Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə11/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

Ankara  hava  limanında  Azərbaycan  Prezidenti  Əbülfəz  Elçibəyi  qarşılamaq  üçün  Türkiyə 

Cumhuriyyətinin Cumhurbaşkanı Turqut Özalın başçılığı ilə nümayəndə heyəti gəlmişdi. Hava 

limanının həm içərisində, həm də eşiyində həddindən çox adam var idi. Rəsmi mərasimdən 

sonra Elçibəy Turqut Özalla vertolyota minib Çankayaya getdilər. Çankaya Ankara şəhərinin 

bir  rayonudur  və  bu  rayonun  ərazisində  hasara  salınmış  böyük  bir  yer  var.  Türkiyə  dövlət 

başçılarının hakimiyyətdə olduqları dövrdə həm yaşayış, həm də iş yerləri bu ərazidə yerləşir. 

Biz nümayəndə heyətinin qalan üzvləri ilə maşınlara minib şəhərə tərəf yola düşdük. Sondan 

ikinci durmuş maşına mən, Vaqif Axundov və Ədalət Məmmədov minmişdik. Hava limanından 

yola  çıxan  kimi  ora  toplaşan  adamlar  bizim  maşını  saxladılar  və  bir  neçə  qoyunu  maşının 

qabağına  çəkib  qurban  kəsmək  istədilər.  Maşının  içərisinə  baxan  adamlardan  biri  qəflətən 

qışqırdı  ki,  saxlayın,  kəsməyin,  Elçibəy  bu  arabada  yoxdur.  Sonra  bizim  maşını  buraxıb 

növbəti maşını saxladılar. Biz bir qədər gedəndən sonra gördük ki, buraya Elçibəyi qarşılamaq 

üçün çox böyük bir izdiham toplanmışdır. 

Bizi Ankaranın mərkəzində yerləşən "Hilton" otelində yerləşdirdilər. Proqram çox sıx idi. Nəfəs 

almağa belə imkanımız yox idi. 

Ayın  30-u  axşam  Cumhurbaşkanı  mərhum  Turqut  Özal  qonaq  gəlmiş  dövlət  başçılarının 

şərəfinə  ziyafət  verəcəkdi.  Mən  bir  az  xəstə  olduğuma  görə,  bu  tədbirə  getməyib  oteldə 

qaldım.  Oktyabr  ayının  28-dən  31-nə  kimi  bizim  qaldığımız  "Hilton"  hotelində  almanların 

"Bavariya"  pivə  bayramı  keçirilirdi.  Hotelin  girişindən  sağ  tərəfdə  böyük  bir  zal  vardı  və 

almanlar bayramı orada keçirirdilər. Onların qonaqları əsasən 25 yaşına qədər olan cavanlar 

olurdular. Ayın 30-da isə bayrama həddindən çox cavan toplanmışdı. 

Bizim  nümayəndə heyəti  Turqut  Özalın  verdiyi  ziyafətdən  təxminən  saat  20-də dönməli idi. 

Bu barədə də mənə 20-25 dəqiqə öncə telsizlə (ratsiya ilə) xəbər verəcəkdilər. Mən Türkiyə 

tərəfindən Elçibəyin mühafizəsində iştirak edən Şenolla bərabər birinci mərtəbədə vestibüldə 

oturmuşdum. Gecə saat 11.30 idi. Pivə bayramından çıxan cavanlar vestübülə toplaşıb oteli 

tərk etmirdilər. Onların sayı təxminən 150-200 nəfər idi. Əksəriyyəti içmiş vəziyyətdə idi. Mən 

narahat  olmağa  başladım  və  Şenola  dedim  ki,  bizim  tədbirlərdə  iştirak  edən  polisləri  çağır, 

onlara  təlimat  verək  ki,  vestübülü  boşaltsınlar,  bir  qədər  sonra  Elçibəyin  otelə  dönməsi 

gözlənilir.  O,  cavab  verdi  ki,  bura  demokratik  bir  dövlətdir.  Bu  adamlar  da  bu  dövlətin 

vətəndaşlarıdırlar  və  heç  kim  onlara  "buradan  çıxın  gedin"  deyə  bilməz.  Qətiyyən  narahat 

olma, bizim adamlar öz işlərini bilirlər və hər şey öz qaydasında olacaq. 

Bizim  bu  danışığımızdan  təxminən  20  dəqiqə  sonra  Elçibəy  və  onu  müşayiət  edən  şəxslər 

otelə gəldilər. O, otelə girən kimi vestübüldə toplanmış cavanlar arasında qaynaşma başladı. 

Onlar  "Elçibəy,  Elçibəy"  deyə  qışqırıb  əl  çalmağa  başladılar.  Bu  mənzərəni  görən  Elçibəy 

həmin cavanlara tərəf gedərək, onların içərisinə girdi. Bu anda Elçibəyin ətrafını sarmış cavan 

oğlanlar  və  qızlar  sevinc  içərisində  qışqırmağa  başladılar.  Hamı  çaş-baş  qalmışdı.  Türkiyə 

Cumhuriyyətindən  olan  mühafizəçilər  də  özlərini  itirmişdilər.  Biz  çox  çətinliklə  Prezidenti 

onların arasından çıxara bildik. 




Elçibəy  yuxarı,  öz  iqamətgahına  qalxan  kimi,  təxminən  bir  neçə  dəqiqənin  içində  həmin 

cavanlar  da  dağılıb  getdilər  və  biz  başa  düşdük  ki,  bunlar  Elçibəyin  gələcəyini  bilib  onu 

gözləyirmişlər. 

Noyabr ayının 2-də bizim heyətə Türkiyə Prezidenti T.Ozal da kiçik bir heyətlə qatıldı və biz 

"Boing" markalı uçaqla Ankara-Kayseri-İzmir marşrutu ilə hərəkətə başladıq. 

Protokola  görə,  biz  Kayseri  hava  limanında  yerə  enməli,  18  km.-lik  məsafəni  qət  edərək 

Kayseri Universitetinə getməli, orada Elçibəyə universitetin fəxri elmlər doktoru adı verilməsi 

ilə  əlaqədar  təşkil  olunmuş  tədbirdə  iştirak  etməli  idik.  Tədbir  başa  çatdıqdan  sonra  hava 

limanına  dönərək,  İzmir  səhərinə  uçmalı  idik.  Bütün  bu  tədbirin  keçirilməsi  üçün  protokola 

görə  2  saat  vaxt  ayrılmışdı.  Bəri  başdan  onu  da  qeyd  edim  ki,  təkçə  hava  limanından 

Universitetin  binasına  qədər  olan  məsafəni  qət  etməyə  2  saatdan  çox  vaxt  sərf  etdik.  500 

000-ə yaxın əhalisi olan Kayseri şəhərində həmin gün Elçibəyi qarşılamağa şəhərin əhalisinin 

sayından 2 dəfə çox adam çıxmışdı. Hava limanından Universitetin binasına qədər olan bu 18 

km.-lik  yolda  adam  əlindən  tərpənməyə  imkan  yox  idi.  Demək  olar  ki,  hər  50  metrdən  bir 

Elçibəyin və rəhmətlik  T.Özalın  mindiyi maşın  saxlanılır  və qurban  kəsilirdi.  Mühafizə işçiləri 

maşını mühasirəyə alaraq piyada, bəzən də qaçaraq gedirdilər. Onlarla öküz, dana, yüzlərlə 

qoyun qurban kəsilirdi Əbülfəz Elçibəyin ayaqları altında. 

Kaysəri səhərinə yaxın bölgələrdən gəlmiş çox sayda adamlar əllərində yaşadıqları şəhərlərin 

adları  olan  və  Elçibəyi  salamlayan  plakatlar  tutmuşdular.  Yozgat,  Niğde,  Adana,  Nevşehir, 

Sivas, Malatya və Aksaray şəhərlərinin adları olan plakatlar daha çox idi. 

Kök, ağır adam olmasına baxmayaraq, rəhmətlik T.Özal da bu yolu maşının içində, ayaq üstə 

duraraq  getməyə  məcbur  oldu.  Özümü  nə  qədər  saxlamağa  çalışdımsa,  mümkün  olmadı. 

Universitetin giriş qapısının ağzında Elçibəylə bizim baxışlarımız toqquşdu. Hiss etdim ki, onun 

gözləri dolub, özünü zorla saxlayır. Mən isə gözlərimdəki sevinc yaşlarını saxlaya bilmirdim. 

Biz Universitetin akt zalına daxil olduq. 

Orada  olan  adamlardan  soruşdum  ki,  Kayserinin  əhalisindən  çox  bu  qədər  adam  buraya 

haradan yığışıb? 

Dedilər  ki,  bir  neçə  gündür  Elçibəyin  bu  gün  buraya  gələcəyi  məlumdur.  Ona  görə  əlraf 

şəhərlərdən və kəndlərdən onu qarşılamaq üçün buraya yığılıblar. 

Universitetin akt  zalında  ayaq  üstə durmağa yer  yox  idi.  Əvvəlcə  Universitetin rektoru  çıxış 

edərək, fəxri doktor diplomunu Elçibəyə təqdim etdi. Sonra isə Elçibəy və Turqut Özal çıxış 

etdilər. 

Bir məsələni qeyd edim ki, Elçibəyin Kayseri Universitetində etdiyi çıxış mənim indiyə qədər 

eşitdiyim ən güçlü çıxışlardan biri idi. 

Mərasim  bitdikdən  sonra  hava  limanına  tərəf  yola  düşdük  və  gələndə  bizi  qarşılayan  xalq, 

gədəndə də həmin şəkildə yola saldı. 




Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə