Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə113/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   109   110   111   112   113   114   115   116   ...   120

390

Dializ

Nəticələr, ağırlaşmalar

Əməliyyatdan  sonrakı  dövrün  ağırlaşmasız  getdiyi halda 

diri-donor transplantasiyasından 3–5 gün, meyit-donor transplan-

tasiyasından 7–15 gün sonra böyrəklərin fəaliyyəti normal 

göstəricilər həddinə çatır. Bu zaman böyrək funksiyasının pozul-

masına səbəb kəskin və çox kəskin ayrılma sindromu, kəskin 

tubulyar nekroz, siklosporin nefrotoksikliyi, transplantatın damar-

ları  və ya sidik axarı  tərəfi ndən ağırlaşmalar (oklyuziya və 

obstruksiya) və qəfl ətən inkişaf etmiş şəkərli diabet ola bilər. Meyit 

transplantasiyasının 35-40% hallarında böyrək transplantatlarının 

fəaliyyəti işemiya-reperfuziya sindromu hesabına gec bərpa olur. 

Vaxtında aparılmış USM, radioizotop skanlama və dupleks-doppler 

skanlama, translantatın perkutan biopsiyası  həlledici məlumatları 

almağa və diaqnozu qoymağa kömək edir. Fəaliyyət göstərməyən 

transplantatın funksiyasını hipovolemiyanı aradan qaldırmaqla, 

KKB (diltiazem, verapamil, isradipin) və furosemid təyin etməklə 

bərpa edilir. Bu tədbirlər kəskin kanalcıq nekrozunun yaxud ayrılma 

sindromunun baş verdiyi zaman kömək etmir və xəstəyə hemodializ 

aparmaq lazım gəlir. Kəskin kanalcıq nekrozu baş verdikdə 

siklosporin bədəndən çıxa bilmədiyi üçün kumulyasiya edir, onun 

nefrotoksikliyi  transplantatı bir qədər də zədələyir.

Funksiya göstərən transplantatın fəaliyyətinin dayanması 

prerenal, renal və postrenal KBÇ ilə  əlaqədar baş verir. KBÇ-nin 

səbəbləri sırasında infuzion terapiyanın qeyri-qənaətbəxşsizliyi, 

kəskin ayrılma sindromu, kəskin nefrotoksiklik (siklosporin, 

aminoqlükozid antibiotikləri), böyrək arteriyasının trombozu, sidik 

axarı anastomozunun obstruksiyası, transplantatın kəskin pielonefriti 

müşahidə edilir.



Allotransplantatın ayrılma tipləri

Transplantatın ayrılma sindromu məfhumu altında tansplantatın 

özgə olduğunu tanınması  nəticəsində baş verən dəyişikliklərin 

məcmusu kimi başa düşülür. Ayrılma  sindromu zamanı nəinki lokal, 




391

Fəsil 13. Böyrəkköçürmə 

həmçinin sistem dəyişikliklər müşahıdə edilir və bunda DD4+ – T 

limfositlər, B hüceyrələr, NK – hüceyrələr,  makrofaqlar və sitokinlər 

iştirak edirlər. Ayrılma sindromu zamanı yerli iltihabı zədələnmə və  

MHC (major histocompatibility complex) ekspressiya oyanması 

müşahidə olunur. Bu proseslərin nəticəsi olaraq transplantatın 

toxumasının nekrozu və funksiyasının pisləşməsi baş verir. Etioloji, 

kliniki, patoloji göstəricilərə görə ayrılma sindromu yüksəkkəskin, 

kəskin və xroniki formalara bölünür (cədvəl 13. 1).

     Cədvəl 13.1



Transplantatın ayrılma sindromunun formaları 

Forma


Patogenez

Histoloji

Müalicə

Yüksəkkəskin HLA I sinifə 



qarşı IgG-nin 

əvvəlcədən olması

İşemik 

nekroz, 


tromboz

Effektiv müalicəsi 

yoxdur. Qarşısını 

almaq üçün 

çarpaz sınaq

Kəskin


Hüceyrə və 

humoral immun 

reaksiyası

Tubulit, 

vaskulit, 

limfositlərlə 

infi ltrasiya

Steroidlər, 

antilimfosit 

anticisimlər

Xroniki

Alloantigenasılı 



və alloantigenasılı 

olmayan


İnterstisial 

fi broz, kanal-

cıqların 

atro fi yası, 

yumaqcıqların 

sklerozu


Kəskin ayrılma sindromunun kliniki əlamətləri;

1. Ümuni zəifl ik, halsızlıq, yorğunluq;

2. Anoreksiya;

3. Qızdırma;

4. Arterial hipertenziya;



392

Dializ

5. Sidik cövhəri, kreatininin qanda səviyyəsinin yüksəlməsi;

6. Radioizotop renoqrammın amplitudasının azalması, zirvənin 

yastılanması;

7. Böyrəyin böyüməsi və ağrılı olması;

8. Leykositoz;

9. Oliquriya, anuriya, natriumun ekskresiyasının azalması (hema-

turiya, proteinuriya), limfositlərin miqdarının artması.

Prerenal siklosporin nefrotoksikliyi nəticəsində baş verən KBÇ 

zamanı YFS-nin sürətlə enməsi, AT yüksəlməsi və ekstrarenal 

əlamətlər (tremor, ensefalopatiya, diş  ətinin hipertrofi yası, hiper-

urikemiya, hiperkaliyemiya, metabolik asidoz) sidik sindromunun 

və natriumun sidiklə ekskresiyasının azalması  aşkar olunur. 

Siklosporinin dozasının azaldılması ilə YF və AT bərpa olunması 

baş verir.

Transplantasiyadan sonra birinci ay ağırlaşmalar intubasiya, sidik 

kisəsinin kateterlənməsi, yara infeksiyası, əsasən kokk mənşəli fl ora 

ilə əlaqədar olur.



Sidik yollarının infeksiyası 

(SYİ) transplantasiyanın ilk üç 

ayında xəstələrin yarısında, onların da arasında 2–3% halda kəskin 

pielonefrit (sepsisin ən müntəzəm səbəblərindən biri) müşahıdə 

edilir.

Pnevmoniyanın və sepsisin ən çox təsadüf olunan səbəbləri 



qızılı stafi lakokk, pnevmokokk, az halda qrammənfi  fl ora (E. Coli, 

Klebsiella, Pseudomonas aeruginoza) olur.

MBT 


peptik xoralarından

 

profuz qanaxmalar



psixoz, steroid 

diabeti

 – yuksək doza qlyukokortikoidlər, siklosporin müalicəsinin 

nəticələri kimi, paratireoid vəzilərin artmış  fəaliyyəti nəticəsində 

hiperkalsiyemik kriz

 baş verə bilər.



Transplantasiyadan sonra 1 ilin ağırlaşmaları

Transplantatın xəstəlikləri – kəskin ayrılma sindromunun krizləri, 

transplantatın dərman, virus zədələnməsi, anti-YBM-nefriti, birincili 

oksaluriya, HUS, FSQS, pielonefrit, tubulointerstisial nefrit, 

hemorragik sistit müşahidə edilir. 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə