Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə8/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

Əbülfəz  bəy  məni  çox  mehribanlıqla  qarşıladı.  İqamətgahın  həyətində  bir  neçə  çox  yüksək 

vəzifəli  şəxs  olmasına  baxmayaraq,  o  mənimlə  qucaqlaşıb  öpüşdü  və  hamıya  elan  etdi  ki, 

Oktay bəy mənim 30 illik dostumdur. 

Sonra  kənara  çəkilib  bir  qədər  söhbət  etdik.  O,  soruşdu  ki,  bəs  sən  hardasan,  niyə  heç 

görünmürsən? 

Cavab verdim ki, vəzifə bölgüsünə görə hərəkət edirəm və inzibati binalara, evlərə və bu kimi 

yerlərə nəzarət edirəm. 

O dedi: səni ona görə buraya gətirmişəm ki, daima mənim yanımda olasan. Gedin sənədlərdə 

lazımi dəyişiklikləri edin. Bundan sonra sən, daima mənim yanımda olmalısan. 

Bizim aramızda keçən bu söhbəti Mühafizə İdarəsinin rəisi Vaqif Axundova da dedim və biz işi 

Prezidentin istədiyi kimi planlaşdırdıq. 

Oktyabr  ayının  9-da  Bakı  şəhərində  Azərbaycan  Ordusunun  yaranmasının  ildönümü 

münasibəti ilə hərbi parad keçirildi. O zaman Rəhim Qazıyev sürətlə Müdafiə Nazirliyini vaxtilə 

xalq  hərəkatının  əleyhinə  Moskvanın  tərəfində  olmuş  adamlarla  doldurmağa  başlamışdı. 

Paradın hazırlanması və keçirilməsində yaxından iştirak edən bu şəxslərdən hər şey gözləmək 

olardı.  Hər  cür  gözlənilməz  hadisənin  qarşısını  almaq  üçün,  biz,  lazımi  profilaktik  tədbirlər 

hazırlamışdıq. 

Bəzi  xarici  dövlətlərin  nümayəndələrinin  də  iştirak  etdiyi  hərbi  parad  çox  yüksək  səviyyədə 

keçdi. 

Paraddan  sonra  Elçibəy  qonaqları  aşağıda  hazırlanmış  çay  masasına  dəvət  etdi.  Cəld  çölə 



çıxanda gördüm ki, mühafizə işçilərindən biri sürətlə mənə tərəf gəlir. Mənə çatan kimi dedi 

ki, meydan adamla dolub, prezidenti tələb edirlər. Mən tez tribunaya qalxdım və anlaşılmaz 

bir  vəziyyət  gördüm.  Beş  dəqiqə  əvvəl  bom-boş  olan  meydan  tam  əvvəlki  illərin  mitinqləri 

kimi ağzına qədər dolu idi. 

Sonra məlum oldu ki, adamlar paradı izləmək üçün meydanın hər tərəfinə yığılmış və parad 

bitən kimi meydana dolmuşlar. 

Mən  aşağı  düşüb  vəziyyət  haqqında  Prezidentə  məruzə  etdim.  O,  cəld  ayağa  qalxaraq, 

qonaqlardan beş dəqiqəlik üzr istəyib yuxarı qalxdı. Meydanı doldurmuş xalq onu çox böyük, 

sevinclə qarşıladı. 

Elçibəy bir neçə dəqiqə çıxış edəndən sonra meydana yığılmış adamlardan üzr istəyib aşağı, 

qonaqların yanına endi. 

Mən  ilk  dəfə  idi  ki,  xalqın  öz  rəhbərinə  olan  böyük  sevgisinin  şahidi  olurdum.  Sanki  şoka 

düşmüşdüm. Sonralar uzun müddət bu səhnənin təsiri altında oldum. 



1992-ci il sentyabr ayının 2-ci yarısında dünyanın böyük siyasətçilərindən biri olan Marqaret 

Tetçer Bakıya iki günlük səfərə gəldi. Prezident bu səfərə çox ciddi yanaşdı. Dəmir Ledinin bu 

səfərinin Azərbaycan üçün çox əhəmiyyətli olacağını deyirdi. Azərbaycan prezidenti Elçibəylə 

Tetçerin təkbətək görüşü üçün 40 dəqiqə vaxt nəzərdə tutulmuşdu. Ancaq görüş bir saat əlli 

dəqiqə  çəkdi.  Səhərisi  gün  saat  12-də  xanım  Tetçeri  iqamətgahından  yola  saldıq.  O,  əvvəl 

Bakı Şəhəri İcra Hakimiyyətində olan görüşdə iştirak edib, sonra hava limanına gedəcəkdi. 

İqamətgahdan yola salmazdan əvvəl mən Marqaret Tetçerin mühafizə rəisindən soruşdum ki, 

xanım Tetçer bizim ölkə və adamları haqqında nə fikirdədir? 

Cavab  verdi  ki,  aramızda  çox  geniş  söhbət  olmayıb.  Ancaq  bir  onu  dedi  ki,  bunların 

prezidentləri çox ağıllı adamdır. 

Tetçerin iqamətgahdan yola salınma mərasimini izləmək üçün gələn jurnalistlərin içində ANS-

in nümayəndələri Mirşahin və Vahid Naxış da vardı. Dəmir Ledi yola salındıqdan sonra onlar 

Prezidentdən  qısa  bir  müsahibə  üçün  icazə  istədilər.  Prezident  razılaşdı.  Müsahibənin 

mövzusu rəhmətlik Çingiz Mustafayevə Milli Qəhrəman adının verilməsi məsələsi ilə bağlı idi.

 

Müsahibə  bitdikdən  sonra,  Elçibəy  onlara  dedi  ki,  indi  də  mənim  sizinlə  söhbətim  var. 



Kameranı  bağlayın,  mənə  qulaq  asın.  Mən  bu  söhbəti  bir  prezident  kimi  yox,  sizdən  daha 

yaşlı  və  təcrübəli  bir  vətəndaş  kimi  etmək  istəyirəm  və  istəyirəm  ki,  mənim  məsləhətlərim 

haqqında fıkirləşəsiniz. Mənə dəfələrlə sizdən şikayət ediblər. Hətta sizin kanalın bağlanması 

haqqında da məsələ qaldırıblar. Mən buna razı olmamışam və heç vaxt da imkan vermərəm 

ki,  sizin  kanal  bağlansın.  Çünki  mən  sizi  Azərbaycanda  demokratik  jurnalistikanın  təməlini 

qoyan adamlardan sayıram və sizə gələcək Azərbaycanda jurnalistikanın inkişafının təməlini 

qoyacaq  adamlar  kimi  baxıram.  İndi  gələk  sizə  olan  məsləhətimə.  Öz  verilişlərinizdə  məni 

tənqid  edirsiniz  və  elə  adamları  ekrana  çıxardırsınız  ki,  o  adamın  özünün  səviyyəsi, 

Azərbaycan xalqının ümumi səviyyəsindən çox aşağıdır (Burada Elçibəy konkret adamın adını 

çəkdi).  Söhbət  konkret  məndən  getmir.  Siz  həmişə

 

fikirləşməlisiniz  ki,  biz  Azərbaycan 



prezidentini  tənqid  edən  material  hazırlayırıq.  Bu  tənqid  diqqət  mərkəzində  olacaq.  Bunu 

vətəndaşlar  izlədiyi  kimi,  xarici  dövlət  nümayəndələri  və  xarici  qonaqlar  da  izləyirlər. 

Respublika rəhbərini tənqid edən o adamın səviyyəsinə, danışığına baxan hər hansı bir şəxs 

bu respublikanın özü haqqında nə fıkirləşə bilər? Bu məsələlərə diqqət etməyi sizə məsləhət 

görürəm.

 

Əgər  məni  tənqid  etməyi  çox  istəyirsinizsə,  mənim  düşmənlərim  var,  gedin  onlardan 



müsahibə götürün. Məsələn, Ayaz Mütəllibova mən heç vaxt düşmən kimi baxmamışam, onu 

həmişə bu xalqın oğlu kimi saymış və hörmətlə yanaşmışam. Lakin o mənə özünün düşməni 

kimi  baxır.  Gedin  Moskvaya,  ondan  neçə  saatlıq  istəyirsinizsə  müsahibə  götürün.  O,  nə 

istəyirsə, qoyun mənim haqqımda danışsın və siz də gətirin öz proqramlarınızda verin.

 

Məsləhətimi  sizə  bir  daha  təkrar  edirəm.  Səviyyəsiz  adamları  ekrana  çıxardıb  Azərbaycan 



dövləti və onun rəhbərliyi haqda danışdırmayın.

 

Onların hər ikisi Elçibəyin fikri ilə razılaşdılar və xudahafizləşib getdilər.



 


Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə