Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə15/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

də  olması  lazımdır.  Vəzifədən  başqa  həm  də  onunla  olan  şəxsi  münasibətin  imkan  verir  ki, 

sən keçib orada oturasan. 

Mən V.Axundovun bu fikri ilə razılaşaraq prezident salonuna keçib oturdum. Bizə təzəcə çay 

gətirmişdilər. Hiss elədim ki, uçaq enməyə başladı. 

Nəcəf Prezidentdən soruşdu ki, sizə elə gəlmirmi ki, uçaq enməyə başlayıb? 

O cavab verdi ki, bu təzliklə olmaz. 

Mən  durub  pilotların  kabinəsinə  doğru  getdim  və  qapının  ağzında  dayanmış  polkovnik-

leytenant Ələkbərov İsmayıldan soruşdum ki, vəziyyət nə yerdədir? 

O dedi ki, hər şey qaydasındadır və artıq təyyarə enişə gedir. 

Mən soruşdum ki, enmək üçün hələ tez deyilmi? 

Cavab verdi ki, çox sürətlə gəlmişik. 

Təxminən  iyirmi  beş-otuz  dəqiqdən  sonra  bizim  təyyarə  Bakı  hava  limanında  yerə  endi. 

Təyyarədən  birinci  rnən  çıxdım  və  çöldə  qeyri-adi  bir  mənzərənin  şahidi  oldum.  Təyyarə 

limanının  deputat  zalı  deyilən  yerinin  qarşısı  adamla  dolu  idi.  Demək  olar  ki,  Respublikanın 

Bakı şəhərində olan bütün rəhbər vəzifəli şəxsləri burada idi. Mən aşağı düşdüm və trapın düz 

yanında İsgəndər Həmidovla görüşdüm. O hərbi səhra geyimində idi.  

Mən ondan soruşdum ki, nə olub, bu adamlar niyə buraya yığılıb? 

Cavab  verdi  ki,  necə  nə  olub,  ora  bir  bax,  əgər  siz  on  beş  dəqiqə  də  gəlməsəydiniz,  mən 

Gəncəyə uçurdum. 

Onun  göstərdiyi  səmtə  baxanda  gördüm  ki,  iki  təyyarə  və  onlara  yerləşə  bilən  qədər  polis 

işçisi hazır vəziyyətdə dayanıb, göstəriş gözləyirlər. 

Biz maşınlara minib Prezident Aparatına tərəf yola düşdük. 

Təyyarə limanından Prezident Aparatına qədər yol boyu polis nəfərləri düzülmüşdü. Mən çox 

təəccübləndim  ki,  qısa  bir  zamanda  bu  qədər  polisi  bura  neçə  yığıblar.  Bir  az  keçmiş 

öyrəndim  ki,  Prezident  Aparatı,  Milli  Məclis  binası  və  Radio-Televiziya  Şirkəti   Daxili  İşlər 

Nazirliyi tərəfindən əlavə mühafizəyə götürülüb. 

Bu faktın araşdırılması xüsusi orqanların vəzifəsinə daxil idi. Lakin Vəliyev Cavanşirlə mən bu 

qərara gəldik ki, biz də öz araşdırmamızı aparaq. 

İlk  məqsədimiz  anonim  telefon  zəngi  etmiş  adamı  müəyyənləşdirmək  idi.  Buna  nail  ola 

bilmədik,  lakin  bizə  bir  neçə  əlavə  fakt  məlum  oldu.  Hakimiyyət  dəyişikliyindən  sonra  mən 

daha bir neçə məlumat da öyrənə bildim. 



Bütün  bu  faktları  indi  acıqlamaq  fikrim  yoxdur,  çünkü  bu  bildiklərim  əlavə  sübutlarla 

təsdiqlənməlidir. Bu məlumatları məndən başqa da bilənlər var. O adamların bildikləri faktları 

bir  yerə  toplayaraq,  bu  hadisəni  və  hadisə  ilə  birlikdə  dövlət  çevrilişi  etməyi  planlaşdıran 

adamları da ortaya çıxartmaq olar. 

Bir məsələ təkzibedilməzdir ki, həqiqətən o gün, yəni fevral ayının 10-da Elçibəyi Gəncədən 

Bakıya gətirən uçaq vurulmalı və dövlət çevrilişi həyata keçirilməli idi. 

Elçibəyi və onu müşayiət edən şəxsləri həmin gün ancaq təsadüf xilas edib. 

1993-cü ilin əvvəllərində cəbhənin Füzuli bölgəsində vəziyyət çox gərgin idi. Ermənilərin hər 

an Füzulini ələ keçirəcəyi barədə məlumatlar gəlirdi. Prezidentin göstərişi ilə Azərbaycan Milli 

Məclisinin  sədri  İsa  Qəmbər  və  Dövlət  müşaviri  Arif  Hacıyev  təcili  olaraq  Füzuliyə  yola 

düşdülər. Bir gün sonra Prezident yol hazırlığı barədə göstəriş verdi və səhər saat 9.30-da biz 

Cəbrayıl rayonuna tərəf yola düşdük. Təxminən saat birin yarısında Cəbrayıla çatdıq. Elçibəy 

İcra  Hakimiyyətində  oldu.  Sonra  rayon  Mədəniyyət  Evində,  xəbər  tutub  oraya  yığılmış  olan 

rayon camaatı ilə Elçibəyin görüşü oldu. Təxminən saat ikidə biz Cəbrayıldan ayrılaraq, Füzuli 

rayonuna tərəf yola düşdük və saat üçün yarısında Füzuli şəhərinə daxil olduq. 

O  gün  gördüyüm  Füzulini  mən  heç  vaxt  yaddan  çıxartmayacağam.  Şəhərə  girən  kimi  ətim 

ürpəşdi.  Nə  bir  insan  səsi,  nə  də  bir  hənirti  var  idi.  Bir  evin  bacasından  da  tüstü  çıxmırdı. 

Əhali şəhəri tərk etmişdi. 

Bizim maşın karvanı Füzuli rayon İcra Hakimiyyəti yerləşən binanın gabağında dayandı. Bizi 

İcra  başçısı  Nofəl  bəylə  bir  grup  cəbhəçi,  Bakıdan  Qadın  Hüquqları  Müdafiə  Cəmiyyətindən 

gəlmiş  üç  qadın  və  Azərbaycan  Pedaqoji  Universitetinin  professoru  Sərdar  Əliyev  və  bir 

tanımadığım adam qarşıladı. 

Elçibəy həyətdə olan adamlarla görüşüb qısa bir söhbət etdikdən sonra İcra başçısından İsa 

Qənbərin  harada  olduğunu  soruşdu  və  Qonaq  Evində  olduğunu  öyrəndi.  O,  həyətdəki 

adamlarla vidalaşaraq Qonaq Evinə getmək barədə göstəriş verdi. İcra başçısı dedi ki, cənab 

Prezident,  Qonaq  Evi  Füzuli  şəhərinin  o  tərəfindədir  və  döyüş  xəttinə  çox  yaxındır.  Ora 

getmək təhlükəlidir. Biz bu dəqiqə İsa bəyə məlumat verərik, o bura gələr. Elçibəy ona heç 

bir şey demədən maşına mindi və Qonaq Evinə getmək haqqında göstəriş verdi. 

Qonaq Evinin qarşısında Prezidenti İsa Qəmbər və Arif Hacıyev qarşıladılar. Hiss olunurdu ki, 

Prezidentin qəfil gəlişi onları da çaşdırıb.  Onlar birlikdə  içəri keçdilər.  Bir  qədər keçmiş Milli 

Qvardiyanın  komandiri  rəhmətlik  Tahir  Məmmədov  və  Milli  Təhlükəsizlik  nazirinin  birinci 

müavini  Sülhəddin  Əkbərov  da Qonaq  Evinə  gəldilər.  Döyüş xətti  Qonaq  Evindən  təxminən 

üç-dörd kilometr aralıda idi. Qrad səslərindən qulaq tutulurdu. Tahir Məmmədov və Sülhəddin 

Əkbərovun  gətirdiyi  əlavə  qüvvələr  də  döyüşdə  iştirak  etməyə  başladılar.  Təxminən  axşam 

saat  yeddidə  döyüş dayandı  və Prezidentə məlumat  verildi ki,  döyüş yerində altmışa  qədər 

itki  verən  ermənilər  Füzulidən  12  km  geri  çəkilməyə  məcbur  oldular.  Bu  məlumatı 

almamışdan  saat  yarım  əvvəl  Dövlət  müşaviri  Arif  Hacıyev  çölə  çıxaraq  mənə  yaxınlaşdı  və 

dedi ki, Prezidenti buradan aparmaq lazımdır. Bura çox təhlükəlidir və ermənilər Füzuliyə girə 

bilərlər. Dövlət başçısının burada ölməyi və ya əsir düşməyi böyük biabırçılıq olar. 



Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə