Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə14/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

Saat 22.00-a qədər Prezidentin çox sıx programı oldu. O, Gəncə şəhər İcra başçısını, Şəhər 

Sovetinin  sədrini  və  şəhərin  digər  rəhbər  işçilərini  qəbul  etdi.  Arif  Hacıyev  və  Sülhəddin 

Əkbərovun hesabatlarını dinlədi. 

Saat  10-dan  bir  qədər  keçmişdi,  Elçibəy  dedi  ki,  burada  mənim  Tofiq  adında  qardaş  kimi 

yaxın bir dostum var idi. O rəhmətliyin anasına həmişə ana demişəm və elə vaxt olmayıb ki, 

mən  Gəncəyə  gələndə  ona  baş  çəkməyim.  Prezident  olandan  sonra  keçən  dəfə  Gəncəyə 

gələndə vaxt çatdırıb onun görüşünə gedə bilmədim, məndən mütləq inciyəcək.

 

Kimsə təklif etdi ki, maşın göndərək gedib bura gətirsinlər.



 

Elçibəy  razılaşmayıb  dedi ki,  səksənə  yaxın  yaşı olan  qoca  arvadı bu vaxt  bura  gətizdirmək 

ona  hörmətsizlik  olar.  Çətin  bir  şey  yoxdu,  iyirmi  dəqiqəyə  gedib  baş  çəkib  gələrik.  Biz 

təxminən  iyirmi  nəfərlik  bir  dəstə  ilə  həmin  ağbirçək  75  yaşlı  nənənin  yaşadığı  evə  gəldik. 

Elçibəy onunla beş-on dəqiqə söhbət etdi, hal-əhval tutdu, bir stəkan çay içdi və biz yenidən 

geriyə  Qonaq  Evinə  döndük.  Sonradan  Milli  Məclisdə  Rəhim  Qazıyev  tərəfındən  deyilən  və 

düşmən  mövqədə  duran  qəzətlərin  səhifələrinə  çıxarılaraq  hər  cür  eyhamlarla  bəzədilən 

Tamara söhbəti həmin bu məsələdir.

 

Ayın  10-da  saat  12-də  Prezident  bölgədə  yerləşən  bütün  hərbi  hissələrin  rəhbərliyi  ilə 



müşavirə təyin etmişdi. Surət Hüseynovun hesabatı ilə başlayan müşavirə təxminən iki saata 

qədər çəkdi. 

Müşavirə təzəcə qurtarmışdı ki, Müdafiə naziri Rəhim Qazıyev və Daxili İşlər naziri İsgəndər 

Həmidov Prezidentin qəbuluna gəldilər. 

Kəlbəcər  bölgəsində  vəziyyətin  gərginliyi  ilə  əlaqədar  olaraq,  onların  hər  ikisi  Elçibəyin 

göstərişi ilə həmin bölgənin müxtəlif istiqamətlərində əsgərlərin içərisində idilər. 

Onlar  təxminən  bir  saat  qəbulda  olduqdan  sonra  göstəriş  alıb  yenidən  döyüş  bölgəsinə 

döndülər. 

Saat  16-da  Gəncə  səhər  İcra  Hakimiyyətinin  yerləşdiyi  binanın  iclas  salonunda  Prezidentin 

şəhər ictimaiyəti ilə görüşü oldu. Təxminən saat 18-də yenidən Qonaq Evinə geri döndük. 

Artıq Bakıya dönmək üçün yol hazırlıqlarına başlamışdıq ki, qəribə bir məlumat aldıq. Anonim 

bir  şəxs,  Gəncə  hava  limanına  zəng  edib,  demişdi  ki,  Surət  Hüseynov  Mingəçevirə  göstəriş 

verib, Prezidentin təyyarəsi havaya qalxan kimi vurulacaq və bu tapşırığı Surət Hüseynovun 

kirvəsi,  Mingəçəvirdə  yerləşən  hava  hücumundan  müdafiə  polkunun  komandiri  Namiq 

Ələkbərovun  hazırladığı  adamlar  həyata  keçirəcəklər.  Bu  məlumat  barədə  təcili  Prezidentə 

məruzə etdik. Cavanşir Vəliyev Surət Hüseynovla telefonla danışdı və ondan bu barədə izahat 

verməsini tələb etdi. 

Surət Hüseynov izahat verdi ki, bu çox yanlış bir məlumatdır. Mənim tərəfimdən Gəncə hava 

limanına  göstəriş  verilib  ki,  oraya  enən  və  oradan  qalxan  uçaqlar  barədə  bölgənin  hərbi 

rəhbərliyinə əvvəlcədən məlumat verilsin. Bu göstəriş bir neçə ay bundan əvvəl verilib və hər 




hansı düşmən təxribatının qarşısını almaq məqsədini güdür. Bu göstərişin prezident uçağına 

heç bir aidiyyəti yoxdur. Prezident uçağı istədiyi vaxt enə və qalxa bilər. 

Sonra  Surət  Hüseynovla  telefonla  Prezident  danışdı  və  həmin  gün  saat  12  müşavirəsində 

verilmiş əmrin icarsı ilə maraqlandı. 

Surət Hüseynov cavab verdi ki, hal-hazırda əmrin icarsı ilə məşgul oluram və tam vaxtında 

yerinə yetiriləcəkdir. 

Sonra Prezident,  Arif Hacıyev, İxtiyar Şirinov, Nəcəf Nəcəfov, Sülhəddin Əkbərov və Mürşüd 

Məmmədovu  müşavirə  üçün  yanına  çağırdı.  Biz,  yəni  Mühafizə  İdarəsinin  rəhbərliyi 

V.Axundov, C.Vəliyev və mən bir yerə toplaşdıq, operativ olaraq vəziyyəti müzakirə etdik və 

yekdilliklə bu qərara gəldik ki, Bakı şəhərinə dönüş ancaq uçaqla olmalıdır. 

Bundan bir az keçmiş mən və Vaqif Axundov Prezidentin müşavirə keçirdiyi otağın qarşısında 

durmuşduq.  Qəflətən  qapı  açıldı  və  Elçibəy  çölə  çıxdı.  Bizi  görən  kimi  dayandı.  Məndən 

soruşdu  ki,  niyə  qaş-qabağını  sallamısan?  Dedim  ki,  heç  nə  olmayıb,  qaş-qabağımı  da 

sallamamışam,  sadəcə  çox  yorğunam.  Dedi  ki,  mənə  bəziləri  təklif  edir  ki,  Bakıya  maşınla 

dönək, sən nə fıkirdəsən? 

Dedim  ki,  mənim  fikrimcə  hansısa  bir  avaranın  hədəsi  ilə  ölkənin  başçısı  öz  yolunu 

dəyişməməlidir. 

Prezident V.Axundovdan soruşdu ki, bəs sən nə fıkirdəsən? 

O da cavab verdi ki, Bakıya yalnız uçaqla dönməyi düzgün sayıram. 

Prezident  yüngülcə  gülümsədi  və  bir  qədər  koridorda  gəzişdikdən  sonra  otağa  qayıtdı.  Bir 

neçə dəqiqə keçmiş N.Nəcəfov prezident uçağını hazırlamaq haqqında göstərişi bizə çatdırdı. 

On dəqiqə sonra Gəncə hava limanına tərəf yola düşdük. Əvvəlcədən planlaşdırıldığı kimi, biz 

gəldiyimiz heyətlə Bakıya dönməli idik. Pilləkənlərlə uçağa qalxan zaman İxtiyar Şirinov əyilib 

Prezidentin qulağına nəsə dedi. Prezident gülümsəyərək ona dedi ki, yaxşı sən qal. 

İ.Şirinov geriyə dönərək bizi yola salanların içərisinə qatıldı. 

Uçağa minən kimi bizim işçilər mənə bir diplomat göstərdilər və dedilər ki, bu çantanın yiyəsi 

bəlli deyil. Mən çantanı götürüb trapa çıxdım. Çantanı Cavanşirə verdim və dedim ki, al bu 

çantanı  Rafaelə  ver  (Milli  Təhlükəsizlik  Nazirliyi  Gəncə  şöbəsinin  rəisi).  Tapşırıq  ver,  əvvəl 

çantanın  özünü  yoxlasınlar,  sonra  da  sahibini  müəyyənləşdirsinlər.  Nəticə  haqqında  bizə 

mütləq məlumat versinlər. Biz Bakıya dönəndən  bir gün sonra Rafael zəng vurub, çantanın 

İ.Şirinova məxsus olduğunu bildirmişdi. 

Təyyarə uçmağa başlayandan sonra V.Axundov mənə dedi ki, sən keç prezident salonunda 

otur. Prezidentin yanında N.Nəcəfovdan başqa heç kim yoxdur. Heç olmasa əlavə bir nəfərin 



Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə