Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə10/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

Mən gəlib çatanda artıq işin əsas hissəsi qurtarmışdı. Vaqif Axundov qəbul otağına gələn kimi 

qadını Mühafizə İdarəsinə aid otağa dəvət edir, ondan soruşur ki, siz kimsiniz və burada nə 

edirsiniz? 

Qadın cavab verir ki, vətəndaşam, qəbula gəlmişəm. 

- Kimin qəbuluna gəlmisiniz? - Dövlət katibi Pənah Hüseynovun. 

- Niyə Pənah Hüseynovun? Yəni sizin probleminiz o qədər böyükdür ki, o işlə mütləq Dövlət 

katibi məşgul olmalıdır? 

Qadın  cavab  verir  ki,  o  məni  çox  yaxşı  tanıyır.  Biz  Universitetdə  bir  yerdə  oxumuşuq.  Mən 

bilirəm ki, bir tələbə yoldaşı kimi o mənə mütləq kömək edər. 

Bu  vəziyyətdə  Axundov  ona  deyir  ki,  elə  isə  gəlin  mən  Sizi  P.Hüseynovun  yanına  aparım. 

Zəng etməyə ehtiyac yoxdur. 

Əvvəlcədən  böyük  müfəttişi  P.Hüseynovun  yanına  göndərir  və  xahiş  edir  ki,  Pənah  bəy  iki 

nəfər  adam  çağırsın,  çıxıb  onlarla  birlikdə  vestübüldə  dayansın.  Sonra  qadınla  birlikdə 

Prezident  Aparatına  girərək  3-cü  mərtəbəyə  qalxır.  Vestübüldə  iki  nəfərlə  dayanıb  söhbət 

edən  P.Hüseynovun  yanından  iki  dəfə  o  yan-bu yana  keçəndən  sonra  qadından  soruşur ki, 

sənin tələbə yoldaşın kim idi. Qadın deyir ki, P.Hüseynov. 

Axundov soruşur ki, bəs niyə tələbə yoldaşına salam vermirsən? 

Qadın deyir ki, hanı, apardınız ki yanına, salam da verim? 

O zaman Axundov deyir ki, P.Hüseynov o dayanan adamdır və iki dəfə səninlə onun yanından 

keçmişik. Sonra Pənah bəy onları kabinetə dəvət edərək Axundova deyir ki, mən bu qadını 

birinci dəfədir ki, görürəm. Aparın qanun necə tələb edirsə, o cür hərəkət edin. 

Bu vaxt mən də gəlib çatdım. Biz qadını yenidən aşağı otağa gətirdik. Sonra Səbayıl Rayon 

Polis  İdarəsindən  əməliyyat  qrupu  çağırdıq.  Əməliyyatçılar  gələndən  sonra  qadının 

çantasından  430,000  rubl  pul  (o  zaman  üçün  çox  böyük  məbləğ  idi),  bir  bıçaq,  bir  yekə 

alışqan, tapança, Prezident Aparatının qəbul otağına aid vizit kartları çıxdı. 

Qadını əməliyyatçılar təzə dindirməyə başlamışdılar ki, iki nəfər zərərçəkən öz ayağı ilə gəlib 

çıxdı.  Əməliyyatçılar  hadisəni  protokollaşdırıb,  qadını  və  zərər  çəkənləri  də  götürüb  Səbayıl 

Rayon Polis İdarəsinə getdilər. 

Aslanova  familiyalı  bu  qadın  ilə  əlaqədar  qəbul  otağı  üzərindəki  nəzarəti  bir  neçə  gün 

saxladıq. Bu müddət ərzində daha 17 nəfər zərərçəkəni müəyyənləşdirib Səbayıl Rayon Polis 

İdarəsinə təhvil verdik. 

Yuxarıda  birillik  Elçibəy  iqtidarı  dövründə  baş  vermiş  onlarca  bu  kimi  hadisələrdən  müxtəlif 

istiqamətli  ikisi  haqqında  məlumat  verdim.  Buraya  çörək  mağazaları  və  avtobuslara  pul 

verilərək xüsusi tapşırıqlarla göndərilən yaşlı adamlarla bağlı misalları, Elçibəyə qarşı Gəncə, 




Tərtər rayonlarında düzənlənən sui-qəsd cəhdini, Gəncədə baş vermiş Tamara məsələsini (bu 

barədə daha sonra geniş məlumat verəcəyəm) və bu kimi onlarla məsələni daxil etmək olar. 

Bütün bu hadisələr eyni mərkəzdə planlaşdırılır, Elçibəy iqtidarını əhalinin gözündən salmaq, 

onların  dövləti  idarə  etməyə  layiq  olmadıqlarını,  səriştəsiz  olduqlarını  sübut  etməyə  xidmət 

edirdi. 

Eyni zamanda iqtidarın bütün sahələrində olan həqiqi uğurlar onları daha da quduzlaşdırır və 

daha  da  ağır  tədbirlərə  əl  atmağa  vadar  edirdi.  Ən  dəhşətlisi  isə  orası  idi  ki,  bütün  bu 

düşməncəsinə  qurulan  tədbirlərdə  təkcə  Rusiya  və  İran  kəşfiyyatı  tərəfindən  yönəldilən 

təşkilatlar və mətbuat deyil, özünü tam demokratik qüvvə və hətta ana müxalifət elan edən 

partiyanın adamları da iştirak edirdi. 

Bir  şey  həqiqətdir  ki, Elçibəy  iqtidarında hakimiyyətin  əvvəlində bir neçə  səriştəsiz  kadr var 

idi.  Lakin  bir  neçə  aydan  sonra  bu  adamlara  və  ümumiyyətlə  iqtidara  səriştəsiz  demək 

mümkün  deyildi.  Çünki  hakimiyyətin  bütün  strukturları  artıq  normal  şəkildə  işləməyə 

başlamışdı.  Üstəlik,  bu  iqtidarın  kadrlarının  əksəriyyəti  çox  namuslu  adamlar  idi,  özünü 

büsbütün millətə həsr etmişdi. Mən belə hesab edirəm ki, hətta səriştəsiz belə olsa, namuslu, 

vətənpərvər bir iqtidar çox səriştəli, lakin millət haqqında yox, ancaq özü haqqında düşünən, 

öz  şəxsi  mənafeyini  hər  şeydən  üstün  tutan  bir  iqtidardan  min  dəfə  xeyirlidir.  Mənim  bu 

fikrimi yaşadığımız son beş il çox açıq şəkildə sübut etdi. 

1992-ci  il  oktyabr  ayının  28-də  Azərbaycan  Respublikasının  Prezidenti  Əbülfəz  Elçibəyin 

Türkiyə  Cumhuriyyətinə  səfəri  başladı.  Səfər  iki  mərhələdən  ibarət  idi.  Birinci  mərhələdə 

oktyabr  ayının  28-dən  31-nə  kimi  Türkiyənin  paytaxtı  Ankara  şəhərində  Türk  Dövlətlərinin 

Zirvə  Toplantısı  keçiriləcəkdi.  Bütün  Türk  cumhuriyyətlərinin  dövlət başçılarının  iştirak  etdiyi 

bu Zirvə Toplantısı həm də əlamətdar bir günə, Türkiyə Cumhuriyyətinin qurulmasının 69-cu 

ildönümünə  təsadüf  edirdi.  Qonaq  gələn  bütün  nümayəndə  həyətləri  də  bu  bayram 

təntənələrində iştirak edirdi. 

Səfərin ikinci mərhələsi oktyabr ayının 31-dən noyabr ayının 4-nə kimi Azərbaycan Prezidenti 

Əbülfəz Elçibəyin Türkiyə Cumhuriyyətinə rəsmi səfərindən ibarət idi. Əvvəlcədən qeyd edim 

ki,  bütün  səfər  boyu  Türkiyə  Cumhuriyətinin  VIII  Cumhurbaşkanı  rəhmətlik  Turqut  Özal 

Elçibəyi şəxsən müşayiət edirdi. 

Səfərin proqramı çox qısa idi və biz həddən artıq çox işləməli olurduq. Türkiyə vətəndaşlarının 

Elçibəyə olan sevgisi və marağı bizi daha çox işlməyə vadar edirdi. Çünki getdiyimiz hər yerdə 

o dəqiqə çoxlu adam toplanırdı. Hamı onu yaxından görmək, səsini eşitmək, ona toxunmaq 

istəyirdi. 

Səfər haqqında geniş yazmaq istəmirəm. Niyyətim səfərlə bağlı bir neçə hadisəni nəzərinizə 

çatdırmaqdır. 

28  oktyabr  1992-ci  ildə  saat  15-də  biz  Bakı  hava  limanından  qalxıb  saat  15.30-da 

(Azərbaycanla Türkiyə .arasında iki saat vaxt fərqi vardı) Ankara hava limanında yerə endik. 



Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə