Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə108/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   104   105   106   107   108   109   110   111   ...   120

373

Fəsil 12. Kəskin böyrək çatışmazlığı

* ağır asidozda (BE < - 5);

* uremik prekoma.

Prerenal KBÇ, renal, qeyrikatabolik KBÇ:

renal qeyrikatabolik KBÇ, kanalcıqdaxili obstruksiya, dərman 

KKN, KTİN zamanı konservativ üsulların effekti olmadıqda aktiv 

metodlara keçilir.



Postrenal KBÇ

Postrenal KBÇ aktiv metodlara gec və az halda başlanılır. Təcili 

qaydada konservativ, endoskopik və cərrahi üsullarla sidik yollarının 

obstruksiyası aradan qaldırılır.

Sidik ifrazı  bərpa olunduqdan sonra KBÇ aradan qalxır. Bəzən 

sidik yollarının keçiriciliyi bərpa olunmasına baxmayaraq anuriya, 

hipekaliyemiya, hiperazotemiya davam edir. Bu, adətən, apostema-

toz nefritdə, urosepsisdə baş verir. Belə hallarda xəstələrə UF, HD, 

HS, PF aparılır. Sidik yollarının obstruksiyasının cərrahi yolla aradan 

qaldırılması mümkün olmadıqda da ağır xəstələr aktiv metodlarla 

müalicə olunurlar: qocalar, xərçəng kaxeksiyası, QİDS.

Beləliklə, KBÇ-nin müalicəsi böyrəklərin  fi ziologiyasının və 

orqanizmdə gedən dəyişikliklərin öyrənilməsi nailiyyətlərinə 

əsaslanır. Bu zaman əsas məqsəd böyrəklərin itirilmiş fəaliyyətlərini 

müvəqqəti əvəz etmək və bu yolla ölüm faizinin qarşısını almaqdır. 

Bütün müalicə  tədbirləri aşağıdakı qruplara ayrılır: gigiyenik, 

pəhriz, dərman preparatları, böyrəklərin dekapsulyasiyası, sidik 

yollarına stentin qoyulması, ekstrakorporal dializ üsulları. Müasir 

müalicə üsullarının tətbiq edilməsinə baxmayaraq ölüm faizi hələ 

də yüksəkdir. Birinci mərhələdə  xəstələr (şok, sepsis, qan-dövranı 

pozğunluqları, intoksikasiya və s.) tələf olurlar. Oliqo-anuriya 

mərhələsində  xəstələrin ölümü uremik komadan, su-elektrolit 

pozğunluqlarından, qaraciyərin zədələnməsindən baş verir. Poliuriya 

dövründə  əsasən su-duz itkisi xəstələrin tələf olmasına səbəb ola 

bilər.



374

Dializ__Proqnoz'>Dializ

Proqnoz

Prerenal və postrenal KBÇ zamanı proqnoz renal KBÇ nisbətən 

yaxşıdır. Hiperkatabolizm ilə olan KBÇ, poliorqan çatışmazlığı 

zamanı yaşlı şəxslərdə, infeksiyanın qoşulduğu hallarda, nefrotoksik 

zədələnmələrdə (qlikol, metanol, dixloretan və s. ilə zəhərlənmədə) 

4 həftədən artıq davam edən anuriyada – bilateral kortikal nekroz-

da, total papillyar nekrozda, HUS, TTN, SPQN, nekrozlaşdırıcı 

vaskulitdə, hepatorenal sindromda pis proqnoz müşahidə edilir.

Ümumiyyətlə, renal KBÇ zamanı sağalma 35–40%, XBÇ keçid 

10–15% halda  və letallıq 30–40% müşahidələrdə qeyd edılir, 1–3% 

təsadüfl ərdə XBÇ-yə keçid ilə əlaqədar pasientlər PH ilə müalicəni 

davam edirlər. Diabetik nefropatiya, rentgenkontrast maddələrdən 

sonra, böyrək sindromu ilə olan hemorragik qızdırma zamanı  KBÇ 

pasientlərində 10 %  halda XBÇ keçid müşahidə edilir.




375

Fəsil 13. Böyrəkköçürmə 

Fəsil 13

  

Böyrəkköçürmə



   

B

öyrəkköçürmə XBÇ-nin terminal mərhələsinin müalicəsinin 

ən effektiv üsullarından biridir. Böyrək transplantatı diri 

donordan və ya meyitdən götürülür və əsas şərt HLA antigenlərinin 

uyğunluğu hesab olunur. Amma HLA antigeninə görə tam uyğunluq 

olduqda belə (doğma qardaş yaxud, bacıdan böyrək götürdükdə) 

5–10% halda əməliyyatdan sonrakı  həftə müddətində köçürülmüş 

böyrək ayrılır

Böyrək transplantasiyası izolə olunmuş  şəkildə  və  şəkərli 

diabetdə, amiloidoz ilə mukovissidozda  kombinəolunmuş  şəkildə 

böyrək-pankreas transplantasiyası geniş tövsiyə olunur. Yarımkəskin 

infeksion endokarditdə ürək və böyrək transplantasiyası aparılır, 

yaxud qaraciyərin virus mənşəli sirrozu, I tip birincili oksaluriya, 

böyrəyin qaraciyər ilə birlikdə müşahidə olunan ağır polikistoz 

xəstəliyində böyrək qaraciyərlə birlikdə köçürülür.  

Böyrəkköçürmənin üstünlükləri:  həyatın keyfi yyətinin yax-

şılaşması, gələcəyə inam, xidməti sahədə perspektivlər, nəsil artırma, 

yanaşı xəstəliklərin azalması və ailə həyəcanlarının aradan qalxması 

aiddir. Böyrəkköçürmədən sonra həyatın keyfi yyəti və reabilitasiya 

dərəcəsi periton dializi və hemodializ alan xəstələrə nisbətən daha 

yüksəkdir. Böyrəkköçürmədən sonra 79 % xəstələr praktiki normal 

həyat yaşayırlar, halbuki bu göstərici  ambulator  periton  dializi       

alan xəstələr  üçün  47%,  proqram  hemodializi  alan  insanlarda                       

59 % təşkil edir. Başqa müalicə üsullarına nisbətən böyrəkköçürmə 

iqtisadi cəhətdən çox sərfəli oldugu üçün bu, XBÇ müalicəsi üsulları 

arasında ən yaxşı seçim sayılır. Böyrəkköçürmə ən müntəzəm xronik 

qlomerulonefrit və pielonefrit, hipertonik nefroangioskleroz, böyrək 

polikistozu və diabetik nefropatiya zamanı tətbiq edilir.



376

Dializ

Böyrəkköçürməyə göstərişlər

• 

XBÇ-nin dializ müalicəsinə alternativ olaraq planlı trans-



plantasiya;

• 

Diabetik nefropatiya, dializ amiloidozu, uşaqlarda XBÇ 



zamanı planlı transplantasiya;

• 

Dializ müalicəsinin davam etdirilməsinin mümkünsüzlüyü 



səbəbindən təcili transplantasiya: damar yolunun itirilməsi, PD əks-

göstəriş, HD effektsizliyinə səbəb olan ağırlaşmalar (dializ zamanı 

hipotenziyalar, ürək çatışmazlığı, zülal-enerji çatışmazlığı və s.)

Böyrəkköçürməyə əks-göstərişlər

Mütləq  əks-göstəriş – resipientin müalicəyə tabe olmayan 

xəstəlikləri aiddir:

♦ Ağır mərhələdə olan onkoloji xəstəliklər;

♦ HİV infeksiyası;

♦ Kəskin generalizə olunmuş sepsis

♦ Xroniki ürək çatışmazlığı;

♦ Aşkar təzahür edən tənəffüs çatışmazlığı.



Nisbi əks-göstərişlər

♦ Psixopatiyalar, magistral damar  xəstəlikləri və sidik yollarının, 

sidik kisəsinin inkişaf qüsurları;

♦ Transplantatı residivi ilə məhv edən nefropatiyalar: anti-YBM 

nefriti, HUS, FSQS, MKQN İ tip, birincili oksaluriya.

♦ Transplantasiyadan sonra kəskin ağırlaşmalar ve rən xəstəliklər: 

qeyri-stabil stenokardiya ilə  ÜİX, diabetik mik roangiopatiya və 

polineyropatiya, mədə  və 12 barmaq bağırsağın xora xəstəliyinin 

kəskinləşməsi, nəzarət olunmayan arterial hipertenziya, vərəmin, 

virus xəstəliklərin (HBV, HCV, sitomeqalovirus) aktiv formaları. 

İnfeksiyalaşmış resipientlərdə qanın müayinəsində, qa 

raciyərin 

biopsiyasında aktiv hepatit, yaxud  qaraciyər sirrozu  və qanda virus 

replikasiyası (HBV-DNT, HCV-RNT) tapılmadıqda (HBV+, HCV+) 

transplantasiya üçün təhükəsizdir.

♦ XBÇ xəstələrinə qaraciyərin virus mənşəli sirrozu olduqda 

böyrək qaraciyər ilə birlikdə köçürülür. Seropozitiv donordan (SMV+, 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə