Kitabüs-salat namaz kitabi


İMANIN BİZDƏ DAVAMLI QALIB, ÇIXMAMASI ÜÇÜN



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə55/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   48   49   50   51   52   53   54   55   56

 133
İMANIN BİZDƏ DAVAMLI QALIB, ÇIXMAMASI ÜÇÜN 
1. Qeybə iman etməlidir.  
2. Qeybi ancaq Allahü təala və Onun bildirdiklərinin biləcəyinə inanmalıdır.  
3. Haramı haram bilib etiqad etməlidir.  
4. Halalı halal bilib etiqad etməlidir.  
5. Allahü təalanın əzabından əmin olmayıb daima qorxmalıdır.  
6. Allahü təaladan ümid kəsməməlidir.  
— Mürtəd olacaq şeyi inkar etməsi də tövbə olar. Mürtəd tövbə etmədən ölər-
sə, Cəhənnəm atəşində əbədi olaraq əzab görər. Bunun üçün küfrdən çox qorxmalı, 
AZ DANIŞMALIDIR. Hədisi-şərifdə, “Həmişə xeyirli, faydalı danışın. Yaxud 
susun!” buyuruldu. Ciddi olmalı, lətifəli, oyunçu olmamalıdır. Ağıla, insanlığa uy-
ğun olmayan şeylər etməməlidir. Özünü küfrdən qorumaq üçün Allahü təalaya çox 
dua etməlidir. 
 
İNDİ İMANI OLDUĞU HALDA, SONRADAN İMANININ GETMƏSİNƏ  
SƏBƏB OLAN ŞEYLƏR: 
1. Bidət sahibi olmaq. Yəni etiqadı səhv olmaq. (Əhli-sünnət alimlərinin bil-
dirdiyi etiqaddan çox az da olsa ayrılan yolunu azmış və ya kafir olar).  
2. Zəif, yəni əməlsiz iman.  
3. Doqquz əzasını doğru yoldan çıxartmaq.  
4. Böyük günah işləməyə davam etmək.  
5. Neməti islama şükrünü kəsmək.  
6. Axirətə imansız getməkdən qorxmamaq.  
7. Zülm etmək.  
8. Sünnətə uyğun oxunan azanı-Muhammədini dinləməmək.  
9. Anaya-ataya qarşı gəlmək.  
10. Doğru olsa belə, çox and içmək.  
11. Namazda tadili-ərkanı tərk etmək.  
12. Namazı əhəmiyyətsiz hesab edib öyrənməyə və ailəsinə öyrətməyə  əhə-
miyyət verməmək, namaz qılanlara mane olmaq.  
13. Spirtli içki içmək.  
14. Möminlərə əziyyət etmək.  
15. Yalan yerə övliyalıq və din məlumatları satmaq.  
16. Günahını unutmaq, kiçik görmək.  
17. Təkəbbürlü olmaq, yəni özünü bəyənmək.  
18. Ucb, yəni elm və əməlim çoxdur , demək.  
19. Münafiqlik, ikiüzlülük.  
20. Həsəd etmək, din qardaşına kin saxlamaq.  
21. Hökumətinin və üstadının islamiyyətə müxalif olmayan sözünü yerinə ye-
tirməmək.  
22. Bir kimsəni təcrübə etmədən yaxşı demək.  
23. Yalanda inad etmək.  


 134
24. Üləmadan qaçmaq.  
25. Bığlarını sünnət miqdarından artıq uzatmaq.  
26. Kişilərin ipək geyinməsi.  
27. Qeybətdə inad etmək.  
28. Kafir olsa da, qonşusuna əziyyət etmək.  
29. Dünya üçün çox qəzəbə gəlmək, hirslənmək.  
30. Faiz alıb-vermək.  
31. Öyünmək üçün paltarının qollarını və ətəklərini artıq uzatmaq.  
32. Sehrbazlıq, cadu etmək.  
33. Müsəlman və saleh olan məhrəm qohum ziyarətini tərk etmək.  
34. Allahü təalanın sevdiyi kimsəni sevməmək, islamiyyəti pozmaq istəyənlə-
ri sevmək. Bu da HUBBI FİLLAH, BUĞDI FİLLAH adlanır ki, imanın şərtidir.  
35. Mömin qardaşına üç gündən artıq kin tutmaq.  
36. Zinaya davam etmək.  
37. Livata (uşaqbazlıq) edib, tövbə etməmək.  
38. Azanı, fiqh kitablarının bildirdiyi vaxtlarda və sünnətə uyğun oxumamaq 
və sünnətə uyğun oxunan azanı eşidincə hörmət ilə dinləməmək.  
39. Münkəri (haramı) işləyəni görüb gücü çatdığı halda, şirin dil ilə mane 
olmamaq.  
40. Arvadının, qızının və nəsihət etmək haqqına sahib olduğu qadınların başı, 
qolları, ayaqları açıq, bəzəkli, ətirli küçəyə çıxmasına və pislərlə görüşməsinə razı 
olmaq.  
 
BÖYÜK GÜNAHLAR ÇOXDUR, YETMİŞ İKİ BÖYÜK GÜNAH BUNLARDIR 
1. Haqsız yerə adam öldürmək.  
2. Zina etmək.  
3. Livata (uşaqbazlıq) etmək.  
4. Şərab və hər cür spirtli içkiləri içmək. (Pivə içmək haramdır).  
5. Oğurluq etmək.  
6 Keyf üçün uyuşdurucu maddə yemək və içmək.  
7. Başqasının malını qəsdən, zorla almaq. Yəni talan etmək.  
8. Yalan yerə şahidlik etmək.  
9. Ramazan orucunu üzrsüz müsəlmanların yanında yemək.  
10. Faiz alıb-vermək.  
11. Çox and içmək.  
12. Anaya-ataya qarşı gəlmək.  
13. Məhrəm və saleh qohum-əqrabaya silai-rahmi (ziyarəti) tərk etmək.  
14. Müharibədə hərbi tərk edib düşmən qarşısından qaçmaq.  
15. Haqsız yerə yetimin malını yemək.  
16. Tərəzisini və ölçüsünü haqq üzərə istifadə etməmək.  
17. Namazı vaxtından əvvəl və ya sonra qılmaq.  
18. Mömin qardaşının qəlbini qırmaq. (Kəbəni yıxmadan daha böyük günahdır. 


 135
Allahü təalanı ən çox incidən küfrdən sonra qəlb qırmaq kimi böyük günah 
yoxdur.  
19. Rəsulullahın “sallallahü aləyhi və səlləm” söyləmədiyi sözü söyləmək və 
Ona istinad etmək.  
20. Rüsvət almaq.  
21. Haqq olan şahidlikdən boyun qaçırtmaq.  
22. Malın zəkatını və uşrunu verməmək.  
23. Gücü çatdığı halda münkəri, günah işləyəni görüncə mane olmamaq.  
24. Canlı heyvanı atəşdə yandırmaq.  
25. Quran-ı azim-uş-şanı öyrəndikdən sonra oxumağı unutmaq.  
26. Allahü azim-uş-şanın rəhmətindən ümidini kəsmək.  
27. Müsəlman olsun, kafir olsun, insanlara xəyanət etmək.  
28. Donuz əti yemək.  
29. Rəsulullahın  Əshabələrindən “ridvanullahi Təala aləyhim  əcmain” hər 
hansı birini sevməmək və söymək.  
30. Qarnı doyduqdan sonra yeməyə davam etmək.  
31. Qadınların ərinin yatağından qaçması.  
32. Qadınlar ərindən icazəsiz ziyarətə getmək.  
33. Namuslu bir qadına fahişə demək.  
34. Müsəlmanlar arasında söz daşımaq.  
35. Övrət yerlərini başqasına göstərmək. (Kişinin göbəklə dizi arası, qadının 
saçı, qolu, ayağı övrətdir.) Başqasının övrət yerinə baxmaq da haramdır.  
36. Leş yemək və başqasına yedirmək.  
37. Əmanətə xəyanət etmək.  
38. Müsəlmanı qeybət etmək.  
39. Həsəd etmək.  
40. Allahü azim-uş-şana şərik qoşmaq.  
41. Yalan danışmaq.  
42. Təkəbbürlülük, özünü üstün görmək.  
43. Ölüm xəstəsinin varisindən mal gizlətmək.  
44. Çox xəsis olmaq.  
45. Dünyaya məhəbbət etmək.  
46. Allahü təalanın əzabından qorxmamaq.  
47. Haram olanı haram etiqad etməmək.  
48. Halal olanı halal etiqad etməmək.  
49. Falçıların falına, qeybdən xəbər verməsinə inanmaq.  
50. Dinindən dönmək, mürtəd olmaq.  
51. Üzrsüz başqasının qadınına, qızına baxmaq.  
52. Qadınların kişi paltarı geyinməsi.  
53. Kişilərin qadın paltarı geyinməsi.  
54. Harəm-i Kəbədə günah işləmək.  
55. Vaxtı gəlmədən azan oxumaq və namaz qılmaq.  


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə