Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 
38 
 
Şahməmmədov Möhübbət  
Əlibaba  oğlu    (bacısı 
oğlu) 
 
 
Dayıma oxĢamaq istərdim . 
Yaxşı iş də görsən ,pis iş də Inan 
Unutmaz onları bu qoca dövran. 
  
Çox  təəssüf    ki,biz  insanların  qədir  qiymətini  onları  itirəndən  sonra  başa 
düşürük. 
Dayımı  itirdiyimiz  az  vaxtdır.Lakin  ,bu  az  vaxtda  onun  dəyərli 
məsləhətlərini 
yada salanda sakitləşdiyimiz, rahatlıq tapdığımız mehriban simasına, şirin  
gülüşünə o qədər böyük ehtiyacımız olur ki,bunu yazmaqla qurtarmaz. 
Dayım haqqında xatirələrimi yazmaq mənim ücün cox cətindir.Çünki mən  
onun yoxluğuna hələdə inana bilmirəm və bilməyəcəm də.O, mənim üçün ən 
 böyük varlıq  və ən əziz, yaxın ,səmimi, mehriban, dərdlərimin çarəsi olan  
dostum idi.O, tək mənim yox bütün onu tanıyanların məsləkdaşı,yol  göstərəni idi.   
Onun  ölmündən  sonra  kədərlənən,dərin  hüzünlə  baş  sağlığı  verən 
yaxınlarının,dostlarının,tələbələrinin  qəzetlərdə  çap  elətdirdikləri  nekroloqlar 
gözümün  qarşısında dayanıb.  İnanmaq  istəmirəm,bu  baş  sağlıqlarını  qəbul  etmək 
isdəmirəm. 
Qara  çərçivəyə  salınmış  ,qara  lent  bağlanmış  şəkildəki  o  gülər  üzünə 
baxmağa  cəsarətim  çatmır.Elə  bilirəm  şəkildən  mənə  baxıb  deyəcək:-“  Ay  bacı 
oğlu niyə məni bu qara çərçivəyə saldınız? Çıxardın məni ordan.Axı mənim hələ 
yaşayıb- yaratmaq istədiklərim var.” 
Mən  isə  cavabında  kədərlə  başımı  bulayıb  ondan  baxışlarımı  gizlədib 
mızıldanıram:-“Bağışla  dayı,  biz  səni  qoruya  ,yaşada  bilmədik.Sən  həmişə  bizə 
arxa  dayaq  olardin,sevincimizə  sevinib,  kədərimizə  kədərlənərdin,  amma  bircə 
dəfə  bizlərə  ehtiyacın  oldu  onda  da  biz    sənə  kömək  edə  bilmədik.  Ömür  vəfa 
etmədi. Bağışla bizi. Axı bizə də heç asan deyil sənsizliyi  qəbul etmək, bu dərdə 
dözmək.” 
Mən  onun  yoxluğuna  inanmıram,  onunla  getdiyim,  gəzdiyim  yerlərə  gedə 
bilmirəm.     
Mən elə bilirəm ki, o, bu gün də gümrah səsi ilə, mehriban danışığı ilə mənə 
zəng  vuracaq,  halımı  xəbər  alacaq,problemlərimlə  maraqlanacaq,xəstə,  əsəbi 
vaxtlarımda  bircə  kəlmə  sözü  ilə,  şirin  gülüşü  ilə  əsəbimi  dağıdacaq  ,kefimi 
duruldacaq,  yeni  şövqlə  yasamağa  ruh  verəcək.  Əfsus  bunlar  hamısı  xatirələrə 
döndü. 
İşlərinin çox olmasına,bir dəqiqə belə boş vaxtının olmamasına baxmayaraq 
bizi yaddan çıxartmazdı dayım.Hər bayramda ,ad günlərində bizi yada salar,imkan 
tapsa mütləq bizimlə görüşər, şad günlərimizi birlikdə qeyd etməyə çalışardı.Bütün 
məclislərimizin yaraşığı idi Dayım.Gözəl rəqsi ,fərqli çıxışları,xüsusi davranışı ilə 
hamıdan seçilərdi   Dayım mənim.Heç kim və heç nə diqqətindən qaçmazdı.Bu isə 
onun dünya görüşündən irəli gəlirdi. 


 
39 
 
Biz  ümumiyyətlə,  onu  dosent  ,elm  xadimi  kimi  tanımırdıq.  O,bizim  üçün 
sadəcə  Dayı  idi  və  əsl  Dayı.Vəssalam.  Onun  böyük  titulları,fəxri  adları  ,vəzifəsi 
heç  vaxt  bizim  fikrimizə  girməzdi,biz  heç  vaxt  onun  adından  istifadə  etməz, 
qürrələnməzdik. 
Dayım  bizim  hər  birimizin  həyatda  düzgün  mövqey  tutmağımız,başqasının 
adindan  istifadə  edərək  ucalmaq,  xilas  olmaq  deyil,  öz  əməııərinin  bəhrəsindən 
istifadə etmək üçün əlindən gələni əsirgəməzdi.İndi onun övladları bizlər və bizlər 
kimi minlərlə tələbələri öz işini səlis bilən sənətkarlardır. 
İndi onlar hər addımda –“Ata ,Dayı,Əmi, Müəllim - çox sağ ol ki bizim əsl 
vətəndaş  kimi  yetişməyimizdə,vətənə  xeyri  dəyən  vətənpərvərlər  olmağımızda 
boyük rol oynadın- rahat yat. 
Gözün arxada qalmasın, nəsiyyətlərinizi mütləq yerinə yetirəcəyik.” 
“Dayım, əziz dostum, sən bizim üçün əsl həyat məktəbi idin. 
Hər dəfə səni ziyarət edəndə öz-özümə deyirəm:  
                                              Cismim burda olsa belə
                                              Ruhum sənin yanındadır, 
                                              Duyğularım pərən-pərən 
                                              Heç bilmirəm hayandadır. 
Dayı Allah sənə rəhmət eləsin, ruhun şad olsun. Amin.” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
40 
 
Qaynı  Ədalət  Süleymanov. 
Zabit  müəllim  haqqında  xatirələrim. 
Həyatda    yaxşı    insanlarla    rastlaşmaq,  onlarla    qohum    olmaq,  dost  
münasibəti  saxlamaq  hər  kəsə  nəsib  olmur. Biz  Zabit  müəllim  kimi  gözəl  
insanı  tanıdığımız üçün fəxr  edirik.  
Zabit  müəllim  bacım  Qeysərin  həyat  yoldaşı idi. Bununla  yanaşı  bizim  
aramızda qohumluqdan  əlavə  çox  səmimi  və  mehriban  münasibətlər var idi. 
Zabit  müəllim  ziyalı  olmaqla bərabər  insanlarla  münasibətində  çox  sadə  
idi.  
O,  öz  torpağını  sevən, elinə - obasına  yüksək  qiymət verən şəxs  idi.  
Biz  ailəvi çox yerlərdə istirahətdə olmuşuq.  
Ancaq  o,  özünü  İsmayıllı    rayonunda    daha  rahat  hiss  edirdi.  İsmayıllı  
rayonunun  Basqal  kəndində  istirahətdə  idik. Zabit müəllim orada olan  gözəl, 
gəzməli  yerləri  bir-bir  bizə  göstərirdi.  Sonra  isə  bizi  Əmrəki  adlanan  istirahət 
yerinə apardı. Orada respublikanın hər bir guşəsində olduğu kimi məcburi köçkün 
ailəsi  yaşayırdı.  Qeysər  xanım  və  mənim  ailə  üzvlərim  kənardan  baxırdıq.  Zabit 
müəllim orada yaşayan ailəyə yaxınlaşıb onlarla  söhbətləşib ailənin az yaşlı uşağı 
ilə şəkil  çəkdirdi. O, öz  istiqanlılığını  və  sadəliyini hər  yerdə göstərirdi. Novruz  
bayramı idi. Biz yenə  Basqal  kəndinə getmişdik. Qərara  aldıq  ki, bir neçə gün  
burada  qalaq.  O,  harada  olurdusa  oranın    mühitinə    şənlik  qatırdı.  Həyatda 
yaşamağı və bunu insanlarla bölüşməyi sevirdi.  
Uşaqlarla    birlikdə    çoxlu  quru  ağac  budaqları  topladı.  Axşam  hava 
qaralanda  böyük  bir  tonqal    yandırdıq.  Əvvəl    özü,  sonrada    orada    olan    bütün  
qonaqlar  tonqal  üstündən atlandılar. Belə  yadda  qalan  hadisələr  hədsiz  çoxdur. 
Mənim evimdə bu xatirələr hamısı  yaşayacaqdır. Zabit  müəllim və bacım  Qeysər 
mənim  ən  sevimli  qonaqlarım    olub.  Uşaqlarımda    Zabit    müəllimi  öz    doğma  
əmiləri  bilib  və  çox  hörmətini saxlayıblar. Eynilə  Zabit  müəllimdə onların  bu  
istəyini    və    hörmətini  həmişə  qiymətləndirib.  Zabit    müəllim    bizim    ailənin 
xatirələrində daima  yaşayacaqdır.  
Allahdan  ona  rəhmət  diləyirik.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə