Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə16/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   13   14   15   16   17   18   19   20   21

Dedim ki, Arif bəy, dövlətin ikinci şəxsi oradadır və siz bu məsələni birlikdə həll edin. 

Dedi  ki,  biz  cəhd  etdik,  bir  nəticə  alınmadı.  Sən  gör  bir  bəhanə  tapıb,  Elçibəyi  buradan 

uzaqlaşdıra bilərsənmi. 

Mən çox fikirləşdikdən sonra Prezidentə yaxınlaşıb ona belə bir təklif verdim. Dedim mən belə 

fikirləşmişəm ki, siz işçilərin bir qrupu ilə Cəbrayıla gedəsiniz. Mən qalan adamları da götürüb

gözləyərəm və lazım gələrsə biz də Füzulinin müdafiəçilərinə qoşularıq. 

O mənə dedi ki, mənə nağıl danışma və çalış ermənilər Füzuliyə girərlərsə, onda mənə də bir 

silah ayır. Mən burada axıra qədər döyüşəcəyəm. Saat səkkizin yarısında vəziyyətin tamamilə 

düzəldiyinə  əmin  oladuqdan  sonra  Elçibəy  Bakıya  yola  düşmək  haqda  göstəriş  verdi  və  biz 

yola çıxdıq. 

Biz  orada  olarkən  öyrəndik  ki,  Füzulinin  düşmən  əlinə  keçməməsinə  İsa  Qəmbərlə  Arif 

Hacıyevin qətiyyəti, üstəlik İcra Hakimiyyəti başçısının, Xalq Cəbhəsi sədrinin və xüsusilə də 

rayon polis söbəsi rəisi və əməkdaşlarının fədakarlqları nəticəsində nail olunub. 

Sonralar  İsa  Qəmbərin  bu  səfəri  barədə  həm  çox  hörmətim  olan  Arif  Hacıyevin,  həm  də 

Sülhəddin  Əkbərovun  fikirlərini  oxumuşam.  Mənə  ən  qəribə  gələn  odur  ki,  mətbuatda  dərc 

edilmiş  hər  iki  yazıda  prezident  Elçibəyin  də  Füzuliyə  gəlməsi  və  döyüşü  sonuna  qədər 

izləməsi barədə bir kəlmə belə yazılmayıb.

 

Qəribə də olsa o zaman Elçibəyin Füzulidə olması faktını Bakıda yaşayan bir füzulili dedi. O, 



Füzulinin işğalı ilə əlaqədar Prezident Aparatında təşkil olunmuş tele-şouda dedi ki, o zaman 

mən də Füzuliyə getmişdim. Elçibəy gəlib yeyib-içib geri qayıtdı. Əvvəla o adam yalan deyirdi 

və o zaman Füzuliyə gəlməmişdi. İkincisi, ona xatırlatmaq istəyirəm ki, döyüş gedən, bütün 

əhalinin  panikaya  düşərək  tərk  etdiyi  bir  yerdə  oturub  yeyib-içmək  də  böyük  bir  kişilik, 

mərdlik istəyir.

 

Son  olaraq,  adı  yadımda  olmayan  o  şəxsə  demək  istəyirəm  ki,  Elçibəy  hakimiyyətdən 



gədəndən  təxminən  üç  ay  sonra  Füzuli  ermənilər  tərəfindən  işğal  olunanda  niyə  gedib 

Füzulidə  oturub  yeyib-içmədi.  Bəlkə  də  ermənilər  yeyib-içməkdən  qorxub  geriyə 

çəkiləcəkdilər.

 

1993-cü  il  aprel  ayının  12-də  Orta  Asiyada  on  iki  günlük  səfərini  başa  vuran  Türkiyə 



Cümhuriyyəti Cümhurbaşqanı Turqut Özal Bakıya gəldi. Üç gün çəkən bu səfərdə rəhmətlik 

Turqut  Özal  protokolda  nəzərdə  tutulmuş  bütün  tədbirlərdə  iştirak  edərək  ayın  15-də  sağ-

salamat Ankaraya döndü. 

Mən ayın on yeddisində icazə alaraq, ailə işlərimlə bağlı Göyçaya getdim. Mən ora çatan kimi 

qardaşım Zakir dedi ki, bu dəqiqə televizorla xəbər verdilər, Türkiyənin Prezidenti Turqut Özal 

vəfat etdi. O dəqiqə maşına oturub Bakıya döndüm. 




Aprel ayının 19-da Prezident Elçibəy və onu müşayiət edən şəxslərlə dəfn mərasimində iştirak 

etmək üçün Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərinə uçduq. Prezidenti bu səfərdə 

Nəcəf Nəcəfov, Etibar Məmmədov və Rəsul Quliyev müşayiət edirdilər. 

Günortadan  bir  az  keçmiş  təyyarəmiz  Ankara  Esenboğa  hava  limanında  yerə  endi. 

Təyyarədən  birinci  mən  çıxdım.  Trapla  aşağı  enərkən  bizi  qarşılayanları  seyr  etməyə 

başladım.  Aşağıda  protokol  qaydalarına  qətiyyən  uymayan  çox  qəribə  bir  mənzərə  vardı. 

Trapın  solunda  Azərbaycan  Prezidenti  Əbülfəz  Elçibəyi  qarşılayan  Türkiyə  Cümhuriyyəti 

nümayəndə  heyətinin  başında  Baş  Nazir  Süleyman  Dəmirəl  durmuşdu.  Dəmirəldən  sonra 

Azərbaycan  Respublikasınin  Naxçıvan  Muxtar  Respublikası  Məclisinin  sədri  Heydər  Əliyev, 

ondan  sonra  Türkiyə  Cümhuriyyəti  Xarici İşlər Naziri Hikmət  Çətin və başqa vəzifəli şəxslər 

dayanmışdı. 

Sağ  tərəfdə  Azərbaycanın  Türkiyədəki  səfiri  Məmməd  Əliyev  və  səfirliyin  işçiləri 

dayanmışdılar. O dəqiqə mənim diqqətimi M.Əliyevin geyimi çəkdi. O, əyninə mixəyi rəngdə, 

üstündə ağ cizgiləri olan bir kostyum, "salamandra" ayaqqabı geymişdi. 

Ümumiyyətlə geyimi və görünüşü elə idi ki, onu rəsmi bir tədbirdə iştirak edən səfirdən başqa 

hansı sənət sahibinə istəsən bənzədə bilərdin. 

Mən  aşağı  düşəndə bir yoldaş kimi ona  narazılığımı  bildirdim.  O isə  cavab  verdi  ki,  bu gün 

işim çox olub, heç vaxtım olmayıb və evə gedib paltarımı dəyişməyə imkan tapa bilmədim. 

Rəsmi  qarşılamadan  sonra  bizi  yüz  əlli-iki  yüz  metr  aralıda  olan  vertalyot  meydançasına 

apardılar. 

Bu dəqiqədən etibarən Heydər Əliyev də Azərbaycan nümayəndə heyətinin tərkibinə qatıldı. 

Biz vertalyota minərək, Ankaranın mərkəzində yerləşən Çankaya adlı yerə gəldik. Oradan bizi 

maşınlarla  "Böyük  Ankara"  otelinə  gətirdilər.  Əlimdə  olan  protokol  proqramına  görə  isə  biz 

"Şeraton" otelinə yerləşdirilməli idik.

 

Mən o dəqiqə Prezident Aparatı İşlər müdiri Oqtay Şahbazovdan bunun səbəbini soruşdum. 



Dedi ki, mən də bilmirəm, bu dəqiqə öyrənərik.

 

Biz  Türkiyə  Xarici  işlər  Nazirliyinin  nümayəndəsini  yanımıza  çağırıb,  ondan  bu  otelə 



gətirilməyimizin səbəbini soruşduq. O dedi ki, dəfn mərasiminə sabah saat doqquzda Türkiyə 

Böyük  Millət  Məclisinin  binasında  başlanacaq  və  səhər  saat  səkkizdən  Ankaranın  mərkəz 

hissəsində  bütün  maşın  yolları  bağlanacak,  maşınların  işləməsinə  icazə  verilməyəcək. 

Mərasim  yerinə  çox  yaxın  olduğuna  görə  Xarici  İşlər  Naziri  Hikmət  Çətin  göstəriş  verdi  ki, 

Azərbaycan nümayəndə heyəti "Böyük Ankara" otelində yerləşdirilsin.

 

Bu göstəriş o qədər qəflətən olmuşdu ki, otelin personalı da bizi yerləşdirməyə hazır deyildi. 



Hətta Rəsul Quliyevə otaq ayırmaqda çətinlik çəkdilər və o, Etibar Məmmədovu da götürüb 

"Şeraton" otelinə getdi.

 



Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə