Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə17/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   13   14   15   16   17   18   19   20   21

Sonradan  biz  oyrəndik  ki,  maşın  məsələsi  sadəcə  bəhanədir.  H.Əliyev  bu  oteldə  qaldığına 

görə bizi də burada yerləşdirməyi qərara alıblar.

 

Nümayəndə heyətinin bütün üzvlərinə tapşırıldı ki, səhər saat doqquza on dəqiqə qalmış hazır 



vəziyyətdə otelin qabağında olsunlar. 

Səhər  saat  doqquzun  yarısında  Vaqif  Axundovla  mən  aşağı  düşüb,  otelin  qabağına  çıxdıq. 

Doqquza on beş dəqiqə qalmış Vaqif mənə dedi ki, artıq Prezidentin gəlmək vaxtıdır, çağıraq 

gəlsinlər. 

Soruşdum ki, yoxlamısanmı, hamı aşağıdadırmı? Dedi ki, hamı buradadır təkçə H.Əliyev qalıb, 

o da ikinci mərtəbədədir, Prezident gələnə kimi düşəcək. 

Dedim  ki,  hamı  hazır  olmasa  Prezidenti  çağırmaq  olmaz.  Sən  bir  adam  göndər  H.Əliyevi 

çağırsın, eyni zamanda telsizlə yuxarıya dedim ki, Cavanşir, mən deməmiş aşağı düşməyin. 

Təxminən saat 9-a beş dəqiqə qalmış H.Əliyev aşağı düşdü və mən yuxarıyla əlaqə saxlayıb, 

dedim ki, artıq hamı hazırdır, gələ bilərlər. 

Bir  neçə  dəqiqədən  sonra  Prezident  aşağı  endi  və  biz,  Türkiyə  Xarici  İşlər  Nazirliyi 

nümayəndəsinin  "maşınlar  işləməyəcək"  deməsinə  baxmayaraq,  onların  özləri  tərəfındən 

ayrılmış  maşınlara  minərək,  dəfn  mərasimində  iştirak  etmək  üçün  Türkiyə  Böyük  Millət 

Məclsinin binası yerləşən əraziyə getdik. 

Yüngül yağış yağırdı, ona görə də bütün nümayəndə heyətlərini parlament binasının girişində 

olan zala dəvət edirdilər. Bizim heyət də zala girib, zalın sonunda qrup halında dayandıq. 

Qeyd  edim  ki,  dəfn  mərasimində  54  ölkənin  nümayəndə  heyəti  iştirak  edirdi  və  bu 

nümayəndə heyətlərinin bir çoxunun diqqətinin Elçibəydə olmağı o dəqiqə nəzəri cəlb edirdi. 

Almanya  Prezidenti  cənab  Vaytsekker  bizim  nümayəndə  heyətinə  yaxınlaşıb,  ümumi  salam 

verdikdən  sonra Elçibəyin  qoluna  girərək zalın  bir tərəfinə  çəkdi və orada  təkbaşına  söhbət 

etdilər. 

Vaytsekkerlə  söhbət  təzə  başa  çatmışdı  ki,  zala  Amerika  Birləşmiş  Ştatlarının  keçmiş  dövlət 

katibi Beyker və xanımı daxil oldu. Zala girən kimi Beykerin diqqəti Prezident Elçibəyə yönəldi 

və  onlar  düz  bizim  nümayəndə  heyətinə  tərəf  gəlməyə  başladılar.  Ara  məsafədə  onlar 

Gürcüstan Prezidenti Şevardnadze və xanımı ilə çox səmimi görüşərək dayanmadan keçdilər. 

Bizə  çatmağa  az  qalmış  onların  qabağına  çıxan  Qazaxstan  Prezidenti  Nazarbayevlə  çox 

mehribanlıqla  görüşdülər.  Hətta  Beykerin  dediyi  "o  may  frend"  ("o mənim  dostum") ifadəsi 

ətrafda  aydın  şəkildə  eşidildi.  Nəhayət  o,  bizim nümayəndə  heyətinə  yaxınlaşaraq  Elçibəylə 

görüşdü. Həyat yoldaşını Elçibəyə təqdim etdi. Elçibəy isə Nəcəf Nəcəfov, Etibar Məmmədov 

və  Heydər  Əliyevi  ona  təqdim  etdi.  Nəcəf  Nəcəfovla  çox  məhribanlıqla  salamlaşan  Beyker 

H.Əliyevə  çox  təəccüblə  baxdı.  Elçibəy  Beykerin  onu  tanımadığını  hiss  edərək  dedi  ki,  o 

vaxtilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və politbüro üzvü olmuş Heydər Əliyevdir. 




Bu  təqdimatdan  sonra  Beyker  H.Əliyevlə  ciddi  şəkildə  salamlaşaraq,  Elçibəylə  söhbətinə 

davam etdi. 

Saat  onda  dəfn  mərasimi  başladı.  Cənazə  top  arabasına  qoyularak,  əsgərlərin  müşayiəti  ilə 

Ankaranın mərkəzi olan Qızıl Ay meydanına, oradan da Kocatepe camisinə doğru aparılmağa 

başladı.  Təxminən  üç  kilometrə  qədər  olan  bu  yolda  bütün  nümayəndə  heyətləri  Türkiyə 

Cümhuriyyəti  hərbi  və  dövlət  xadimləri  ilə  birlikdə  cənazəni  müşayiət  etdilər.  Tikintisi 

rəhmətlik  Turqut  Özalın  birbaşa  köməyi  ilə  başa  çatmış  olan  Kocatepe  camisində  cənazə 

namazı  qılındı,  onunla  vidalaşma  mərasimi  oldu.  Bütün  bu  tədbirlərdən  sonra  tabut  xüsusi 

maşına qoyularaq, Ankara hava limanına, oradan da təyyarə ilə İstanbul şəhərinə aparıldı. 

Tabut  götürülməmişdən  əvvəl,  Turqut  Özalın  həyat  yoldaşı  Səmra  Özal  çıxış  edərək 

mərasimdə iştirak edənlərin hamısına təşəkkür etdi və İstanbulda olacaq mərhumun torpağa 

verilmə  mərasiminə  ailənin  yaxın  dostlarını,  qohumları  və  bir  də  Azərbaycan  Prezidenti 

Əbülfəz Elçibəyi dəvət etdi. 

Bizim  ən  ağır  işimiz  isə  tabut  məsciddən  yola  salınandan  sonra  oldu.  Mərasim  zamanı 

Kocatepe məscidinin həyətinə və onun ətrafına milyondan çox adam toplanmışdı. Tabut yola 

salındıqdan  sonra  bu  adamlar  hərəkətə  gəldilər Camaatın  içindən  "Elçibəy!  Elçibəy"  nidaları 

gəlməyə və kütlə Elçibəyin duruduğu səmtə tərəf axmağa başladı. 

Tədbirin əvvəlindən bütün nümayəndə heyətlərinə xəbərdarlıq edilmişdi ki, mərasim zamanı 

nümayəndə heyətlərinin rəhbərləri onlar üçün ayrılmış yerdə durmalıdırlar. Onların yanında, 

mühafizə işçisi də daxil olmaqla, bir nəfər də olsun kənar şəxsin durmasına icazə verilmirdi. 

Bizim  hamımızın  orada durmamız  mümkün  olmasa  da, hər  ehtimala  qarşı,  Musayev  Mahirə 

tapşırdıq ki, Prezidentdən ayrılmasın, daima onun yanında olsun. 

Biz,  yəni  mühafizə  işçiləri,  iki  qrup  halında  Prezidentdən  sağda  və  solda  bir  az  kənarda 

dayanmışdıq. 

Vəziyyətin gərginləşdiyini hiss edən kimi mən Vaqif Axundova baxdım. O, İlqar Qədirquliyev 

və Ədalət Məmmədov Prezidentdən solda dayanmışdılar və gördüm ki, həmin qrup vəziyyəti 

hiss edərək Prezidentə tərəf hərəkətə başladı. Eyni zamanda mən, Cavanşir Vəliyev və Oqtay 

Qasımovla  (prezidentin  köməkçisi)  birlikdə  sağ  tərəfdən  Elçibəyə  tərəf  hərəkət  etməyə 

başladıq.  Heç  nəyi  nəzərə  almadan,  bütün  vasitələrdən  istifadə  edərək,  demək  olar  ki, 

adamların  az  qala  başı  üstü  ilə  hərəkət  edirdik.  Xoşbəxtlik  onda  oldu  ki,  biz  çatana  qədər 

vəziyyətin  ağırlaşdığını  başa  düşən  Türkiyə  baş  nazirinin  mühafizə  dəstəsi  qol-qola  girərək 

canlı bir dairə yaratmış, Elçibəyi,  Dəmirəli və onların  yanında olan  H.Əliyevi  həmin  dairənin 

içində  saxlamışdılar.  Biz  də  çatıb  Süleyman  Dəmirəlin  mühafizə  işçilərinə  qoşulduq  və 

qorunan  şəxsləri  canlı  dairənin  içində  maşınlara  tərəf  aparmağa  başladıq.  Maşınların  bir-bir 

gəlişini  gözləmək  mümkün  deyildi.  Ona  görə  də  bütün  protokol  qaydalarını  pozaraq  hər 

üçünü Süleyman Dəmirəlin maşınına mindirdik. Sonra maşını da canlı divar arasında məscidin 

ərazisindən çıxardıb, Türkiyə Böyük Millət Məclisinin binasına tərəf yola saldıq. 

Aləm bir-birinə qarışmışdı və bizə ayrılmış maşınları tapmaq, demək olar ki, mümklün deyildi. 

Biz tək-tək qabağımıza çıxan maşınlara minərək, parlament binasına gəldik. Dəfn mərasiminin 



Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə