Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə52/56
tarix30.10.2018
ölçüsü1,22 Mb.
#76426
1   ...   48   49   50   51   52   53   54   55   56

 126
50.
 
Günah olduğuna əhəmiyyət vermədən günah işləmək küfr olar.  
51.
 
İbadət etmənin lazım olduğuna və günahdan çəkinmənin lazım olduğuna 
inanmamaq küfr olar.  
52.
 
Toplanan vergilər sultanın mülkü olduğuna inanmaq küfr olar.  
53.
 
Kafirlərin dini ayinlərini bəyənmək, zərurət yox ikən zünnar qurşanmaq 
və küfr əlamətlərini istifadə etmək və bunlara məhəbbət edib əl vurmaq küfr olar.  
54.
 
Öz razılığı ilə filan şey filan adamdadır, yaxud yoxdur, kafir olum, yəhudi 
olum deyə and içmiş olsa, o şey o kimsədə olsun və ya olmasın, o kimsə öz rizası 
ilə küfrə düşmüşdür.  
55.
 
Zina, livata (uşaqbazlıq), faiz, yalan kimi hər dində haram olan bir şey 
üçün halal olsaydı da, mən belə işləsəydim, deyə təmənni etmək küfrdür.  
56.
 
Peyğəmbərlərə “aləyhimüssaləvatü vəttəslimat” inandım, amma Adəm-
əleyhissəlam Peyğəmbərdirmi bilmirəm, demək küfrdür.  
57.
 
Muhamməd-əleyhissəlamın axır zaman Peyğəmbəri olduğunu bilməyən, 
kafir olar.  
58.
 
Bir kimsə Peyğəmbərlərin dediyi doğru isə, biz qurtulduq desə, kafir olar. 
[Bu sözü şübhə yolu ilə söylədi isə kafir olar.]  
59.
 
Bir kimsəyə, gəl namaz qıl desələr, o da qılmaram desə, kafir olar. Amma 
muradı, sənin sözünlə qılmaram, Allahü təalanın əmri ilə qılaram, desə kafir olmaz.  
60.
 
Bir kimsəyə saqqalını bir tutamdan qısa etmə və ya bir tutamdan artığını 
kəs, dırnaqlarını kəs, çünki Rəsulullahın “sallAllahü təala aləyhi və səlləm” sünnə-
tidir desələr, o da kəsmərəm desə, kafir olar. Digər sünnətlər də belədir. “Sənin sö-
zünlə  işləmərəm, amma Rəsulullahın sünnəti olduğu üçün işləyərəm demək küfr 
olmaz. İnkar məqsədi ilə olarsa küfr olar.”  
61.
 
Bir kimsə bığlarını qırxdıqda yanındakı bir şeyə yaramadı, desə, o deyə-
nin küfründən qorxulur. [Bığları qısaltmaq sünnətdir. Sünnətə əhəmiyyət verməmiş 
olur.]  
62.
 
Bir kimsə başdan ayağa kimi ipək geyinsə, başqa biri bu vəziyyətinə mü-
barək olsun, desə küfründən qorxulur.  
63.
 
Bir kimsə qibləyə qarşı ayağını uzadıb yatmaq və ya qibləyə qarşı tüpür-
mək və ya qibləyə qarşı dəstəmazını pozmaq kimi bir məkruhu işləsə, o kimsəyə 
bu etdiklərin məkruhdur etmə desələr, o da hər günahımız bu qədər olsa desə, 
küfründən qorxulur. Yəni məkruhu əhəmiyyətsiz bir şey saydığı üçün.  
64.
 
Bir kimsənin xidmətçisi qapıdan içəri girsə, əfəndisinə salam versə, əfən-
disinin yanında olan bir kimsə də “sus, əfəndisinə salam vermək olarmı?” desə, o 
deyən kimsə kafir olar. Amma muradı ədəbi öyrətmək isə, salamı qəlbən vermək 
lazımdı, demək isə, küfr olmaz.  
65.
 
İman artar, azalar, demək küfrdür. Amma yaxınlıq imanın gücü etibarı ilə 
olarsa küfr olmaz.  
66.
 
Qiblə ikidir, biri Kəbə, biri Qüdsdür, demək küfrdür. İndiki halda ikidir 
demək küfrdür. Amma Beyt-i Müqəddəs qiblə idi, sonra Kəbə qiblə oldu desə küfr 
olmaz.  


 127
67.
 
Bir kimsə bir islam aliminə səbəbsiz nifrət etsə, söysə o kimsənin küfrün-
dən qorxulur.  
68.
 
Bir kimsə yemək yeyərkən susmaq, atəşpərəstlərin yaxşı adətlərindəndir 
desə, yaxud adətli və nifaslı halında xanımı ilə yatmamaq atəşpərəstlərin yaxşı şey-
lərindəndir desə, kafir olar demisdirlər.  
69.
 
Bir kimsəyə sən möminsənmi desələr, o da inşaallah desə, təvil (izah) edə 
bilməsə küfrdür.  
70.
 
Bir kimsə övladı ölən kimsəyə Allahü təalaya sənin oğlun lazım idi desə, 
kafir olar deyilmişdir.  
71.
 
Bir qadın belinə bir qara ip bağlasa, bu nədir desələr, zünnardır desə, kafir 
olar.  
72.
 
Bir kimsə haram yemək yedikdə, Bismillah desə kafir olar. Haram-i li-
eynihi üçün yəni leş, şərab kimi haramlar üçün belədir. Özü haram olmayan, ha-
ram-i li-qeyrihi üçün belə deyildir. Qəsb edilmiş malı yedikdə  bəsmələ  çəkmək 
küfr olmaz. Malın özü haram deyil, qəsb edilməsi haramdır.  
73.
 
Bir kimsənin küfrünə razı olmaq küfrdür. Bir kişiyə bəddua (qarğış) edə-
rək, Allahü təala sənin canını küfr ilə alsın desə kafir olmasında alimlər ixtilaf etdi-
lər. Küfrünə razı küfrdür. Amma zülm və günahından ötrü əzabı daim və şiddətli 
olsun deyə razı isə küfr deyildir.  
74.
 
Bir kimsə Allahü təala bilir filan isi işləmədim desə, halbuki o işi işlədiyi-
ni bilsə, kafir olar.  
75.
 
Bir kimsə bir qadını şahidsiz nikah etsə, o kimsə və qadın, Allahü təala və 
Peyğəmbər şahidimizdir desələr, hər ikisi kafir olar. Zira Peyğəmbərimiz “sallAlla-
hü təala aləyhi və səlləm” diri ikən qeybi bilməzdi. Qeybi bilirdi, demək küfr olar. 
[Qeybi, Allahü təala bilir və Onun bildirdikləri bilir.]  
76.
 
Mən oğurlananları və qeyb olanları bilirəm desə, söyləyən və inanan kafir 
olar. Mənə cin xəbər verir desə, yenə kafir olar. Peyğəmbərlər və cinlər belə qeybi 
bilməz. [Qeybi, Allahü təala və Onun bildirdikləri bilir.]  
77.
 
Bir kimsə Allahü təalaya and içmək istəsə, başqa bir kimsə də, mən sənin, 
Allahü təalaya and içməni istəmirəm boşanmağa və  şərəfə, namusa and içməni 
istəyirəm desə, kafir olar deyilmişdir.  
78.
 
Bir kimsə sevmədiyi bir nəfərə, sənin didarın [üzün, çöhrən] mənə can 
alıcı kimidir desə kafir olar deyilmişdir. Çünki can alıcı mələk [Əzrayil-əleyhissə-
lam] böyük mələkdir.  
79.
 
Bir kimsə namaz qılmamaq xoş işdir desə kafir olar. Bir kimsə bir nəfərə 
gəl namaz qıl desə, o da mənə namaz qılmaq çətin işdir desə, kafir olar deyilmişdir.  
80.
 
Bir kimsə Allahü təala göydə  mənim  şahidimdir desə, kafir olar. Çünki 
Allahü təalaya məkan isnad etmiş olar. Allahü təala məkandan münəzzəhdir.  
81.
 
Allah baba deyən kafir olar.  
82.
 
Bir kimsə Rəsulullah “sallallahü aləyhi və səlləm” yemək yedikdən sonra 
mübarək barmağını yalayardı desə, bir başqası bu iş  tərbiyəsizlikdir, desə kafir 
olar.  


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə