406
Dializ___Cədvəl_13.4__İnfeksion_ağırlaşmaların_etiologiyasından_asılı_olaraq__antibiotik,_göbələk,_virus_əleyhinə_işlədilən_preparatlar'>Dializ
Cədvəl 13.4
İnfeksion ağırlaşmaların etiologiyasından asılı olaraq
antibiotik, göbələk, virus əleyhinə işlədilən preparatlar
İnfeksiyanın
törədicisi
Antibiotik qruppası
E. coli
III-IV nəsil sefalosporinlər, ampisillin sulbaktam,
ftorxinolonlar, aztreonam, aminoqlükozidlər
Klebsiella,
Pseudomonas
aeruginoza
Ftorxinolonlar, sefalosporin III-IV
nəsil, azrosillin,tikarsillin, karbapenem,
aminoqlükozidlər, polimiksin B
Stafi lokokk
Makrolidlər, rifamitsin, vankomitsin,
ftorxinolonlar, sefalosporinlər III-IV nəsil, fuzid
turşusu, karbapenemlər
Haemophylus
infl uenzae
Ampisillin, sefalosporin III nəsil, makrolidlər, ko-
trimoksazol, ftorxinolonlar, karbapenemlər
Legionella
Makrolidlər, rifamitsin, ftorxinolonlar
Listerilər
Doksisiklin, ko-trimoksazol, makrolidlər
Nokardilər
Sulfanilamidlər, ko-trimoksazol, monosiklin
Atipik
mikobakterilər
Rifamitsin, etambutol, sikloserin, lomefl oksasin,
klaritromitsin
HBV, HDV, HCV
İnterferon alfa, lamivudin, natrium foskarnet,
ribavirin
Sadə herpes virusu Asiklovir
Sitomeqalovirus
Qansiklovir, antisitomeqalovirus-immunoqlobulin
Toksoplazmalar
Sulfanilamidlər, doksisiklin, metronidazol
Pnevmosistlər
Ko-trimoksazol, pentamidin
Aspergellər
Amfoterisin B, itrakonazol, fl usitozin
Kriptokokklar
Flukonazol, fl usitozin
Candida
Nistatin, ketokonazol, itrakonazol
407
Fəsil 13. Böyrəkköçürmə
Proqnoz
Əməliyyatın gec dövrünün uğursuzluqları 40 % halda geriqayıtmaz
ayrılma sindromu ilə əlaqədar olur, qalan halda xəstələr fəaliyyət
göstərən transplantat ilə başqa səbəbdən tələf olurlar. 60%-ə qədər
müşahidələrdə ölümün səbəbi ürək-damar və infeksion ağırlaşmalar
olurlar. Orta 5 illik yaşama müddəti 70–80% arasında olub, ilk
növbədə HLA antigen sisteminə görə uyğunluq, immunosupressiv
terapiyanın adekvatlığı və transplantasiya növündən asılıdır.
Diri qohum donordan böyrəkköçürmədən sonra meyit böyrək-
köçürməsinə nisbətən transplantatlar daha uzun müddət fəaliyyət
göstərirlər. Bunun səbəbi KBÇ az inkişaf etməsi (transplantatın
işemiya-reperfuziya sindromunun az müşahidə olunması), kəs kin
ayrılma sindromunun tezliyinin az olması və aqressiv immuno-
supressiya rejiminin tətbiq olunmamasıdır.
408
Dializ
Əlavələr
Xroniki böyrək çatışmazlığı
zamanı pəhriz
X
BÇ zamanı pəhriz xəstələrin həyatının qorunmasına, iş
qabiliyyətinin saxlanmasına və böyrək funksiyasının
proqressiv pisləşməsinin qarşısının alınmasına yönəldilməlidir. Bu
məqsədlərə çatmaq üçün əsas etibarilə azzülallı, yüksəkkalorili
(karbohidratların və yağların hesabına) pəhriz tətbiq edilir.
XBÇ zamanı tətbiq olunan pəhriz aşağıdakı tələblərə cavab
verməlidir:
1. Pəhriz zülal katabolitlərinin səviyyəsinin aşağı salınmasına
sövq etməklə orqanizmin öz zülallarının parçalanmasına yol
verməməlidir. Bir gün ərzində bədənə daxil olan zülalların miqdarının,
bitki zülalları hesabına, 20–40 q qədər azaltmaqla eyni zamanda
tərkibində lazımi miqdarda əvəzolunmayan aminturşular olan
heyvan zülallar daxil edilir. Əvəzolunan aminturşular orqanizmdə
sintez oluna bilirlər. Amma əvəzolunmayan aminturşular insan
bədənində sintez oluna bilmədikləri üçün onlar orqanizmə ancaq
hazır vəziyyətdə daxil olmalıdırlar. BMT-nin Beynəlxalq qidalanma
təşkilatının tövsiyələrinə görə əvəzolunmayan aminturşulara tələ-
bat gün ərzində: izoleysin – 1 q, leysin – 1,52 q, valin – 1,12 q,
metionin+sistin – 0,75 q, fenilalanin +tirozin – 1,61 q, tireonin –
0,84 q, triptofan – 0,24 q, lizin – 1,33 q təşkil edir.
Ona görə pəhrizin zülal komponentini seçdikdə onun tərkibinə
və zülalın keyfi yyətinə diqqət yetirmək lazımdır. Təyin olunmuşdur
ki, yumurta ağının tərkibində bütün əvəzolunmayan aminturşular,
kartofun tərkibində metionindən başqa, bütün əvəzolunmayan
aminturşular vardır.
Xəstələrin zülal rasiyonunu təmin etmək üçün aşağıdakı qayda
əsas tutulur: 100 zülal 35 q sidik cövhəri və ya 16 q karbamid azotu
409
Əlavələr.
Xroniki böyrək çatışmazlığı
zamanı pəhriz.
verir. Belə ki, 1 q sidik ilə ekskressiya olunan karbamidə 3 q zülal
düşür. Misal üçün- xəstə gün ərzində sidik ilə 10 q karbamid xaric
edirsə, onun zülal rasionu gündə 30 q zülaldan ibarət olmalıdır
və bu zaman əvəzolunmayan aminturşuların miqdarı 5 q-dan az
olmamalıdır.
2. Karbohidrat və yağların hesabına qidanın yüksək kolorajı
təmin olunmalıdır – 35–50 kkal/kq, və ya 2500–3000 kkal/gün. Qida
vitaminlərlə zəngin olmalıdır ki, bədən zülalları parçalanmaqdan
qorunsun və aminturşulardan zülal sintezi təmin olunsun.
Karbohidratların yaglara nisbəti 3 : 1 olmalıdır.
3. Xörək duzu pəhrizdən ya tam çıxarılır, yaxud məhdudlaşdırılır,
ödem və hiertenziya olduqda gün ərzində 4–6 q qədər azaldılır. Əksinə
natriumun itirildiyi bəzi böyrək xəstəliklərində xörək duzunun bö-
yük miqdarı təyin olunur. Ümümiyyətlə, ödemləri və hipertenziyası
olmayan xəstələrə xörək duzu məhdudlaşdırılmır. Qəbul olunan
mayenin miqdarı əvvəlki gün ərzində ifraz olunan sidiyin miqdarı-
nın üzərinə 300–500 ml gəlməklə təyin olunur. Xəstələrin bədən
çəkisinin hər gün təyin olunmasının böyük əhəmiyyəti vardır, çünki
bu vaxtında ödemlərin başlanmasını təyin etməyə imkan verir.
4. Böyük miqdarda meyvə və tərəvəz istifadə olunur, onların
zülal, elektrolit, vitamin tərkibi nəzərə alınır. Kalium ilə zəngin olan
məhsillar – üzüm, kişmiş, banan, ərik, kartof istifadə olunduqda qan
plazmasındakı elektrolitin (xüsusən kaliumun) səviyyəsi nəzarət
olunmalıdır.
5. Böyrəkləri qıcıqlandıran maddələr və içkilər (alkoqol, azotlu,
ekstraktiv maddələr, tünd çay, qəhvə, kakao, şokolad, kəskin duzlu
qəlyanaltılar) qadağan olunur.
6. Xəstələrin iştahını yaxşılaşdırmaq üçün müvafi q kulinar
işləmələrdən istifadə olunur. Bu məqsədlə ədviyyatlar (dəfnə
yarpağı, darçın, mixək, sarıkök və s.) istifadə olunur.
Qida məhsullarında ən çox əhəmiyyət kəsb edən maddələrin
miqdarı cədvəli təqdim olunmuşdur.
Dostları ilə paylaş: |