Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə110/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   106   107   108   109   110   111   112   113   ...   120

380

Dializ

Böyrəkköçürmədə diri donorlardan istifadə olunması  bəzi 

üstünlüklərə malikdir. Əvvəla, birinci ilin sonuna qədər diri donordan 

götürülmüş transplantatın yaşaması meyit donora nisbətən 10–15 

% yaxşı  nəticələr verir və bu göstərici sonrakı illərdə  də yüksək 

qalır. Digər tərəfdən, donor böyrəyinə artan tələbatı müəyyən 

qədər ödəməklə yanaşı, kəskin tubulyar nekrozu və kəskin ayrılma 

sindromunun baş vermə ehtimallarını  minimuma endirir.

Diri donordan nefrektomiya edərək «yaxşı» böyrək götürülür və 

normal böyrək saxlanılır. Lazımi donorun seçilməsi ABO sistemi 

və histouyğunluq göstəricilərinə əsaslanır. HLA identik olan qardaş 

ya bacı ideal donor sayılır, çünki belə transplantasiyadan sonra 

köçürülmüş orqanın uzunmüddətli yaşaması kimi yaxşı  nəticələr 

alınır.


Diri donor, adətən, 16–65 yaşında, sağlam olmalıdır. Arterial 

hipertenziya, subklinik şəkərli diabet, ürək-damar xəstəlikləri olan 

şəxslər donorların siyahısına daxil edilmirlər. Bunu könüllü edən 

şəxslər ailənin başqa üzvlərinin təzyiqinə məruz qalmamalıdır. Donor 

hərtərəfl i psixoloji müayinədən keçməli, özünün böyrək vermək 

arzusunun motivini izah etməli və gələcəkdə rast gələ biləcəyi bütün 

risklər haqqında məlumatlandırılmalıdır. Bütün bu məsələlər «İnsan 

orqan (və ya) toxumalarının transplantasiyası haqqında qanun»da (28 

oktyabr 1999-cu il tarixdə Azərbaycan Respublikasının prezidenti 

tərəfi ndən təsdiq edilmişdir) hərtərəfl i təsbit olunmuşdur.

Potensial diri donorun müayinəsi anamnez, fi ziki  və laborator-

instrumental üsulların tətbiqi ilə aparılır. 



Böyrək donorunun müayinəsi

İlk növbədə ABO qan qrupu uyğunluğu olduqda başqa müayinələr 

aparılır:

1. Ümumi kliniki müayinə (subyektiv və obyektiv);

2. Qanın ümumi müayinəsi, leykoformula, trombositlər;

3. Sidiyin ümumi müayinəsi, Zimnitski, Neçiporenko sınaqları, 

kreatininin klirensi, sidiyin əkilməsi;



381

Fəsil 13. Böyrəkköçürmə 

4. Qanın biokimyəvi müayinəsi – sidik cövhəri, kreatinin, 

elektrolitlər, qələvi-turşu müvazinəti, bilirubin, ümumi zülal, 

xolesterin, triqliseridlər, qlükoza, ALT, AST, Hepatit B, C, insan 

immunodefi siti virusu (HİV), sitomeqalovirus, venerik xəstəliklərə 

görə testlər, koaquloqramma; 

5. Mantu sınağı;

6. EKQ;


7. Qarın boşluğu orqanlarının USM;

8. Döş qəfəsinin rentgenoqramması;

9. Ekskretor uroqrafi ya;

10. Böyrək angioqrafi yası;

11. Lazım olduqda psixiatrın məsləhəti.

Donorluğa tam əks-göstəiş:

•  Infeksiyalar;

•  Ürək, tənəffüs sistemi, qaraciyər, böyrək xəstəlikləri, diabet, 

bəd xassəli şişlər, dərman və alkoqol aludəçiliyi, hamiləlik;

•  <18 yaş, təzyiqlə razılaşdırmaq.

Nisbi əks-göstəriş:

• 

>65 yaş;

• 

Piylənmə, ailədə şəkərli diabet anamnezi, siqaret çəkmək, 



böyrək daşı, sidik yolları anomaliyaları.

Donorun əməliyyata hazırlanması

1. Analizlər – qanda şəkər, natrium, kalium, karbamid, kreatinin, 

qan qrupu, Rh-faktor, Hb, Het, trombositlər yoxlanılır.

2. Axşam 20

00 

– 24


00

 arası venadaxili infuziya: 500 ml 0,9%-li 

natrium xlorid + 500 ml 5% qlükoza.

3. 21


00 

 – 10 mq diazepam, 1 tablet.

4. 24

00

 – 6



00

  arası venadaxili infuziya: 1000 ml 5%-li qlükoza.

5. 6

00

 venadaxili infuziya: Ringer məhlulu 300 ml yeridilir, 



qalan 200 ml ilə, iynə xəstənin venasında, sistem ilə xəstə əməliyyat 

otağına verilir.

6. 6

00

  xəstənin ikinci qoluna venadaxili sistem qoyulur: 




382

Dializ

Mannitol 10%-li məhlul –500 ml başlanılır, 200 ml yeridildikdən 

sonra 300 ml ilə xəstə əməliyyat otağına verilir.

7. 6


00

 Safazolin 1,0 venadaxilinə yeridilir.

8. Axşam xəstəyə şorba, sıyıq verilə bilər.

9. Axşam xəstə qoltuqdan dizə qədər qırxılır, duş qəbul edir, 20 

ml betadini 20 l suda həll edib axırda onunla yaxalanır.

10.  24


00

-dən sonra yemək qəbul olunmur.

11.  Əməliyyat üçün 1 l uyğun qruplu qan hazır olmalıdır.

12.  Əməliyyatdan qabaq: sidiyin miqdarı, arterial təzyiq, ürək 

vurğularının sayı,   bədən temperaturu, tənəffüsün sayı təyin edilir.

Əməliyyatdan sonra:

13.    3 l məhlul vena daxilinə (1,5 l natrium xloridin fi zioloji 

məhlulu və 1,5 l 5% -li qlükoza məhlulu);

14.   Sefazolin 1,0 gündə 4 dəfə, vena/əzələ daxilinə;

15.   Promedol hər 8 saatdan bir, əzələ daxilinə;

16.   1-ci gün gəzdirilir;

17.   50-100 ml alma şirəsi verilir;

18.   Drenaj sorucuları əməliyyatdan sonra 3 dəfə boşaldılır.

Sonrakı günlərdə xəstə müstəqil rejimə keçirilir və nefrektomiya 

olunmuş xəstənin əməliyyatdan sonrakı dövrdə müşahidə olunması 

qaydasında nəzarət aparılır.



Böyrək resipientinin seçilməsi və hazırlanması.

 Böyrək trans-

plantasiyasının nəticələrinin yaxşılaşması və təhlükəsizliyinin artması   

ilə əlaqədar olaraq xəstələrin bu müalicə üsulu üçün seçilməsi kriteriya-

ları mütəmadi olaraq «yumşalır». Ona görə bu gün dializ müalicəsində 

olan xəstələrin əksəriyyəti böyrək transplantasiyasına namizəd hesab 

olunur. Böyrək transplantasiyasına mütləq əks-göstəriş aktiv infeksion 

proseslər və  bədxassəli  şişlər, ağır qidalanma pozğunluğu, ağır 

sistem və ürək-damar xəstəlikləri, ciddi ağırlaşmalarla nəticələnmiş 

şəkərli diabet hesab olunur. Bunlardan başqa, sürətlə proqress edən 

qlomerulonefrit zamanı böyrək yumaqcığının bazal membranına qarşı 

anticisimlərin yüksək titri tapıldıqda, oksaloz, oraqvarinüvəli anemiya, 




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə