Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə111/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   107   108   109   110   111   112   113   114   ...   120

383

Fəsil 13. Böyrəkköçürmə 

aktiv fazada olan autoimmun xəstəliklər (qırmızı qurd eşənəyi, Vegener 

qranulomatozu) böyrək transplantasiyasına nisbi əks-göstəriş hesab 

olunurlar.

Hiperhidratasiya, hiperkaliyemiya, turşu-qələvi müvazinətinin 

vəziyyə tinin  pozğunluqları HD, yaxud PD ilə korreksiya edilir, 

AH nəzarətə alınır. Dializ müalicəsinin davamiyyəti xəstənin tibbi 

reabilitasiyasının  əldə olunmasından asılıdir, amma bu dövr 3–5 

ildən artıq olmamalıdır, çünki bu, transplantatın ayrılması riskini 

artırır, resipientin HBV, HCV ilə infeksiyalaşmasına səbəb ola bilir. 

Renovaskulyar mənşəli nəzarət olunmayan AH olduqda böyrək 

arteriyası stentlənir, angioplastika, yaxud nefrektomiya olunur. EPO 

və dəmir preparatları istifadə etməklə anemiya aradan qaldırılır, fosfor-

kalsium mübadiləsi requlə olunur, lazım gəldikdə paratireoidektomiya 

edilir.

HBV qarşı vaksinasiya edilir, burun-udlaqda sanasiya aparılır, SYİ 



müalicə edilir (stafi lakokk gəzdiriciliyi ləğv olunur), infeksiyalaşmış 

kistalar olduqda polikistoz xəstəliyində binefrektomiya edilir.



Potensial resipientin müayinəsi ambulator və ya stasionar 

şəraitdə aparılır.

Böyrək resipientinin müayinəsi:

1. Ümumi kliniki müayinə;

2. Qanın ümumi müayinəsi, leykoformula, trombositlər;

3. Sidiyin ümumi müayinəsi, Zimnitski, Neçiporenko sınaqları, 

kreatininin klirensi;

4. Qanın biokimyəvi müayinəsi – sidik cövhəri, kreatinin, elektro-

litlər, qələvi-turşu müvazinəti, bilirubin, ümumi zülal, xolesterin, 

triqliseridlər, qlükoza, ALT, AST, hepatit B, C, HİV, sitomeqalovi-

rus, venerik xəstəliklərə görə testlər, koaquloqramma;

5. Mantu sınağı;

6. EKQ, kardioloqun müayinəsi;

7. Qarın boşluğu orqanlarının USM;




384

Dializ

8. Yuxu arteriyalarının doppler USM, bud arteriyasının doppler 

USM;

9. Döş qəfəsinin rentgenoqramması;



10. Dişlərin və başqa mümkün infeksiya ocaqlarının sağ-

lamlaşdırılması;

11. Qastroskopiya (lazım olduqda), 50 yaşdan yuxarı - kolo nos-

kopiya;


12. Sistoqrafi ya, lazım olduqda urodinamika;

13. İmmunoloji müayinə: toxuma tiplənməsi, hər ay;

14. Əsnək möhtəviyyatının və sidiyin əkilməsi, dişlərin müayinəsi.

15. Mammaqrafi ya 50 yaşdan böyük qadınlarda, bütün seksual 

aktiv 15 yaşdan yuxarı qadınlarda uşaqlıq boynundan yaxma.

Böyrək xəstəliyinin ilkin diaqnozu dəqiq təyin olunmalı, 

sidik yollarının infeksiyası, sidik kisəsinin disfunksiyası, sistem 

xəstəlikləri aşkar edilir. Dəqiq  fi zikal  müayinə  nəticəsində ürək-

damar, mədə-bağırsaq, sidik-cinsiyyət xəstəlikləri aşkarlanmalı, 

agciyərlərin funksional vəziyyəti aydınlaşdırılmalı, karies dişlər 

daxil olmaqla infeksiyanın potensial mənbəyi tapılmalıdır. Xəstə 

yaxın, uzaq nəticələr və  ağırlaşmalar haqqında məlumatlandırılır. 

Qadınlar üçün hamiləlik testi aparılır.

Obstruksiyası  və ya sidik kisəsi–sidik axarı refl yuksu  olan 

xəstələrdə sistoureteroqrafi ya aparılır. İkitərəfl i nefrektomiya hazırda 

az hallarda, o da xüsusi göstərişə görə, aşağıdakı hallarda aparılır: sidik 

yollarının davamedici infeksiyası, ağrı sindromu, infeksiya, qanaxma 

ilə müşayiət olunan böyrək polikistozu, böyük ölçülü böyrəklər, sidik 

kisəsi–sidik axarı refl yuksu, Qudpasçer sindromu olduqda. Qalça 

arteriyasının vəziyyətini dəqiqləşdirmək üçün (stenoz, kalsifi kasiya) 

aşağı  ətrafl arın Doppler müayinəsi və lazım olduqda aorta-qalça 

seqmentinin arterioqrafi yası edilir.



İmmunoloji tipləndirmə

Resipientin və donorun uyğunluğu ilkin olaraq qan qrupu ABO 

sistemi və rezus-faktora görə  təyin edilir. İnsan Leykosit Antigen siste-

mi A, B, C və DR lokusları üzrə müayinə olunur. Böyrəkköçürmədə 




385

Fəsil 13. Böyrəkköçürmə 

ABO sistemi üzrə uyğunluq mütləq vacib şərtdir, çünki hətta ailə 

üzvləri arasında bu şərti gözləməyib transplantasiya etdikdə nəticə 

yaxşı olmur. Anticisim sensibilizasiyası resipient zərdabında T və B 

limfositlərə qarşı sitotoksik anticisimlərin təyin olunması ilə ölçülür. 

Pasientin güclü sensibilizasiyası krossmatçı mənfi  meyit böyrəyinin 

tapılması müddətini uzadır. Böyrəkköçürmədən qabaq son T (və 

bəzən B) krossmatçı aparılır, donor üçün spesifi k anticisimlər identi-

fi kasiya olunur. Bu testin mənfi  olması ildırımsürətli ayrılma sindro-

munun baş verməyəcəyinin göstəricisi sayılır.

Əməliyyatönü hazırlıq böyrəkköçürmədən qabaq xəstənin 

vəziyyətinin optimizasiyasına xidmət etməlidir.  Əməliyyatdan 

6-12 saat əvvəl xəstəyə hemodializ aparılır, turşu-qələvi və elek-

trolit müvazinəti normalaşdırılır. Hipotenziv dərmanların qəbulunu 

xəstələr davam etməlidirlər. ÜİX olan pasientlərə (çox halda sol ko-

ronar arteriya zədələnir) əməliyyata qədər revaskulyarizasiya və ya 

angioplastika edilir. Əksər xəstələrdə anemiya (Hb səviyyəsi 60-80 

q/l) olmasına baxmayaraq onlar anesteziyanı yaxşı keçirirlər və ona 

görə də əməliyyatdan qabaq qan köçürmək zəruri sayılmır.

Resipientin əməliyyata hazırlanması

1.  1 l uyğun qrup qan hazır qoyulur.

2.  24 saat qabaq dializ aparılır.

3. Dializdən qabaq və sonra analizlər aparılır.

4.  Sandimmun (siklosporin, neoral) 8 mq/kq doza hesablanır. 

Doza iki yerə bölünür, səhər(9

00

) və axşam (18



00 

) daxilə verilir.

5.  Sell Sept standart olaraq 1,0 gündə 2 dəfə  səhər (6

00 


) və 

axşam (19

00

) daxilə verilir. Bəzən Sell Sept yerinə azatioprin 8 mq/



kq dozada iki dəfəyə verilir.

6.  Metilprednizolon 500 mq + 100 ml 0,9%-li natrium xlorid 

məhlulunda vena  daxilinə 1 saat ərzində infuziya edilir, 500 mq 

əməliyyat zamanı yeridilir.

7. Sefazolin 1,0 venadaxilinə  6

00

-da birinci doza yeridilir. 



Əməliyyatdan sonra, 6 saatdan bir, venadaxilinə yeridilir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə