Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə116/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   112   113   114   115   116   117   118   119   120

400

Dializ

aktivliyini inhibisiya edir və bu iki preparat kalsinevrin inhibitorları 

adlanırlar.

siqnal 2 təsir edən preparatlar. Hazırda sinal 2 təsir edən 

preparatların kliniki təcrübədə istifadəsinə icazə verilməmişdir.



siqnal 3 təsir edən preparatlar. Baziliksimab və daklizumab 

İL-2 reseptorlarına qarşı insana uyğunlaşdırılmış monoklonal 

anticisimlərdir. Sirolimusun təsir nöqtəsi TOR adlandırılan zülal olub 

sitokinlərin reseptorları və hüceyrə sikli arasındakı siqnal ötürməsini 

dayandırır. Mofetil mikofenolat və azatioprin nukleotidlərin sintezini 

de novo azaldır.



Hazırda müxtəlif immunodepressiv terapiya sxemləri tətbiq 

olunur:

 I sxem. (kəskin ayrılma sindromunun profi laktikası üçün):

daklizumab venadaxilinə 15 mkq/kq gündə 1 dəfə – 5 gün, təkrari 

kurs 3 həftədən tez olmayaraq (bütün toksiki təsirlər itdikdə);

mikofenolat mofetil daxilə 1 q gündə 2 dəfə uzun müddət;

prednizolon daxilə 0,5 mq/kq gündə 3 qəbula 1–2 ay, sonra doza 

tədricən azaldılır saxlayıcı dozaya qədər.

 II sxem (kəskin ayrılma sindromun profi laktikası  və 

müalicəsi üçün);

takrolimus daxilə 0,2 mq/kq gündə uzun muddət. Takrolimus 

istifadəsi siklosporin ilə pis müalicə olunan xəstələrin im 

mu-


nosupressiyası  və ayrılma sindromunun müalicəsi üçün tövsiyə 

olunur;


mikofenolat mofetil daxilə 1 q gündə 2 dəfə uzun müddət;

prednizolon daxilə 0,5 mq/kq/gün 3 dəfəyə 1–2 ay sonra doza 

saxlayıcı dozaya (15–20 mg/gün) qədər azaldılır;

 III sxem (siklosporin nefrotoksikliyi aradan qaldırmaq 

üçün):

mikofenolat mofetil daxilə 1q gündə 2 dəfə uzun düddət;



prednizolon daxilə 0,5 mq/kq/gün 3 dəfəyə 1–2 ay, sonra doza 

tədricən saxlayıcı dozaya (5-10 mq/gün) qədər azaldılır;

Bəzi halda –  siklosporin daxilə 2–3 mq/kq /gün, 2 dəfə  qəbul 

edilir, 12 saat intervalla uzun müddət;




401

Fəsil 13. Böyrəkköçürmə 

 IV sxem (şəkərli diabet, mədə və 12 barmaq bağırsaq xorası 

olanlar və ahıl xəstələrdə):

Mikofenolat mofetil daxilə 1 q gündə 2 dəfə uzun müddət;

Siklosporin daxilə 3–5 mq/kq/gün 2 dəfə, 12 saat intervalla, uzun 

müddət;


Bəzi halda – prednizolon daxılə 20–30 mq/gün, 1dəfə 1–2 ay, 

sonra doza tədricən saxlayıcı dozaya (5–10 mq/gün) salınır, uzun 

müddət.

Adətən kəskin ayrılma sindromunun müalicəsi cox yüksək doza 



qlyukokortikoidlə (metilprednizolon venadaxili infuziya ilə 0,5–1,0 

q, 200 ml natrium xloridin fi zioloji məhlulunda həll edib yeridilir, 

gündə 1 dəfə, 3 gün). Bundan başqa, bazis immunodepressant 

preparatların dozası artırılır (mikofenolat mofetil 1,5 q gündə 2 dəfə 

və siklosporinin dozası artırılır). Terapiyanın effekti olduqda o özünü 

4 gün ərzində göstərir. 

Qlyukokortikoidlərə rezistent olan transplantatın ayrılma 

sindromunun müalicəsi üçün T –limfostlərə qarşı poliklonal,   yaxud 

monoklonal anticisimlərdən istifadə olunur:

Antitimositar immunoqlobulin venadaxili 4–5 mq/kq gündə 1 

dəfə -14-21 gün.

İnsan limfositlərinin – CD3 qarşı siçan monoklonal anticisimlər 

venadaxili 5 mq gündə 1 dəfə - 10 gün.

Bu tədbirlər kömək etmədikdə terapiyaya 

plazmaferez

  əlavə 


olunur. Hazırda gen mühəndisliyi ilə yaradılan monoklonal 

anticisimlərin kliniki yoxlanması gedir.



Siklosporin – ən geniş tətbiq edilən immunodepressant (kalsinev-

rin inhibitoru) olub, ayrılma sindromu riski olduqda  lazımi qədər 

effektiv deyil. AT artırır,  aterosklerozu sürətləndirir, transplantatın 

hipoperfuziyası  nəticəsində  kəskin (prerenal KBÇ) və xronik 

(siklosporin nefropatiyası)  nefrotoksiklik  törədir.

Takrolimus – kalsinevrinin inhibitorudur. Siklosporindən fərqli 

olaraq  ayrılma sindromunun effektiv profi laktikasını  təmin edir, 




402

Dializ

qlyukokortikoidlərlə aparılan puls–terapiyaya qarşı rezistentliyi 

aradan götürür. Preparat  AT  və AST, ALT səviyyələrini az qaldırır, 

amma siklosporin kimi nefrotoksikliyi vardır, infeksiyaları  və 

onkogen virusları aktivləşdirir . Siklosporinə nisbətən neyrotoksikliyi 

çox olub, posttransplantasion diabetin yaranması, MBS zədələnməsi 

daha artıq tezliklə müşahidə edilir.

Sirolimus – effektivliyinə görə kalsinevrin inhibitorları ilə 

müqayisə oluna bilər və onların immunosupressiv təsirini atrırır. 

Preparatın nefrotoksik təsiri yoxdur, transplantatın qan dövranını 

və YFS artırır. Sirolimus angiotenzin II inhibisiya etdiyi və azot 

oksidinin sintezini artırdığı üçün müalicənin başlanğıcında yüksələn 

AT müalicə prosesində enir. Kalsinevrin inhibitorlarından fərqli 

olaraq sirolimus hiperurikemiya yaratmır, sitomeqalovirus, Epşteyn-

Barr virusunun replikasiyasını artırmır. Yanaşı  təsirlərindən – 

hiperlipidemiyanın artması, diareya, anemiya, trombositopeniya, 

interstisial ağciyər sklerozu müşahidə edilə bilər.



Mikofenolat mofetil (Sell Sept) – təsir mexanizminə görə 

azatioprinə yaxındır, amma ondan 1,5 dəfə effektivdir: kəskin 

ayrılma sindromunun tezliyini azaldır, qlomeruloskleroz və 

interstisial fi broza təsir etməklə posttransplantasion nefropatiyanın 

proqressini yavaşıdır. Nefrotoksikliyi yoxdur, AT təsir etmir, 

aterogen risk faktorların tezliyini azaldır. Sitomeqalovirusun 

replikasiyasını gücləndirmir, amma onkogen virusları  aktivləşdirir 

(Epşteyn-Barr , 8-tip insan herpesi virusu). Hiperurikemiya zamanı 

mikofenolat mofetil – allopurinol kombinasiyası istifadə oluna bilər 

(azatoprin+allopurinol kombinasiyası çox təhlükəlidir).



Xroniki transplantasion nefropatiya 

Xroniki transplantasion nefropatiya (XTN)–in spesifi k və qeyri-

spesifi k (hemodinamik, metabolik) təsir nəticəsidə transplantatın 

kanalcıqlarının tubulointerstisial sklerozu və atrofi yasıdır. 

Birinci ilin axırına fəaliyyət göstərən transplantatların sayı 80%, 

bəzi mərkəzlərdə 90 – 95% olsa da, 5 – 10 il fəaliyyət göstərən 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə