Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə7/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   2   3   4   5   6   7   8   9   10   ...   21

Cavablardan  aydın  oldu  ki,  bu  vəzifəyə  iki  nəfərin  (Qabil  Məmmədovun  və  Ənvər 

Əhmədovun) namizədliyi var. 

Elçibəy dedi  ki, bir namizəd də mən verirəm.  Yanımızda oturan  Oktay  bəyin də namizədliyi 

haqqında fikirləşin. 

Bu zaman İ.Həmidov dedi ki, Qabil Məmmədovu mənə verin, o mənə lazımdır. 

Yüngül müzakirədən sonra mənim Mühafizə İdarəsinə rəis təyin olunmağımı məqsədə daha 

uyğun gördülər. Pənah Hüseynov isə hüquq məsələləri üzrə dövlət müşaviri İxtiyar Şirinovu 

yanına çağırdı və ona dedi ki, biz Oktay bəyin Mühafizə İdarəsinə rəis təyin olunması qərarına 

gəldik. İndi onunla danış, işin texniki tərəfıni həll etmək üçün nə lazımdırsa, onu elə. 

İ.Şirinovla bizim uzun müddət idi ki, yaxın münasibətimiz var idi. O da bu məsələyə müsbət 

münasibətini bildirərək dedi ki, mən də Oktay bəyi çox yaxşı tanıyıram və belə hesab edirəm 

ki, onun Mühafizə İdarəsinə rəis təyin olunması çox düzgün qərardır. 

Sonra mənə dedi ki, sabah saat 10.00-da mənim yanımda ol, sənin təyin olunma məsələnlə 

məşgul olaq. 

Bu sözlərdən sonra orada bugünlük mənə aid bir iş olmadığını görüb, icazə alaraq, hamı ilə 

xudahafizləşib çıxdım. Səhərisi gün saat 10-da mən İ.Şirinovun kabinetində idim. O, mənim 

təyinim  haqqında  olan  fərmanı hazırladı  və lazımi imzaları topladıqdan sonra  mənə  dedi ki, 

səni artıq təbrik etmək olar. İndi sən burada gözlə, aparım İsa bəy də fərmana qol çəksin, 

get işə başla. 

Həmin dövrdə İsa Qəmbər Azərbaycan Ali Sovetinin sədri idi və prezident səlahiyyətlərini icra 

edirdi. 

İxtiyar  Şirinovun  qayıtmağı  bir  saatdan  çox  çəkdi.  O,  içəri  girən  kimi  gördüm  ki,  əhvalı  bir 

qədər  korlanıb.  Mənə  dedi  ki,  sənin  məsələn  bir  qədər  ləngiyir.  Get  gözlə,  mən  özüm  səni 

çağıracağam. 

Bu hadisədən on gün sonra iş yerinə mənim yanıma Kamil Vəliyevlə Vaqif Hüseynov gəldilər 

və Kamil bəy mənə dedi ki, Bəy xəbər göndərib, yaxın dostları evə çağırıb. Deyib ki, ola bilər 

sonra  bu cür imkanlarımız  olmasın.  O  zaman  Elçibəyin  seçkidə qalib  gələcəyi  artıq  kimsədə 

şübhə doğurmurdu. 

Axşamüstü idi və biz birlikdə Elçibəyin yaşadığı evə getdik. Orada bizdən başqa da qonaqlar 

var idi. 

Biz təxminən on nəfər idik və səhərə qədər oturub söhbət etdik. Əski günləri yada saldıq və 

hansı  məsələdən  söhbət  düşürdüsə,  orada  mütləq  yada  rəhmətlik  Vidadi  Məmmədov 

düşürdü. İlk yada düşən əhvalatlardan biri də aşağıdakı idi: 



70-ci  illərin  axırlarında  bir  yay  günü  idi.  Gəcə  saat  üçə  qalmışdı.  Kamil  Vəliyev,  Vidadi 

Məmmədov  və  mən  bulvarda  çayxanada  oturmuşduq.  O  zaman  səhərə  qədər  işləyən 

çayxanalar var idi. Vidadi dedi ki, gedək bir Bəyə baş çəkək. Kamil dedi ki, bu saat yatmış 

olar. Mən dedim ki, çətin yatsın. O bütün yazı-pozu işlərini gəcəyə saxlayır.

 

Biz maşına minib Bəyin yaşadığı evə gəldik. Qapını döydük. Qapını açan Bəyi biz gecə vaxtı 



üçün  çox  qeyri-adi  vəziyyətdə  gördük.  Yuxarıda  qeyd  etdiyim  kimi,  gecə  saat  üç  idi.  Bəyin 

əynində həmişəki kimi qara kostyum, ağ köynək və qalstuk var idi. Rəhmətlik Vidadi hamıyla 

zarafat  edərdi  və  o  yeganə  adam  idi  ki,  zarafatları  hamı  tərəfindən  qəbul  olunardı.  Bəyin 

geyimini görən Vidadi ona dedi ki, Bəy, belə görürəm prezident olmağa hazırlaşırsınız.

 

Həmin gecə, yəni 1992-ci ilin iyun ayının 12-dən 13-nə keçən gecə sabaha qədər biz keçmiş 



günləri yada saldıq, güldük, əyləndik. 

Səhər təzdən xudahafizləşib hərə öz işinə getdi. Bir neçə saat sonra Azərbaycan Dövlət Seçki 

Komissiyasınm  sədri  Cəfər  Vəliyev  televiziyada  çıxış  edərək,  Əbülfəz  bəyin  Azərbaycan 

Respublikasının  Prezidenti  seçilməsi  haqqında  Seçki  Komissiyasının  məlumatını  əhaliyə 

çatdırdı. 

İyun  ayının  17-də  Elçibəy  Milli  Məclisdə  düzənlənən  rəsmi  andiçmə  mərasimindən  sonra, 

Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladı. 

İyun ayının 28-də Yasamal rayon polis idarəsinin rəis müavini Çingiz Məmmədov mənə zəng 

edib dedi ki, sabah saat 10-da Prezident Aparatında İxtiyar Şirinovun yanında olmalısan. 

Ayın 29-u saat 10-da İ.Şirinov məni qəbul edib dedi ki, sən hələlik mühafizə idarəsində rəis 

müavini kimi işə başlamalısan. Prezident bu cür qərara gəlib. Sənin fikrin nədir? 

Mən dedim ki, Prezident necə məsləhət bilir, elə olsun. 

Bu  qısa  söhbətdən  sonra  İ.Şirinov  mənim  təyin  olunmam  üçün  lazım  olan  sənədləri  və 

imzaları  toplamağa  başladı.  Sərəncam  hazırlandı  və  təxminən  saat  üçü  bir  az  keçmiş 

Prezident tərəfindən imzalandı. İ.Şirinov idarənin rəisi general Vaqif Axundovu yanına çağırıb 

məni təqdim etdi. Mən həmin gündən işə başladım. İlk öncə idarənin əsasnaməsi, strukturu 

və vəzifə bölgüsü ilə tanış oldum. Mənə aydın oldu ki, təyin olunduğum vəzifə bölgüyə görə, 

ancaq  inzibati  binaları, evləri, istirahət  yerlərini və  qarajları mühafizə edən  polis  nəfərlərinə 

nəzarət  etməlidir.  Ona  görə  də  Prezidentin  yaxın  mühafizəsi  ilə  bağlı  məsələlər  və  səfər 

zamanı Prezidenti müşayiət etmək mənim vəzifəmə aid deyildi. 

Mən  də  təyin  olunduğum  vəzifəyə  uyğun  olaraq,  sakitcə  öz  işimlə  məşgul  olur,  inzibati 

binaları,  qarajları,  istirahət  evlərini  gəzir,  mühafizə  nöqteyi-nəzərindən  müayinə  edir  və 

çatışmamazlıqları aradan qaldırmaq üçün tədbirləri görürdüm. 

Təxminən bir ay mənim işim bu şəkildə davam etdi və bir şənbə günü Prezidentin köməkçisi 

rəhmətlik Gülşad Zərbəliyev mənə zəng etdi və dedi ki, Prezident səni çağırır, tez iqamətgaha 

gəl. Mən cəld iqamətgaha getdim. 




Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə