Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə50/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

 121
İSLAMIN ŞƏRTLƏRI (5) 
7. Kəlmeyi-şəhadət gətirmək.  
8. Hər gün beş dəfə vaxtı gələndə namaz qılmaq.  
9. Malın zəkatını vermək.  
10. Ramazan aynda hər gün oruc tutmaq.  
11. Gücü çatanın ömründə bir dəfə həccə getməsidir.  
 
NAMAZIN FƏRZLƏRI (12) 
A) Xaricindəki fərzləri yeddidir. Bunlara şərtləri də deyilir.  
12 Hadəsdən təharət. (Qüsl və dəstəmaz almaq) 
13. Nəcasətdən təharət (Nəcasətlərdən təmizlənmək).  
14. Sətri övrət (Övrət yerlərini örtmək) 
15. İstiqbali Qiblə (Kəbə istiqamətinə dönmək) 
16. Vaxt  
17. Niyyət  
18. Iftitah və ya Tahrimə Təkbiri.  
B) İçindəki fərzləri beşdir. Bunlara rükn deyilir.  
19. Kıyam.  
20. Qiraət.  
21. Rükü.  
22. Səcdə.  
23. Qadəi axirə.  
 
DƏSTƏMAZIN FƏRZLƏRI (4) 
24. Dəstəmaz alarkən üzü yumaq.  
25. Əlləri dirsəkləri ilə birlikdə yumaq.  
26. Başın dörddə birini məsh etmək.  
27. Ayaqları topuqları ilə birlikdə yumaq.  
 
QÜSLÜN FƏRZLƏRI (3) 
28. Ağzı yumaq (yaxalama).  
29. Burnu yumaq (suya çəkmə)  
30. Bütün bədəni yumaq.  
 
TƏYƏMMÜMÜN FƏRZLƏRI (2) 
31. Cünüblükdən (qüslsüzlükdən) və ya dəstəmazsızlıqdan təmizlənmək üçün 
niyyət etmək.  
32. İki əli təmiz torpağa vurub, üzü məsh etmək və təkrar iki əli təmiz torpağa 
vurub, hər iki qolu dirsəkdən ovuca qədər sürtmək.  
 
ƏLLİ DÖRD FƏRZ 
1. Allahü təalanın bir olduğuna inanmaq.  


 122
2. Halal yemək və içmək.  
3. Dəstəmaz almaq.  
4. Beş vaxt namaz qılmaq.  
5. Cünüblükdən qüsl etmək.  
6. Ruzinin Allahü təaladan olduğuna inanmaq.  
7. Halal, təmiz paltar geyinmək.  
8. Allaha təvəkkül etmək.  
9. Qənaət etmək.  
10. Nemətlərinin müqabilində Allahü təalaya şükr etmək.  
11. Qəzaya razı olmaq.  
12. Bəlalara səbir etmək.  
13. Günahlardan tövbə etmək.  
14. Allah rızası üçün ibadət etmək.  
15. Şeytanı düşmən bilmək.  
16. Qurani-Kərimin hökmünə razı olmaq.  
17. Ölümü haqq bilmək.  
18. Allahın dostlarına dost, düşmənlərinə düşmən olmaq.  
19. Ataya və anaya yaxşılıq etmək.  
20. Əmrləri təbliğ və qadağalardan çəkindirmək.  
21. Qohumları ziyarət etmək.  
22. Əmanətə xəyanət etməmək.  
23. Daima Allahü təaladan qorxub, qüruru (ərköyünlüyü, azğınlığı) tərk etmək.  
24. Allaha və Rəsuluna itaət etmək.  
25. Günahdan çəkinib, ibadətlərlə məşğul olmaq.  
26. Müsəlman əmrlərə itaət etmək.  
27. Aləmə ibrət nəzəri ilə baxmaq.  
28. Allahü təalanın varlığını təfəkkür etmək.  
29. Dilini əxlaqsız kəlmələrdən qorumaq.  
30. Qəlbini təmiz saxlamaq.  
31. Heç kəsi lağa qoymamaq.  
32. Harama baxmamaq.  
33. Hər bir halda sözündə sadiq olmaq.  
34. Qulağını töhmət dinləməkdən qorumaq.  
35. Elm öyrənmək.  
36. Tərəzi və ölçü alətlərini haqq üzrə istifadə etmək.  
37. Allahın əzabından əmin olmayıb, daima qorxmaq.  
38. Müsəlman kasıblara zəkat vermək və yardım etmək.  
39. Allahın rəhmətindən ümid kəsməmək.  
40. Nəfsinin istəklərinə tabe olmamaq.  
41. Allah rızası üçün yemək yedizdirmək.  
42. Kifayət qədər ruzi qazanmaq üçün çalışmaq.  
43. Malının zəkatını, məhsulun uşrunu vermək.  


 123
44. Adətli və nifaslı olan xanımına yaxın olmamaq.  
45. Qəlbini günahlardan təmizləmək.  
46. Kibrli olmaqdan çəkinmək.  
47. Yetkin olmamış yetimin malını hifz etmək (qorumaq).  
48. Gənc oğlanlara yaxın olmamaq.  
49. Beş vaxt namazı vaxtında qılıb, qəzaya buraxmamaq.  
50. Zülmlə kimsənin malını yeməmək.  
51. Allahü təalaya şərik qoşmamaq.  
52. Zinadan çəkinmək.  
53. Şərabı və alkoqollu içkiləri içməmək.  
54. Yalan yerə and içməmək.  
 
 
KÜFR MÖVZUSU 
 
 Pis şeylərin ən pisi Allahü təalaya inanmamaq, ateist olmaqdır. İnanılması la-
zım olan şeyə inanmamaq küfr olar. Muhamməd  əleyhissəlama inanmamaq küfr 
olar. Muhamməd-əleyhissəlamın Allahü təaladan gətirib bildirdiyi şeylərin hamısı-
na qəlb ilə inanıb, dil ilə də təsdiq etməyə, söyləməyə “İMAN” deyilir. Söyləməyə 
mane olduğu zaman, söyləməmək əfv olar. İmanın olması üçün islamiyyətin küfr 
olaraq bildirdiyi şeyləri söyləməkdən və istifadə etməkdən çəkinmək də lazımdır. 
İslamiyyətin əhkamından, yəni islamiyyətin əmr və qadağanlarından birini əhəmiy-
yətsiz görmək, Qurani-Kərim ilə, mələk ilə, Peyğəmbərlərdən biri ilə “aləyhimüs-
saləvatü vəttəslimat” lağ etmək küfr əlamətlərindəndir. İnkar etmək, yəni eşitdik-
dən sonra inanmamaq təsdiq etməmək deməkdir. Şübhə etmək də inkar sayılır.  
 
KÜFR ÜÇ NÖVDÜR: CƏHLI, CÜHUDI VƏ HÖKMÜ 
 A)  Eşitmədiyi, düşünmədiyi üçün kafir olanların küfrü “Küfr-i cəhli”dir. 
Cəhl də iki cürdür: Birincisi sadədir. Bu cür kimsə cahil olduğunu bilir. Bu kimi 
şəxslərdə yanlış etiqad olmaz. Heyvan kimidirlər. Çünki insanı heyvandan ayıran 
elm və idrakdır. Bunlar, heyvandan da aşağıdırlar. Çünki heyvanlar yaradıldıqları 
şeydə irəlidirlər. Cəhlin ikincisi mürəkkəb cəhldir. Yanlış, yolunu azmış etiqaddır. 
Yunan filosoflarının və müsəlmanlardan 72 bidət qolunun açıqca bildirilmiş olan-
lara tabe olmayan etiqadları belədir. Bu cəhalət birincisindən daha pisdir. Dərmanı 
bilinməyən bir xəstəlikdir.  
 B) Küfri cühudiyə, küfri inadı da deyilir. Bilərək, tərslik edərək kafir olmaq-
dır. Təkəbbürdən, mövqe sahibi olmağı sevməkdən və ya qınaqdan qorxması səbə-
bi ilə hasil olar. Firon və yoldaşlarının, Bizans kralı Heraklusun küfrləri belədir.  
 C) Küfrün üçüncü növü, “Küfr-i hökmü”dür.  İslamiyyətin imansızlıq  əla-
məti dediyi sözləri söyləyən və işləri edən, qəlbində təsdiq olsa da və inandığını 
söyləsə də, kafir olar. İslamiyyətin hörmət etmədiyi şeyə təzim, hörmət edilməsi 
əmr etdiyi şeyi təhqir etmək küfrdür.  


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə