Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə3/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   2   3   4   5   6   7   8   9   ...   21

işlərin  KQB  tərəfindən  törədildiyini  bilir,  lakin  bu  barədə  danışmağa  cəsarət  edən  çox  az 

tapılırdı. 

Əbülfəz  bəyin  dedikləri  artıq  öz  bəhrəsini  verməyə  başlamışdı.  KQB-nin  dəhşətli  xofuna 

baxmayaraq, bizim adamlardan bir çoxu (Dilsuz Mustafayev, Zabil İsayev, Vaqif Cəbrayılzadə 

və başqaları) buradan da alnı açıq çıxa bilmişdilər. 

MƏHKƏMƏ BÖLÜMÜNDƏN ƏVVƏL 

Belə  bir  əhvalat  danışırlar:  ikinci  dünya  müharibəsi  vaxtı  yazıçı  Əbülhəsəni  həbs  edirlər. 

Məhkəmənin nəticəsinin onun üçün ağır olacağı gözlənilir. Onun dostları, qohumları, yazıçılar 

Səməd Vurğunun yanına gedirlər və xahiş edirlər ki, məhkəmədə Əbülhəsənin ictimai vəkili 

olsun. Səməd Vurğun razılaşır.

 

Məhkəmə  başlayır  və  Səməd  Vurğun  məhkəmədə  çox  parlaq  bir  çıxış  edir.  Nəticədə 



Əbülhəsənin birbaşa məhkəmə zalından buraxılmasına nail olunur.

 

Məhkəmənin  uğurlu  nəticələndiyini  görən  dost-tanış  onların  hər  ikisini  götürüb  şadyanalıq 



keçirmək  üçün  bir  yerə  getmək  istəyirlər.  Bu  zaman  baxıb  görürlər  ki,  hamı  bu  hadisəyə 

sevinir, təkcə Əbülhəsən qaş-qabağını sallayıb.

 

Ondan soruşurlar ki, hamı sənə görə sevinir, sən niyə qaş-qabağını sallamısan?



 

O, Səməd Vurğunu göstərərək deyir ki, siz elə bilirsiniz ki, o məni qurtarmaq isləyirdi və ya 

vecinə idi ki, ora məhkəmədir? O, sadəcə orada çoxlu adam görüb ideyalarını təbliğ etməklə 

məşğul idi.

 

 

MƏHKƏMƏ



 

 

Əbülfəz bəyin məhkəmə prosesi 1975-ci ilin may ayının ortalarında başladı. Proses təxminən 



20-25 gün davam etdi. Məhkəmə prosesi Ali Məhkəmənin binasında 3-cü mərtəbədə yerləşən 

kiçik bir zalda gedirdi. Zal cəmi 25-30 adam tuturdu və ona görə də ardıcıl olaraq məhkəməni 

izləmək mümkün olmurdu. İclaslar gündə iki dəfə səhər saat 10.00-da və günortadan sonra 

saat  15.00-da  başlayırdı.  İçəri  girmək  istəyən  gərək  çox  əvvəlcədən  qapının  ağzında  özünə 

yer tutaydı ki, qapı açılan kimi içəri girə bilsin. 

Mənim iş yerim çox yaxında olduğuna görə, daima orada olurdum və bir neçə dəfə zala girə 

bildim.  İçəri  girə  bilməyən  ən  azı  150-200  nəfər  bayırda,  Səməd  Vurğun  küçəsində  Ali 

Məhkəmə  binasının  qarşısında  olan  kiçik  bağa  toplaşır  və  məhkəmə  iclasının  sonuna  qədər 

gözləyirdilər. 

Məhkəmə  prosesində  mənə  təsir  etmiş  və  ola  bilsin  ki,  başqa  heç  kimin  də  diqqətini  cəlb 

etməmiş bir neçə epizod haqqında yazmaq istəyirəm. 



Uzun  və  ensiz  bir  zalda  gedən  məhkəmə  iclaslarında  yuxarı  başda  hakim  (prosesə  Ali 

Məhkəmənin o zamankı sədr müavini Həsən Əliyev çıxmışdı) və iki iclasçı (35-40 yaşlarında 

bir  qadın  və  bir  kişi)  otururdu.  Hakimlərdən  sağ  tərəfdə  prokuror 

Yəmən  Yusifov

  otururdu. 

Sol tərəfdə vəkil və vəkildən sonra müttəhimlər kürsüsündə Bəy otururdu Bəydən sonra zalda 

kiçik  bir  boş  sahə  var  idi  ki,  orada  əsgərlər  dururdu.  Zalın  qalan  hissəsində  içəri  girməyi 

bacaran  adamlar  otururdular.  Bəy  elə  otururdu  ki,  üzü  məhkəmə  üzvləri  ilə  prokurorun 

arasındakı boşluğa tərəf olurdu. Və məhkəmə zalının adamlar oturan hissəsini, demək olar ki, 

görmürdü. 

Mən  bir  neçə  dəfə  zaldan  çıxan  zaman  Bəyin  yanına  çatanda  ayaq  saxladım  ki,  ona  salam 

verim. Lakin bu mümkün olmadı. Çünki o mənə baxmadı, əsgərlər də məni tələsdirib zaldan 

çıxartdılar. 

Sonralar mən Bəydən bu oturuşunun səbəbini soruşdum. O dedi ki, qəsdən elə otururdum. 

Qorxurdum ki, zalda oturan tanış-bilişi, qohumları görüb kövrələm və ifadələrimi yumşaldam. 

Amma zaldan çıxanda hamını, hətta sənin dayandığını, nə isə demək istədiyini belə çox yaxşı 

görürdüm. 

Diqqəti  cəlb  edən  bir  başqa  məsələ  də  bu  idi  ki,  bütün  məhkəmə  prosesi  ərzində 

(ittihamnamənin  oxunması,  prokurorun  çıxışı  və  hökmün  oxunuşu  xaric)  prokuror,  hakim, 

iclasçılar və vəkil Əbülfəz bəyə müraciət edəndə, yaxud hər hansı bir sual ilə əlaqədar Bəyin 

adını çəkməli olanda, heç  vaxt  "müttəhim"  (məhkəmələrdə  məcburi qəbul olunmuş termin) 

kəlməsini işlətmirdilər. Onlar Əbülfəz bəyin adını çəkməli olanda ona ya müəllim, ya da Əliyev 

deyə  müraciət  edirdilər.  O  dövr  üçün  ən  qəribəsi  də  bu  idi  ki,  həm  prokuror,  həm  də 

məhkəmə  heyəti  elə  bil  özlərini  Bəyin  qarşısında  günahkar  sayırdılar.  Onların  bu  prosesdə 

əzab çəkdikləri, vicdanları ilə mübarizə apardıqları açıq-aydın hiss olunurdu. 

Hətta  bir  dəfə  prokuror  Yəmən  Yusifov  özünü  saxlaya  bilmədi.  Şahid  qismində  dindirilən 

Universitetin  Şərqşünaslıq  fakültəsinin  müəllimi  Ağadadaş  (soyadı  yadımda  deyil)  ifadə 

verirdi. O, ibtidai istintaq zamanı KQB-də verdiyi ifadəni tam təsdiq edərək Bəyi, tələbələrin 

beynini  pozmaq  və  digər  bu  kimi  məsələlərdə  günahlandırdı.  Sonra  prokuror  ona  bir  sual 

verərək soruşdu ki, Ağadadaş müəllim, Sizin cavablarınızdan bu nəticəyə gəlmək olar ki, Siz 

Əliyevi tam günahkar hesab edirsiniz və onun cəzalandırılmasını istəyirsiniz. 

O,  cavab  verdi  ki,  bəli  mən  belə  hesab  edirəm  ki,  Əbülfəz  müəllim  günahkardır  və  mütləq 

cəzasını çəkməlidir. 

Prokuror  qəflətən  çox  əsəbi  şəkildə  ona  dedi  ki,  "Müəllimin  günahı  ondadır  ki,  sənin  kimi 

adamlarla yoldaşlıq edib" və bir anlıq pauza verdi. Sözün həqiqi mənada deyildiyini hiss edən 

zalda o dəqiqə xoş bir uğultu əmələ gəldi. Əgər bu pauza bir qədər də davam etsə idi, yəqin 

ki, zal prokuroru alqışlamağa başlayacaqdı. Amma prokuror çox təcrübəli adam idi. O, zalda 

KQB-dən adamlar olduğunu və prosesin diqqətlə izləndiyini çox gözəl bilirdi. Ona görə də bir 

az  da  dayandıqdan  sonra  cümləsini  tamamladı  və  dedi  ki,  əgər  sənin  kimi  adamlarla  deyil, 

daha vicdanlı adamlarla yoldaşlıq etsə idi, onlar vaxtında onu bu yoldan döndərərdilər və o bu 

gün bu qara kürsüdə oturmazdı. Bu gün Müəllimi bu qara kürsüdə oturdan sən və sənin kimi 

adamlardır. 




Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə