Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə20/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   13   14   15   16   17   18   19   20   21

O dedi ki, sən bir az gəziş, mən fikirləşim. Təxminən on dəqiqə sonra məni və Fərəc Quliyevi 

yanına çağırıb, Naxçıvana getmək barədə qərarını dedi. 

Mən  hazırlıq işlərinə  başladım. Fərəc  Quliyev  Xalq  Cəbhəsinə  getdi  və dedi ki,  mən  birbaşa 

hava limanına gələcəyəm. Ola bilər ki, bir-iki dəqiqə gecikəm. 

O, Naxçıvan Xalq Cəbhəsi ilə əlaqə saxlayıb müəyyən göstərişlər verməli idi. 

İqamətgahın  həyətindən  çıxanda  Prezidenti  həmişə  müşayiət  edən  Dövlət  Avtomobil 

Müfəttişliyinin  maşınını  da  buraxdıq.  Bizim  hava  limanına  getməyimizi  məndən  başqa  Vaqif 

Axundov və bizimlə Naxçıvana uçacaq olan üç mühafizə işçisindən başqa heç kim bilmirdi. 

Təxminən  saat  ikidə  uçağa  mindik.  Vaqif  Axundov  da  minmək  istəyəndə  dedim  ki,  sən 

qalırsan. 

O dedi ki, mən mütləq Prezidenti müşayiət etməliyəm. O zaman çıxım yuxarıda Prezidentlə 

xudahafizləşim, həm də soruşum, bəlkə mənə bir tapşırığı var. 

Beləliklə, təyyarəyə qalxdı, Prezidentlə vidalaşaraq aşağı enəndə məndən soruşdu ki, birdən 

Heydər Əliyev (o, ayın 15-dən Məclisin sədri idi) məndən Prezidentin hara getdiyini soruşsa, 

nə cavab verim? Dedim ki, deyərsən bilmirəm, ya Naxçıvana getdi, ya da Türkiyəyə. 

Təxminən  saat  üçdə Naxçıvanda  yerə  endik.  Hava limanında bizi  Naxçıvan  Xalq  Cəbhəsinin 

sədri  Asəf  Quliyev  və  başqa  cəbhəçilər  qarşıladılar.  Hava  limanının  həyəti  bom-boş  idi. 

Maşınlar birbaşa təyyarənin yanına sürüldü. İkisi UAZ, birisi isə "Volqa" markalı üç maşın idi. 

Biz maşınlara minib, Ordubad rayonunun Kələki kəndinə, Elçibəyin doğulub boya başa çatdığı 

kəndə  tərəf  yola  düşdük.  Səhər  saat  altıya  qalmışdı.  Hava  yavaş-yavaş  işıqlanmağa 

başlamışdı ki, kəndə girdik. Kəndin ortasından keçib o biri başına gedərək, Əbülfəz bəyin ən 

böyük qardaşı İbrahim kişinin evinin yanında dayandıq. 

Bizi çox sevinclə və bir az da çaşmış vəziyyətdə qarşıladılar. 

Evə gəldikdən və Bəyin tam güvənli bir yerdə olduğunu gördükdən sonra məndə bir süstlük 

əmələ  gəldi.  On  iki-on  üç  yuxusuz  və  gərgin  gündən  sonra  indi  dəhşətli  dərəcədə  yatmaq 

istəyirdim. Bəyin qardaşı oğluna dedim ki, mənə bir yer göstər yatım. 

Bəy dedi ki, bir çay iç, bir tikə çörək ye, sonra yatarsan. Dedim ki, yatmaqdan başqa heç bir 

şey istəmirəm. 

İçəri otaqda yer göstərdilər və mən uzanıb daş kimi yatdım. 

 

 

 

 

 



ÇEVRİLİŞ BÖLÜMÜNƏ ÖN SÖZ 

Şəhərdə yaşayan bir kişi bütün ömrünü bir evin tikintisinə sərf edir. 30-40 il əziyyətdən sonra 

evi tikib başa çatdırır. Lakin evin içində cəmi bir il yaşaya bilir.

 

Bir  gün  bazardan  qayıdanda  görür  ki,  onun  çox  əziyyətlə  tikdiyi  ev  yanır.  Ətrafdakı 



adamlardan  bir  qismi  yanğını  söndürməyə  çalışır,  lakin  əksəriyyət  sevinc  içindədir,  yanğın 

alovları içində deyib-gülüb oynayırlar.

 

Evin sahibi olan kişi də bu deyib-gülənlərə qoşulub, çırtıq çalıb oynamağa başlayır. Adamlar 



ondan soruşurlar ki, sənin evin yanır, bəs niyə sevinirsən?

 

Kişi cavab verir ki, evin içində bir neçə taxtabiti var idi. Bu bir il içərisində məni bir gün belə 



rahat yatmağa qoymadılar. İndi sevinirəm ki, evin içində o taxtabitilər də yanır!..

 

ÇEVRİLİŞ 

Sovet hökümətinin dağılması bu məkanda tutulan bütün müstəmləkə xalqlara öz dövlətlərini 

yaratmaq imkanlarını verdi. 

Bu  zaman  Qafqazda  üç  yeni  siyasi  xadim  ortaya  çıxaraq,  öz  dövlətlərinə  başçılıq  etməyə 

başladılar.  Zviad  Qamsaxurdiya,  Əbülfəz  Elçibəy,  Caxar  Dudayev  tam  müstəqil  siyasət 

yürüdürdülər və Rusiya "kiçik qardaşlar"ın bu özbaşınalığı ilə təbii ki, razılaşa bilməzdi. Ona 

görə  də,  "ayır  buyur"  siyasətini  əsas  götürən  Moskva  bu  dövlətlərin  içərisində  daxili 

müxalifətlər  yaratmağa,  qanuni  seçilmiş  Qafqaz  respublikaları  prezidentlərinə  qarşı 

mübarizədə  onları  hər  cür  silahlandırmağa  başladı.  Çeçen  məsələsinə  ikinci  dərəcəli  iş  kimi 

baxan  və  Ermənistanı  özününkü  sayan  Moskva  ilk  öncə  Gürcüstanda  hərbi  çevriliş  edib, 

qanuni  prezident  Zviad  Qamsaxurdiyanı  devirərək,  öz  adamı  hesab  edilən  Eduard 

Şevardnadzeni  hakimiyyətə  gətirdi.  Sonra  Azərbaycanda  silahlı  çevriliş  edərək  öz  adamları 

olan Ayaz Mütəllibovu hakimiyyətə gətirmək istədilər. 

Cəmi  bir  il  hakimiyyətdə  duraraq  möhkəmlənməyə  imkan  tapmamış  Əbülfəz  Elçibəy  cəld 

manevr edərək, H.Əliyevi hakimiyyətə getirdi. 

Azərbaycanda hadisələrin bu cür gedişi Moskvanı da məmnun etdi. 

Gürcüstanın və Azərbaycanın "ram edilməsinə" iki il vaxt sərf edən Rusiya Dudayevə üç illik 

bir vaxt qazandırdı ki, o təcrübəli bir general kimi bu vaxtdan çox səmərəli istifadə edərək öz 

ordusunu yaratdı və həmin ordunu müasir silahlarla təmin etməyi bacardı. Dudayev növbənin 

ona çatdığını çox gözəl anlayırdı. 

Ümumiyyətlə dağılmaqda olan və son zamanlar bütün sahələrdə dalbadal məğlubiyyətə düçar 

olan  Rusiya  Şevardnadzenin  hakimiyyətə  gəlməsinə  yardım  etdi,  H.Əliyevin  hakimiyyətə 

gəlməsindən  çox  məmnun  qaldı  və  Kuçmanın  Ukrayna  prezidenti  seçilməsinə  çox  böyük 

dəstək  verdi.  Bu  gün  vaxtilə  məmnuniyyətlə  dəstəklədiyi  bu  üç  dövlət  başçısına  özünün 

düşməni kimi baxan Rusiya onları məhv etmək üçün hər vasitəyə əl atmağa hazırdır. Lakin bu 




dövlətlərdə  durum  fərqlidir.  Ukrayna  və  Azərbaycandan  fərqli  olaraq,  Rusiya  Gürcüstanda 

daha sərbəst hərəkət edir. Gürcüstanda yerləşdirdiyi əsgərlərə və bazalarına güvənən Rusiya, 

növbəti  hakimiyyət  dəyişikliklərindən  bəhrələnəcəyindən  arxayındır.  Dövlət  başçısı 

Şevardnadzeyə qarşı Rusiya Xüsusi Xidmət orqanları tərəfindən təşkil olunmuş sui-qəsdlər bu 

arxayınlıqdan irəli gəlir. 

Nə qədər narazı olsa da Ukrayna və Azərbaycanda hakimiyyət dəyişikliyi Rusiyaya sərf edir, 

çünki öz ordusu ilə bu dövlətlərə müdaxilə etməyin qeyri-mümkünlüyünü başa düşür, çevriliş 

olarsa,  bu  dövlətlərdə  hakimiyyətə  Rusiyaya  qarşı  daha  sərt  mövqeli  adamların  gələcəyini 

Moskva daha gözəl bilir. 

Bir qədər sonra Rusiya Xüsusi Xidmət orqanlarının Gürcüstan və Azərbaycan çevrilişlərindəki 

müqayisəli rolundan və qismən Çeçenistanda olan çevriliş cəhdindən danışacağıq. 

İndi isə 1993-cü il 4 iyun qiyamı ərəfəsində Azərbaycanda hərbi, siyasi, iqtisadi vəziyyəti bir 

qədər analiz etmək və oxucuya bu barədə qismən də olsa, məlumat vermək istəyirəm. 

4 iyun qiyamından əvvəl ay yarım idi ki, döyüş bölgələrində atəşkəs elan edilmişdi və hər iki 

tərəf bu atəşkəsə çox ciddi şəkildə riayət edirdi. 

Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurası  özünün  822  nömrəli məşhur  qətnaməsini 

(bütün  münaqişə  boyu  ərzində  Azərbaycanın  lehinə  olan  yeganə  sənəd)  qəbul  etmişdi. 

Qətnaməyə  əsasən  erməni  silahlı  qüvvələri  iyun  ayının  15-nə  kimi  Kəlbəcəri  qeydsiz-şərtsiz 

olaraq  boşaltmalı,  Şusa  və  Laçının  boşaldılması  üçün  danışıqlara  başlamalı  idilər.  Bu 

qətnatnənin  icra  mexanizmini  müəyyənləşdirən  sənəd  hazırlanmış  və  münaqişə  edən 

tərəflərin  hamısı  bu  sənədi  imzalamışdılar.  Bu  sənədi  imzalama  prosesində  Dağlıq  Qarabağ 

erməni  icmasının  başçısı  tərəfindən  maniə  yaradılmışdı  ki,  o  məsələni  də,  vəziyyətin 

Ermənistan üçün çıxılmaz olduğunu anlayan, Levon Ter-Petrosyan həll etmişdi; bunun üçün 

Xankəndidə erməni icmasının başçılarını inandırmağa iki gün vaxt sərf etmişdi. 

Dünyanın güclü dövlətlərindən ABŞ, Almaniya, İngiltərə, Türkiyə, İsrail, Ukrayna və başqaları 

artıq  Azərbaycana  hörmətlə  yanaşır,  münaqişə  ilə  əlaqədar  məsələlərdə  tədricən 

Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə başlayırdılar. 

Rus  ordusu  Azərbaycan  ərazisindən  son  əsgərinə  qədər  çıxarılmışdı,  nəinki  SSRİ-də,  hətta 

bütün Avropada birinci olaraq. 

Bütün bunlar Elçibəy iqtidarının və şəxsən Elçibəyin xarici siyasətdə qazandığı uğurlar ilə bağlı 

idi.  Təsadüfi deyil ki,  1993-cü  ilin  15  iyununda Azərbaycanın  Milli Məclisinə  sədr  seçiləndən 

sonra  etdiyi  çıxışında H.Əliyev  xüsusi olaraq  qeyd  etdi ki,  keçən  bir ildə Azərbaycan  uğurlu 

xarici  siyasət  aparmışdır.  İqtisadiyyat  və  sənaye  sahəsində  olan  uğurlar  göz  qabağında  idi. 

1991-ci  ildən  iş  fəaliyyətinə  son  verilmiş  zavod  və  fabriklərin  fəaliyyəti  bərpa  edilmiş, 

müəssisələrin  rəhbərlərinə  iş  fəaliyyətində  kifayət  qədər  sərbəstlik  verilmiş  və  bundan 

ruhlanan  sənaye  obyektlərinin  rəhbərləri  artıq  yaxşı  nəticələr  əldə  etməyə  başlamışdılar. 

Tağıyev  adına  toxuculuq  kombinatının,  Sumqayıt  alüminium  zavodunun  və  başqa  bu  kimi 

sənaye  obyektlərinin  nəticələri  çox  fərəhləndirici  idi.  Sənaye  obyektlərinin  tam  gücü  ilə  işə 




Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə