Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə119/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   112   113   114   115   116   117   118   119   120

410

Dializ

Giovanetti və b.

  (1963, 1964) tərkibində 18-25 q zülal, 2-5 q 

xörək duzu olan pəhriz tətbiq etdilər. Xəstəyə tam zülalsız qida 

məhsulları təyin edilir və zülal ancaq yumurta ağı şəklində verilir.

Polec (1966)

 kartof pəhrizini tövsiyə etdi – bura 1000 q kartof

120 q yağ, 50 q şəkər, 300 q meyvə-tərəvəz, 1.5 q metionin daxildir. 

Kartofda metionindən başqa, bütün aminturşular olduğu üçün 

metionin ayrıca əlavə edilir.

Ketosteril

  əvəzolunmayan aminturşulardan ibarət tabletlər 

formasında dərman vasıtəsi kimi zülalsız pəhrizdə olan xəstələrə

gündə hər 5 kq bədən çəkisinə 1 tablet hesabı ilə verilir.

Bu pəhrizlər zamanı  xəstələrdə ödem, arterial hipertenziya, 

ürək çatışmazlığı olmadıqda xörək duzu və mayenin miqdarı 

məhdudlaşdırılmır.  Əksinə, diurezi artırmaq məqsədi ilə lazımı 

qədər maye qəbul olunur.

Aşağıda nümunə üçün verilən pəhrizin bəzi xüsusiyyətləri təqdim 

olunur.


Ümumi xarakteristika. Hiponatriumlu rasion, kimyəvi tərkibinə 

görə qiymətli, lazımi kolorajlı zülallar əsasən bitki mənşəli olmalı 

(80%), purinlər və ekstraktiv maddələr maksimum kənar edilir. 

Bu məqsədlə  pəhrizdə  ət məmulatlar və balıq məhdudlaşdırılır, 

konservlər, çətinəriyən heyvan yağları qadağan edilir.

Kulinar hazırlanma. Bütün xörəklər duzsuz hazırlanır, qaynadılır 

və ya sonra bir az qızardılır. 



Energetik qiyməti və kimyəvi tərkibi: zülal – 70 q, yağlar – 95 q, 

karbohidratlar – 470 q, kalori – 3000 kkal.



Qidalanma rejimi. Hissə-hissə, gündə 6 dəfə, eyni vaxtda, ərzaq 

məhsulları bərabər miqdarda paylanır.



Tövsiyə olunan yeməklər və məhsullar. Ağ çörək, peçenye, bulka, 

suxarı və başqa un məmulatları.



Suplar – vegetarian müxtəlif tərəvəzlərdən hazırlanmaqla, borşlar, 

şi, dogramac, meyvə supları.



Tərəvəzdən hazırlanan yeməklər və qarnirlər: kartof, kələm, 


411

Əlavələr. 

Xroniki böyrək çatışmazlığı 

zamanı pəhriz. 

yerkökü, gül kələmi, çuğundur, xiyar, pomidor, sogan, balqabag, 

noxud, badımcan, kahı, göyərti – təbii halda, bişirilmiş  və sonra 

qızartmaq. Tərəvəz salatları, tutmasız vineqret. Tərəvəzdən 

hazırlanmış kotletlər, ruletlər, pudinqlər və s.

Undan, krupadan, makarondan hazırlanmış yeməklər: piroq, 

blinı, oladi, sıyıq, plov, dolma, farşlanmış pomidor, badımcan, bibər, 

vermeşel, kərə yağı və pendirlə.

Yumurta: gün ərzində ½ - 1 ədəd.

Süd və süd məhsulları:  məhdudlaşdırılır, dovğa, duzsuz pendir, 

kəsmik, xama istifadə edilir.



Meyvə, giləmeyvə, şirin yeməklər, şirniyyat: bütün növ və formada 

meyvə və tərəvəzlər. Müxtəlif şirələr, kompotlar, kisellər, musslar. 

Mürəbbə və bal.

İçkilər: Açıq çay və kofe, itburnu bişməsi, qələvi mineral sular.



Souslar və ədviyyat: süddə, xamada, suda ağ sous.

Yağlar: kərə yağı və bitki yağları

Nümunə üçün bir günlük menyu

Yeməyin adı                            Çıxış      Zülal       Yağ        Karb.



Səhər yeməyi

1. Yulaf sıyığı, südlü, duzsuz    300          9.7           12.2           42.5

2. Həftəbecər, duzsuz                230          3.3           10.7           18.1

3. Çay, limon ilə                       200          -               -                 -



2-cı səhər yeməyi

1. Kotlet, kələmdən                     200           6.6            20.3           33.6



Nahar yeməyi

1. Salat pomidor, xiyar ilə         160           1.1             9.4              5.7

2. Sup, tərəvəzdən                        250           1.7            4.8              9.7

3. Raqu, tərəvəzdən                       250            5.3           13.5            30.4

4. Jele, limondan                            125            2.3             -                20.5

Günorta yeməyi

1. Itburnu bişməsi                     200         -                 -                 -




412

Dializ

Şam yeməyi

1. Gül kələmi, suxaridə 

    qızardılmış                            200         6.4             13.5            24.6

2. Qara gavalı piroqu               120         7.9              10.0           82.0

3. Çay limon ilə                      800          -                    -                -

Gecə

1. Gavalı şirəsi                          100         0.2              -                16.6



Bütün günü

1. Ağ çörək                                 300        23.7            5.7            158.1

2. Şəkər                                      30                                                28.6

3. Limon                                  1 ədəd 



Cəmi:  Kaloriliyi 3090 kkal      2865         68.2         100.1          470.4

Qadağan edilir:

  Kəskin və duzlu yeməklər, hisə verilmiş  ət, 

balıq, quş, konservlər, duza qoyulmuş məmulatlar, alkoqol.

Bu pəhriz uzun müddət verilə bilər. 

Aşağıdakı  cədvəldə (cədvəl 1) əsas qida məhsullarının 100 q 

hesabına tərkibi verilmişdir və  cədvəldən istifadə edərək XBÇ 

xəstələri üçün hər bir xəstənin daha çox xoşladığı yeməklərə üyğun 

menyu tərtib etmək  olar.

                                                                                        Cədvəl 1

Qida məhsullarında əsas maddələrin miqdarı

(100 q yeməli hissəsinə münasibətdə)

Məhsul


Zülal

q

Yağ



q

Kar-


bo- 

hidrat


q

Na, 


mq

K,

mq



Ca, 

mq

Mg,



mq

P,

mq



Fe,

mq

1



2

3

4



5

6

7



8

9

10



Ət və balıq məhsulları

Qoyun əti

16,3

15,3 -


60

270 9


18

178 2,6


Mal əti

18,9


12,4 -

60

315 9



21

198 2,6


Donuz əti

11,4


49,3 -

40

189 6



17

130 1,3



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə