkən  insanların 
çadırın ətrafında durduğu və ağladıqlarını gördüm. Sevindirəcəyim insan isə yox... 
Deyirlər  ki,  Allah  sevdiyi,  seçdiyi  bəndələrini  tez  aparar  öz  dərgahına.  Mən 
fikirləşirəm ki, babam da belə adamlardandır. İnsanın ağlına belə gəlməzdi ki, bir 
gün  Zabit  Məmmədov  da  məzarlıqda  yad  ediləcək.  Artıq  babamın  da  rəsmi 
məzarlıqdakı daşın üzərinə həkk olub. Daşın üstündə isə rəngbərəng güllər... 
 
Biz hər həftə babama və nənəmə baş çəkməyə gedərdik. Getməyəndə babam 
məndən inciyərdi. Mən isə onun könlünü almağa çalışardım. Mən elə vaxt olurdu 
ki,  babamgildə  qalırdım  səhər  babamı  nənəm  ilə  bərabər  yola  salar,  axşam  isə 
qarşılayardıq.  Qapını  babama  mən  açanda,  onu  qarşılayanda  çox  sevinərdi.  Mən 
evə qayıdanda isə məndən darıxardı. Babam hər il ad günümü özü edərdi. Bu dəfə 
isə  onun  müalicə  aldığı  dövrə  təsadüf  etdi.  Babam  mənə  söyləyirdi  ki,  gələn  il 
hamımız  bir  yerdə  çox  gözəl  ad  günü  keçirəcəyik.  Mən  ad  günümə  görə  deyil, 
babam və nənəmi görmədiyimə görə çox kövrəlirdim. Artıq ondan çox darıxırdım. 
İndidə  həmçinin  ürəyimdə  böyük  bir  boşluq  yaranıb.  Onu  mən  babamdan  başqa 
heç  nə  ilə  doldura  bilmərəm.  İçimdəki  kövrəklik  isə  hər  an  dayanmayan  göz 


 
31 
 
yaşlarıma çevrilir. Artıq süfrəmizin başında oturan ailəmizin böyüyü bizimlə deyil. 
Babam elmlə yanaşı, mənəviyyatla da zəngin idi. 
 
Hələ  mayın  31-i  2007-ci  il indiki  kimi  yadımdadır.  Həmin  gün  mən  əlifba 
bayramını qeyd edirdim. Babam həmin gün səhər gələ bilməsə də nənəmlə birlikdə 
mənə  böyük,  içərisi  qızılgüllərlə  dolu  bir  buket  almışdı.  Axşam  babam,  nənəm, 
anam, atam və mən bir yerdə gəzintiyə getdik. Mən çox gözəl vaxt keçirdim. 
 
Babamın iş otağının içərisində bir kitabxana vardı. Mən oranı çox sevirdim. 
Babam  böyüyəndə  ordakı  kitabları  mənə  verəcəyin  söylərdi.  Mən  də  buna  çox 
sevinər, gözəl bir sənətin sahibi olacağıma söz verərdim. Çalışacağam ki, sözümün 
üstündə  durum.  Ailəmizin  adını  daha  da  ucaya  qaldırım.  Artıq  bu  mənim 
borcumdur. Gələcək addımlarım isə hələ qabaqdadır. 
          Yay  istirahətlərim  çox  gözəl  olur.  Çox  vaxt  babamgillə  bərabər  Diyallı 
kəndinə gedərdik. Babam dağın ətəyində durub, bol sulu çaya baxmağı, onun gur 
səsini dinləməyi çox sevərdi. Həqiqətən bir anlıq susub, gözlərini yumsan başqa bir 
aləmə düşdüyünü hiss edərsən. Bir dəfə çaya babamla birlikdə böyürtkən yığmağa 
getmişdik.  Babamla  çoxlu  böyürtkən  yığdıq.  Mən  hələ  uşaq  olanda  babam  məni 
həyətin  aşağısındakı  bağa  aparardı.  Biz  çoxlu  zoğal  yığardıq.  Sonra  isə  ondan 
döymək  edərdik.  Bunu  bəzən  evdə  də  edərdik.  Bu  yay  isə  babam  Azərbaycanda 
olmadığına görə bunu onsuz etmək məcburiyyətində olduq. Babamsız günlər çox 
ağır keçir. Sanki saat, zaman, saniyələr donur, güclə hərəkət edir. 
 
Çox  vaxt  yaz  aylarında  babam  və  nənəm  Bilgəhə  bir,  iki  həftəlik  müalicə 
almağa  gedərdi.  Biz  onları  ziyarət  etməyə  gedərdik.  Qış  yuxusundan  təzəcə 
ayılmış,  üzərinə  şeh  düşən  yaşıl  otların  üzərində  babamla  birlikdə  gəzərdik. 
Dalğalanan mavi dənizə, dalğaların səsinə qulaq asar, sakitcə dənizi seyr edərdik. 
Babamın gözlərindəki işartı, həyatsevərlik dənizin dalğaları tək coşqun idi. Daima 
çırpınırdı. Son anlara qədər belə bu işıq sönmədi. Bir gün isə o gözlər həmişəlik 
yumuldu.  İnşAllah  cənnətdə,  bir  yerdə  olanda  açılacaq.  Bir  gün  doğan  günəşin 
işıltısı yenə də onun gözlərində parıldayacaq. O gözlər kiçik qönçələr tək açacaq. 
Üzündəki  təravət,  dodaqlarındakı  təbəssüm  öz  sahibinə  geri  qayıdacaq. 
Gündüzlərimiz çiçək tək açacaq, gecələr isə ay kimi nur saçacaq. Cənnətdə... 
 
Yazarkən fikirləşirəm!!! Görəsən belə ikinci şəxs ola bilər? O, qızıl kimi bir 
insan  idi.  Onu  heç  vaxt,  heç  bir  an  olsa  belə  unutmaq  olmaz!  Çalışacağam  ki, 
babama  bənzəyim!  Ancaq  çox  yəqinki  nə  qədər  də  çalışsam  onun  kimi  ola 
bilmərəm!  Allah  sənə  rəhmət  eləsin  babacan!  Bu  kiçik  dünyanın  böyük 
şəxsiyyətlərindən  biri  də  sənsən!  Babacan  sən  dünyanı  dəyişəndən  sonra  bir  şeir 
yazdım! O şeirində bir bəndi məhz budur: 
Hamı ağlaş qurub, hamı yas qurub, 
Hamı səni sevib, səni qoruyub. 
Axar çaylar durub, sellər quruyub. 
Dağ kimi dağlar da əriyib gedib
Baba açılmamış qönçələr belə, 
Sənin yoxluğunda solub gediblər! 
 
 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə