Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə39/273
tarix27.10.2017
ölçüsü7,67 Mb.
#6951
1   ...   35   36   37   38   39   40   41   42   ...   273

20 

2.4. 

Heyvandarlığın vəziyyəti və onun inkişaf perspektivləri 

 

Xalqımız  ta  qədimdən  heyvandarlıqla  məşğul  olmuş  və  bu sahədə 



qazanılmış  zəngin təcrübə, uzun illər  yaranmış  və  möhkəmlənmiş  ənənə, 

k

əndlilərin heyvandarlığa bağlılığı və meyli hazırda sahənin sabit templə inkişafını 



t

əmin edir. 

Az

ərbaycanın  müstəqillik  əldə  etdiyi ilk dövrdə  -  1991  –  1995-ci illərdə 



heyvandarlıq  tənəzzülə  uğramağa  başladı.  Mal-qaranın  sayı  2025,6  min  başdan 

1681,7  min  başa,  inək və  camışlar  743,3  min  başdan  710,7  min  başa,  qoyun  və 

keçil

ər  5547,8  min  başdan  4644,4  min  başa,  quşlar  isə 31,4  milyon başdan  12,4 



milyon başa qədər azaldı. 

Müvafiq olaraq heyvandarlıq məhsulları istehsalı da azalmışdır. Ət istehsalı 

188 min tona, süd istehsalı 1066,6 min tondan 826,5 min tona, yun istehsalı 11,9 

min tondan 9 min tona, yumurta istehsalı isə 1,71 milyard ədəddən 455,8 milyon 

ədədə düşmüşdü. 

Ulu önd


ər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və onun təşəbbüsü 

il

ə  heyvandarlıqda  islahatların  başlanması,  yaranmış  böhran  vəziyyətin  qarşısını 



aldı  və  1996-cı  ildən  başlayaraq  heyvandarlığın  bütün  sahələri  inkişaf  etməyə 

başladı.  Hazırda  respublikada  2712,7  min  baş  mal-qara, o cümlədən 1306,6 min 

baş inək və camış, 8665,2 min baş qoyun və keçi, 24,5 milyon baş quş vardır. Son 

20 ild


ə mal-qara 56,2 faiz, inək və camışlar 76,4 faiz, qoyun və keçilər 76,5 faiz 

artmışdır. 

Bu dövrd

ə ət istehsalı 95,3 faiz artaraq 285,6 min tona, süd istehsalı 2,0 dəfə 

artaraq 1719,6 min tona, yumurta istehsalı isə 51 faiz artaraq 1226,7  milyon ədədə 

çatmışdır. Əvvəlki illərdə olduğu kimi 2012-ci ildə də heyvandarlıq məhsullarının 

istehsalı stabil artmaqda davam edir. Belə ki, 2011-ci ilə nisbətən 2012-ci ildə ət 

istehsalı 8,3 faiz, süd istehsalı 6 faiz artmışdır. 

2011-ci ild

ə  respublikada  adambaşına  33  kq  ət, 248 kq süd, 131 ədəd 

yumurta istehlak olunmuşdur. 

K

ənd təsərrüfatının  ümumi  məhsulunun faktiki qiymətlərlə  dəyəri 4844,6 



milyon  manat  olmuş  və  2012-ci ildə  2011-ci ilə  nisbətən 6,6 faiz, o cümlədən 

bitkiçilik m

əhsulları  üzrə  5,8  faiz  ,  heyvandarlıq  məhsulları  üzrə  isə  7,6 faiz 

artmışdır. 

2012-ci ild

ə  kənd təsərrüfatının  ümumi  məhsulunda  heyvandarlığın  payı 

48,7  faiz

ə çatmışdır. Kənd təsərrüfatının tarixində heyvandarlıq sahəsində birinci 

d

əfədir ki, belə yüksək göstəricilərə nail olunmuşdur. 



Az

ərbaycanda bəzi  unikal  heyvanlar  yetişdirilir.  Əsasən Azərbaycanda  

yetişdirilən  camışlar,  yerli  zebular,  qala  qoyunları  və  keçilər yüksək keyfiyyətli 

m

əhsul vermələri ilə fərqlənir. 



Az

ərbaycanda 269,6 min baş camış vardır. Xarici mühitin zərərli təsirlərinə 

v

ə  xəstəliklərə  dözümlülüyü, yemə  və  saxlanılmağa  az  tələbkar  olması  ilə 



f

ərqlənən camışların südündə 8 – 12 faiz yağ olur. Camış südündə yağın miqdarı 

in

ək südünə nisbətən 2,4 dəfə artıqdır. Əgər 1 kq yağ 22 kq inək südündən əmələ 



g

əlirsə, bunun üçün 8 – 10 kq camış südü tələb olur, camışın qatığı və qaymağı ilə 

yanaşı,  onun  əti də  bir çox xəstəliklərə  qarşı  dərman kimi istifadə  olunur. 



21 

Heyvandarlıq  məhsullarının  istehsalı  kənd təsərrüfatının  prioritet  sahələrindən 

biridir. Bu sah

əyə  diqqət və  qayğı  ildən-ilə  artır.  Azərbaycan  Respublikasının 

Prezidenti c

ənab  İlham  Əliyev  respublika  əhalisinin  heyvandarlıq  məhsullarına 

olan t

ələbatının daxili istehsal hesabına ödənilməsi vəzifəsini qarşıya qoymuşdur. 



Bunun  üçün  heyvandarlıq  yeni  texnologiyalar  əsasında  inkişaf  etdirilməli, bu 

sah


əyə dünya ölkələrində mövcud olan innovasiyalar tətbiq olunmalıdır. 

Heyvandarlığın  inkişaf  etdirilməsi  üçün  respublikamız  böyük  potensiala 

malikdir. 

Az

ərbaycanın  təbii-iqlim  şəraitində  mal-qaranın  yüksək məhsuldarlığının 



mümkün olmaması fikri tamamilə təkzib edilmişdir. 

Mal-


qaranın  cins  tərkibini  yaxşılaşdırmaq  üçün  səmərəli tədbirlər həyata 

keçirilmiş, naxırların və sürülərin tamamilə təzələnməsinin əsası qoyulmuşdur. 

Son ill

ər Azərbaycanda  heyvandarlıq  sahəsində  ümumən sanballı,  nəzərə 



çarpan k

əmiyyət və keyfiyyət dəyişiklikləri əmələ gəlmişdir. Lakin, bu nailiyyətlər 

h

ələ ki, əhalinin tələbatından və ehtiyaclarından geri qalır. 



“Az

ərbaycan  Respublikası  regionlarının  2009  –  2013-cü illərdə  sosial  – 

iqtisadi 

inkişafı  Dövlət  Proqramı”nın  icrasının  dördüncü  ilinin  yekunlarına  həsr 

olunmuş  12  fevral  2013-cü il tarixli konfransda ölkə  başçısı  İlham  Əliyev 

demişdir:  “...Özümüzü təminetmə  ilə  bağlı  bir  neşə  rəqəmi səsləndirmək 



ist

əyirəm. Biz əsas ərzaq məhsulları üzrə aşağıdakı səviyyəyə çatmışıq. Ət və 

ət məhsulları ilə biz keşən il özümüzü 92 faiz səviyyəsində təmin etmişik, bu il 

95 faiz s

əviyyəsində  təmin edəcəyik.  Quş  əti  –  88 faiz, bu ilin sonuna qədər 

olacaq 93 faiz. Yumurta 96 faiz, bu il veril

ən proqnoza görə  100 faiz 

olacaqdır. Bitki yağları 70 faiz, qalxacaqdır 75 faizə. Kərə yağı 50 faiz, bu il 

olacaq c

əmi 52 faiz. Bu çox aşağı göstəricidir. Bu barədə düşünmək lazımdır. 

Süd v

ə süd məhsulları ilə özümüzü 73 faiz səviyyəsində təmin edirik. Bu ilin 

sonunad

ək  78  faiz  olacaqdır...  Biz öz ərzaq təhlükəsizliyimizi də  təmin 

etm

əliyik, səylərimiz yerli istehsalın gücləndirilməsinə yönəldilməlidir”. 

2011-ci ild

ə əhalinin daxili istehsal hesabına bütün növ mal-qara və quş əti 

il

ə  təminatı    87,2  faiz,  o  cümlədən  quş  əti ilə  təminatı  80,5  faiz,  süd  və  süd 



m

əhsulları  ilə  təminatı  70,5  faiz,  yumurta  ilə  təminatı  77,4  faiz,  balıq  və  balıq 

m

əhsulları ilə təminatı 72,4 faiz olmuşdur. 



Heyvandarlıq məhsulları ilə təminatda xarici ticarətdən və idxaldan asılılıq 

s

əviyyəsi bütün növ mal-qara və quş əti üzrə 12,8 faiz, o cümlədən mal əti üzrə 



12,8 faiz, donuz 

əti üzrə 85,3 faiz, quş əti üzrə 19,5 faiz, süd və süd məhsulları 

üzr

ə 29,5 faiz, yumurta üzrə 22,6 faiz, balıq və balıq məhsulları üzrə 28,1 faiz, kərə 



yağı üzrə 50,2 faiz, bütün növ pendirlər üzrə 86,5 faiz olmuşdur. 

Ümumdünya  S

əhiyyə Təşkilatının mövcud normalarına əsasən adambaşına 

il 


ərzində 70,1 kq ət və ət məhsulları (ət hesabı ilə), 359,9 kq süd və süd məhsulları 

(süd hesabı ilə), 243 ədəd yumurta istehlak edilməlidir. 

2003-cü il

ə nisbətən 2012-ci ildə ət istehsalı 48,2 faiz, süd istehsalı 47,2 faiz 

artd

ığı  halda,  bu  dövrdə  Azərbaycan  əhalisi  12  faiz  artmışdır.  Deməli, bu 



m

əhsulların  istehsalı  daha  yüksək sürətlə  artırılmalıdır  ki,  əhalinin  ətə, südə  və 

yumurtaya getdikc

ə artan tələbatı ödənilsin. 




Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə