Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə6/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   2   3   4   5   6   7   8   9   ...   21

Göyçay  Bəyin  ən  çox  sevdiyi  rayonlardan  biri  idi  və  Göyçayı  həmişə  özünün  ikinci  vətəni 

sayırdı. 

Biz  bir  neçə  gün  orada  istirahət  edəndən  sonra  Bakıya  döndük.  Bu  müddət  ərzində  Bəyin 

əhval-ruhiyyəsi nisbətən düzəlmişdi. 

Biz  Bakıya  döndükdən  bir  neçə  gün  sonra  Əbülfəz  bəyi  Azərbaycan  Elmlər  Akademiyasının 

Əlyazmalar İnstitutunun direktoru, yüksək hörmətə layiq ziyalı, mərhum professor Cahangir 

Qəhrəmanov yanına çağırdı və böyük elmi işçi vəzifəsinə təyin etdi. 

Müəyyən  müddət  keçəndən  sonra  Əbülfəz  bəy  elə  həmin  institutda  şöbə  müdiri  oldu  və 

1992-ci ilin iyununa qədər, yəni Azərbaycan Respublikasının prezidenti seçilənə qədər həmin 

vəzifədə işlədi. 

Həbsxanadan çıxandan ta 1988-ci ilə qədər Əbülfəz bəy bir dəqiqə də siyasi fəaliyyətinə ara 

vermədi.  Əksinə,  daha  da  ardıcıl  və  planlı  şəkildə  bu  fəaliyyəti  davam  etdirdi.  Artıq  onun 

ideyalarına xidmət edən adamların sayı həddindən artıq çoxalmışdı. Azərbaycanın demək olar 

ki,  bütün  regionlarını  əhatə  etmişdi.  Ona  görə  də  1988-ci  ildə  xalq  hərəkatı  başlayanda 

özünün müstəqilliyi, əxlaqi və siyasi məsələlərin həllində göstərdiyi ardıcıllıqla bütün dünyanın 

təəccübünə səbəb oldu. 

Mübaliğəsiz demək olar ki, SSRİ-nin dağılmasına yönəldilmiş ən güçlü hərəkat Azərbaycanda 

idi. 


Sonralar  93-97-ci  illərdə  bəzi  adamlar  hərəkatın  və  hərəkatla  birlikdə  Elçibəy  və  onun 

yoldaşlarının  rolunu  azaltmaq  üçün  tez-tez  vurğulayırdılar  ki,  SSRİ-ni  Qorbaçov  dağıtdı. 

Ruslar  özləri  bu  respublikaları  buraxdılar.  Respublikalarda  olan  hərəkatların  hamısını  KQB 

yaratmışdı.  Lakin  o  şəxslər  dediklərinin  məntiqsiz  olduğunu  ya  görmür,  ya  da  görmək 

istəmirdilər. Əgər Rusiya bu dövlətlərə müstəqilliyi özü könüllü olaraq vermişsə, niyə nəhəng 

respublikaları buraxıb, ancaq kiçik bir Çeçenistandan əl çəkmək istəmir? 

Mən  ümumiyyətlə  konkret  hadisələr  haqqında  fikir  yazmaq  fikrində  deyiləm.  Lakin  bir  fikri 

qeyd etmək istəyirəm. 

Doğrudur,  o  zaman  SSRİ-nin  dağılmasından  faydalanan  respublikalar  oldu  (Orta  Asiya 

respublikaları,  Belarusiya).  Lakin  digər  respublikaların  vətəndaşları  imperiyanın  dağılması 

üçün çox böyük mübarizə apardılar. 

Pribaltika, Ukrayna və Gürcüstan xalqlarının bu sahədəki mübarizəsini heç kim nə kiçildə, nə 

də dana bilməz. 

Əbülfəz  Elçibəyin  rəhbərlik  etdiyi  Azərbaycan  xalq  hərəkatı  mübarizənin  həmişə  önündə 

gedirdi  və  bu  gün  keçmiş  Sovetlər  Birliyi  ərazisində  müstəqil  dövlətlər  yaranıbsa,  bunun 

dayanması  üçün  ən  çox  əziyyəti  Azərbaycan  çəkib,  ən  ağır  yükü  bizim  xalq  öz  çiynində 

daşıyıb. 



Qorbaçova gəldikdə isə, o SSRİ-nin çürüdüyünü, dağılmaq üzərə olduğunu görürdü. Vaxtı ilə 

Leninin gördüyü işi görərək Rusiyanı xilas etmək istəyirdi. Lakin bacara bilmədi. 

Əsas məsələdən bir qədər kənara çıxdıq. Bir daha qeyd edirəm ki, 1988-ci ildə Azərbaycanda 

xalq hərəkatı başlayanda hələ 60-cı illərdən Əbülfəz bəylə tanış olan, onun mübarizəsindən 

xəbərdar  olaraq  dəstəkləyən  adamlar  və  əsasən  gizli  təşkilatın  üzvləri  o  dəqiqə  xalq 

hərəkatına  qoşuldular.  Qısa  müddətdən  sonra  həmin  adamlar  əksər  rayonlarda  aparıcı 

qüvvəyə çevrilərək, hərəkata başçılıq etməyə başladılar. 

Beləliklə,  Azərbaycanda  uzun  illərin  əziyyəti  ilə  qurulmuş  mexanizm  işə  salındı.  Bu 

mexanizmdə  aparıcı  qüvvə  olan  həmin  adamlar  Əbülfəz  bəyin  Azərbaycan  xalq  hərəkatının 

lideri olduğunu bütün xalqa bəyan etdilər. 



İQTİDAR BÖLÜMÜNƏ ÖNSÖZ 

Bir məmləkətin padşahı ölkəni idarə edə bilmir. Məmləkət bütün sahələrdə günü-gündən geri 

qalmağa  başlayır.  Hər  yeri  rüşvət,  aclıq  və  səfalət  bürüyür.  Məmləkətdə  bir  qrup  adam  bir 

yerə yığılır və fikirləşir ki, bu vəziyyətə daha dözmək olmaz, padşahı devirmək lazımdır.

 

Yığışıb  çox  ağıllı  bir  adamın  yanına  məsləhətə  gedirlər.  Uzun  mübahisə  nəticəsində  padşah 



devrildikdən sonra onun məmləkətin padşahı olması barədə razılığa gəlirlər.

 

Aradan bir müddət keçəndən sonra köhnə padşahın yıxılmasında rolu olmuş adamlardan biri 



gəlir  ki,  məni  vəzir  vəzifəsinə  təyin  et.  O  birisi  gəlir  ki,  məndən  yaxşı  vəkil  olar.  Üçüncüsü 

gəlir ki, pul saymağı bacarıram, məni xəzinədar təyin et.

 

Nə isə, hərə bir vəzifə isfəyir və padşah görür ki, bunların istəklərini yerinə yetirmək mümkün 



deyil. Bir gün köhnə padşahın taxtdan salınmasında iştirak etmiş adamları saraya dəvət edir. 

Onlar  yığılandan  sonra  deyir  ki,  sizi  çağırmışam  ki,  bir  məsələnin  həllində  mənə  məsləhət 

verəsiniz. Mən istəyirəm ki, bu sarayın qarşı tərəfində bir məscid tikdirim.

 

Deyirlər ki, burada nə çətin iş var ki. Daşdı, qumdu, tökdür oraya, tikdir. Padşah soruşur ki, 



buraya yaxın heç yerdə nə daş, nə də qum yoxdıır.

 

Deyirlər ki, at, eşşək arabalarını göndər, gedib gətirsinlər.



 

Padşah  deyir:  yaxşı,  tutaq  ki,  atı,  esşəyi  göndərdim,  gedib  daş,  qum  gətirdilər  və  biz  bu 

məscidi tikib qurtardıq, axırda bəs o atı, eşşəyi neyləyim? Məscidin içinəmi yığım?

 

Deyirlər ki, ondan asan nə var? Burax, çıxıb getsinlər.



 

O zaman padşah deyir: "Elə isə, məndən nə istəyirsiniz? Haraya istəyirsiniz çıxıb gedin!".

 

 

 



 

 



İQTİDAR 

1992-ci  ilin  may  ayının  31-i  idi.  İsgəndərov  İsfəndiyar  (sonralar  Ləl-Cəvahirat  Fondunun 

direktoru) mənim iş yerimə gəldi və dedi ki, gedək bir, Bəyə baş çəkək. 

Mən dedim ki, neçə bilək ki, Bəy bu dəqiqə haradadır? 

Dedi ki, mən bilirəm, bu dəqiqə evdədir. Televiziyadakı çıxışından öncə istirahət edir. 

Həmin  gün  Elçibəy  Azərbaycan  Televiziyasının  birinci  proqramı  ilə  çıxış  edib,  sonra  da 

jurnalistlərin  suallarına  cavab  verəcəkdi.  Bu  cür  çıxışları  prezidentliyə  namizədlərin  hamısı 

edirdi, bu gün isə Əbülfəz bəyin növbəsi idi. 

Mənim iş yerim Elçibəyin yaşadığı evə çox yaxın idi, təxminən 300-400 metr arası vardı. 

Biz  Elçibəyin  yaşadığı  evə  getdik.  O,  böyük  qardaşı  Almuradın  evində  qalırdı. Evdə  bizi  cox 

mehribanlıqla qarşıladılar və böyük otağa dəvət etdilər. Az keçməmiş Bəyin özü də gəldi və 

bizim aramızda çox qısa söhbət oldu. O, televiziyada olan proqrama gecikə bilərdi. Ona görə 

də  evdən  birlikdə  çıxdıq.  Maşına  minərkən  mənə  dedi  ki,  saat  11.00-da  (23.00)  Prezident 

Aparatına gəl, səninlə işim var. 

Deyilən  vaxtda  mən  Prezident  Aparatının  3  No-li  giriş  qapısının  qabağında  oldum.  İlqar 

Qədirquliyev çölə çıxdı, məni çağırdı. Biz birlikdə üçüncü mərtəbəyə qalxıb bir kabinetə girdik. 

Sonralar mən bildim ki, bura Dövlət Katibi Pənah Hüseynovun kabineti imiş. Vaxtilə KP MK-

nin  II  katibi  olan  V.Polyaniçkonun  oturduğu  bu  kabinet  çox  geniş  və  rahat  idi.  Kabinetdə 

Elçibəydən  başqa  Sabit Bağırov,  Arif  Hacıyev,  Qabil  Məmmədov  və Qurban  Məmmədov  var 

idi. Mən hamı ilə görüşüb bir kənarda oturdum. 

Mən gələndən təxminən 20 dəqiqə sonra Daxili İşlər naziri İsgəndər Həmidov içəri girdi. O, 

içəri  girən  kimi  məni  gördü  və  mənə  çox  əyri-əyri  baxdı.  Həmin  anda  mən  İ.Həmidovun 

tabeçiliyində  olan  bir  polis  zabiti  idim  və onu  görən  kimi  mütləq  ayağa  durmalı  idim.  Lakin 

onun  baxışları  xoşuma  gəlmədi  və  özümü  elə  apardım  ki,  güya  onu  heç  görmürəm.  Bu  an 

Elçibəyin  nəzərindən  qaçmadı  və  ayağa  qalxaraq  İ.Həmidovun  qoluna  girib  mənim  yanıma 

gətirdi və dedi ki, 

"sizi tanış edim. Oktay bəy mənim çox əski dostumdur".

 

İ.Həmidov dedi ki, Bəy, Oktayla bizim yaxınlığımız yəqin ki, Sizinkindən daha qədim olar. Biz 



20 ildən çoxdur yoldaşlıq edirik. 

Həqiqətən də, İ.Həmidovla bizim çox yaxın münasibətimiz var idi. 20 ildən çox idi ki, biz tanış 

idik.  Bir-birimizə  həmişə  çox  hörmətlə  yanaşmışdıq.  Kabinetə  girəndə  onun  mənə  əyri-əyri 

baxmasının səbəbi də aydın idi. Yəni, Nazir dövlətin üçüncü şəxsinin kabinetinə girir və orada 

yaxın  günlərdə  dövlətin birinci  şəxsi  olacaq  adamla,  özünün  tabeçiliyində  olan  bir  zabiti  bir 

yerdə görür. 

Birdən  Elçibəy  hamıya  müraciət  edərək  soruşdu  ki, 

"Mühafizə  İdarəsinə  rəis  vəzifəsinə 

kimlərin namizədliyi var?".

 



Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə