Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə53/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   48   49   50   51   52   53   54   55   56

 128
83.
 
Bir kimsə Peyğəmbər “aləyhissalatü vəssəlam” qara idi desə, kafir olar. 
[Qara itləri  ərəb,  ərəb deyə çağırmaq, hamam böcəyinə qara Fatimə, demək çox 
yayılmışıdr. Çəkinmək lazımdır.]  
84.
 
Ruzi Allahü təaladandır. Lakin quldan da hərəkət lazımdır desə, bu söz 
şirkdir. Çünki qulun hərəkəti də Allahü təaladandır.  
85.
 
Bir kimsə xristian olmaq yəhudi olmaqdan, Amerikan kafiri olmaq kom-
munist olmaqdan xeyirlidir desə, kafir olar. Yəhudi xristiandan, kommunist xristi-
andan daha pisdir deməlidir.  
86.
 
Kafir olmaq xəyanət etməkdən yaxşıdır desə, kafir olar.  
87.
 
Elm məclisində nə işim var, yaxud alimlərin dediyini etməyə kim qadir olar 
desə və ya fətvanı yerə atsa və din adamlarının sözü nəyə yarayar desə, kafir olar.  
88.
 
Bir kimsə küfr söyləsə, bir nəfər gülsə, gülən belə kafir olar. Gülməsi 
zəruri olarsa, küfr deyildir.  
89.
 
Bir kimsə övliyanın ruhları həmişə hazırdır, bilirlər desə, kafir olar. Hazır 
olar desə, küfr olmaz. [Övliyanın ruhları, Allahü təala kimi hazır və nazır ola 
bilməzlər. Anıldıqları yerdə hazır olarlar. Anılmadan əvvəl orada yox idilər.]  
90.
 
İslamiyyəti bilmirəm və ya istəmirəm desə, kafir olar.  
91.
 
Bir kimsə Adəm-əleyhissəlam buğda yeməsə idi, biz şaki (üsyankar) ol-
mazdıq desə, kafir olar. Amma biz dünyada olmazdıq desə küfründə ixtilaf etmiş-
dirlər.  
92.
 
Adəm-əleyhissəlam parça toxuyurdu desə, biri, elə isə biz mahudçu oğ-
lanları imişik desə, kafir olar.  
93.
 
Bir nəfər kiçik günah işləsə, biri ona tövbə et desə, o da nə işlədim ki, töv-
bə edim desə kafir olar.  
94.
 
Biri digərinə, gəl islam aliminə gedək və ya fiqh, elmi-hal kitabından oxu-
yub öyrənək desə, o da mən elmi nə edim desə, kafir olar. Çünki din elmini kiçik 
görmək, əhəmiyyət verməmək küfrdür.  
95.
 
Təfsir və fiqh kitablarını təhqir edən, bunları bəyənməyən, pisləyən kimsə 
kafir olar.  
96.
 
Bir kimsəyə, kimin zürriyyətindənsən, kimin millətindənsən, etiqadda 
məzhəbin imamı kimdir, əməldə məzhəbin imamı kimdir deyə sual etsələr, bilmə-
sə, kafir olar.  
97. Qəti harama halal deyən kafir olar. (Tütünə haram demək təhlükəlidir.)  
98. Bütün dinlərdə haram olan, halal edilməsi, hikmətə müxalif olan bir şeyin 
(zina, livata (uşaqbazlıq), doyduqdan sonra yemək, faiz alıb-vermək kimi) halal 
olmasını arzu etmək küfrdür. Şərabın halal olmasını istəmək küfr deyildir. Çünki, 
hər dində haram deyildi.  
99. Quranı azim-uş-şanı, söz və lətifə arasında istifadə etmək küfrdür.  
100. Yəhya adlı kimsəyə,  “Ya Yəhya! huz-il-kitabə” desə, kafir olar. 
Qurani-Kərim ilə lağ etmiş sayılır. Çalğı, oyun, mahnı arasında Qurani-Kərim oxu-
maq da belədir.  
101. İndi gəldim, Bismillahi desə, fəlakətdir. Bir şeyi çox görsə “Mahalakal-
lah” desə, mənasını bilməsə, kafir olar.  


 129
102. Bir kimsə indi sənə söymərəm, söymənin adını günah qoymuşlar desə, 
fəlakətdir.  
103. Bir kimsə Cəbrayıl buzovu kimi lümbəlüt olmusan desə, fəlakətdir, mə-
ləklə lağ etmək sayılır.  
104. Oğlumun başı üçün və ya başım üçün kəlmələrinə and olaraq billahi sözü-
nü əlavə etsə, məsələn, vallahi oğlumun başı üçün desə, küfr olmasından qorxulur.  
105. Qurani-Kərimi, mövludu və ilahiləri çalğı çalarkən oxumaq və ya çalğı 
alətləri ilə oxumaq küfrdür.  
106. Qurani-Kərimi, mövludu, ilahiləri, salavat-ı şərifələri fisq (günah işlənən) 
məclislərində hörmət ilə oxumaq haram olar. Əyləncə, keyf üçün oxumaq küfr olar.  
107. Sünnət üzrə oxunan Azanı Muhammədini dinləməyib qiymət verməzsə
dərhal kafir olar.  
108. Qurani-Kərimə öz ağılı ilə məna verən kafir olar.  
109. Qurani-Kərimdə və Hədisi-şəriflərdə açıq olaraq bildirilmiş olan və müc-
təhid imamların söz birliyi ilə bildirdikləri və müsəlmanlar arasına yayılmış iman 
elmlərinə uyğun inanmayan kafir olar. Küfrün bu formasına “İlhad”, belə inanan-
lara “Mülhid” deyilir.  
110. Kafirə hörmət ilə salam verən kafir olar.  
111. Kafirə hörmət bildirən bir söz söyləmək, məsələn ustadım, demək küfr 
olar.  
112. Başqasının küfrünə razı olan kafir olar.  
113. Qurani-Kərim olan kasetlər və vallar mushaf-i şərif kimi qiymətlidirlər. 
Bunlara da hörmətsizlik etmək küfr olar.  
114. Cin ilə tanış olan falçılar və ulduzlara baxıb soruşulan hər şeyə cavab ve-
rənlərə  və falçılara gedib söylədiklərinə, etdiklərinə inanmaq, bəzən doğru çıxsa 
belə, Allahü təaladan başqasının hər şeyi bildiyinə və hər dilədiyini edə biləcəyinə 
inanmaq olub, küfr olar. [Fənn elmlərinə inanmamaq belə deyildir.]  
115. Sünnətə əhəmiyyət verməyərək tərk etmək küfr olar.  
116. Zünnar deyilən keşiş qurşağını bağlamaq və bütlərə, yəni xaç, səlib deyi-
lən dik kəsilən iki çubuq və heykəllərə, bunların rəsmlərinə tapınmaq, hörmət et-
mək və  əhkamı islamiyyəyi bildirən din kitablarından birini təhqir etmək, islam 
alimlərindən birini istehza, lağ etmək və küfrə səbəb olan bir söz söyləmək, yaz-
maq və hörmət edilməsi əmr olunan bir şeyi təhqir və təhqir etmək əmr olunan bir 
şeyə hörmət etmək küfrdür.  
117. Bir sahir (sehirbaz) sehr ilə istədiyini əlbəttə edər, sehr mütləq təsir edər, 
deyən və inanan kafir olar.  
118. Müsəlman, özünə kafir deyənə əfəndim kimi qəbul göstərən cavab verər-
sə, o da kafir olar.  
119. Haram olduğu bilinən müəyyən bir mal ilə məscid tikdirmək, sədəqə ver-
mək və başqa xeyir iş görmək və bunlara qarşılıq savab gözləmək küfrdür.  
120. Bir kimsə əlindəki qəti haram olan maldan sədəqə versə, savab gözləsə, 
alan kasıb haramdan olduğunu bilərək verənə “Allah razı olsun” desə, verən də və 
ya başqa bir kimsə də “amin” desə, hamısı kafir olar.  


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə