Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə13/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

Daxili  Qoşunların  kazarmalarında  isə  bunun  tam  əksinin  şahidi  olduq.  Kazarmada  səliqə-

sahman  hökm  sürürdü.  Biz  oraya  çatan  zaman  əsgərlər  səhər  idmanı  ilə  məşgul  olurdular. 

Növbətçi zabitlər bütün suallara qənaətbəxş cavab verdilər. 

Təxminən saat 10.30-da Ağdamdan ayrılıb Bakıya yola düşdük. 

Bu səfərdən bir gün sonra Hərbi Nazirlikdə Ali Hərbi Şuranın müşavirəsi keçirildi və Elçibəy Ali 

Baş Komandan kimi müşavirəyə sədrlik etdi. 

23 dekabr 1992-ci il Azərbaycan üçün ən ciddi sınaq günlərindən biri idi. Təəssüflər olsun ki, 

həmin gün Azərbaycan tarixinə qara bir ləkə kimi düşdü və mən gəti şəkildə inanıram ki, nə 

vaxtsa 23 dekabr təqvimə də qara gün kimi, xainlərin lənətlənən günü kimi yazılacaq. Əgər 

xainlər və xəyanətkarlar olmasaydı, həmin gün Azərbaycan tarixinə şərəfli bir gün kimi düşə 

bilərdi. Xankəndinin ermənilərdən azad olunma günü kimi...

 

23  dekabr  1992-ci  il  axşam  saat  21.00-da  Xankəndini  (Stepanakerti)  ermənilərdən  azad 



etmək üçün Azərbaycan ordusu xüsusi döyuş əməliyyatlarına başlamalı idi.

 

Əməliyyat planına görə Azərbaycan ordusu iki istiqamətdə Xankəndinə hücum edib, saat 23-



də əməliyyatı başa çatdırıb, şəhəri erməni güvvələrindən azad etməli idi.

 

Əməliyyata Sırxavənd kəndi istiqamətində (Xankəndinə 11 km qalmışdı) Nəcməddin Sadıqov 



və Sərdar Həmidov, Vəng kəndi istiqamətində isə Surət Hüseynov rəhbərlik etməli idi. Rəhim 

Qazıyev isə bütün imkanları ilə Surət Hüseynovu dəstəkləyirdi.

 

Saat  21.00-da  həyətə  çıxan  Prezident,  düz  saat  23.00-a  qədər  çox  narahat  vəziyyətdə 



həyətdə vargəl edir, bir yerdə dayana bilmirdi.

 

Nəcməddin Sadıqovla telefon danışığında onun dedyi "saat 23-də sizə Xankəndindən telefon 



edəcəyəm"  sözünə  Elçibəy,  "onda  mən  də  sizə  "cənab  general"  dəyə  müraciət  edəcəyəm" 

sözləriylə cavab vermişdi.

 

Həmin  vaxt  Xankəndindən  çox  sevindirici  kəşfiyyat  məlumatları  gəlirdi.  Məlumatlara  görə 



bütün Dağlıq Qarabağda təxminən iyirmi-otuz min erməni qalmışdı və imkanı olanlar bütün 

vasitələrdən istifadə edərək Dağlıq Qarabağdan çıxırdılar. Hətta Kəlbəcərdə xüsusi bələdçilər 

əmələ  gəlmişdi  ki,  onlar  ermənilərdən  pul  alıb,  bələdçilik  edərək  Ermənistana  keçirirdilər. 

Kəşfiyyat məlumatlarına görə ermənilər panika içində idilər və yüngül bir hücum Xankəndinin 

ermənilərdən azad olunması ilə nəticələnəcəkdi.

 

Saat 23 tamam oldu, lakin döyüş bölgəsindən heç bir məlumat yox idi. Prezident Cavanşirə 



dedi ki, get Nəcməddinlə əlaqə saxla, görək nə  oldu. Bir neçə dəqiqə sonra dönüb məruzə 

etdi ki, əməliyat baş tutmayıb.

 

Əməliyyatın baş tutmamasında hər iki tərəf bir-birini günahlandırırdı. 




Bu  hadisədən  bir  qədər  keçəndən  sonra,  yanvarın  1-də  Surət  Hüseynov  xəyanətlə  dolu  bir 

əmr  imzalayır.  Həmin  əmrə  görə  Azərbaycan  silahlı  qüvvələri  Xankəndinin  arxasında  olan, 

ağır  döyüşlər  bahasına  ermənilərdən  azad  edilmiş  doqquz  kəndi  boşaldıb,  geri  çəkildi  və 

erməni qüvvələri bir güllə belə atmadan gəlib həmin kəndlərdə mövqə tutaraq Xankəndinin 

arxasını möhkəmləndirdilər. 

23 dekabr əməliyyatının pozulması hadisəsi məni həmişə narahat edirdi və 1994-cü ildə mən 

ayrı-ayrı  vaxtlarda  hər  iki  mövqedə  batalyon  komandiri  olmuş  zabitlərlə  görüşdüm.  Ən 

qəribəsi bu idi ki, onlar birbirindən xəbərsiz bu məsələni təxminən eyni cür izah etdilər. Mən 

özüm də demək olar ki, eynilə onların dediyi kimi fıkirləşirdim. 

Onların  dediklərindən  bu  nəticəni  çıxarmaq  olardı  ki,  bu  əməliyyatın  baş  tutmasını  hər  iki 

tərəf istəməyib. Bunun səbəbini də onlar belə izah etdilər: 

Birincisi

, Xankəndinin erməni qüvvələrindən azad edilməsini Rusiya istəmirdi. 

İkincisi


,  bu  şəxslər  belə  hesab  edirdilər  ki,  Qarabağın  məsələsi  artıq  həll  olunub  və  bunu 

istədikləri vaxt edə bilərlər. Belə olan halda niyə Xankəndinin azad olunması Elçibəyin adı ilə 

bağlansın. Onlar belə hesab edirdilər ki, Elçibəyin məsələsini həll etdikdən sonra, Xankəndinin 

məsələsini çox  asanlıqla  həll edə biləcək  və millətin gözündə həqiqi  qəhrəman  kimi görünə 

biləcəklər. 

Bu  cür  xain  fikirlərin  təsiri  altında,  sonradan  Rəhim  Qazıyev,  Surət  Hüseynov  və  onlara 

yardım  edən  Əvəz  Şükürov,  Saday  Nəzərov  və  başqaları  Kəlbəcər  rayonunu  da  erməni-rus 

birləşmələrinə təslim etdilər. 

Bələliklə, bu və ya bu kimi xəyanətlərin sonu həm Azərbaycan, həm də həmin xainlərin özü 

və ailəsi üçün çox acınacaqlı odu. 

Bu da çox təbii idi, çünkü başqa bir sonluq gözləmək sadəcə ağılsızlıq olardı. 

1993-cü il fevral ayının 9-da Prezident Elçibəy Gəncə şəhərinə iki günlük səfərə getdi. Səfər 

zamanı Prezidenti respublika baş prokuroru İxtiyar Şirinov və Prezidentin mətbuat və qəbul 

məsələləri üzrə müşaviri Nəcəf Nəcəfov müşayiət edirdilər. Biz günortadan sonra təyyarə ilə 

Gəncə  şəhərinə  getdik.  Gəncədə  Prezidenti  Dövlət  müşaviri  Arif  Hacıyev,  Milli  Təhlükəsizlik 

nazirinin birinci müavini Sülhəddin Əkbərov, Gəncə şəhər İcra başçısı Mürşüd Məmmədov və 

şəhərin  başqa  məsul  şəxsləri  qarşıladılar.  Prezident  və  onu  müşayiət  edən  şəxsləri  Gəncə 

şəhərinin mərkəzindəki Qonaq Evinə yerləşdirdilər. Şəhərdə şayiələr baş alıb gedirdi. Hər an 

Surət  Hüseynovun  adamlarının  bizim  üstümüzə  hücum  edəcəkləri,  bizi  əsir  alacaqları, 

öldürəcəkləri  barədə  şayiələr  bizim  də  qulağımıza  catırdı.  Belə  bir  şayiə  gəzirdi  ki,  Elçibəy 

gəlib ki, Surəti tutub özü ilə Bakıya aparsın (nə qədər gülünc bir şayiə). 

Bütün  bu  şayiələr  bizi  həddindən  artıq  gərgin  vəziyyətdə  saxlayırdı.  Biz,  yəni  mühafizə 

idarəsinin rəhbərliyi tez-tez Qonaq Evinin ətrafında olan küçələri gəzir və mən bəzən bir neçə 

küçə diametrində ətrafı müayinə edirdim. 




Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə