Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

 
49 
 
münaqişələrdə  Zabit  həmişə  tələbənin  tərəfində  olardı.  Ədalətli,  ürəyində  Tanrı 
sevgisi, imanı kamil bir ziyalı idi. 
Zabit  universitetin  sayılıb-seçilən  və  həm  də  sevilən  müəllimlərindən, 
alimlərindən  idi.  Xeyli  miqdarda  dərslik,  dərs  vəsaiti  və  məqalə  nəşr  etdirib 
tələbələrin istifadəsinə vermişdir. Onların bir neçəsini biz həmsədr kimi  birlikdə 
yazmışdıq.  Zabitin  son  illərdə  folklor,  aşıq  poeziyasının  dili  məsələlərinə  dair 
yazdığı  sanballı  tədqiqat  əsərləri  –  monoqrafiyaları  mütəxəssislər  tərəfindən 
yüksək  qiymətləndirilmişdir.  Onun  elmlər  doktoru  adını  almaq  üçün  yazdığı 
dissertasiya da hazır vəziyyətdə idi. Bu mövzuda söhbət düşəndə deyərdi ki, ömür 
vəfa  etsə  doktorluğu  da  müdafiə  edəcəyəm.  Çox  təəssüf  ki,  ömür  ona    vəfasız 
çıxdı. 
Zabit  doğulub  boya-başa  çatdığı  İsmayıllı  rayonunu,  doğma  Dıyallı 
kəndini  varlığı qədər sevərdi. Tez-tez o yerlərə gedib-gələr, hərdən bu kolllektivdə 
özünə yaxın bildiyi Həsən müəllimi, Qabili, İsmayılı və məni də o yerlərə qonaq 
aparardı.  Dağları,  meşələri,  çayları,  bulaqları  doyunca    seyr  etdikdən  sonra 
Dıyallıya,  onun  ata  evinə,  böyük  qardaşı  Cavada  qonaq  olar,    zabit  müəllimin  o 
nurani  anasının  bişirdiyi  xörəkləri,  xüsusən  təndir  çörəyini  ləzzətlə  yeyər,  evin 
yanından şaqqıltı ilə axan Diyallı çayının kənarında nəhəng cökə ağacının altında 
quraşdırılmış stolda əyləşib pürrəng çaydan içər, dincələrdik. 
Zabit  bir  dost  kimi  böuyük  idi,  uca  idi.  Mənim  onunla  həm  də  ailəvi 
dostluğum  vardı.  Yay  məzuniyyətində  ailəmizi  götürüb  maşınımızla  ən  səfalı 
yerlərə    -  Yesentukiyə,  Kislovodskiyə,  Nalçikə  gedər,  müalicə  olunar,  dincələr, 
böyük  təəssüratla  qayıdıb  gələrdik.  Yaşımızın  ahıl  çağında  hərdən  arxada 
qoyduğumuz  o  xoş  günləri  xatırlayar,  ömrün  belə  tez  keçib  getdiyinə  də 
təəssüflənərdik. 
Mənim  üçün  əziz  olan  belə  bir  adamı  qəfildən,  özü  də  əbədi  itirəcəyimi 
ağlıma  belə  gətirməzdim.  Dedilər  Türkiyədən  gəlib,  müalicə    olunub.  ZƏng 
çaldım,  danışdım.  Dedi  ki,  iki  gündən  sonra  əlavə  müalicə  üçün  yenidən 
gedəcəyəm. Sonuncu gün zəngləşdim. Onu yola salmaq üçün vədələşdim. Pedaqoji 
fakültənin  yerləşdiyi  korpüsa  getdim.  Zabit  qapının  girəcəyində  komendantın 
otağında  idi.  Yanında  da  bir  neçə  adam  vardı.  Görüşdük,  öpüşdük.  Sakit  idi, 
gülümsəyirdi,  arıqlamışdı,  rəngi  də  qaçmışdı.  Nigarançılığımı  baxışımdan 
oxuyurmuş kimi tez-tez deyirdi: narahat olma, hər şey yaxşı olacaq. Zəng etmişdi, 
maşın  gözləyirdi.  Maşın  onu  aeroporta  aparacaqdı.  Qalxıb  həyətə  çıxdı.  Az 
keçməmişdi, maşın gəldi. Qohumunun maşını idi. Hamı ilə qucaqlaşıb öpüşdü, o 
cümlədən  də  mənimlə.  Qəhər  məni  boğur,  özümü  zorla  saxlayırdım.  O  da 
ağlayırdı,  cibindən  dəsmalını  çıxarıb  göz  yaşlarını  sildi,  maşına  oturub  əl  ilə 
bizimlə vidalaşdı. Bu ayrılıqdan lap az keçmişdı ki, mən onunla görüşdüm. Özü ilə 
yox,  universitetin  girəcəyində  divara  vurulmuş,  qara  haşiyəyə  alınmış  şəkli  ilə. 
Çöhrəsində də əvvəlki təbəssüm. 
Yaşamaq  uğrunda  çox  çalışdı,  amma  qurtuluş  yolunu  bağlayan  amansız 
xəstəlik onun həyatına son qoydu. 


 
50 
 
Mənim  üçün  unudulmayacaq,  Zabit,  dostların,  yaxınların  səni  cismən 
itirdilərsə,  bir  təskinliyimiz  odur  ki,  sən  ürəklərdə,  xatirələrdə  yaşayırsan  və 
yaşayacaqsan. 
Sən  zəmanəmizə  mələk  kimi  gəldin,  billur  kimi  şəffaflığını,  saflığını, 
təmizliyini qoruyub saxladın. 
Allah sənə qəni-qəni rəhmət etsin. 
Məkanın cənnət olsun. 
 
 
 
 
Buludxan Əziz oğlu Xəlilov
filologiya elmləri doktoru, professor 
 
 
ZABĠT MÜƏLLĠM ÖLÜMÜ ĠLƏ VARLIĞA QOVUġUBDUR 
 
Zabit  müəllimi  I  kursa  daxil  olduğum  vaxtdan  tanıdım  və  ondakı  sadəliyi, 
səmimiliyi, həmişə ətrafdakılara müsbət enerji payladığını gördüm. Elə I kursdan 
ona ən yaxın, doğma  bir adamım kimi münasibət bəslədim. Onun münasibətində, 
insanlara  diqqət  və  qayğısında  hər  şey  qarşı  tərəfi  təmin  edən  bir  səviyyədə  idi. 
Zabit müəllim  mənən, ruhən çox  gözü tox, sözün həqiqi mənasında ağayana bir 
adam idi. 
O  hamını  sevirdi  və  hamı  onun  xatirini  çox  istəyirdi.  Yaxşı  deyiblər:  “Həm 
sevib, həm də sevilmək ancaq xoşbəxtlərin qismətidir”. 
Yadımdadır  biz  I  kursda  oxuyanda  o,  filologiya  fakültəsində  həmkarlar 
təşkilatının  sədri  idi.  Demək  olar  ki,  biz  onu  fakültədə  hər  gün  görürdük.  Bütün 
tələbələrin  Zabit  müəllimə  rəğbət  və  hörməti  vardı.  Sonralar  biz  III,  IV  kursda 
oxuyanda  mən  onu  tez  –  tez  tələbə  yataqxanasında  görürdüm.  Tələbələrin 
yataqxanada  otaqlarını  bir  –  bir  gəzər,  onların  dərs  –  sərinə  köməklik  göstərər, 


 
51 
 
qayğı  və  ehtiyacları  ilə  maraqlanardı.  Tələbə  olduğum  vaxtlarda  da,  sonralar  da 
mən  Zabit  müəllimdən  səmimiyyət  görmüşəm.  O,  bu  dünyaya  yalnız  və  yalnız 
insanlara xeyirxahlıq etmək üçün gəlmişdi. Zabit müəllim bədxahlıqdan tamamilə 
uzaq bir adam idi. Belə insanlar həyatda az – az olur.  
Zabit  müəllim  həyatı,  həyatın  nəfəsini  duyan  adam  idi.  “Yaşamaq  –  sadəcə 
nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır” fikri yüzdə yüz Zabit müəllim kimi 
adamlara şamildir. 
Zabit müəllim hər bir kəsin dilini bilən adam idi. Bu da ondan irəli gəlirdi ki, 
onun özünün dili hamı tərəfindən anlaşılan, başa düşülən idi. Ürəyi ilə əməli üst – 
üstə  düşürdü.  Belə  insanlar  xoşbəxt  doğulmuş  insanlardır.  Onlar  həyatın  bütün 
anlarında birüzlü olmaları ilə seçilirlər. Belə insanlar roldan – rola, cilddən – cildə 
düşmürlər.  Onların  barəsində  xoş  danışmaqdan  başqa,  heç  nə  mümkün  deyildir. 
Belə  insanların  yeri  həmişə  görünür.  Zabit  müəllimin  yeri  fakültəmizdə  və 
universitetimizdə  hiss  olunur.  Bəzən  heç  inanmaq  olmur  ki,  Zabit  müəllim 
dünyasını dəyişibdir. Belə itkilər adama yuxu kimi gəlir. Zabit müəllim ölümü ilə 
varlığa  qovuşubdur.  Çox  yerində  deyilmiş  belə  bir  fikir  var:  “Bu  dünyada  həyat 
heçliklə varlıq arasında cərəyan edir. Ölüm bu həyata yekun vurur və kimləri isə 
heçliyə, kimləri isə varlığa qovuşdurur”. Bu mənada Zabit müəllimin ölümü onun 
varlığa qovuşdurdu. Allah ona rəhmət eləsin! 
 
 
 
 
                                                                                  
 
 
 
 
 
 
 
 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə