Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə12/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Mən  tarixdə  bir  neçə  böyük  qarşılama  hadisəsi  bilirəm.  Məhəmməd  peyğəmbərin  Məkkəyə 

qayıtması, Napoleonun sürgündən Parisə dönərkən qarşılanması buna misal ola bilər. 

Bu  misalları  gətirərkən  mən  Elçibəyi  yuxarıda  adları  çəkilən  şəxsiyyətlərlə  qarşılaşdırmaq, 

müqayisə  etmək,  eyniləşdirmək  fikrindən  uzağam.  Qəti  şəkildə  əminəm  ki,  Elçibəyin 

Kayseridə  qarşılanma  mərasimini  görən  hər  bir  şəxs  (onun  Elçibəyə  münasibətindən  asılı 

olmayaraq) mənim yazdıqlarımın həqiqət olduğunu təsdiq edər. 

Bizim  ən  böyük  bədbəxtliyimiz  onda  idi  ki,  bu  səfər  barədə  Azərbaycan  xalqına  heç  bir 

məlumat  verilmədi.  Ümumiyyətlə,   Elçibəyin  Türkiyə  səfəri  zamanı  çəkilmiş  3  ədəd  video 

kasset  radio-televiziya  komitəsinin  arxivində  toz  basaraq  qaldı  və  mənə  məlum  olduğuna 

görə, sonradan Babək Hüseynoğlunun vaxtında müəmmalı şəkildə yoxa çıxdı. 

1996-cı ildə Azərbaycan televiziyası ilə H.Əliyevin Naxçıvan səfərinə baxırdım. Birdən beynimə 

qəribə  bir  fikir  gəldi.  H.Əliyevin  bu  səfəri  Elçibəyin  Kayseri  səfərinə  çox  bənzəyirdi.  Sadəcə 

fərq onda idi ki, Bəyin səfəri zamanı hadisələr öz axarı ilə gedir və təbiiliyi ilə, insanlar isə öz 

səmimiyyəti ilə diqqəti cəlb edirdi. Lakin H.Əliyevin Naxçıvan səfərində rejissor əli açıq-aydın 

hiss olunurdu və mənə elə gəldi ki, həddindən artıq güclü imkanlar verilmiş bu rejissor 100 

faiz Əbülfəz Elçibəyin Kayseri səfərinin video kassetinə baxıb.

 

Noyabr  ayının  2-ni  biz  İzmirdə  keçirdik.  3-ündə  günortadan  sonra  İstanbula  uçduq. 



İstanbulda bizi "Çırağan Sarayı"nda yerləşdirdilər. "Çırağan Sarayı" kompleksi bir nağıldır. Bu 

nağılın  təsiri  altından  çıxmağa  macal  tapmamışdıq  ki,  bizi  "Dolmabahçe  Sarayı"na  T.Özal 

tərəfindən  Ə.Elçibəyin  şərəfinə  verilən  ziyafətə  dəvət  etdilər  və  burada  Türkiyənin 

möcüzələrindən  daha  biri  ilə  tanış  olduq.  Ziyafət  masasında  mən  Türkiyə  Prezidentinin 

mühafizə  işçiləri  ilə  birlikdə  oturmuşdum.  Sarayın  gözəlliyi  məni  valeh  etmişdi.  Qətiyyən 

yemək yeyə bilmirdim, fikrim-zikrim sarayda idi. Öz-özümə fikirləşirdim ki, cəmi bir neçə saat 

bu sarayda olacağıq. Həmin vaxtı da yeməyə sərf etmək günahdır. Yeməyi hər zaman yemək 

olar, bu saraya doyunca baxmaq lazımdır. 

T.Özalın mühafizə rəisi Musa mənə danışdı ki, son on ildə bu saray ziyafət üçün ikinci dəfədir 

ki,  açılır.  Birinci  dəfə  ABŞ  prezidenti  C.Buşun  şərəfinə  burada  ziyafət  verilib.  İkinci  dəfə  də 

saray ziyafət üçün bu gün açılıb. Musa danışdı ki, o zaman T.Özal C.Buşdan kredit istəmişdi 

və Buş bu sarayı görəndən sonra zarafatla demişdi ki, belə bir sarayı olan dövlət dünyanın ən 

varlı dövlətidir və o dövlətin borc istəməyə haqqı yoxdur. 

Ziyafətin sonuna yaxın çox təsiredici bir hadisə baş verdi. Bütün gecə boyu öz gözəl mahnıları 

ilə  ziyafəti  şənləndirən  müğənni  qadın  növbəti  mahnını  oxumağa  başlayanda,  səhnədən 

düşərək yavaş-yavaş Elçibəylə T.Özala yaxınlaşdı. Onlar yuxarı başda yanaşı oturmuşdular və 

birdən  Elçibəyin qabağında diz  üstə çökərək  mikrofonu  onunla  özü arasında tutdu  və onlar 

birlikdə  Əhməd  Cavadın  sözlərinə  yazılmış 

"ÇIRPINIRDI  QARA  DƏNİZ"  mahnısı

nı  oxumağa 

başladılar. Mahnı o qədər gözəl alındı ki, az keçmiş hamı onlara qoşuldu və mahnının sonunu 

birlikdə oxuduq. 

Noyabr  ayının  4-də  axşam  üstü  saat  18.30-da  T.Özal  Elçibəyi  İstanbul  hava  limanından 

Bakıya yola saldı. Təxminən saat 11-də Bakıya çatdıq. 




* * * 

Dekabr  ayının  əvvəllərində  təxminən  gecə  saat  12-də  Prezidentdən  yola  hazırlıq  göstərişi 

aldıq. Ən qısa vaxtda hazırlıq işlərini tamamladıq. Lakin bir çatışmamazlıq var idi ki, o da hara 

gədəcəyimizi bilməməyimiz idi. 

Ümumiyyətlə,  Ə.Elçibəy  Azərbaycan  sərhədləri  daxilində  elədiyi  səfərlər  barədə  əvvəlcədən 

heç bir məlumat vermirdi. Onun Azərbaycan şəhər və rayonlarına etdiyi səfərlər barədə biz, 

yəni  mühafizə  idarəsinin  rəhbərliyi  belə,  bir  neçə  saat  qalmış  məlumat  ala  bilirdik.  Onu  da 

qeyd edim ki, belə səfərlərin sayı kifayət qədər çox idi. Prezident Elçibəy bir il ərzində iki dəfə 

Gəncə və Ağdam şəhərlərinə, əlavə olaraq Tərtərə, Ağcabədiyə, Füzuliyə, Cəbrayıla, Yevlaxa, 

Göyçaya,  Sabirabada  və  Sumqayıta  səfərlər  etmişdi.  Dəfələrlə  Tağıyev  (Nasosnı) 

qəsəbəsində, Pirəkəşküldə hərbi hissələrdə olmuşdu. 

Təəssüflər olsun ki, Azərbaycan televiziyası və mətbuatı bu barədə həmişə susurdu və bu hal 

nə  prezidentin  humanitar  məsələlər  üzrə  müşavirini,  nə  mətbuat  xidmətini,  nə  də  radio  və 

televiziya şirkəti rəhbərliyini qətiyyən narahat etmirdi. 

Bələliklə, gecə saat ikinin yarısında biz Bakıdan çıxdıq və təxminən saat beşdə Ağdamda İcra 

Hakimiyyətinin yerləşdiyi binanın önündə olduq. 

Qapının  ağzında  bir  polis  nəfəri  var  idi.  Ondan  İcra  başçısının  harada  olduğunu  soruşduq, 

dedi ki, bir az əvvəl cəbhə xəttinə getti, indi adam göndərərəm, çağırar. 

Mən binanın içərisinə girdim. Birinci mərtəbədə çayxanaya oxşar yer və orada cavan bir oğlan 

vardı. Ondan soruşdum ki, sən kimsən? Dedi ki, çayçıyam. Dedim çayın varsa tez bir yaxşı 

çay hazırla. 

Bu  zaman  Prezidentin  köməkçisi  rəhmətlik  Gülşad  Zərbəliyev  mənə  yaxınlaşdı  və  dedi  ki, 

mənə maşınlardan birini ver. Burada evlərdə mütləq baş-ayaq olacaq, gedim gətirim. 

O,  maşınlardan  birinə  yerli  polis  nəfərlərindən  birini  də  mindirib,  çıxıb  getdi.  Bir  az  keçmiş 

yekə bir qazanla qayıtdı və özü stolların üstünü düzəltməyə başladı. Prezidenti həmin səfərdə 

Dövlət  katibi  Pənah  Hüseynov,  Dövlət  müşaviri  Arif  Hacıyev  və  Milli  Təhlükəsizlik  naziri 

Fəxrəddin Təhməzov müşayiət edirdi. 

Biz  hamımız  birlikdə  oturaraq  yeməyə  başlamışdıq  ki,  Ağdam  rayon  İcra  başçısı  Nadir 

İsmayılov gəlib çıxdı və biz onu da yeməyə qonaq etdik. 

Yeməyə  çox  az  vaxt  sərf  edərək,  Nadir  İsmayılovu  da  götürüb,  səhər  saat  yeddiyə  işləmiş 

Ağdam  ətrafında olan  hərbi hissələri gəzməyə başladıq.  Əvvəlcə  Müdafiə  Nazirliyinin,  sonra 

isə Daxili Qoşunların hərbi hissələrini gəzdik. 

Müdafiə  Nazirliyinin  hissələrində  vəziyyət  yaxşı  deyildi.  Hiss  olunurdu  ki,  nizam-intizam  çox 

zəifdir.  Kazarmalarda  natəmizlik,  əsgərlərin  geyimində  səliqəsizlik  o  dəqiqə  nəzərə  çarpırdı. 

Növbətçi zabitlər elementar suallara cavab verə bilmirdilər. 



Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə