Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə9/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

Sonralar Marqaret Tetçerin Bakı səfəri Azərbaycan üçün çox əhəmiyyətli oldu. Bakı səfərindən 

az  sonra  ABŞ-a  gedən  xanım  Tetçer  Amerika  qəzetlərinə,  televiziya  kanallarına  verdiyi 

müsahibələrdə və Londona döndükdən sonra İngiltərə mətbuatında olan çıxışında da həmişə 

Azərbaycanın tərəfində olur, siyasi məsələlərin həllində əlindən gələn köməyi əsirgəmirdi. 

1992-ci ilin axırlarından həm İngiltərə, həm də ABŞ-ın mövqeyində Azərbaycana qarşı bir isti 

yanaşma  hiss  olunmağa  başladı.  Hətta  bütün  münaqişə  dövrü  ərzində  həmişə  Ermənistanı 

dəstəkləyən  Fransanın  mövqeyində  də  yumşalma  hiss  olunurdu.  Bütün  bu  məsələlərin 

həllində Marqaret Tetçerin Bakı səfərinin də müəyyən rolu olmuşdu. 

1993-cü  ilin  may  ayının  ortalarında  baş  nazir  Pənah  Hüseynovun  rəhbərliyi  ilə  Londona 

nümayəndə  heyəti  getmişdi.  Həmin  nümayəndə  heyətinin  tərkibində  olan  Cavanşir  Əliyev 

səfərdən sonra mənə dedi ki, orada xanım Tetçer Azərbaycan nümayəndə heyətini öz evinə 

qonaq  çağırdı.  Qonaqlığın  sonuna  yaxın  bizə  dedi  ki,  hamınız  mənə  diqqətlə  qulaq  asın  və 

yadınızda saxlayın ki, Prezidentiniz çox ağıllı adamdır. Onun qədrini bilin.

 

Elçibəy  dünyada  Azərbaycanın  imicini  yüksəltmək  üçün  hər  cür  vasitədən  istifadə  edərək 



uğurlar  qazanmağa  başladığı  bir  zamanda  Azərbaycanın  bədxahları  onu  dünya  miqyasmda 

nüfuzdan salmaq üçün başqa bir əməl planlamışdılar. 

Marqaret  Tetçerin  iqamətgahdan  saat  12-də  deyil,  13-də  ayrılacağını  düşünən  bədxahlar 

Prezident  Aparatı  qabağında  bir  tamaşa  hazırlamışdılar.  Saat  13-də  Prezident  Aparatının 

qabağına beş ədəd yük maşını gəldi. Maşınların kuzovunda 18 ədəd eyni formalı və eyni qara 

rəngli  parçaya  bükülmüş  tabut  var  idi.  Eyni  zamanda  100-150  adam  peyda  oldu  və  onlar 

Prezident  Aparatına  hücum  etdilər.  İçərilərində  çox  fəallıq  göstərən  3  qız  da  var  idi.  Bu  üç 

qızdan birinin anası hal-hazırda Millət vəkili və indiki iqtidarın etibar etdiyi adamlardan biridir. 

Yığılan adamların içərisinə nəzər salan kimi təşkilatçılar diqqəti cəlb edirdilər. 

Mən  işçilərin  bir  nəçəsinə  adamların  arasına  qarışmasını  və  tabut  sahiblərini  tapmasını 

tapşırdım. 

Uzun  axtarışdan  sonra  bir  yaşlı  kişi  və  qadın  tapıldı.  Mən  onlardan  bu  şəhidi  niyə  Şəhidlər 

Xiyabanı  əvəzinə  buraya  gətirdiklərini  soruşdum.  Dedilər  ki,  nə  bilək,  a  bala,  heç  göz  aça 

bildik  ki.  Bir  də  gördük  tabutu  qara  parçaya  bükdülər,  maşına  yüklədilər,  bizi  də  götürüb 

buraya gətirdilər. 

Bu  zaman  mənə  məlumat  gəldi  ki,  tabutların  əksəriyyəti  boşdur.  Camaat  da  artıq 

sakitləşmişdi. Təşkilatçılar oradan uzaqlaşıb müxtəlif yollarla Yasamal rayonunun keçmiş Xalq 

Nəzarəti  Komitəsi  sədrinin  evinə  tərəf  gedirdilər.  Toplantı  həmin  evdə  olmalı  idi.  Xuliqanlıq 

edən bir neçə nəfər isə Səbayıl rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanmışdı. 

Tabutların  çoxunun  boş  olması  barədə  mənə  daxil  olmuş  məlumatı  birbaşa  Elçibəyə 

çatdırdım. Tabutların açılması üçün icazə istədim. 



Dedi ki, biz əgər 100% hansı tabutun boş olduğunu bilsək, onda açmaq olardı. İndiki halda 

əgər  biz  tabutu açarkən  içindən  şəhid  çıxarsa,  bu  daha  böyük biabırçılıq  olar.  Ona  görə də 

qətiyyən tabutların açılmasına icazə verməyin. 

Bu  hadisədən  müəyyən  müddət  keçmişdi.  Bir  gün  Respublika  Sarayında  tədbir  keçirilirdi. 

Rəhim  Qazıyev,  İsgəndər  Həmidov  və  mən  istirahət  otağında  oturub  çay  içirdik.  Söhbət 

əsnasında Rəhim dedi ki, tabutları Prezident Aparatının gabağına gətirilmiş 18 nəfərdən 6-sı 

heç ölməyib, hal-hazırda Beyləqanda hərbi hissədə xidmət edirlər. 

O zaman bu tamaşa Azərbaycanın bədxahları tərəfindən Marqaret Tetçer üçün hazırlanmışdı. 

Marqaret Tetçerin Bakı səfərindən təxminən 10-15 gün keçmişdi. Bir gün İ.İsgəndərov mənim 

yanıma gəldi və dedi ki, bir qadın onun bir tanışından 500,000 rubl pul alıb və söz verib ki, 

ona  GAZ-31  markalı  maşın  almasına  kömək  edəcək.  Guya  bu  qadın  Prezident  Aparatında 

işləyir və Dövlət katibi P.Hüseynovun tələbə yoldaşıdır. 

Mən İsfəndiyara dedim ki, o adamı çağır gəlsin bir söhbət edək. 

İsfəndiyarın  tanışı  gəldi  və  söhbət  əsnasında  mənə  aydın  oldu  ki,  bütün  hadisə  Prezident 

Aparatının qəbul otağında baş verib. Mən qəbul otağına gündüzlər posta çıxan polis nəfərini 

yanıma çağırdım və "onun belə bir qadını tanıyıb-tanımadığını soruşdum. O dedi ki, tanıyıram. 

Arabir qəbul otağına gəlir. Ona tapşırdım ki, bir də gələndə mütləq mənə məlumat ver. 

Təxminən bir həftə keçmiş iqamətgahın həyətində P.Hüseynovla rastlaşdım. O mənə dedi ki, 

Prezident Aparatının ətrafında bir qadın peyda olub, camaata fırıldaq gəlib pullarını alır, niyə 

bir  tədbir  görmürsünüz?  Özü  də  hamıya  mənimlə  və  Arif  Hacıyevlə  tələbə  yoldaşı  və  çox 

yaxın olduğunu deyir. 

Dedim  ki,  Pənah  bəy,  məlumatımız  var.  Yəqin  ki,  yaxın  günlərdə  bizim  işçilər  onu 

yaxalayacaqlar. 

Bu söhbətdən bir neçə gün sonra mən məlumat aldım ki, həmin qadın qəbul otağında olub, 

lakin postda olan polis nəfəri mənə məlumat verməyib. 

Mən 1-ci şöbənin müfəttişini yanıma çağırdım (adı, soyadı yadımda deyil). Ona vəziyyəti izah 

etdim. Göstəriş verdim ki, bundan sonra daima qəbul otağını nəzarətə götürsün. Bu məsələ 

postda duran polis nəfərindən də gizli saxlanılsın. 

O  mənə  dedi  ki,  həmin  qadını  mən  də  üzdən  tanıyıram.  Arxayın  olun,  gələn  kimi  Sizə 

məlumat verərəm. 

Bundan bir neçə gün sonra qadın qəbul otağına gəlir, baş leytenant o dəqiqə məni axtarır, 

lakin  tapa  bilmir.  Tez  idarənin  rəisi  general  Vaqif  Axundova  zəng  vurur  (V.Axundova  bu 

əməliyyat barədə qabaqcadan məlumat vermişdim) və deyir ki, Oktay bəyin mənə tapşırdığı 

qadın gəlib buradadır. Axundov ona göstəriş verir ki, orada saxlayın, mən bu dəqiqə gəlirəm. 

Özü cəld qəbul otağına gedir və növbətçiyə məni tapıb məlumat verməsini tapşırır. 



Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə